Ermənistandan deportasiya edilən azərbaycanlı: Sumqayıt hadisələri baş verənə qədər ermənilər bizi qorxutmaq üçün döyür, təhqir edirdilər

09:34 / 28.02.2020

Azərbaycanlıların öz tarixi torpaqlarımız olan Ermənistandan kütləvi deportasiyası mərhələli şəkildə bir necə dəfə həyata keçirilib. Bu deportasiyanın ən sonuncusu isə 1988-ci ildə başlayıb. Məlumatlara görə, həmin deportasiya Sumqayıt hadisələrindən sonra olub.

Əslində isə azərbaycanlıların sonuncu deportasiyası Sumqayıt hadisələrindən sonra deyil, ondan daha əvvəl baş verib. Deportasiya siyasətini düşünülmüş şəkildə həyata keçirən ermənilər hələ 1983-cü il aprelin 24-də İrəvan şəhərinə bitişik Masis (Zəngibasar) rayonunun mərkəzində (Uluxanlıda) azərbaycanlıların yaşadıqları evlərə basqınlar edib, qəbiristanlıqda qəbir daşlarını qırıb dağıtmışdılar.

Sonrakı illərdə ermənilər özlərinin deportasiyaya hazırlıq planlarını yarı gizli, yarı açıq formada həyata keçiriblər. Fəallaşmış ermənilərin bu siyasəti nəticəsində bir qrup azərbaycanlı hələ Sumqayıt hadisələri baş verməmişdən əvvəl - yanvarın 20-dən sonra Ermənistandan deportasiya edilib. Lakin bu məlumat ictimaiyyətdən gizli saxlanılıb.

1988-ci ilin sentyabrında Ermənistandan deportasiya edilmiş 65 yaşlı İmran Namazov həmin hadisələrin şahidi olub. O, Sumqayıt hadisələrinə qədər baş verənləri Trend-lə bölüşüb.

Hələ sovet dövründə Ermənistanda yaşayan azərbaycanlılar sıxışdırılırdı

Hələ sovet hakimiyyəti qurulmamışdan əvvəl ata-babalarının Ermənistanın Amasiya rayonunda yaşadıqlarını deyən İ.Namazov bildirib ki, həmin rayon Ermənistanda azərbaycanlıların ən çox yaşadığı ərazilərdən olub:

"Rayonda 29 yaşayış məntəqəsi var idi. Onun 25-i sırf azərbaycanlıların yaşadığı kənd olub, qalan 4 erməni kəndinin hər birində 30-40 ailə yaşayırdı. Ancaq təkcə bir azərbaycanlı kəndində 1500-1800 ailə yaşayırdı. Rayon mərkəzində isə ermənilər və azərbaycanlılar yanaşı yaşayırdılar. Amma Amasiyanın köklü əhalisi yenə də azərbaycanlılar idi. Oradakı ermənilər bu rayona sonradan vəzifələrə qoyulmaq üçün köçürülüb gətirilənlər idi. Nə qədər erməni tanıyırdım ki, onlar vəzifədə işləmək üçün Azərbaycandan və digər ölkələrdən Ermənistana köçürülüb gətirilmişdi".

Azərbaycanlıların sonuncu deportasiyası zamanı Ermənistanda təxminən 250 min nəfər azərbaycanlının yaşadığını deyən İ.Namazov onların arasında ali təhsillilərin sayının daha çox olduğunu söyləyib.

Onun sözlərinə görə, hələ 1988-ci il deportasiyasından əvvəl azərbaycanlılar Ermənistanda sıxışdırılırdı: "Ermənistanda çox az sayda Azərbaycan dilini tədris edən məktəb var idi. Məqsəd o idi ki, azərbaycanlılar öz dillərində təhsil ala bilməsinlər".

"Erməni dilini bilməyən azərbaycanlı, lap akademik olsa belə, heç bir işdə işləyə bilməzdi"

Ermənistanda müəllim kimi çalışan İ.Namazov qeyd edib ki, azərbaycanlıları yüksək vəzifələrə təyin etmirdilər. Ermənistanda yalnız erməni dilini bilən ermənilər dövlət orqanlarında işləyə bilirdi.

"Erməni dilini bilməyən azərbaycanlı, lap akademik olsa belə, işləyə bilməzdi" deyən İ.Namazovun sözlərinə görə, Ermənistanda yaşayan azərbaycanlıların əksəriyyəti Rusiyada, Azərbaycanda və digər keçmiş SSRİ respublikalarında təhsil almışdılar.

İ.Namazov deyib ki, Ermənistanda yaşayan azərbaycanlılar sıxışdırıldığından başqa ölkələrdə ali təhsil alan azərbaycanlıların əksəriyyəti təhsillərini başa vurduqdan sonra buraya geri qayıtmırdılar. Çünki bilirdilər ki, qayıtdıqdan sonra onlar iş tapa bilməyəcəklər və çətinliklərlə üzləşəcəklər.

1985-ci ildən ermənilər azərbaycanlıları daha çox sıxışdırmağa başladılar

 
İ.Namazov bildirib ki, sovet dövründə azərbaycanlıların sıxışdırılması həmişə olsa da, 1985-ci ildən sonra bu sıxışdırılma daha da güclənib:

"Hələ 1985-ci ildə erməni akademik A.Aqanbekyan Dağlıq Qarabağla bağlı məsələ qaldıraraq onun Ermənistana birləşdirilməsinin vacib olduğunu deyib. 1985-ci ilin martında Mixail Qorbaçovun Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitənin baş katibi seçilməsindən sonra ermənilər öz siyasətlərində daha da fəallaşdılar. Onlar daha çox savadlı, xalqı oyada biləcək azərbaycanlıları sıxışdırırdılar. Həmin azərbaycanlılar da buna görə Ermənistandan Azərbaycana, Rusiyaya, Ukraynaya və s. köçməyə məcbur olurdular".

İ.Namazov deyib ki, Sumqayıt hadisələri və 1988-ci ildə məlum deportasiya baş verənə qədər ermənilər azərbaycanlıları qorxutmaq üçün döyür, təhqir edirdilər: "Həmin dövrdə azərbaycanlıların öz yaşadıqları kənddən kənara çıxması artıq mümkün deyildi".

Sumqayıt erməniləri neçə cavan azərbaycanlını öz evində asmışdı

1988-ci ilin fevralın 19-da Ermənistanın paytaxtı Yerevanda da mitinqlərin başladığını deyən İ.Namazov bildirib ki, mitinqlərin şüarları "Türksüz Ermənistan", Ermənistan ermənilərə məxsusdur" idi.

Onun sözlərinə görə, Sumqayıt hadisələri baş verdikdən sonra artıq Ermənistanda azərbaycanlıların yaşaması qeyri-mümkün idi:

"Ermənilər həmin zaman SSRİ Mərkəzi Komitəsinə məlumat verirdilər ki, ermənilərlə azərbaycanlılar birlikdə yaşaya bilməzlər. Ona görə də Qarabağ Ermənistana birləşdirilməlidir. Bu fikirləri təsdiq etmək üçün 1988-ci fevralın 27-28-də ermənilər Sumqayıt hadisələrini törətdilər. Sumqayıtda yaşayan ermənilər Ermənistanın azərbaycanlılar yaşayan rayonlarında məskunlaşdırıldı".

İ.Namazov əlavə edib ki, bu hadisələrin baş verməsinə görə azərbaycanlıları günahkar bilən Sumqayıt erməniləri ilə Ermənistanda yaşayan azərbaycanlılar arasında iğtişaşlar baş verməyə başladı:

"Sumqayıt hadisələrindən sonra Amasiyanın rayon mərkəzinə sovet hökuməti onlarla tank, rus əsgərləri gətirdi. Əslində isə bu əsgərlər hadisələrin baş verməsi üçün katalizator rolunu oynayırdılar. Onlar görsəydilər ki, bir erməni azərbaycanlı ilə dalaşıb, azərbaycanlını həbs edirdilər, ermənini isə azadlığa buraxırdılar. Sumqayıt hadisələrindən sonra Leninakana gedən bütün azərbaycanlıları - uşaq, yaşlı olmasından asılı olmayaraq, ya döyülür, ya da söyülürdü, bir sözlə oraya getmək mümkün deyildi. Sumqayıtdan gələn ermənilər neçə cavan azərbaycanlını öz evində asmışdı".

Ermənilər rayondakı 30 minə yaxın azərbaycanlının hamısı qırmaq üçün plan hazırlamışdılar

İ.Namazov deyib ki, ermənilər 1988-ci ilin dekabrında Amasiyada yaşayan azərbaycanlılara qarşı böyük basqın etməyi planlaşdırıblar. Amma 1988-ci ilin dekabrın 7-də baş verən güclü zəlzələ bu planın gercəkləşməsinə imkan verməyib: "Basqın dekabrın 8-də olmalı imiş. Bunun üçün hətta dəstələr də yaradılıb. Onlara tapşırılıb ki, oradakı bütün azərbaycanlıları qırmaq lazımdır. Həmin vaxtda da rayonda təxminən 30 minə yaxın azərbaycanlı yaşayırdı".

İ.Namazov əlavə edib ki, belə bir basqının olacağını yerli azərbaycanlılar görülən hazırlıq işlərinə görə də təxmin ediblər. Rayondakı azərbaycanlılarla yaxın münasibətdə olan ermənilər də belə bir planlarının olduğunu onlara gizli şəkildə açıqlayıblar: "Mənə yaxın olan ermənilərdən hətta bəziləri bildirmişdi ki, buradan gedin ki, biz vicdan əzabı çəkməyək. Çünki Daşnaksütun Partiyasının üzvləri bizi məcbur edirlər ki, tanıdığınız, çörək kəsdiyiniz erməniləri siz özünüz güllələyəcəksiniz. Bunu etməyə məcbur olacağıq".//İlhamə İsabalayeva - Trend


Etiket:

Strategiya.az

Xəbərlər
28.03.2020

Birinci vitse-prezident Mehriban Əliyeva: Həkimlərin hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir

28.03.2020

Prezident İlham Əliyevin çıxışı - TAM MƏTN

28.03.2020

Azərbaycanda daha 17 nəfərdə koronavirus infeksiyasına yoluxma qeydə alındı, 1 nəfər vəfat etdi - Operativ Qərargah

28.03.2020

Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlərin məbləği məlum oldu

28.03.2020

"BakuBus"larda məsafənin gözlənilməsi qaydaları tətbiq edilib

28.03.2020

Deputatların koronavirusa görə testlərinin nəticələri açıqlandı

28.03.2020

Türkiyədə bütün xarici aviareyslər dayandırılır

28.03.2020

ABŞ-da koronavirusa yoluxma hallarının sayı 100 mini keçib

28.03.2020

İran koronavirusla mübarizəyə 23,8 milyard dollar ayıracaq

27.03.2020

Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib

27.03.2020

Dünyanın yeni kabusu - KORONAVİRUS

27.03.2020

“Azəriqaz” daş karxanalarının sahiblərinə: Təhlükəli qəza şəraiti yaratmayın! (FOTO)

27.03.2020

Mədəniyyət Nazirliyi Xalq artistinin dəfni ilə bağlı vətəndaşlara müraciət etdi

27.03.2020

Koronavirusa görə Bakıya giriş qadağasını pozan şəxs saxlanılıb

27.03.2020

BNA-dan xəbərdarlıq: Qaydalara əməl olunmasa müntəzəm marşrut xətlərinin fəaliyyəti dayandırıla bilər

