Fələstin üçün Tramp planı: "Əsrin razılaşması"nın başlıca məqamları

20:41 / 01.02.2020

Amerika Prezidenti Donald Tramp Fələstin-İsrail münaqişəsinin həllini nəzərdə tutan və 80 səhifədən ibarət olan sənədi təqdim edib. O hesab edir ki, münaqişənin "dahiyanə" həllini tapıb və onu hər iki tərəf qəbul etməlidir. Yeni sülh planı artıq İsrail rəhbərliyi ilə razılaşdırılıb. Fələstin milli muxtariyyəti isə ondan imtina edib. Bir sıra ekspertlər bu vəziyyəti əvvəllər analoji situasiyada Yasir Ərəfatın atdığı addımla müqayisə edirlər. Həmin sırada Bill Klintonun da cəhdinin boşa çıxması üzərində dayanırlar. Bunların fonunda D.Tramp da şanslı görünmür. Lakin Vaşinqton nikbindir. Dövlət katibi Mayk Pompeo hesab edir ki, gec və ya tez fələstinlilər sənədə imza atacaqlar. Çünki Amerika "yaxşı təklif verib". Bütün bunların fonunda D.Trampın planının qlobal geosiyasi kontekstdə analizinə və proqnozlaşdırılmasına ehtiyac görürük.

Vaşinqtonun təşəbbüsü: risklər və suallar çoxdur...

Amerika Prezidentinin gördüyü işləri pafoslu təqdim etməsinə dünya alışıb. D.Tramp hər dəfə özünün "Tvitter" səhifəsində bu və ya digər məsələ ilə bağlı çox təntənəli və şişirdilmiş formada nəsə yaza bilər. Lakin Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı onun ifadə etdiklərinə bütün dünyada həqiqi mənada maraq oldu. Səbəbi aydındır: uzun illərdir Yaxın Şərqdə davam edən düşmənçiliyə son qoyula bilinər! Eyni zamanda, Fələstinin dövlət kimi tam formalaşması məsələsi öz həllini tapar.

Ancaq D.Trampın bu dəfə nə qədər pafoslu olmasının reallığa heç bir aidiyyəti yoxdur. Çünki söhbət dünyanın ən mürəkkəb münaqişələrindən birindən gedir. Neçə onilliklərdir bəşəriyyət yəhudi-ərəb düşmənçiliyinin müxtəlif aspektlərindən bəhs edir. Hətta bir çox jurnalistlər sadə insanlardan bu barədə informasiyalar almağa çalışırlar. Yəhudilər və ərəblər bir-birini qəbul etmək fikrində deyillər. Təbii ki, hamısı belə deyil, lakin ümumi miqyasda bu cür psixoloji uyumsuzluq mövcuddur. Problem həm də bu aspektdə önəmlidir. Siyasi olaraq məsələ həll edilsə, insanlar dil tapa bilərlər.

Buna baxmayaraq, ekspertlər hesab edirlər ki, son üç ildə Vaşinqtonun bu münaqişənin həllinə aktiv təsir etməyə çalışması vəziyyəti daha da ağırlaşdırıb. Xüsusilə, Qüdsün İsrailin paytaxtı elan edilməsi müsəlmanları qəzəbləndirib. Doğrudur, onlar bunun qarşısını almaq üçün konkret addımlar atmayıblar. Lakin yenə də xalq səviyyəsində Amerika Qüdsü "yəhudilərə təhvil verən qüvvə" kimi qəbul edilir.

Budur, indi də D.Tramp eyni ruh yüksəkliyi ilə bəyan edir ki, "fələstinliləri xoşbəxt gələcək gözləyir". O, 80 səhifəlik sənəd nümayiş etdirərək Fələstin dövlətinin yaradılması planını açıqlayır. Özü də bunu İsrailin Baş Naziri Binyamin Netanyahu ilə bir yerdə edir. Həm də onu da vurğulayır ki, "İsrailin təhlükəsizliyini sona qədər müdafiə edəcək". Konkret deyilsə, D.Tramp İsrailin yanında olduğunu gizlətmir. Ekspertlər bunda onun kürəkəni Cared Kuşnerin böyük xidmətlərinin olduğunu ifadə edirlər. Yeri gəlmişkən, münaqişəni həll planını üç il idi ki, "kürəkən" hazırlayırdı.

