Sosial şəbəkələrdə ünsiyyət mədəniyyətinin formalaşması günün tələbidir

15:38 / 09.01.2020

Bakı Slavyan Universitetinin dosenti,

Pedaqogika üzrə fəlsəfə doktoru,

Oktay Səmədov

 

Gündəlik həyatda tez-tez işlədilən “sosial şəbəkə” termini altında kontenti şəbəkə iştirakçılarının özlərindən ibarət olan və çoxsaylı istifadəçilərə malik interaktiv veb-sayt başa düşülür. Bu avtomatlaşdırılmış sosial mühit hər birimizə özümüzə aid olan məlumatlarla paylaşmaq, digər şəbəkə iştirakçıları ilə ünsiyyət qurmaq və fikir mübadiləsi aparmaq, onlar üçün əhəmiyyətli materiallarla (faydalı keçidlər, fotoşəkillər, sənədlər, istinadlar, təqdimatlar və s.) bölüşmək, şəbəkə daxilində maraqlar üzrə müxtəlif birliklər formalaşdırmaq imkanı verir. Tədqiqatçılar informasiya texnologiyalarının bu obyektinin bütün imkanlardan maksimum istifadə edərək, sosial şəbəkələrin insan fəaliyyətinin müxtəlif istiqamətlərində yeni tətbiq sahələrini araşdırmağa çalışırlar.

Son dövrlər müasir informasiya texnologiyalarının təhsil sahəsində də hərtərəfli kütləvi tətbiqi müşahidə olunmaqdadır. Təhsil sisteminin informasiyalaşdırılmasının əsas məqsədi müasir informasiya-kommunikasiya texnologiyalarının təhsil prosesinin onun keyfiyyətcə yeni nəticələrinin formalaşmasını təmin edən resursuna çevrilməsidir. Ölkəmizin təhsil sistemində həyata keçirilən islahatlar bu məqsədin nail olunmasında mühüm əhəmiyyət kəsb edir. Biz müasir texnologiyaların təhsil müəssisələrnin tədris, təlim-tərbiyə, metodiki və idarəetmə fəaliyyəti sisteminə tətbiqini təmin edən təşkilati dəyişikliklərin şahidiyik.

Bu gün əhalinin böyük hissəsi İnternetdə sosial şəbəkələrin mövcudluğundan xəbərdardır, bir çoxları bu şəbəkələrin fəal iştirakçısıdır, lakin onların imkanlarından məqsədyönlü şəkildə istifadə edənlərin sayı təəssüf ki, azdır. İştirakçıların bu qrupunun əsasən 15-16 yaşından yuxarı gənclərdən ibarət olduğunu nəzərə alsaq, bu sosial mühitin nə dərəcədə geniş auditoriyaya malik olduğunu görərik. Bəs virtual ünsiyyət qrupuna aid edilən yeniyetmə və gənclər şəbəkə imkanlarından düzgün istifadəyə nə dərəcədə hazırlıqlıdırlar?  

Təəssüf ki, bəzi hallarda informasiya texnologiyalarının bu obyektindən pedaqoji təlim vasitəsi kimi istifadə edilməsinə skeptik yanaşma müşahidə olunur, sosial şəbəkələr yalnız əyləncə məkanı kimi anlaşılır. Müasir dünyada növbəti texnoloji sıçrayışın baş verdiyi, yeni texnologiyaların insan həyatının tərkib hissəsinə çevrildiyi, süni intellektin yaradılması istiqamətində ciddi addımların atıldığı bir dövrdə bu texnologiyalara aid edilən bir sıra çoxfunksional kommunikasiya vasitələrinin təhsil prosesində qadağan edilməsi təklifləri də səsləndirilir. Razılaşaq ki, yeni texnologiyalar və onların sayəsində mövcud olan sosial şəbəkələr vasitəsilə bir çox problemlərin həllinə, o cümlədən, tədris kollektivinin birgə və əlaqəli fəaliyyətinin məsafədən təşkilinə, virtual təlim qrupları yaratmaqla vebinarların və konfransların, klub və dərnək məşğələlərinin, bilik yarışmaları və sınaq imtahanlarının, fərdi və kütləvi onlayn məsləhət saatlarının keçirilməsinə, müəllimlə valideyn arasında qarşılıqlı interaktiv əlaqənin yaradılmasına nail olmaq mümkündür. Bu istiqamətdə əlaqədar qurumlar və ilk növbədə Təhsil Nazirliyi tərəfindən ciddi addımlar atılır, təhsil müəssisələrinin müasir texniki avadanlıqla təchiz edilməsi, təhsil alanların elektron tədris ədəbiyyatı ilə təmin edilməsi, fənlərin tədrisində yeni informasiya texnologiyalarının geniş və çoxşaxəli tətbiqi, məktəb fəaliyyətinin sosial şəbəkələrdə əks etdirilməsi ilə bağlı tədbirlər həyata keçirilir.

Belə bir şəraitdə bir sıra məsələlərə, əsasən də sosial şəbəkələrlə təhsil prosesi arasında qarşılıqlı münasibətləri tənzimləyə biləcək “şəbəkə etiketinin” formalaşması, şəbəkə iştirakçılarına ünsiyyət mədəniyyətinin aşılanması ilə bağlı aktual problemlərə xüsusi diqqətlə yanaşmalıyıq. Xatırladım ki, ölkənin ümumtəhsil məktəbləri üçün “İnformatika” fənni üzrə təhsil proqramında (kurikulum) kompüter texnikasının köməyi ilə informasiya emalı proseslərinin - informasiyaların alınması, saxlanması, emalı və ötürülməsinin üsul və vasitələrinin öyrənilməsi zəruriliyinin vurğulanması ilə yanaşı, şagirdlərdə informativ-kommunikativ mədəniyyətin formalaşması kimi metodik tələbin nəzərə alınması da məqsədəuyğun hesab edilib.

Məlumdur ki, virtual məkanda ünsiyyət iştirakçıları bəzi hallarda məsuliyyətsizlik  nümayiş etdirir, mədəni ünsiyyət normalarını və əxlaq qaydalarını pozur, saxta profillər yaradaraq, digər iştirakçıların şərəf və ləyaqətinə xələl gətirən fikirlər səsləndirir, nalayiq ifadələrə və təhqirə yol verirlər. Bu cür hallar mütləq qaydada ictimai qınaq obyektinə çevrilməli, onların qarşısı kəskin şəkildə alınmalıdır. İfadə sərbəstliyi heç bir halda özbaşınalığa gətirib çıxarmamalıdır. 

Sosial şəbəkələrdə ünsiyyət mədəniyyəti təkcə məktəblilərə deyil, həm də tələbələrə, xüsusilə də gələcəkdə pedaqogika, maarifçilik, jurnalistika və digər sosial yönümlü sahələrdə çalışacaq gənclərə, eləcə də şəbəkələrə xəbər, məlumat mənbəyi kimi yanaşan media nümayəndələrinə aşılanmalıdır. Bu və ya digər mövzuda müzakirələrə qoşulan, cəmiyyəti düşündürən aktual problemlərə münasibət bildirən şəbəkə istifadəçisinin paylaşımlarında əks olunan ayrı-ayrı fikirlərini peşəkarlıqdan uzaq tərzdə cəmləşdirib, müəllifdən razılıq almadan,  onların reallıqda baş tutmayan müsahibə şəklində oxuculara təqdim edilməsi qətiyyən yolverilməzdir və professional jurnalistikadan uzaqdır.   

İnternet şəbəkəsində ünsiyyət mədəniyyətinin aşılanması prosesinə gənc nəslin müasir tələblərə uyğun şəkildə formalaşmasına, dərin biliklərlə, yüksək bacarıqlarla və milli-mənəvi dəyərlərə söykənən əxlaqi keyfiyyətlərlə zənginləşməsinə yönəlmiş təlim-tərbiyə işinin mühüm komponenti kimi baxılmalıdır. Bu prosesdə həm valideynlərin məktəb müəllimləri və psixoloqları ilə sıx əməkdaşlığı, həm də ümumilikdə ictimaiyyətin təhsil qurumları, media təşkilatları və sosial institutlarla əlbir fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.

Şübhəsiz ki, son dövrdə ölkəmizdə uğurla həyata keçirilən islahatlar nəticəsində fəaliyyətə başlayan yeni qurumlar, xüsusilə də təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsini təmin etmək məqsədi ilə Təhsil Nazirliyi yanında yaradılmış və tərkibi tanınmış ziyalılardan, peşəkar və təcrübəli mütəxəssislərdən ibarət olan İctimai Şura bu sahədə mövcud problemlərin müzakirəsi və həllində fəal iştirak edəcək, məsləhət və tövsiyələrini verəcək, maraqlı və səmərəli təkliflər irəli sürəcəklər.

“Şəbəkə etiketinin” formalaşması “Facebook”, “İnstagram”, “Twitter”, “Google+” kimi sosial şəbəkələrin əyləncə məkanından intellektual zənginləşmə üçün faydalı informasiya mənbəyinə çevrilməsində olduqca mühüm amildir.

İnformasiya cəmiyyətində ünsiyyət mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan sosial şəbəkələrdən istifadə mədəniyyətinin təşəkkül tapması və inkişafında cəmiyyətin hər bir üzvü öz səylərini əsirgəməməlidir.

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
18.02.2020

Bakıda koronavirusa görə karantinə götürülən 2 tələbə evə buraxıldı

18.02.2020

Dərsliklərin və təhsil sənədlərinin hazırlanması üçün tender elan edildi

18.02.2020

Elmar Məmmədyarov Albaniya üçün Beynəlxalq Donorlar Konfransında iştirak edib

17.02.2020

Elçin Əhmədov: XX əsrin sonunda Ermənistanın Azərbaycana təcavüzü – Qaradağlı soyqırımı Xocalıya gedən yolun başlanğıcı idi

17.02.2020

Professor Əli Həsənov: “Prezident İlham Əliyev millətimizin qürur yeridir”

17.02.2020

Mülazim Pahsa: Ermənistanın baş nazirinin inkarçılıq cəhdləri onun düşdüyü vəziyyəti daha da ağırlaşdırdı

17.02.2020

Çində yeni növ koronavirusdan ölənlərin sayı 1770 nəfərə yüksəldi

16.02.2020

Prezident İlham Əliyev növbəti dəfə Ermənistanın baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi

16.02.2020

Prezident İlham Əliyev: Dağlıq Qarabağda heç bir erməni tarixi irsi yoxdur

16.02.2020

Prezident İlham Əliyev: Minsk qrupunun həmsədrləri Ermənistana izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil

16.02.2020

İranlılar Həştərxan logistika habının perspektivlərini yüksək qiymətləndiriblər

16.02.2020

 Prezident İlham Əliyev: Əgər siz kiməsə nəsə verirsinizsə, bu, o deməkdir ki, həmin o nə isə sizə məxsus olub

14.02.2020

Türkiyə Suriyanın qondarma “erməni soyqırımı” barədə qətnaməsini qınayıb

14.02.2020

Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilib

13.02.2020

Birinci vitse-prezident Mehriban Əliyeva yunan-Roma güləşi üzrə milli komandanın üzvlərini təbrik edib

13.02.2020

NATO Türkiyəyə dəstək verəcəyini açıqladı

13.02.2020

Qazaxıstan “Sibirin gücü-2” qaz kəmərinin ölkə ərazisindən keçməsini Rusiyaya təklif edib

13.02.2020

Azərbaycan Prezidenti: Parlament seçkiləri bir daha onu göstərdi ki, bizim niyyətimiz demokratik inkişafın təmin edilməsidir

12.02.2020

Prezident İlham Əliyev: Azərbaycan artıq enerji təminatçısına çevrilib

12.02.2020

Koronavirus şübhəli daha bir nəfər evə buraxıldı

12.02.2020

Ermənistan XİN-in son bəyanatı iki ölkə əhalisinin sülhə hazırlanması fikri ilə tam ziddir

12.02.2020

Koronavirusa qarşı peyvənd 2021-ci ildə hazır ola bilər

11.02.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

11.02.2020

Azərbaycana təhlükəli xəstəliklər üçün xüsusi dərmanlar gətirildi - RƏSMİ

11.02.2020

XX əsrin sonunda Ermənistanın Azərbaycana hərbi təcavüzünün genişlənməsi - Malıbəyli və Quşçular faciəsi

11.02.2020

"Kaspi" TŞ-nin direktoru: “Məktəb də, valideyn də texnologiyadan asılı vəziyyətə düşüb”

11.02.2020

Cənubi Qafqaz: geosiyasi proseslərin yeni trendləri

11.02.2020

Aİ-nin sənədində ərazi bütövlüyü məsələsi: müsbət addımla yarımçıq obyektivlik arasında

11.02.2020

Milli kimlik konsepsiyası: nəzəriyyə və təcrübə

10.02.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

10.02.2020

Azərbaycanda parlament seçkilərinin ilkin nəticələri açıqlandı - SİYAHI

09.02.2020

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva 6 saylı seçki məntəqəsində səs veriblər

09.02.2020

Azərbaycanda parlament seçkilərinə start verildi

08.02.2020

Sabah qar yağacaq, şaxta olacaq

08.02.2020

BŞİH kəskin hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq etdi

08.02.2020

Mövlud Çavuşoğlu: "Dostluq" ordenini almaqdan şərəf və qürur duydum

08.02.2020

Umayra Tağıyeva: Bu dəfə hava daha soyuq olacaq

06.02.2020

Prezident İlham Əliyev: Heç bir kənar qüvvə nə Türkiyəyə, nə Azərbaycana təsir edə bilməz

05.02.2020

Birinci vitse-prezident Mehriban Əliyeva Əlibaba Məmmədovu 90 illik yubileyi və "Şərəf" ordeni alması münasibətilə təbrik edib

04.02.2020

"Azərbaycan dövləti yardım ayırırsa, "Kaspi" qəzeti niyə bu yardımı almasın?"

04.02.2020

Prezident İlham Əliyev Vasif Talıbova “Şərəf” ordenini təqdim edib

04.02.2020

“KİV DF-nin “Kaspi”ni dövlət yardımı alan qəzetlərin siyahısından çıxarması ədalətsiz qərardır” - Sona Vəliyeva

04.02.2020

Prezident İlham Əliyev: Bu biabırçı faktlar təkrarlanarsa, heç kim cəzadan yaxa qurtara bilməyəcək

03.02.2020

Prezident İlham Əliyev: Azərbaycan bu illər ərzində kosmik dövlətə çevrilib

03.02.2020

Prezident İlham Əliyev Polad Bülbüloğluna “Heydər Əliyev” ordenini təqdim edib

03.02.2020

“Heydər Əliyevin portretinin yanında Gülənin şəkli asılmamalıdır” – Əli Həsənovdan etiraz

03.02.2020

Prezident İlham Əliyev regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda iştirak edib (YENİLƏNİB)

02.02.2020

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan gənclərini təbrik edib (FOTO)

01.02.2020

Fələstin üçün Tramp planı: "Əsrin razılaşması"nın başlıca məqamları

31.01.2020

İSESKO-nun İcraiyyə Şurasının 40-cı sessiyasında bir sıra mühüm qərarlar qəbul edilib