“Ay qız soyun, kimdir bizi burda tanıyan?”

11:20 / 13.09.2014

Bu yay bir az fərqlilik eləmək istəyib, ayrıca üst-üstə Antalya eyniliyindən də bezib İspaniyaya getmə qərarı verdik. Dostumla. Açığı, maraqlı idi. Yeni insanlar, yeni mühit… Və təbii, orada da azərbaycançılığımıza salıb şəhər - filan gəzmədən özümüzü ilk olaraq dəniz kənarına verdik. Yəni, çimərliyə. Nə isə… təsəvvür elə “lejanka”da uzanmışıq, “zaqar” alırıq və… bu dəmdə yanımızdan tanış səs gəlir. Daha doğrusu tanış şivə. Çönüb eynəyimin altından adamlara yarım - maili baxıram. Bizimkilər!  Vay bə. Gəlib bura da çıxıblar. Həri, həri özüdür ki var - azərbaycanlılar! Ər - arvaddı deyəsən. Nəsə maraqlı söhbət gedir. Yenə də duble - azərbaycançılığıma salıb, qulaqlarımı şəkləyib az qala söhbətin içinə girirəm. Kişi qadına əsəbləşib: “Ay qız sənə deyirəm soyun. Heç olmasa üstdəkini soyun. Offf, necə əsəbləşdirir e məni, deyirəm soyun da. Nədən utanırsan? Kim tanıyır səni burda? Bakıda az qala öldürürdün məni, filan şey geyinim - feşman şey geyinim. Nooldu indi? Utanası oldun? Bax, orda qoymurdum, amma burda sərbəstsən. Qədrini bil bu sərbəstliyin. Çünki, mühit məsələsi var. Bura sənin üçün nə Antalyadır, nə də Bakı. "Davay”, soyun, bir az müasir ol…”

 
Qadın əvvəl bir az naz elədi, Tağı müəllim demişkən burcutdu, amma sonucda soyundu. Oldu toples. Üstəgəl, ikisinin də damağında siqaret, püffə - püf tüstüldədirlər…  Elə bu dəmdəcə yanımda oturan dostuma ucadan səsləndim: “Hə brat, bayaq da söhbətimiz yarımçıq qaldı, deməli qızı əmioğluna vermədilər hə?!”
 
Azərbaycanlı cütlüyün oradan hansı sürətlə qaçdığını, sadəcə görmək lazım idi. Vallah bunu təsvir eləmək mümkün deyil. Ələlxüsus da arvadının qabağını örtə-örtə qaçan “müasir” qaqaşı...
 
(Dostumun 2014 yay xatirələrindən)
 
***
Azərbaycan kişilərinin ən azı 80 faizinin geyimlə bağlı xanımlarına verdiyi tövsiyyə və kişi(?!) sözü var: “Burda olmaz. Amma xaricə gedəndə nə istəyirsən geyinərsən.”
 
Əcəb söhbətdir deyilmi?
 
Əvvəla, ondan başlayım ki, geyimi qeyrət, namus rəzmi kimi görməyin özü absurddur. Elə hər mənada. Niyə? Çünki, qadınların 90 faizi gözəl və cazibədar əlbisəni əksər hallarda hansısa kişi üçün deyil, hansısa qadın üçün geyinirlər. Məhz qadın üçün! Qəribə, maraqlı, paradoksal haldir. Raziyam. Amma belədir. Və ya bu dediyim sırf eqo təcəssümüdür. Ya da “bax – yan – şiş - partla”- xisləti. Ən yaxşı, ən kübar halda isə kimlər üçünsə həsəd obyekti olma arzusu, niyyəti… Ay yoxsa, hər yoldan keçən mənə baxsın, vurulsun, göz qoysun….- boş söhbətdi. Camaat özünü çöldə qoymayıb.
 
Amma, lap tutaq düşündük qeyrət rəmzidir… (yəni, həmin dar düşüncəlilərin prizmasından yanaşaraq) O zaman ortalığa - cavabını çox böyük məmnuniyyətlə gözləyən suallar çıxır: Xaricə gedəndə qeyrət deqrodasiyayamı uğrayır? Kişilik ayaq yolunamı gedir? Namus məzuniyyətəmi çıxır?
 
***
Azərbaycan dünyanın yeganə ölkəsidir ki, bu məmləkətdə siqaret çəkən xanıma yan gözlə baxılır, eyni adlı faktor əxlaq kodeksi, tərbiyə parametrləri ilə xırdalanır. Niyə? Kişiyə olar, qadına olmaz? Və ya qadın siqaret çəkəndə tüstü ağciyərə “çerez” Yasamal fırlanıb girir, kişidə isə “çerez” mədə? Nə məntiqdir bu? Nədir fərq? Nədir problem? Nədir ziddiyyət? Deyin, biz də bilək…
 
Hə, mən də razıyam - nəinki qadın, heç kişi də siqaret çəkməsə daha gözəl olar. Çünki, bu həm də övladlar üçün örnək məsələsidir, üstəgəl ziyandır, bütün hallarda gərəksiz bir şeydir. Amma, namussuzluq da deyil axı! Xəyanət də deyil axı! Bir insanı silib atmaq, ona vedrə bağlamaq üçün əsas da deyil axı! Bəlkə yalan deyirəm?
 
Və ya, bizdə belədir: Çarşaba bürünüb, ya da təzə gəlinlər kimi başını aşağı salıb dalanda hər gün 5 kişi yola salmaq, istədiyin oyundan çıxmaq, bir qadının edə biləcəyi ən axırıncı şeyləri etmək mümkündur. Həm də ayıb və günah olmadan. Namussuz və tərbiyəsiz kimi qələmə verilmədən. Fəqət, tək bir şərtlə: Gizlilik prinsipi qorunsun, kimsənin gözünə görünməyəsən, özünü ələ verməyəsən. Vəssalam. Qalan şeyləri boş ver. Həm, üzərində çarşab var axı. Başın aşağıdır axı. Ətəyin uzundur axı…
 
Əlqərəz, səni kompensasiya edən bu qədər “haqq-hesab” var axı…
 
Amma vay o günə, düşüb marketdən siqaret alasan – həəə, bax bu artıq dünyanın ən böyük tərbiyəsizliyidir. O qadın filan biqeyrətin arvadıdır, filan namussuzun qızıdır. Bəs necə? Öz də geyiminə bax. Eynən şəhərlilər kimi + siqaret… Məsələ tamamdır. Buna bir göz ya da söz tilovu ataq, görək noolur…
 
Niyə?!
 
Çünki, biz buyuq. Çünki, biz beləyik. Çünki, bizi görmədiyimiz, eşitmədiyimiz biqeyrətliklər daha az maraqlandırır, nəinki gördüyümüz və eşitdiyimiz adiliklər. Çünki, biz gizləndiyimiz zaman azad, açıqda isə əsir oluruq. Çünki, biz əhəmiyyətsiz insanların qınağını, təpkisini əhəmiyyətli proseslərin mahiyyətindən, dəyərindən daha tez qavrayırıq, daha ali formada içimizə isindiririk. Çünki, biz oyunbazıq, səhnədəyik, pərdə arxasında baş verənlər isə bizi heç ilgiləndirməz.  Çünki, biz doğulduğumuz gündən özümüz üçün deyil, başqaları üçün yaşayırıq! Kiminsə xoşuna gəlmək üçün yaşayırıq! Görüntü üçün yaşayırıq!
 
Hətta nə qərib ki, öləndə də başqaları üçün ölürük…./aktual.az/

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM