XX əsrin sonunda Ermənistanın Azərbaycana hərbi təcavüzünün genişlənməsi - Malıbəyli və Quşçular faciəsi

16:10 / 11.02.2020

Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi, soyqırımı və işğalçılıq siyasəti 30 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. 1988-ci il fevralın 8-də ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməyi ilə "böyük Ermənistan” ideyasını həyata keçirmək üçün aşkarlıq və demokratiyadan istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. Hər dəfə Qarabağa dair ərazi iddiaları kənardan, məhz Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılırdı. Heç şübhəsiz, ermənilərin bu ərazi iddiaları birdən-birə deyil, xaricdə olan himayədarları tərəfindən hələ xeyli əvvəl hərtərəfli plan əsasında hazırlanmışdı. Sovet dövründə mərkəzi hakimiyyət orqanlarının himayədarlığı ilə Azərbaycan əleyhinə məqsədyönlü şəkildə təbliğat kampaniyası aparılmış və nəticədə mənfi ictimai fikir formalaşdırılmışdı. Erməni ideoloqları və onların ilhamvericiləri Azərbaycanın tarixi, sosial-iqtisadi inkişafı haqqında faktları açıq-aşkar saxtalaşdıraraq bütün ittifaq miqyasında yaymışdılar.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov 28 il əvvəl Şuşanın Malıbəyli və Quşçular kəndlərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasına münasibət bildirərkən deyib.
Elçin Əhmədov bildirib ki, SSRİ rəhbərliyinin himayədarlığı sayəsində Ermənistan Dağlıq Qarabağ regionunda hərbi əməliyyatları genişləndirməklə yanaşı, 1988-ci ildən 1991-ci ilin sonunadək Azərbaycanın Ağstafa, Qazax, Tovuz, Gədəbəy, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonlarına 304 dəfə silahlı hücum etmiş, 1249 kütləvi artilleriya atəşi açmış, nəticədə 411 nəfər öldürülmüşdür. Hücumlar Naxçıvan, Sədərək və Ordubad istiqamətlərində edilmişdi. Halbuki adıçəkilən və Ermənistanla sərhəddə yerləşən bu rayonların ermənilərin ərazi iddiası olan Dağlıq Qarabağa aidiyyəti yox idi. Bu cinayətlər Ermənistanın ərazi iddiaları və hərbi təcavüzünün təkcə Dağlıq Qarabağla məhdudlaşmadığını göstərirdi.
1991-ci il oktyabrın sonunda və noyabr ayı ərzində Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, Salakətin, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Kərkicahan və s. bu kimi digər strateji əhəmiyyətə malik azərbaycanlılar yaşayan kəndlər Ermənistanın silahlı qüvvələri tərəfindən yandırıldı, dağıdıldı və talan edildi. 1991-ci ilin iyun-dekabr aylarında erməni silahlı qüvvələrinin Xocavəndin Qaradağlı və Əsgəran rayonunun Meşəli kəndinə hücumu nəticəsində 12 nəfər öldürüldü, 15 nəfər isə yaralandı. Həmin ilin avqust və sentyabr aylarında Şuşa-Cəmilli, Ağdam-Xocavənd və Ağdam-Qaradağlı avtobuslarının erməni silahlı dəstələri tərəfindən atəşə tutulması nəticəsində 17 nəfər həlak oldu, 90 nəfərə qədər azərbaycanlı yaralandı.
Bununla yanaşı, 1988-1991-ci illərdə etnik təmizləmə nəticəsində Ermənistandakı 185 azərbaycanlı kəndindən 350 min nəfərə qədər azərbaycanlı təcavüzə məruz qalaraq qovuldu. Ermənilər tərəfindən 217 azərbaycanlı qətlə yetirildi. Bu illərdə 1154 nəfər yaralandı, yüzlərlə adama işgəncələr verildi.
Qeyd olunan illər ərzində Dağlıq Qarabağda ermənilər tərəfindən törədilmiş 2559 toqquşma, 315 silahlı basqın, 1388 atəşətutma halları qeydə alınmışdır ki, bunların da nəticəsində 514 nəfər həlak olmuş, 1318 nəfər yaralanmışdır. 1988-1991-ci illərdə, yəni, hadisələrin başlanğıcından SSRİ-nin süqutuna qədər keçən dövr ərzində get-gedə kəskinləşən münaqişəni nizama salmaq mümkün olmadı. Əksinə, İttifaqın müəyyən dairələri tərəfindən himayə edilən ermənilər Azərbaycana qarşı ərazi iddialarını irəli sürərək açıq-aşkar işğalçılıq siyasəti yeritmiş, nəticədə dinc sakinlər həlak olmuş, yaşayış məntəqələri dağıdılmış, talan edilmiş və yandırılmışdır.
Malıbəyli və Quşçular kəndlərinin işğalı Xocalı soyqırımına gedən yolun başlanğıcı idi
