ABŞ Konqresi Xocalı faciəsinin 28-ci ildönümünü yad edib

09:57 / 27.02.2020

26 fevral 2020-ci il tarixində ABŞ Konqresində Nümayəndələr Palatasının Xarici Məsələlər Komitəsinin dinləmə zalında Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Tədbirə ABŞ Konqresinin Təxsisatlar Komitəsinin və Helsinki Komissiyasının üzvü Alabamanı təmsil edən konqresmen Robert Aderholt (Robert Aderholt), Konqresdəki Azərbaycan üzrə İşçi Qrupunun Respublikaçı həmsədri, Xarici Məsələlər və Hüquq Komitələrinin üzvü, konqresmen Stiv Şəbot (Steve Chabot), Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinin üzvü Texas ştatını təmsil edən demokrat Henri Kueyar (Henry Cuellar), Arizona ştatını təmsil edən və Nümayəndələr Palatasının Nəzarət və İslahatlar, Təbii Sərvətlər Komitələrinin üzvü olan respublikaçı Pol Qosar (Paul Gosar), habelə Konqresin çoxsaylı peşəkar heyət üzvləri, Türkiyə Respublikasının ABŞ-dakı Səfirliyinin diplomatik və hərbi nümayəndəliyinin heyəti, ABŞ-dakı Azərbaycan icmasının çox sayda üzvü və xüsusi qonaq qismində Azərbaycan əsilli ABŞ vətəndaşı Cəbrayıldan köçkün düşmüş və müharibə vaxtı gözdən əlil olmuş Nicat Əşrəfzadə də qatılmışdır.

Tədbirdə Xocalı faciəsi ilə bağlı həqiqətlər geniş auditoriyanın diqqətinə çatdırılmış, həmin faciədə qətlə yetirilmiş yüzlərlə insanın xatirəsi anılmış və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinin vacibliyi vurğulanmışdır.

Tədbiri giriş sözü ilə açan “Hyuston - Bakı Qardaşlaşmış Şəhərlər Asossasiyası”nın və “Azərbaycan evi”nin rəhbəri İradə Axundova iştirakçıları salamlamış, Xocalı qətliamı barədə məlumat verərək, bu faciənin Konqresdə geniş şəkildə anılmasının və dünya ictimaiyyətinin bu qırğından xəbərdar olmasının əhəmiyyətini diqqətə çatdırmışdır.

Daha sonra, çıxış edən Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov tədbir iştirakçılarını və Konqres üzvlərini salamlamışdır. Tərbirə qatılan qardaş Türkiyənin nümayəndələrinə təşəkkürünü ifadə etmiş, Azərbaycan-Türkiyə bir millət-iki dövlət şüarını diqqətə çatdıraraq, bu sıx əməkdaşlığın yalnız iki ölkə üçün deyil, bölgəmiz üçün sabitlik, inkişaf və sülh gətirəcəyini vurğulamışdır. Səfir, Xocalı faciəsinin tarixi barədə tədbir iştirakçılarına ətraflı məlumat vermiş, Xocalı qurbanlarının xatirəsini yad etmiş və bunun Azərbaycanlılara qarşı törədilmiş insanlıq əleyhinə cinayət olduğunu, münaqişənin həlli istiqamətində Ermənistan hökumətinin ciddi addımlar atmasının vacibliyini vurğulamışdır.

Səfir həmçinin, Xocalıdakı soyqırımın birbaşa iştirakçıları olan və onun törədilməsini etiraf edən Ermənistan Respublikasının keçmiş dövlət rəhbəri Serj Sarksyanın bir gün Xocalıda törətdiyi amansız cinayətlərə görə də məsuliyyətə cəlb ediləcəyinə ümidini ifadə etmişdir. O, Xocalı faciəsinin nəinki Azərbaycan üçün Ermənistan üçün də faciə olduğunu bildirmişdir.