İndi ekspertlər sənəddə konkret olaraq nələrin vurğulandığını müzakirə edirlər. Orada Fələstin adlı dövlətin Şərqi Qüdsün paytaxt olması şərti ilə yaradılması nəzərdə tutulub. Əslində isə burada söhbət Qüdsə yaxın bir şəhərdən gedir və Qüds tamamilə İsraildə qalır. Bu şərti Fələstin tərəfi qətiyyən qəbul etmir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bunun qəbuledilməz olduğunu bildirib. O deyib ki, həmin plan faktiki olaraq İsrailin işğalçılıq siyasətini qanuniləşdirir. İşğal edilmiş torpaqlar hüquqi cəhətdən tanınır. Bu isə beynəlxalq hüquqa tam ziddir.

Yaradılmalı olan Fələstin dövlətinin ərazisinə İordan çayının qərb sahilləri və Qəzza bölgəsi daxil edilir. Bununla Fələstinin hazırkı ərazisi iki dəfə genişlənir.

Bunlarla yanaşı, İsrailin yeni tikdiyi məntəqələr dörd illiyinə dondurulur. Fələstin tərəfi də həmin müddətdə həmin ərazilərdə heç bir iş aparmır. Dörd il müddətində əldə ediləcək razılıqdan asılı olaraq, həmin ərazilərlə bağlı qərar qəbul edilir.

Fələstin dövlətinin iqtisadiyyatına və infrastrukturunun inkişafına mərhələli olaraq ABŞ 50 milyard dollar sərmayə qoymağa söz verir. Bunun fonunda 1 milyona yaxın iş yeri yaradılır. İordan çayı vadisində təhlükəsizlik məsələsini yaxın perspektivdə İsrail həll edir. Lakin Fələstin imkanlarını artırandan sonra bu prosesə qoşula bilər ki, bununla İsrailin fəaliyyəti bir qədər məhdudlaşar.

Maraqlıdır ki, 80 səhifəlik sənədə İsrailin baş naziri ilə yanaşı, ana müxalifətin lideri də razılıq verib. İsrail tərəfi bu təklifi mühüm adlandırıb və hesab edir ki, o, düşmənçiliyə son qoya bilər və məsələ tam həllini tapar. ABŞ-ın dövlət katibi M.Pompeo da hesab edir ki, gec-tez Fələstin tərəfi sənədi imzalayacaq. Əslində, bunun üçün onlara dörd il vaxt verilir. M.Pompeo şərtlərin fələstinlilərə çox uyğun olduğunu deyib. Buna görə də onlar tələsmədən, düşünüb sonra cavab verə bilərlər. Hər bir halda, M.Pompeoya görə, Vaşinqton hər iki tərəfin maraqlarını nəzərə alıb.

İmtina: Fələstin qəbul etmir!

Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbas isə tam əksini söyləyir. O deyib ki, "Fələstin satılmır". Ekspertlərə görə, bu, sənəddə M.Abbasın imzasının olmayacağı anlamına gəlir. İndidən fələstinlilər küçələrə axışıblar. Onlar D.Trampı lənətləyir, Amerika və İsrailin bayraqlarını yandırırlar. Belə təəssürat yaranır ki, fələstinlilər, ümumiyyətlə, İsrailin bir dövlət kimi mövcudluğunu arzulamırlar. Bu isə hazırda çox radikal bir mövqe kimi qəbul edilir.

Ərəb dövlətlərinin bu məsələyə münasibəti ayrıca maraq doğurur. Onu bütövlükdə Ərəb Liqası müzakirə etməyə hazırlaşır. Lakin ayrılıqda da bir sıra region ölkələri öz fikirlərini bildiriblər. Misir Xarici İşlər Nazirliyi bəyan edib ki, tərəflər sənədi diqqətlə öyrənəndən sonra münasibət bildirməlidirlər. Ekspertlərə görə, bu, faktiki olaraq, fələstinlilərə tələsməməyi məsləhət görmək deməkdir. Qahirə D.Trampın planını müdafiə edir. Qətər isə öz mənfi münasibətini bəyan edib. Doha münaqişənin təklif olunan çərçivədə həllini mümkünsüz sayır.

Ekspertlər bu kimi məqamları vurğulayaraq Amerikanın təklifinin geosiyasi aspektinə də diqqət yetirirlər. O cümlədən həmin addımın qlobal miqyasda ümumi mənzərəni necə dəyişə biləcəyinin proqnozları verilir. Öncədən deyək ki, bu aspekt də kifayət qədər mürəkkəb xarakterə malikdir. Çünki söhbət çox ciddi və geosiyasi proseslərə əhəmiyyətli təsiri ola biləcək bir münaqişənin həlli perspektivindən gedir. Bu vəzifənin öhdəsindən gələn dövlətin təbii ki, dünya miqyasında nüfuzu da çox arta bilər.