1992-ci ilin əvvəllərində ermənilər daha dəhşətli cinayətlər törətdilər. Yanvar ayının 28-də Ağdamdan Şuşaya uçan 27137 saylı, Mİ-8 vertolyot şəhərə çatmamış, yəni, Xəlfəli kəndinin üzərində Xankəndi istiqamətindən ermənilərin raket atəşi ilə partladılmış, nəticədə vertolyotda olan 3 nəfər heyət üzvü və 41 sərnişin faciəli şəkildə həlak olmuşlar.
1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşa¬yan sonuncu yaşayış məntəqələrini də işğal etdi. 1992-ci il yanvarın 10-da Xocavənd rayonunun Axullu kəndi də erməni silahlı birləşmələri tərəfindən zəbt olundu.
Qarabağın ən iri yaşayış məskənlərindən olan Malıbəyli, Aşağı və Yuxarı Quşçular kəndləri Şuşa rayonunda, Qarabağ silsiləsinin dağətəyi ərazisində, rayon mərkəzindən 14 kilometr şimal-şərqdə, Xankəndi şəhərinin 2,5 kilometrliyində, Ağdam-Şuşa avtomobil yolundan 2 kilometr aralıda yerləşirdi. Bu qədim kəndlər Qarabağın ən qədim ərazilərindən idi.
İşğal ərəfəsində kəndin 4 min nəfərə yaxın əhalisi var idi. Kənddə 2 orta məktəb, kitabxana, mədəniyyət evi, klub, kinoqurğu, məişət evi, poçt-rabitə şöbəsi, ambulatoriya, minarəli məscid, çay daşlarından tikilmiş hamam kompleksi, tunc dövrünə aid kurqanlar var idi. XX əsrin əvvəllərində - 1909-cu ildə dövrünün ziyalısı Məmməd Qarayev Malıbəyli kəndində qızlar üçün əyalətdə ilk rus-tatar məktəbini açdırmış, kəndin şimal-şərqində yaşı 300 ili çoxdan adlamış Səfəvi dövrünün yadigarı olan səkkizguşəli, çatma tağlı, iki günbəzdən və su hovuzundan ibarət olan hamam tikilisi də var idi.
Quşçular kəndi isə Şuşa rayonundan 16 kilometr şimal-şərqdə, Qarabağ silsiləsində, dağətəyi ərazidə, Quşçular çayı sahilində yerləşir. Quşçular oykonimi Qarabağda yaşamış türkdilli quşçu tayfalarının adı ilə bağlıdır. Qeyd etmək lazımdır ki, Aşağı və Yuxarı Quşçular yaşayış məntəqələri Xocalıya gedən yolda ermənilər üçün keçilməz bir sədd idi. Odur ki, erməni terrorçuları Xocalını işğal etmək üçün, ilk növbədə, Malıbəyli və Quşçular kəndlərini zəbt etdilər.
1992-ci il fevralın 10-da erməni birləşmiş hərbi hissələri Malıbəyli kəndinə üç tərəfdən hücuma keçdilər. Malıbəyli və Quşçular kəndlərinin 3 minədək əhalisi düşmən əlinə keçməmək üçün ya Xocalıya, ya da Ağdama doğru hərəkət etməli idi. Odur ki, Malıbəyli əhalisi Abdal və Gülablı kəndləri istiqamətində 16 kilometr yolu keçib Ağdama tərəf gəlməyə məcbur oldu.
Üçminlik əhalinin salamat çıxarılmasını cəmi 60 nəfər müdafiə edirdi. Ancaq düşmən Xocalı istiqamətində əhalini qırmaq və girov götürmək üçün güclü hazırlıq işləri görmüş, Ağbulaq və Pircamal kəndləri yaxınlığındakı zirvələrdə mövqe tutaraq əhalinin keçə biləcəyi yolu nəzarətə götürmüşdü. Bu səbəbdən, həmin gün Malıbəyli və Quşçular əhalisindən 8 nəfər şəhid oldu, 3 nəfər girov götürüldü, 20 nəfər ağır yaralanaraq bədən xəsarətləri aldı. 1992-ci il fevralın 11-də Malıbəyli, Aşağı və Yuxarı Quşçular kəndlərinin əhalisi çox çətinliklə Ağdamın Abdal və Gülablı kəndlərinə çatdılar.
1992-ci il fevralın 11-12-də Şuşanın Malıbəyli və Quşçular kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə zəbt olundu. Hücum zamanı 30-dan çox azərbaycanlı öldürülmüş, 100-dən çoxu yaralanmış və ya əsir götürülmüşdü. Bu qanlı hadisələr keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə həyata keçirilmişdir. Xankəndinin yaxınlığında yerləşən və düşmənə sipər olan bu iki kəndin sakinləri 1988-1992-ci illərdə erməni təcavüzünə qarşı mərdliklə mübarizə aparmışlar. Qeyd etmək vacibdir ki, yaxın tariximizin Malıbəyli və Quşçular faciəsi Xocalı soyqırımına gedən yolun başlanğıcı idi.
Hazırda təkcə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın deyil, eləcə də digər ərazilərimizin işğal altında olması Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində ərazi iddiasında olduğunu təsdiq edir.