Səfir, Münxen Təhlükəsizlik Konfransı zamanı Ermənistanın yeni rəhbəri Baş nazir Nikol Paşinyanın Xocalı qətliamını danmasının təəssüf doğurduğunu, onun yeni Ermənistan rəhbəri kimi, keçmiş Prezidentlərin və Ermənistan rəhbərlərinin səhvlərini təkrarlamasının acınacaqlı olduğunu diqqətə çatdırmışdır. Nikol Paşinyanın yeni səhifədən başlaması üçün ilk olaraq yaranmış ümidlərə baxmayaraq, onun faciəni danmasına görə təəssüfünü bildirmişdir. Ermənistanın müstəqil dövlət olması üçün səy göstərməsinin, Azərbaycan və Türkiyə ilə sülhə cəhd etməsinin vacib olduğunu diqqətə çatdırmışdır. Bunun əksinə, bugün Ermənistanın status quo-nu qorumaqda maraqlı olduğunu, lakin, zamanın Ermənistan əleyhinə işlədiyini və Azərbaycanın 1992-ci ildən fərqli olaraq regional güc olduğunu, qüvvətli orduya malik olduğunu və inkişaf etdiyini vurğulamışdır. Azərbaycanın status-quo-da maraqlı olmadığını, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının, torpaqlarımızın işğaldan azad olunmasının, köçkünlərin geri qayıtmasının vacib olduğunu bildirmişdir. Sülhün bizim bölgəmizdə bərqərar olacağına ümidini ifadə etmiş, Ermənistan üçün müstəqil və qonşuları ilə sülh şəraitində yaşamağın və regional layihələrə qoşulmasının daha əlverişli olacağını diqqətə çatdırmışdır. Səfir xatırlatmışdır ki, Azərbaycanda mülki vətəndaşların xüsusi amansızlıqla qətlini törətmiş cinayətkarlar, o cümlədən keçmiş Prezident Serj Sarkisyan, hətta Yerevanda dinc etirazçılara qarşı da atəş açmaqdan çəkinməmişlər. Səfir, Azərbaycanlılara qarşı qətliam törətmiş hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsinin vacib olduğunu qeyd etmişdir.

Səfir həmçinin, münaqişənin həlli istiqamətində danışıqlar prosesində ABŞ-ın həmsədr ölkə qismində əhəmiyyətli roluna görə minnətdarlığını bildirmişdir.

Tədbirdə daha sonra çıxış edən Konqresin Azərbaycan üzrə İşçi Qrupunun yeni həmsədri Robert Aderholt Xocalı faciəsinin və qətlə yetirilmiş yüzlərlə insanın xatirəsinin yad edilməsinin belə faciənin bir daha baş verməməsi üçün əhəmiyyətli olduğunu vurğulamışdır. Konqresdə belə tədbirin təşkilinə görə minnətdarlığını bildirmişdir. R.Aderholt Azərbaycana iki dəfə həyata keçirdiyi səfərlərini və Azərbaycan Prezidenti ilə keçirdiyi görüşləri xatırlamış, ölkəmizin ABŞ üçün böyük müttəfiq olduğunu vurğulamışdır. O, ABŞ-Azərbaycan münasibətlərinin inkişafı üçün səylərini daha da artıracağını diqqətə çatdırmışdır.

Tədbirə qatılan digər Konqres üzvü Pol Qosar da çıxışı zamanı illər öncə Xocalı şəhərində baş vermiş faciədə həyatını itirmiş insanların unudulmadığını və onların əziz xatirəsinin hər zaman anıldığını qeyd etmişdir. O, bu faciənin bir daha təkrarlanmaması üçün onun unudulmamasının vacib olduğunu xüsusilə qeyd etmişdir. Konqres üzvü münaqişə bölgəsində sülhün bərqərar olmasının zəruri olduğunu bildirmişdir.

Demokrat Konqres üzvü Henri Kueyar Xocalı faciəsində həyatını itirmiş insanların əziz xatirəsini anaraq Azərbaycanlıların kədərinə şərik olduğunu bildirmişdir. Faciənin anılması üçün Azərbaycan və Amerikanların bir araya gəlməsinin faciənin unudulmaması üçün zəruri olduğunu diqqətə çatdırmışdır. Konqres üzvü, Azərbaycanın ABŞ-ın müttəfiqlərindən biri olduğunu vurğulamışdır.

Daha sonra çıxış edən Konqres üzvü Stiv Şəbot 28 il öncə Sovet qoşunlarının köməyilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərində qətliam törətdiyi, qadın, uşaq və yaşlılar daxil olmaqla 600-dən çox günahsız və silahsız Xocalı sakininin qətlə yetirildiyini vurğulamışdır. S.Şəbot bu acı faciənin ildönümündə Azəbaycanla birgə olduğunu və qətlə yetirilmiş insanlarının xatirəsinin unudulmadığını diqqətə çatdırmışdır.

Bundan əlavə, ABŞ və Azərbaycan arasındakı əməkdaşlığı və tərəfdaşlığı yüksək dəyərləndirən S.Şəbot Azərbaycanın xüsusilə Əfqanıstanda ABŞ-a göstərdiyi dəstəyə görə dərin minnətdarlığını ifadə etmişdir. İki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini bildirmişdir.

Tədbirə xüsusi qonaq qismində qatılan, hazırda ABŞ vətəndaşı olan Cəbrayıldan köçkün düşmüş 4 yaşında ikən Ermənistanın Cəbrayılın işğalı zamanı gözdən əlil olmuş Nicat Əşrəfzadə yaddaşındakı acı xatirələrini auditoriya ilə bölüşmüş, işğal zamanı yaşadığı ağrılı-acılı, çətin günlərindən bəhs etmişdir. Başına gələn müsibətləri çox çətinliklə və gərginliklə dilə gətirən Nicat Əşrəfzadənin nitqi qonaqlara emosional təsir bağışlamış, onları kədərləndirmiş və geniş diqqətə səbəb olmuşdur. Nicat Əşrəfzadə münaqişənin sülh yolu həlli istiqamətində səylərin artırılmasının vacib olduğunu və ABŞ-ın bu istiqamətdə xüsusi rola malik olduğunu bildirmişdir. Zamanın Ermənistanın əleyhinə işlədiyini, Azərbaycanın daim gücləndiyini diqqətə çatdırmış və bölgədə sülhün bərqərar olmasına ümidini ifadə etmişdir.

Tədbirin sonunda Xocalı qurbanlarının xatirəsinə ehsan verilmişdir.


Etiket:

Strategiya.az

Xəbərlər
28.03.2020

Birinci vitse-prezident Mehriban Əliyeva: Həkimlərin hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir

28.03.2020

Prezident İlham Əliyevin çıxışı - TAM MƏTN

28.03.2020

Azərbaycanda daha 17 nəfərdə koronavirus infeksiyasına yoluxma qeydə alındı, 1 nəfər vəfat etdi - Operativ Qərargah

28.03.2020

Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlərin məbləği məlum oldu

28.03.2020

"BakuBus"larda məsafənin gözlənilməsi qaydaları tətbiq edilib

28.03.2020

Deputatların koronavirusa görə testlərinin nəticələri açıqlandı

28.03.2020

Türkiyədə bütün xarici aviareyslər dayandırılır

28.03.2020

ABŞ-da koronavirusa yoluxma hallarının sayı 100 mini keçib

28.03.2020

İran koronavirusla mübarizəyə 23,8 milyard dollar ayıracaq

27.03.2020

Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib

27.03.2020

Dünyanın yeni kabusu - KORONAVİRUS

27.03.2020

“Azəriqaz” daş karxanalarının sahiblərinə: Təhlükəli qəza şəraiti yaratmayın! (FOTO)

27.03.2020

Mədəniyyət Nazirliyi Xalq artistinin dəfni ilə bağlı vətəndaşlara müraciət etdi

27.03.2020

Koronavirusa görə Bakıya giriş qadağasını pozan şəxs saxlanılıb

27.03.2020

BNA-dan xəbərdarlıq: Qaydalara əməl olunmasa müntəzəm marşrut xətlərinin fəaliyyəti dayandırıla bilər

27.03.2020

Məşhurlar xalqa çağırış etdi - Evdə qalaraq həm özünüzü, həm də insanları təhlükədən qoruyun

27.03.2020

Astarada karantin rejimini pozanlara xəbərdarlıq edildi

27.03.2020

Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-ə qədər uzadılır

26.03.2020

Doğum haqqında təkrar şəhadətnamələrlə bağlı yeni QƏRAR

26.03.2020

Operativ Qərargah xüsusi karantin rejimi ilə bağlı iclas keçirdi, icra hakimiyyətlərinə ciddi göstəriş verildi

26.03.2020

Azərbaycanda 29 koronavirusa yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib

26.03.2020

Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salındı

26.03.2020

"İçərişəhər"in bütün küçələri xüsusi məhlulla yuyulur

25.03.2020

Tibb işçilərinin əməkhaqlarına müddətli əlavə müəyyən edilib - QƏRAR

25.03.2020

Azərbaycanda qeyri-iş günlərinin sayı artırıldı

25.03.2020

Azərbaycanda 6 yeni koronavirusa yoluxma qeydə alınıb, 1 nəfər vəfat edib - Operativ Qərargah

25.03.2020

“Azərişıq”: Ünvanı məlum olmayan elanlar həqiqəti əks etdirmir və cəmiyyətdə çaşqınlıq yaradır

25.03.2020

Kaspi Təhsil Şirkəti Covid 19 ilə mübarizə kampaniyasına qoşuldu

25.03.2020

Elman Nəsirov: Cənab Əliyevin islahatları vətəndaş rifahının sosial inqilabıdır

25.03.2020

Teledərslərin sabahkı cədvəli açıqlanıb

25.03.2020

Koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılmış İşçi Qrupun iclası keçirilib

25.03.2020

Neft Daşlarında çalışanlar barədə qərar verildi

25.03.2020

Naxçıvanda kafe və restoranların iş rejimi qısaldılıb, iri ticarət mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılıb

25.03.2020

Koronavirusa yoluxanların sayı 400 min nəfəri keçib

25.03.2020

Azərbaycan Yay Olimpiya Oyunlarının 2021-ci ilə keçirilməsi ilə bağlı görüləcək tədbirləri açıqlayıb

24.03.2020

Professor Əli Həsənov: "Bəşəri bəlaya qalib gələ bilərik"

24.03.2020

Sona Vəliyevadan #Evdeqal çağırışına DƏSTƏK

24.03.2020

Azərbaycanda yas mərasimləri ilə bağlı yeni QADAĞA

24.03.2020

Prezident İlham Əliyevin müsahibəsi

24.03.2020

Qaradağın icra başçısı cəzalandırıldı

24.03.2020

Mənzil daxilindəki su sayğaclarının oxunması müvəqqəti dayandırılır

24.03.2020

Heydər Əliyev Fondu Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürdü

24.03.2020

Bakı metrosundan istifadə edənlərin sayı azalıb

24.03.2020

Azərbaycanda şəhər və rayondaxili marşrutlar adi qaydada fəaliyyətlərini davam etdirəcək

23.03.2020

Baş infeksionist: Koronavirusla bağlı psixoloji sarsıntıya, təşvişə heç bir əsas yoxdur

23.03.2020

Azərbaycanda hərbi qulluqçuların ehtiyata buraxılmasında hər hansı bir dəyişiklik nəzərdə tutulmayıb

23.03.2020

Rusiyada koronavirusa daha 71 yoluxma halı aşkarlanıb

23.03.2020

Ötən sutka ərzində Çində 39 nəfər koronavirusa yoluxub

23.03.2020

Azərbaycan XİN Abxaziyada qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb

22.03.2020

Azərbaycanda 12 yeni koronavirusa yoluxma qeydə alınıb - Operativ Qərargah