İndidən ekspertlər sənədin D.Trampın amerikan seçicilərində nüfuzunun artırılmasına xidmət etdiyini deyirlər. Bunu yəhudi lobbisinin D.Trampı dəstəkləyə biləcəyi ilə izah edirlər. Həm də D.Tramp əvvəlki prezidentlərin heç birinin bacarmadığı bir işin öhdəsindən gəlmiş olur. Müddətin dörd il qoyulması da bu baxımdan düşündürücü görünür.

Məsələ geosiyasi aspektdə digər bir cəhətdən də aktualdır. Əgər Amerikanın bu təklifi qəbul edilsə, süni olaraq müxtəlif regionlarda yaradılmış münaqişələrin də "dinc yolla" həllinə yeni təkan verilə bilər. Məsələn, ermənilər iddia edərlər ki, İsrail Holan yüksəkliklərinə sahib olursa, onlar da ən azından Kəlbəcər və ya Laçından imtina etməyəcəklər. Yəni Azərbaycan torpaqlarının işğalının da qanuniləşdirilməsinə cəhd üçün şans yarana bilər. Eyni məntiqlə Abxaziya, Cənubi Osetiya və ya Krım məsələləri ilə bağlı ziddiyyətli iddialar meydana gələ bilər. Və bütün bu gedişatın arxasında ABŞ-ın İsrail-Fələstin münaqişəsini həll etmək üçün irəli sürdüyü prinsiplər dayanır.

Digər tərəfdən, başqa böyük dövlətlər Amerikanın bu addımına birmənalı reaksiya vermirlər. Onlar hesab edirlər ki, bütövlükdə Yaxın Şərqdə ixtilaflar yaradan bir dövlət bu münaqişənin həllində də səmimi ola bilməz. Konkret olaraq, Vaşinqtonun İsrailin maraqları üçün fəal olduğu qənaəti vardır. Bu isə bumeranq effekti ilə başqa məsələlərdə də fərqli dövlətlərin fəallaşmasına əsas verə bilər. Ümumilikdə isə qlobal geosiyasətdə rəqabət daha da güclənər. Təbii ki, bu, dünya miqyasında təhlükəsizliyin təmini üçün yeni risklər meydana gətirir.

Regiondakı böyük dövlətlərə gəldikdə isə, onlar arasında da müəyyən ziddiyyətlərin meydana çıxması mümkündür. Təsadüfi deyildir ki, indidən bir neçə ölkə müsəlmanlar üçün sakral anlamı olan Qüdsün İsrailə verilməsini qətiyyən qəbuledilən saymırlar. Bu, bütövlükdə İslama qarşı atılan addım kimi qəbul edilir. Şübhə yoxdur ki, bu əsasda geniş siyasi və hətta hərbi ixtilaf meydana gələ bilər. O halda Yaxın Şərqin daha da qarışacağı və İsrail-Fələstin münaqişəsinin yenidən alovlanacağı şübhəsizdir.

Belə çıxır ki, D.Trampın Yaxın Şərqdə münaqişənin nizamlanması planına münasibət birmənalı deyil. Onun məzmunu və məqsədi hələ araşdırılmalıdır. Lakin bir şey aydındır: bu sənədin konkret reallaşmasından çox, kimlərinsə ondan geosiyasi dividend götürməsi bir sıra dairələr üçün daha əhəmiyyətlidir. Sonra nə olar, olar...

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
21.02.2020

DTX Neftçalada keçirilən əməliyyatla bağlı məlumat yaydı

21.02.2020

Prezident İlham Əliyev: Avropanın ən böyük infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Azərbaycan İtaliya ilə sıx əməkdaşlıq edir

21.02.2020

AMEA-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevlə görüş keçirilib

21.02.2020

Romada Azərbaycan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib

21.02.2020

21 fevral - Beynəlxalq Ana Dili Günüdür

21.02.2020

Xəzər dənizinə axıdılan tullantı sularının tərkibində çirkləndiricilərin miqdarı normadan çoxdur

20.02.2020

Novruz çərşənbələrinin tarixləri açıqlandı

20.02.2020

Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşü olub

20.02.2020

Prezident İlham Əliyevin Romada rəsmi qarşılanma mərasimi olub

20.02.2020

Xocalı soyqırımının ildönümü ilə bağlı "Tədbirlər Planı” təsdiqlənib

20.02.2020

İtkin düşən Azərbaycan əsgərinin meyiti neytral ərazidən tapıldı

20.02.2020

Çində koronavirusdan ölənlərin sayı 2118 nəfərə yüksəldi

19.02.2020

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya dövlət səfərinə gəlib

19.02.2020

"Tarixi bilmək gərəklidirsə, öz millətinin və dövlətinin tarixini bilmək zəruridir" - Firad Əliyev

19.02.2020

Professor Əli Həsənov: "Türkün torpağına göz dikən hər kəs məğlubiyyətə məhkumdur"

19.02.2020

Baş infeksionist koronavirusla bağlı XƏBƏRDARLIQ etdi

18.02.2020

Bakıda koronavirusa görə karantinə götürülən 2 tələbə evə buraxıldı

18.02.2020

Dərsliklərin və təhsil sənədlərinin hazırlanması üçün tender elan edildi

18.02.2020

Elmar Məmmədyarov Albaniya üçün Beynəlxalq Donorlar Konfransında iştirak edib

17.02.2020

Elçin Əhmədov: XX əsrin sonunda Ermənistanın Azərbaycana təcavüzü – Qaradağlı soyqırımı Xocalıya gedən yolun başlanğıcı idi

17.02.2020

Professor Əli Həsənov: “Prezident İlham Əliyev millətimizin qürur yeridir”

17.02.2020

Mülazim Pahsa: Ermənistanın baş nazirinin inkarçılıq cəhdləri onun düşdüyü vəziyyəti daha da ağırlaşdırdı

17.02.2020

Çində yeni növ koronavirusdan ölənlərin sayı 1770 nəfərə yüksəldi

16.02.2020

Prezident İlham Əliyev növbəti dəfə Ermənistanın baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi

16.02.2020

Prezident İlham Əliyev: Dağlıq Qarabağda heç bir erməni tarixi irsi yoxdur

16.02.2020

Prezident İlham Əliyev: Minsk qrupunun həmsədrləri Ermənistana izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil

16.02.2020

İranlılar Həştərxan logistika habının perspektivlərini yüksək qiymətləndiriblər

16.02.2020

 Prezident İlham Əliyev: Əgər siz kiməsə nəsə verirsinizsə, bu, o deməkdir ki, həmin o nə isə sizə məxsus olub

14.02.2020

Türkiyə Suriyanın qondarma “erməni soyqırımı” barədə qətnaməsini qınayıb

14.02.2020

Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilib

13.02.2020

Birinci vitse-prezident Mehriban Əliyeva yunan-Roma güləşi üzrə milli komandanın üzvlərini təbrik edib

13.02.2020

NATO Türkiyəyə dəstək verəcəyini açıqladı

13.02.2020

Qazaxıstan “Sibirin gücü-2” qaz kəmərinin ölkə ərazisindən keçməsini Rusiyaya təklif edib

13.02.2020

Azərbaycan Prezidenti: Parlament seçkiləri bir daha onu göstərdi ki, bizim niyyətimiz demokratik inkişafın təmin edilməsidir

12.02.2020

Prezident İlham Əliyev: Azərbaycan artıq enerji təminatçısına çevrilib

12.02.2020

Koronavirus şübhəli daha bir nəfər evə buraxıldı

12.02.2020

Ermənistan XİN-in son bəyanatı iki ölkə əhalisinin sülhə hazırlanması fikri ilə tam ziddir

12.02.2020

Koronavirusa qarşı peyvənd 2021-ci ildə hazır ola bilər

11.02.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

11.02.2020

Azərbaycana təhlükəli xəstəliklər üçün xüsusi dərmanlar gətirildi - RƏSMİ

11.02.2020

XX əsrin sonunda Ermənistanın Azərbaycana hərbi təcavüzünün genişlənməsi - Malıbəyli və Quşçular faciəsi

11.02.2020

"Kaspi" TŞ-nin direktoru: “Məktəb də, valideyn də texnologiyadan asılı vəziyyətə düşüb”

11.02.2020

Cənubi Qafqaz: geosiyasi proseslərin yeni trendləri

11.02.2020

Aİ-nin sənədində ərazi bütövlüyü məsələsi: müsbət addımla yarımçıq obyektivlik arasında

11.02.2020

Milli kimlik konsepsiyası: nəzəriyyə və təcrübə

10.02.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

10.02.2020

Azərbaycanda parlament seçkilərinin ilkin nəticələri açıqlandı - SİYAHI

09.02.2020

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva 6 saylı seçki məntəqəsində səs veriblər

09.02.2020

Azərbaycanda parlament seçkilərinə start verildi

08.02.2020

Sabah qar yağacaq, şaxta olacaq