Ermənistan XİN-in son bəyanatı iki ölkə əhalisinin sülhə hazırlanması fikri ilə tam ziddir

09:20 / 12.02.2020

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in Avropa İnsan Hüquqları Məhkəməsinin "Sarıbekyan və Belyan Azərbaycana qarşı" qərarı ilə bağlı bəyanatına münasibət bildirib.

 XİN rəsmisi bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin bu ilin 30 yanvar tarixində qəbul edilmiş "Sarıbekyan və Belyan Ermənistana qarşı" adlı qərarı yekun deyil və 3 ay ərzində Azərbaycan tərəfinin bu qərarı Məhkəmənin Böyük Palatasına şikayət etmək haqqı var. Belə ki, hazırda bu xüsusda müvafiq araşdırmalar aparılır.

O, qeyd edib ki, AİHM-in sözügedən qərarı heç də yekdilliklə qəbul olunmayıb və Azərbaycanlı hakim Lətif Hüseynov müzakirələr zamanı xüsusi rəylə çıxış edib.

"Xatırladırıq ki, Ermənistan vətəndaşı Manvel Sarıbekyan 2010-cu ilin 11 sentyabr tarixində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinin şimal-qərb istiqamətində bir neçə nəfərdən ibarət olan erməni təxribat qrupunun qarşısı alınarkən kəşfiyyatçıya aid olan bir sıra ləvazimatlarla birlikdə yaxalanıb. Oktyabrın 5-də isə o intihar edib və faktla bağlı Bakı Hərbi prokurorluğunda cinayət işi açılıb.

İndiki Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasəti 1980-ci illərin sonlarında daha da kəskinləşdi və 1988-89-cu illərdə Qafan rayonundan azərbaycanlıların qovulması ilə məcburi deportasiya kulminasiya həddinə çatdı. Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu hərbi işğal edən Ermənistan bu bölgənin yerli azərbaycanlı əhalisinə qarşı qanlı etnik təmizləmə həyata keçirdi və nəticədə yüz minlərlə azərbaycanlı məcburi köçkünə çevrildi. İşğalçılıq siyasəti zamanı mülki əhaliyə qarşı xüsusi qəddarlıq törədən Ermənistan silahlı qüvvələrinin 1992-ci ilin 26 fevral tarixində Xocalıda yalnız bir gecədə 613 mülki azərbaycanlını vəhşicəsinə qətlə yetirməsi beynəlxalaq ictimaiyyət tərəfindən qətiyyətlə pislənir və soyqırım kimi tanınır.

Ermənistanın təcüvüzü nəticəsində 3889 azərbaycanlı itkin düşüb və Ermənistan əsirliyində saxlanılan yüzlərlə insan isə ağır işgəncələr nəticəsində həyatını dəyişib.

Ermənistan XİN-ə onu da xatırladırıq ki, məhz Avropa İnsan Hüquqları Məhkəməsi Böyük Palatasının 16 iyun 2015-ci il tarixli "Çıraqov və digərləri Ermənistana qarşı" işi ilə bağlı qərarında işğalçı tərəf kimi Ermənistanın məsuliyyəti bir daha təsbit olunub və işğal olunmuş ərazilərimizdəki qanunsuz qurumun Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi hesabına mövcudluğu təsdiqlənib.

Ermənistan XİN-in bu bəyanatı bu ölkənin Xarici İşlər nazirinin özünün qəbul etdiyi birgə bəyanatlardakı iki ölkə əhalisinin sülhə hazırlanması fikri ilə tam ziddir və Ermənistan rəhbərliyinin əsl niyyətini ifşa edir", - deyə XİN rəsmisi qeyd edib.


Etiket:

Strategiya.az

Xəbərlər
21.02.2020

DTX Neftçalada keçirilən əməliyyatla bağlı məlumat yaydı

21.02.2020

Prezident İlham Əliyev: Avropanın ən böyük infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Azərbaycan İtaliya ilə sıx əməkdaşlıq edir

21.02.2020

AMEA-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevlə görüş keçirilib

21.02.2020

Romada Azərbaycan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib

21.02.2020

21 fevral - Beynəlxalq Ana Dili Günüdür

21.02.2020

Xəzər dənizinə axıdılan tullantı sularının tərkibində çirkləndiricilərin miqdarı normadan çoxdur

20.02.2020

Novruz çərşənbələrinin tarixləri açıqlandı

20.02.2020

Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşü olub

20.02.2020

Prezident İlham Əliyevin Romada rəsmi qarşılanma mərasimi olub

20.02.2020

Xocalı soyqırımının ildönümü ilə bağlı "Tədbirlər Planı” təsdiqlənib

20.02.2020

İtkin düşən Azərbaycan əsgərinin meyiti neytral ərazidən tapıldı

20.02.2020

Çində koronavirusdan ölənlərin sayı 2118 nəfərə yüksəldi

19.02.2020

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya dövlət səfərinə gəlib

19.02.2020

"Tarixi bilmək gərəklidirsə, öz millətinin və dövlətinin tarixini bilmək zəruridir" - Firad Əliyev

19.02.2020

Professor Əli Həsənov: "Türkün torpağına göz dikən hər kəs məğlubiyyətə məhkumdur"

19.02.2020

Baş infeksionist koronavirusla bağlı XƏBƏRDARLIQ etdi

18.02.2020

Bakıda koronavirusa görə karantinə götürülən 2 tələbə evə buraxıldı

18.02.2020

Dərsliklərin və təhsil sənədlərinin hazırlanması üçün tender elan edildi

18.02.2020

Elmar Məmmədyarov Albaniya üçün Beynəlxalq Donorlar Konfransında iştirak edib

17.02.2020

Elçin Əhmədov: XX əsrin sonunda Ermənistanın Azərbaycana təcavüzü – Qaradağlı soyqırımı Xocalıya gedən yolun başlanğıcı idi

17.02.2020

Professor Əli Həsənov: “Prezident İlham Əliyev millətimizin qürur yeridir”

17.02.2020

Mülazim Pahsa: Ermənistanın baş nazirinin inkarçılıq cəhdləri onun düşdüyü vəziyyəti daha da ağırlaşdırdı

17.02.2020

Çində yeni növ koronavirusdan ölənlərin sayı 1770 nəfərə yüksəldi

16.02.2020

Prezident İlham Əliyev növbəti dəfə Ermənistanın baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi

16.02.2020

Prezident İlham Əliyev: Dağlıq Qarabağda heç bir erməni tarixi irsi yoxdur

16.02.2020

Prezident İlham Əliyev: Minsk qrupunun həmsədrləri Ermənistana izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil

16.02.2020

İranlılar Həştərxan logistika habının perspektivlərini yüksək qiymətləndiriblər

16.02.2020

 Prezident İlham Əliyev: Əgər siz kiməsə nəsə verirsinizsə, bu, o deməkdir ki, həmin o nə isə sizə məxsus olub

14.02.2020

Türkiyə Suriyanın qondarma “erməni soyqırımı” barədə qətnaməsini qınayıb

14.02.2020

Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilib

13.02.2020

Birinci vitse-prezident Mehriban Əliyeva yunan-Roma güləşi üzrə milli komandanın üzvlərini təbrik edib

13.02.2020

NATO Türkiyəyə dəstək verəcəyini açıqladı

13.02.2020

Qazaxıstan “Sibirin gücü-2” qaz kəmərinin ölkə ərazisindən keçməsini Rusiyaya təklif edib

13.02.2020

Azərbaycan Prezidenti: Parlament seçkiləri bir daha onu göstərdi ki, bizim niyyətimiz demokratik inkişafın təmin edilməsidir

12.02.2020

Prezident İlham Əliyev: Azərbaycan artıq enerji təminatçısına çevrilib

12.02.2020

Koronavirus şübhəli daha bir nəfər evə buraxıldı

12.02.2020

Ermənistan XİN-in son bəyanatı iki ölkə əhalisinin sülhə hazırlanması fikri ilə tam ziddir

12.02.2020

Koronavirusa qarşı peyvənd 2021-ci ildə hazır ola bilər

11.02.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

11.02.2020

Azərbaycana təhlükəli xəstəliklər üçün xüsusi dərmanlar gətirildi - RƏSMİ

11.02.2020

XX əsrin sonunda Ermənistanın Azərbaycana hərbi təcavüzünün genişlənməsi - Malıbəyli və Quşçular faciəsi

11.02.2020

"Kaspi" TŞ-nin direktoru: “Məktəb də, valideyn də texnologiyadan asılı vəziyyətə düşüb”

11.02.2020

Cənubi Qafqaz: geosiyasi proseslərin yeni trendləri

11.02.2020

Aİ-nin sənədində ərazi bütövlüyü məsələsi: müsbət addımla yarımçıq obyektivlik arasında

11.02.2020

Milli kimlik konsepsiyası: nəzəriyyə və təcrübə

10.02.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

10.02.2020

Azərbaycanda parlament seçkilərinin ilkin nəticələri açıqlandı - SİYAHI

09.02.2020

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva 6 saylı seçki məntəqəsində səs veriblər

09.02.2020

Azərbaycanda parlament seçkilərinə start verildi

08.02.2020

Sabah qar yağacaq, şaxta olacaq