Prezident İlham Əliyev: Azərbaycan artıq enerji təminatçısına çevrilib

20:37 / 12.02.2020

Fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Pirallahı rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin əsaslı şəkildə yenidən qurulan 110/35/6 kilovoltluq “Dübəndi” yarımstansiyasının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, “Azərenerji” ASC-nin rəhbəri Baba Rzayev dövlətimizin başçısına yarımstansiyada görülən işlər barədə məlumat verdi.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə əldə olunan uğurlar enerji sektorunun inkişafında da özünü aydın şəkildə göstərir. Respublikanın sosial-iqtisadi tərəqqisinin təmin edilməsində mühüm elementlərdən olan bu sahənin inkişafına son dövrlərdə çox böyük diqqət yetirilir. Ölkəmizin elektrik enerjisi təsərrüfatında köklü islahatlar həyata keçirilməklə bu proses davamlı xarakter alıb, enerji sisteminin etibarlılığının təmin olunması və bu sahədə mükəmməl infrastrukturun yaradılması üçün ardıcıl və kompleks tədbirlər hazırda da davam etdirilir.

“Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində, Xəzər və Pirallahı rayonlarında yeni tikilən sosial və sahibkarlıq obyektlərinin, inkişaf edən sənaye, kənd təsərrüfatı, turizm müəssisələrinin, əhalinin artan tələbatını təmin etmək, qısaqapanmaları və sistem qəzalarını aradan qaldırmaq üçün yenidən qurulan “Dübəndi” yarımstansiyasının transformatorları daha güclü və yeniləri ilə əvəz edilib, mikro SCADA sistemi yaradılıb. Nəticədə güc defisiti aradan qaldırılmaqla yanaşı, etibarlılıq və dayanıqlılıq təmin edilib. Avadanlıqların açıq tiplidən qapalı tipliyə keçirilməsi yarımstansiyanı atmosfer şəraitinin təsirinə məruz qalmaq təhlükəsindən qoruyur. Yenidənqurma zamanı 63 MVA gücündə iki yeni transformator bina daxilinə yerləşdirilib ki, bununla həm də yarımstansiyanın gücü 126 MVA-ya çatdırılıb. Burada aparılan işlər zamanı Xəzər və Pirallahı rayonlarının perspektiv sosial-iqtisadi inkişafı nəzərə alınıb. İstehlakçıların enerji təchizatında fasilə yaranmaması üçün yenidənqurma işləri xüsusi rejimdə yarımstansiyanın fəaliyyəti dayandırılmadan icra olunub. Bu yarımstansiya Bakıətrafı kənd və qəsəbələrin çox hissəsini, Pirallahı Sənaye Parkı, qaçqın və məcburi köçkün şəhərciyi, kabel zavodu, “Zirə Ekopark” kompleksi və digər yerlərin enerji təchizatını təmin edəcək.

Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.

1953-cü ildə istifadəyə verilən və istismar müddəti başa çatan bu yarımstansiyanın avadanlıqları həddən artıq yüklənirdi ki, bu da istənilən zaman sistemdə qəza vəziyyətinin yaranmasına səbəb ola bilərdi. Yarımstansiya Xəzər dənizinə yaxın ərazidə yerləşdiyindən nəm və küləkli hava şəraitində də burada tez-tez qısaqapanmalar olurdu. Ona görə də “Dübəndi” yarımstansiyası sökülərək qapalı şəraitdə yeni texnologiyalar əsasında tam yenidən qurulub.

Burada yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı “Dübəndi” yarımstansiyasının işçiləri ilə görüşdü.

Yarımstansiyanın kollektivini salamlayan Prezident İlham ƏLİYEV dedi:

Yeni yarımstansiyanın açılışı münasibətilə sizi təbrik edirəm. “Dübəndi” yarımstansiyası indi bütün yüksək standartlara cavab verir və böyük ərazini elektrik enerjisi ilə qidalandıracaq. Əvvəlki yarımstansiyanın vəziyyəti çox acınacaqlı idi, demək olar ki, sıradan çıxmışdı. Ona görə yeni yarımstansiyanın tikintisi zəruri idi və bunu da “Azərenerji” yüksək səviyyədə təşkil edib. Beləliklə, Azərbaycan əhalisinin enerji ilə dayanıqlı təminatı işində növbəti önəmli addım atılmışdır.

Onu da bildirməliyəm ki, son illər ərzində bu sahəyə çox böyük diqqət göstərilir. Bunun sayəsində Azərbaycanda enerji təchizatı ilə bağlı bütün əsas problemlər demək olar ki, həllini tapmışdır. Son illərdə bu sahəyə göstərilən diqqət elə vəziyyət yaradıb ki, Azərbaycan artıq enerji təminatçısına çevrilib. Əvvəlki dövrlərdə biz idxaldan asılı idik. İndi isə öz tələbatımızı tam təmin edib, hətta ixrac da edirik.

Hesab edirəm ki, 2020-ci il “Azərenerji” üçün, ümumiyyətlə, Azərbaycan energetikləri üçün uğurla başlayıb. İlin əvvəlində iki böyük şirkət ölkəmizdə 440 meqavat gücündə yeni külək və Günəş elektrik stansiyalarının tikintisi ilə bağlı Azərbaycanla müvafiq sazişlər bağlamışdır. İşlər bu il başlanacaq və beləliklə, bərpa olunan enerji növləri Azərbaycanda inkişaf edəcək, bu inkişaf geniş vüsət alacaq. Eyni zamanda, bu gün bu yarımstansiyanın açılışı əlamətdar hadisədir. Bu il Mingəçevir İstilik Elektrik Stansiyasında bərpa işləri davam etdiriləcək. İlin birinci yarısında Mingəçevir İstilik Elektrik Stansiyası tam gücü ilə işləyəcək. Keçən il, ümumiyyətlə, 400 meqavat itirilmiş güclər bərpa olundu, onun böyük hissəsi Mingəçevir İstilik Elektrik Stansiyasının payına düşür. Bu il də Azərbaycanda təqribən 300-400 meqavat itirilmiş elektrik enerjisi bərpa olunacaq.

Eyni zamanda, dövlət xətti ilə bərpa olunan enerji növlərinin yaradılması işi davam etdiriləcək. Bu il də bu sahəyə vəsait ayrılacaqdır. Beləliklə, generasiya gücləri, ötürücü xətlər, transformatorlar, yarımstansiyalar, bütün elektrik şəbəkəsi beynəlxalq standartlara tam cavab verəcək. Enerji təminatı hər bir ölkənin təhlükəsizliyi deməkdir, xüsusilə, Azərbaycan kimi sürətlə inkişaf edən ölkələr üçün. Təkcə keçən il qeyri-neft sektorunda 14 faizlik artım olub. Bütün bu işlər, yeni müəssisələr, fabriklər, zavodlar, artan əhali yeni enerji gücləri tələb edir. Biz də bunu yaradırıq. Azərbaycan dövləti bundan sonra da bu sahəyə diqqətini əsirgəməyəcək. Energetiklər isə öz vəzifə borclarını ləyaqətlə icra edərək ölkəmizin ümumi inkişafına bundan sonra da töhfə verəcəklər.

Bir daha sizi təbrik edirəm. Sizə yeni uğurlar arzulayıram.


Etiket:

Strategiya.az

Xəbərlər
10.04.2020

Elmar Məmmədyarovun rusiyalı həmkarı ilə telefon danışığı olub

10.04.2020

Prezident İlham Əliyev: Koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir

10.04.2020

Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib

10.04.2020

Sayğacsız və abonent kimi qeydiyyata düşmədən qazdan istifadə edənlər aşkarlandı

10.04.2020

Moskva meri: Koronavirusla bağlı ciddi sınaqlara hazır olmalıyıq

10.04.2020

Pakistan işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər”i tanımır

10.04.2020

Qazaxıstanda COVID- 19-a yoluxanların sayın 800-ü keçib

10.04.2020

Bakıdakı aerobika gimnastikası üzrə dünya çempionatı 2021-ci ilə keçirilib

10.04.2020

Aprelin 10-da xarici valyutaların manata qarşı məzənnələri

10.04.2020

Fransada koronavirusdan ölənlərin sayı 12 min 210-a çatıb

10.04.2020

Azərbaycan neft bazarının 2022-ci ilədək tənzimlənməsi prosesinə qoşulub

10.04.2020

Boris Conson reanimasiyadan adi palataya keçirilib

10.04.2020

Məhəmməd Barkindo: May ayında qlobal neft ehtiyatı həcmi dola bilər

10.04.2020

PANDEMİYAYA BİOETİK BAXIŞ:qanunların, yoxsa insanların keşiyində durmalı?