Etiket:

Strategiya.az

Xəbərlər
05.04.2020

Ombudsmanın koronavirusun yayılması ilə əlaqədar miqrantların hüquqlarının müdafiəsi məqsədilə həyata keçirdiyi fəaliyyətə dair məlumat

05.04.2020

Azərbaycanda koronavirusdan iki nəfər vəfat edib - Operativ Qərargah

05.04.2020

İndiyədək 8103 qısa nömrəsinə 223 min telefon nömrəsindən 456 min SMS göndərilib

05.04.2020

Azərbaycanda koronavirusa daha 63 yoluxma faktı qeydə alınıb

05.04.2020

Qoşulmama Hərəkatına üzv ölkələr Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər”i tanımır

05.04.2020

DSX: Qazaxda hərbi və mülki maşınlar ermənilər tərəfindən atəşə tutulub

05.04.2020

Özbəkistanda bu gündən karantin rejimi daha da sərtləşdirilib

05.04.2020

Bu gün geoloqların peşə bayramıdır

05.04.2020

Fransada 70 minə yaxın insan COVİD-19 virusuna yoluxub

05.04.2020

Azərbaycanda 300 min muzdlu işçiyə 215 milyon manat kompensasiya ayrılıb

05.04.2020

Nyu-York ştatında koronavirusa yoluxmuş 630 insan ölüb

04.04.2020

Azərbaycana giriş-çıxış dayandırıldı - Operativ Qərargah

04.04.2020

TƏBİB səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir

04.04.2020

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna yeni İcraçı direktor təyin edilib

04.04.2020

Azərbaycanda 78 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb

04.04.2020

DSX Rusiyadan gələn azərbaycanlıların ölkəyə keçidini təmin edib

04.04.2020

DİN xüsusi karantin rejimi şəraitində vətəndaşları maraqlandıran məsələlərə aydınlıq gətirib

04.04.2020

DİN: Jurnalistlər avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzlər

04.04.2020

Koronavirusla bağlı SON STATİSTİKA

04.04.2020

Dünya birliyi Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər”i heç bir halda tanımadığını bəyan etdi

04.04.2020

Azərbaycanda koronavirusa görə epidemioloji vəziyyət gərgindir - Baş epidemioloq

04.04.2020

FIFA yığma komandaların iyun oyunlarını təxirə salmağı tövsiyə etdi

04.04.2020

Neftin qiyməti bahalaşır

04.04.2020

Ötən gün karantin rejimi ilə bağlı 1199 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb

03.04.2020

Karantin dövründə rəhbər və işçiləri işə cəlb edilən dövlət orqanlarının sayı artırıldı

03.04.2020

Cənnətə – Fazıl Hüsnü Dağlarcaya məktub – Sona Vəliyevanın şeiri

03.04.2020

Səbəbsiz yerə evdən çıxan sürücü və sərnişinlər cərimələnir

03.04.2020

Prezident İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub - YENİLƏNİB

03.04.2020

Karantindən çıxan Azərbaycan vətəndaşları yaşayış yerlərinə necə qayıdacaq? - AÇIQLAMA

03.04.2020

DSX: Qazax istiqamətində təxribatın qarşısı alınıb

03.04.2020

Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu, 6 nəfər sağaldı - Operativ Qərargah

03.04.2020

“Brent”in bir barrelinin qiyməti 30 dolları ötüb

03.04.2020

OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin görüşü bazar ertəsi keçiriləcək

03.04.2020

Gürcü nazir: Gürcüstanda COVID-19 virusuna yoluxma halları may ayında ən yüksək həddə çatacaq

03.04.2020

Karantin rejimini pozan 3 nəfər həbs edilib

03.04.2020

Koronavirusun qarşısının alınması məqsədilə humanitar yardımlar göndərilir

03.04.2020

Dünyada koronavirusa yoluxanların sayı bir milyonu ötüb

03.04.2020

İranda virusa yoluxanların sayı 50 mini keçib

02.04.2020

Azərbaycanda hərəkət məhdudiyyətləri tətbiq edilir - Operativ Qərargah

02.04.2020

Məleykə Abbaszadə: İnkişaf etmiş bir sıra ölkələrdə ortaya çıxan kütləvi ölümlərin səbəbi nədir?

02.04.2020

Koronavirusun kimlər üçün daha təhlükəli olduğu açıqlandı

02.04.2020

Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat xidmətinin məlumatı

02.04.2020

Aprelin 1-dən vahid bəyannamənin təqdim edilməsinə başlanılıb

02.04.2020

Koronavirus təhlükəsinə görə Həcc ziyarəti təxirə salınmayıb

02.04.2020

XİN: Ermənistan dərk etməlidir ki, Kəlbəcər də daxil olmaqla, Azərbaycan ərazilərinin işğalı müvəqqəti xarakter daşıyır

02.04.2020

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Kəlbəcərin işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

02.04.2020

Vüsal Kərimli: Metro stansiyaları bağlandığına görə...

02.04.2020

Prezident İlham Əliyev: Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi

02.04.2020

DİN: Jurnalistlərin Bakı, Sumqayıt və Abşeron ərazilərində hərəkəti sərbəstdir

02.04.2020

Azərbaycanda daha 41 koronavirusa yoluxma faktı qeydə alındı - Operativ Qərargah