27.03.2020

Məşhurlar xalqa çağırış etdi - Evdə qalaraq həm özünüzü, həm də insanları təhlükədən qoruyun

27.03.2020

Astarada karantin rejimini pozanlara xəbərdarlıq edildi

27.03.2020

Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-ə qədər uzadılır

26.03.2020

Doğum haqqında təkrar şəhadətnamələrlə bağlı yeni QƏRAR

26.03.2020

Operativ Qərargah xüsusi karantin rejimi ilə bağlı iclas keçirdi, icra hakimiyyətlərinə ciddi göstəriş verildi

26.03.2020

Azərbaycanda 29 koronavirusa yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib

26.03.2020

Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salındı

26.03.2020

"İçərişəhər"in bütün küçələri xüsusi məhlulla yuyulur

25.03.2020

Tibb işçilərinin əməkhaqlarına müddətli əlavə müəyyən edilib - QƏRAR

25.03.2020

Azərbaycanda qeyri-iş günlərinin sayı artırıldı

25.03.2020

Azərbaycanda 6 yeni koronavirusa yoluxma qeydə alınıb, 1 nəfər vəfat edib - Operativ Qərargah

25.03.2020

“Azərişıq”: Ünvanı məlum olmayan elanlar həqiqəti əks etdirmir və cəmiyyətdə çaşqınlıq yaradır

25.03.2020

Kaspi Təhsil Şirkəti Covid 19 ilə mübarizə kampaniyasına qoşuldu

25.03.2020

Elman Nəsirov: Cənab Əliyevin islahatları vətəndaş rifahının sosial inqilabıdır

25.03.2020

Teledərslərin sabahkı cədvəli açıqlanıb

25.03.2020

Koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılmış İşçi Qrupun iclası keçirilib

25.03.2020

Neft Daşlarında çalışanlar barədə qərar verildi

25.03.2020

Naxçıvanda kafe və restoranların iş rejimi qısaldılıb, iri ticarət mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılıb

25.03.2020

Koronavirusa yoluxanların sayı 400 min nəfəri keçib

25.03.2020

Azərbaycan Yay Olimpiya Oyunlarının 2021-ci ilə keçirilməsi ilə bağlı görüləcək tədbirləri açıqlayıb

24.03.2020

Professor Əli Həsənov: "Bəşəri bəlaya qalib gələ bilərik"

24.03.2020

Sona Vəliyevadan #Evdeqal çağırışına DƏSTƏK

24.03.2020

Azərbaycanda yas mərasimləri ilə bağlı yeni QADAĞA

24.03.2020

Prezident İlham Əliyevin müsahibəsi

24.03.2020

Qaradağın icra başçısı cəzalandırıldı

24.03.2020

Mənzil daxilindəki su sayğaclarının oxunması müvəqqəti dayandırılır

24.03.2020

Heydər Əliyev Fondu Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürdü

24.03.2020

Bakı metrosundan istifadə edənlərin sayı azalıb

24.03.2020

Azərbaycanda şəhər və rayondaxili marşrutlar adi qaydada fəaliyyətlərini davam etdirəcək

23.03.2020

Baş infeksionist: Koronavirusla bağlı psixoloji sarsıntıya, təşvişə heç bir əsas yoxdur

23.03.2020

Azərbaycanda hərbi qulluqçuların ehtiyata buraxılmasında hər hansı bir dəyişiklik nəzərdə tutulmayıb

23.03.2020

Rusiyada koronavirusa daha 71 yoluxma halı aşkarlanıb

23.03.2020

Ötən sutka ərzində Çində 39 nəfər koronavirusa yoluxub

23.03.2020

Azərbaycan XİN Abxaziyada qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb

22.03.2020

Azərbaycanda 12 yeni koronavirusa yoluxma qeydə alınıb - Operativ Qərargah