10.04.2020

Türkiyədə bir gündə koronavirusdan 96 nəfər dünyasını dəyişib

09.04.2020

Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçiriləcək

09.04.2020

Bakıda heç bir marşrutun fəaliyyətinə məhdudiyyət qoyulmayıb

09.04.2020

Daha üç rayon üzrə pensiyalar hesablara köçürülüb

09.04.2020

“Su-35” və “MiQ-35” təyyarələrinin silahlanmamıza daxil edilməsi hava məkanındakı üstünlüyümüzü dəfələrlə artıracaq

09.04.2020

DİN: Vətəndaşlarımızı xüsusi karantin rejiminin tələblərinə əməl etməyə çağırırıq

09.04.2020

Koronavirusla mübarizədə qətiyyətli addımlarına görə Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları ünvanlanır

09.04.2020

Belarusda koronavirusa yoluxanların sayı 1486 nəfərə çatıb, 16 nəfər ölüb

09.04.2020

Xanlar Vəliyev yenidən Hərbi prokuror vəzifəsinə təyin edilib

09.04.2020

Baş Nazir: Azərbaycan dövlətinin gördüyü bütün tədbirlərin məqsədi xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etməkdir

09.04.2020

Almaniyada karantin tədbirlərini yüngülləşdirmək niyyətindədirlər

09.04.2020

Rusiyada koronavirusa yoluxanların sayı 10 mini keçib

09.04.2020

Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilib

09.04.2020

Milli Məclisin iclası başlayıb

09.04.2020

Neftin qiyməti bahalaşır

09.04.2020

Fransada pandemiyanın növbəti dalğası gözlənilir

09.04.2020

Bakıda hava nəzərəçarpacaq dərəcədə yaxşılaşıb

09.04.2020

Böyük Britaniyada koronavirus səbəbindən ölənlərin sayı 7 min nəfəri ötdü

09.04.2020

Xüsusi karantin rejiminin pozan 9959 nəfər inzibati məsuliyyətə cəlb edilib

08.04.2020

Aprelin 9-dan bu şəxslərin küçəyə çıxma icazəsi ləğv olunur

08.04.2020

Şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti uzadıldı

08.04.2020

Azərbaycanda koronavirusla bağlı XƏBƏRDARLIQ: Say artsa, biz bununla bacara bilməyəcəyik

08.04.2020

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

08.04.2020

Xaçmazda ağacları kəsən şəxs cəzalanıb

08.04.2020

Bakıda saxta arayışlar satan şəxslər tutulub

08.04.2020

Koronavirusdan zərər çəkən sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri açıqlandı

08.04.2020

Azərbaycanda onlayn sosial etibarnamənin tətbiqinə başlanıldı

08.04.2020

Azərbaycan koronavirusla mübarizədə liderlər sırasındadır!

08.04.2020

Neftin qiyməti bahalaşıb

08.04.2020

Bakı polisi vətəndaşlara növbəti dəfə xəbərdarlıq etdi

08.04.2020

Koronavirusla bağlı SON STATİSTİKA

08.04.2020

Pandemiyadan zərərçəkən sahələrlə bağlı paketlər reallaşdırılır

08.04.2020

icaze.e-gov.az portalında işsizliyin qeydiyyatı nəzərdə tutulmayıb

08.04.2020

Dünyada koronavirusdan ölənlərin sayı 81 mini ötüb

07.04.2020

Türkiyədə koronavirusdan ölənlərin sayı 725-ə çatıb

07.04.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı