Şərq təqviminə görə illərin astroloji proqnozu - SİÇAN ili necə keçəcək?

11:46 / 01.01.2020

2020-ci il Ağ Metal Siçan ili olacaq. İlin elementi metal, rəngi isə ağdır. "Metal” əzm, mübarizə, dözümlülük, qətiyyət kimi keyfiyyətləri ilə fərqlənir. Azadlıq uğrunda mübarizə aparan "Siçanların” xarakteri daha sərtdir. Odur ki, onlarla dil tapmaq asan olmayacaq və bütün qüvvənin səfərbər olunması tələb olunacaq.

Çin təqviminə görə, Yeni il adət etdiyimiz kimi yanvarın 1-dən başlamır, Qaban öz yerini 25 yanvarda Siçana təqdim edəcək. Çinlilər gələn ilin himayədarını sakitləşdirmək üçün hər cür səy göstərirlər ki, il uğurlu olsun.

Bir çoxu 2020-ci ilin gəlişindən qorxur, çünki gələn ilin çətinlik, fəlakət və problemlərlə dolu olduğunu düşünür. Əslində isə belə deyil. 2020-ci il ailə qurmaq və ailənin böyüməsi üçün ən uyğun zamandır. Ağ rəng saflığı, səmimiyyəti və xoş niyyəti simvolizə edir. İlin simvolu hədəflərinə dürüst yolla çatanlara, ətrafdakılara hörmətlə yanaşan və təbiəti qoruyan insanlara kömək edəcək. Məqsədlərinə qeyri-qanuni şəkildə çatmağa çalışanlar isə uğursuzluq və məyusluğa düçar olacaq.

Əlbəttə ki, çətinliklər qaçılmazdır, məsələn, tələbkar himayədarın rəğbətini qazanmaq üçün çox səy göstərməlisiniz. Əgər qətiyyətli, özgüvənli və başqalarına qarşı xeyirxah olsanız, qorxacaq heç bir şey yoxdur, ilin sahibi kömək etmək üçün əlindən gələn hər şeyi edəcək.

Həm də maliyyə cəhətdən uğurlu olacaq, çünki ilin himayədarı diqqəti və sərvəti çox sevir. Maliyyə vəziyyətini vicdanla necə artıra biləcəyinizi düşünün, ilin simvolu bu işdə məmnuniyyətlə sizə dəstək olacaq.

2020-ci ilin ikinci yarısında həyatın bir çox sahəsində ciddi dəyişikliklər gözlənilir, tamamilə gözlənilməz, bəlkə də xoşagəlməz hadisələr olacaq. Zərəri minimuma endirə bilmək üçün mənfi enerjini hara yönəldə biləcəyinizi düşünün. İdmanla məşğul olun, yeni hobbi tapın, maraqlı kurslara yazılın. Bu, gözlənilməz problemlər yaranarsa, diqqətinizi yayındırmağa və mənfi enerjini uzaqlaşdırmağa kömək edəcək.

Siçan hiyləgər və intiqam almağa meylli heyvandır. O, vəziyyəti öz xeyrinə necə dəyişməyi bilir. Odur ki, bütün ili ayıq olmaq lazımdır, bu zaman gündəlik qaydada həll etdiyiniz məsələlərdən daha dərin və geniş suallar ortaya çıxacaq.

Siçan ilini necə qeyd etmək olar?

İlin sahibi boz və ağ kimi sakit tonlarla diqqəti cəlb edir, ancaq dərinlik əlavə etmək istəyirsinizsə, qaraya müraciət edə bilərsiniz. Silueti vurğulayan düşünülmüş dəstlər, sərt konturlar və bir az laqeydlik ilin sahibinin də ürəyincə olacaq. Görünüşünüzə şövq əlavə etmək üçün aksessuarlardan istifadə edin. Maraqlı bəzəklər, parlaq tüklər, broşlar şübhəsiz ki, diqqəti cəlb edəcək. Qara qısa don hər zamankindən daha çox yerinə düşəcək, onu gümüş broş ilə bəzəyin, metal parlaqlığı siçanı sevindirəcək və gələn il öz mükafatınızı alacaqsınız. Gümüşü və ya qızılı ayaqqabılar, kəməri olan çəkmələr seçməklə görüntüyə parlaqlıq əlavə edin,

Daha çox rəng istəyirsinizsə, pastel və səssiz rənglərə, daxili dizaynlara üstünlük verin. Siçan yeməyi sevir, buna görə süfrəni səxavətlə, lakin ekzotika olmadan - sadə, ürəkaçan nemətlərlə bəzəyin, pendiri unutmayın. Bununla ilin sahibini daha məmnun edəcəksiniz. Qar kimi ağappaq süfrə, gümüş servislər - belə bir klassika hər kəsin xoşuna gələcək!

Siçan (1960, 1972, 1984, 1996, 2008 və 2020)

İlin sahibi öz işarəsinin nümayəndələrini bütün gücü ilə himayə edəcək. Sadəcə özünə inanmaq və vaz keçməmək lazımdır. Bu il payınıza düşən bütün sınaqların öhdəsindən ləyaqətlə gələcəksiniz.

Öküz (1961, 1973, 1985, 1997, 2009)

Öküz ilində dünyaya gələnlər üçün 2020-ci il asan olmayacaq. Problemlərin həlli üçün bütün qüvvələri səfərbər etmək lazım olacaq, bu, ayaqda qalmağa və ciddi itkilərin qarşısını almağa kömək edəcək. Şübhəli qazanc izi ilə getməyin, haram pul Siçan ilinin xoşuna gəlmir.

Pələng (1962, 1974, 1986, 1998, 2010)

Pələng ilində dünyaya gələnləri gələn il şəxsi həyatda və yaxınları ilə münasibətlərdə problemlər gözləyə bilər. Birlikdə həll yolu axtarsanız, çətinliklər və xəyal qırıqlığı uzun sürməyəcək. Təmkinli olmağa çalışın.

Dovşan və ya pişik (1963, 1975, 1987, 1999, 2011)

Ehtiyatlı olun. Ani dəyişikliklərdən uzaq olmağa çalışın, ili mənəvi böyüməyə həsr edin. Yeni bacarıqlar qazanıb, maraqlı hobbi tapın. Əsas odur ki, sakit və yaradıcı bir iş olsun.

Əjdaha (1964, 1976, 1988, 2000, 2012)

Əjdaha, Siçanın güzəştə getmədiyi əsas rəqibidir. Çətin olacaq. İdeallarınız üçün sona qədər vuruşun. Zərərlər qaçılmazdır, ancaq inam və geniş əlaqələr sayəsində onları minimuma endirə bilərsiniz.

İlan (1965, 1977, 1989, 2001, 2012)

Bu il hiyləgər İlanlar Siçanın qəti təbiəti ilə öz seçimləri arasında tarazlıq tapacaq. İl asan olmayacaq, ancaq hər şeyi öz xeyrinizə bağlaya bilərsiniz. Detallara diqqət yetirin.

At (1966, 1978, 1990, 2002, 2014)

Bu işarənin nümayəndələri üçün uğurlu bir ildir, ən başlıcası, hər kiçik detalla özünüzü məhv etməyin. Daha az emosiya və daha çox məntiq - bu, münaqişələrin həllinə və yenilərinin qarşısını almağa kömək edəcək. Ailənizə yetəri qədər vaxt ayırın, əks halda ailə üzvləriniz özlərini tərk edilmiş hiss edəcək.

Qoyun, ya da keçi (1967, 1979, 1991, 2003, 2015)

Peşəkar sahədəki irəliləyiş sizə inamla ayaqda durmağa imkan verəcək. Ancaq hər şey istədiyiniz kimi rəvan getməyəcək. Sözlərinizdə diqqətli olun, şəxsi məsələlərinizi digər insanlarla daha az müzakirə edin.

Meymun (1968, 1980, 1992, 2004, 2016)

İntuisiyaya qulaq asın. O, sizi məyus etməyəcək və səhv qərarlardan qoruyacaq. Tələsik nəticələr qəbul etməyin, amma çox da gecikməyin.

Xoruz (1969, 1981, 1993, 2005, 2017)

Orta dərəcədə eqoizm və bədbinlik. Küsülü olduğunuz insanlarla münasibətləri bərpa edin, bəlkə də məhz onlar mövcud problemlərin aradan qaldırılmasında sizə kömək edəcək. Köməkdən imtina etməyin. Sağlamlığa diqqət yetirin, 2020-ci ildə xüsusilə qorunması lazımdır. Siçan xoşagəlməz sürpriz hazırlaya bilər.

İt (1958, 1970, 1982, 1994, 2006, 2018)

Bütün il fırtınalı olacaq. 2020 sıçrayış ili olduğundan yayınmağa və şərtlərə təsir göstərməyə çalışın. Problemlərin axını ilə getməyin, eyni zamanda əks istiqamətə də ehtiyac yoxdur - çox güc itirəcəksiniz.

Qaban (1959, 1971, 1983, 1995, 2007)

Bu il vəhşi Qabanları sevgi gözləyir. Böyük, təmiz və gözəl... Yaranan ilk çətinliklərdə darıxmamağa çalışın. Sonra hər şey qaydasına düşəcək, başınıza xoşbəxtlik quşu qonacaq.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM