Baş infeksionist: Koronavirusla bağlı psixoloji sarsıntıya, təşvişə heç bir əsas yoxdur

12:53 / 23.03.2020

Bu gün dünyanın bir nömrəli probleminə çevrilən koronavirus infeksiyasının Azərbaycanda yayılma səviyyəsi ilə bağlı son durum haqqında Respublikanın baş infeksionisti, ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Cəlal İsayev Trend-in suallarını cavablandırıb.

O qeyd edib ki, dünyada 200 mindən artıq adamın koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb:

“Xəstələnənlər içərisində 8000-dən artıq ölüm hadisəsi qeydə alınıb. Daha çox xəstələnmə halları İtaliya, İran, İspaniya, ümumiyyətlə Avropa ölkələrində müşahidə olunur. Hazırda Azərbaycanda aktiv koronavirus xəstələri xüsusi rejimli müəssisələrdə həkim nəzarəti altında saxlanılır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Ölkəmizdə Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargahın qərarına əsasən, tədbirlər sistemi işlənib hazırlanıb. Həmin tədbirlərdən irəli gələn tövsiyələrə əməl etmək bu xəstəliyin ölkəmizdə daha geniş yayılmasının qarşısını almaq baxımından çox vacibdir".

Bu virusun hələ ilk dəfə Çində yayıldığı dövrdən önləyici tədbirlərə başlanıldığını deyən baş infeksionist qeyd edib ki, məhz bu önləyici tədbirlərin nəticəsində koronavirus İranda yayılana qədər bizdə bir nəfərdə də aşkarlanmadı:

“Yalnız qonşu İran İslam Respublikasında yayılandan sonra virusun ölkəmizə keçməsi müşahidə olundu. Çünki İranla bizim ticari və turizm əlaqələrimiz çox genişdir. Qohum-əqrəba arasında çoxsaylı gediş-gəlişi və ziyarətə gedənləri də nəzərə alsaq, ümumi mənzərə aydın görünər. Ölkəmizdə koronavirusa yoluxma faktının ilk və əsas səbəbi bu oldu”.

C.İsayev bildirib ki, qabaqlayıcı tədbirlərdən ən önəmlisi hər bir vətəndaşın özünü bu virusdan qorumasıdır:

“Qorumaq deyəndə respirator xəstəliyin əlamətləri müşahidə olunan insanlardan mümkün qədər uzaq durmaq, onlarla təmasdan qaçmaq, ictimai nəqliyyatdan az istifadə etmək, kütləvi tədbirlərə qatılmamaq, xüsusi zərurət olmadan qonşuya, qohum evinə gedib-gəlməkdən çəkinmək nəzərdə tutulur. Açıq havada, insanların çox olmadığı yerlərdə gəzməyə üstünlük verilməlidir. Çalışmalıyıq ki, insanlarla təmas zamanı aramızdakı məsafə 1 metrdən az olmasın. Bu məsafə çox olduqca xəstəliyə yoluxma ehtimalı da azalır.

Əllərimizin təmiz saxlanılması ən vacib amillərdən biridir. Gündəlik fəaliyyətimizdə çoxlu sayda əşyalara toxunduğumuzdan həmin anda əllərin sabunlu su ilə yuyulması zəruridir. Əgər belə imkan yoxdursa, üstünüzdə bir dezinfeksiyaedici məhlul olmalıdır. Bu da olmadıqda ən azı 70 faizlik spirtli məhlulla əllərin silinməsi, gigiyenik qaydaların gözlənilməsi zəruridir”.

Onsuz da xarici ölkələrin çoxu ilə əlaqələrimizin məhdudlaşdırıldığını xatırladan C.İsayev xarici səfərləri tamamilə təxirə salmağı, infeksiyanın geniş yayıldığı ölkələrə getməməyi tövsiyə edir.

 
Baş infeksionistin sözlərinə görə, ən çox təbii qidalardan istifadə olunmalıdır:

“Qida rasionunda meyvə-tərəvəzə üstünlük verilməli, eyni zamanda 8, ən azı 7 saatlıq yuxu rejimi gözlənilməlidir. Oturaq həyat tərzi keçirmək düzgün deyil. Zərurət yaranmadıqda kompüterlə, telefonla məşğul olmamaq, mənzillərin və iş otaqlarının havasını tez-tez dəyişmək məsləhət görülür".

Psixoloji sarsıntıya, təşvişə heç bir əsas olmadığını vurğulayan həkim bildirib ki, bu virus digər respirator virus infeksiyalarından kliniki olaraq fərqlənmir:

“Ancaq yaşlı insanlarda bu xəstəlik ağır keçə bilər. Müşahidələr, statistik araşdırmalar göstərir ki, xəstələnənlərin bir faizini 1 yaşdan 19 yaşa qədər, 80 faizdən çoxunu isə 50 yaşdan yuxarı olan insanlar təşkil edir. Ağırlaşma da daha çox yaşlı insanlarda baş verir. Bu da yaşlı insanlarda zaman keçdikcə immun sisteminin zəifləməsi, onlarda hər hansı xroniki xəstəliyin olması ilə bağlıdır. Xroniki xəstəliyi olan insanlarda bu xəstəliyin ağır keçmə ehtimalı sağlamlığı normal olan insanlarla müqayisədə daha yüksəkdir. Ona görə də yaşlı insanlar özlərini gözləməlidir. Belə xəstəliyə xas olan kliniki əlamətlər: hərarətin yüksəlməsi, baş ağrısı, halsızlıq, ümumi vəziyyətin pisləşməsi, öskürmə, asqırma, boğazda qıcıqlanma müşahidə edilərsə, mütləq həkimə müraciət olunmalı, 103-ə zəng vurulmalıdır. Əgər bu insanlar hansısa Avropa ölkəsində, İranda olubsa, qohumlarından kimsə koronavirus yayılan ölkələrdən gəlibsə, onlardan müayinə üçün material götürülüb yoxlanılmağa göndərilir və xüsusi nəzarətdə saxlanılır. Zəruri tövsiyələrə əməl edilməsi infeksiyanın yayılmasının qarşısını almaqda önəmli rol oynayır.

Dövlət tərəfindən bununla bağlı çoxsaylı tədbirlər işlənib hazırlanır. Vətəndaşlarımız qəbul edilən qərarlara əməl etməlidirlər. Belə olarsa, bu infeksiyanın ölkəmizdə geniş yayılmasının qarşısı alınar. Təbii ki, bu, epidemioloji prosesdir, həm hava-damcı, həm də təmas yolu ilə yayılan infeksiyadır. Qarşısını almağa nə qədər cəhd etsək də, rast gəlinəcək. Başlıca məqsəd yayılma tempini aşağı salmaqdan ibarətdir”.

Baş infeksionist diqqətə çatdırıb ki, qoruyucu vasitə kimi maskanı bir qayda olaraq xəstənin taxması vacib şərtdir. Sağlam şəxs isə insanların çox olduğu yerlərə gedərkən maska taxa bilər. Məsələn, neftin ucuzlaşması ilə bağlı insanlar xarici valyuta almaq üçün banklara üz tutur, orada sıxlıq yaranır. Belə yerlərdə maska taxmaq məsləhət görülür.

C.İsayev onu da vurğulayıb ki, kiminsə özündə koronavirusa yoluxma şübhəsi varsa, karantinə alınmağa, nəzarətə götürülməyə könüllü getməlidir. Xəstəliyə yoluxanlar anlamalıdırlar ki, müayinə və müalicədən yayınmaqla həm özlərinin, həm də yaxınlarının həyatını risk altında qoymuş olurlar. Koronavirusun əlamətləri digər respirator infeksiyaların əlamətlərindən fərqlənmədiyinə görə ilkin müayinə ilə dəqiq diaqnoz qoymaq mümkün deyil. Toplanan məlumatlar əsasında şübhə yaranarsa, həkimin göstərişi ilə xəstədən lazımi yaxma götürülərək laborator müayinəyə göndərilir və müayinələrin nəticələrindən asılı olaraq qərar verilir.

Artıq bütün dünyanı bürüyən koronavirusla mübarizədə və maarifləndirmə işində ölkəmizin yeganə ali tibb məktəbi olan Azərbaycan Tibb Universitetinin də üzərinə böyük məsuliyyət düşdüyünü söyləyən C.İsayev həkimlərimizin fədakarlığı sayəsində və Allahın köməyi ilə bu bəladan da kiçik itkilərlə çıxacağımıza əminliyini ifadə edib.


Etiket:

Strategiya.az

Xəbərlər
31.03.2020

Həmsədrlər Dağlıq Qarabağda keçirilən “seçkilər”in nəticələrini tanımır - BƏYANAT

31.03.2020

Bakı Metropolitenində qatarların hərəkəti dayandırıldığından...

31.03.2020

Prezident İlham Əliyev: Təcili olmayan layihələr təxirə salına bilər

31.03.2020

Prezident: Əgər insanlar özlərini məsuliyyətli apararlarsa biz bu xəstəliyin geniş yayılmasının qarşısını ala bilərik

31.03.2020

Operativ Qərargah vətəndaşlara müraciət etdi

31.03.2020

Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlər artır

31.03.2020

Millət vəkilinin məqaləsi ərəb dünyasında yayılıb

31.03.2020

DİN əhaliyə növbəti xəbərdarlıq etdi

31.03.2020

XİN: Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qurulan qanunsuz rejim təcavüz, etnik təmizləmə və irqi ayrıseçkiliyin nəticəsidir

31.03.2020

ÜST koronavirus infeksiyasından müdafiə üçün tövsiyələr hazırlayıb

31.03.2020

Azərbaycanda neft istehsalı 2020-ci ilin planına uyğun davam edəcək

31.03.2020

Avropa İttifaqı Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “seçkilər” ilə bağlı bəyanat yayıb

31.03.2020

Hulusi Kılıç: Azərbaycanlıların Soyqırımı Günü Dağlıq Qarabağda qondarma “seçkilər” keçirmək siyasi əxlaqsızlığın son həddidir

31.03.2020

31 mart soyqırımı ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin ən qanlı səhifəsidir

31.03.2020

Elçin Əhmədov: 31 mart soyqırımı XX əsrdə azərbaycanlılara qarşı etnik təmizləmə və kütləvi soyqırımı cinayətlərinin tərkib hissəsidir

31.03.2020

Ordu sıralarından tərxis aprelin 20-dən 25-dək həyata keçiriləcək

30.03.2020

Milli Məclisin iclasları internet vasitəsilə keçiriləcək

30.03.2020

Şagird və abituriyentlərin nəzərinə

30.03.2020

Xüsusi karantin rejimi dövründə işləməyən obyektlərin adları məlum oldu

30.03.2020

Ukraynanın 5 deputatı koronavirusa yoluxub

30.03.2020

Vüqar Həşimovun qardaşı Avropa Şahmat Birliyində rəhbər vəzifəyə təyin olunub

30.03.2020

Bu gün Milli Məclisdə 16 məsələyə baxılacaq

29.03.2020

Koronavirusdan ölən şəxslərin dəfni necə həyata keçirilməlidir? - TƏBİB

29.03.2020

Bibiheybət yolunda hərəkət müvəqqəti məhdudlaşdırılır

29.03.2020

Azəriqaz “ASAN Kommunal”da işə başladı

29.03.2020

Umayra Tağıyeva: Bu gün avtomobillərin sayının azalması nəticəsində paytaxtda havanın keyfiyyəti nəzərəçarpacaq dərəcədə təmizlənib

29.03.2020

Bakı küçələrində səbəbsiz olaraq şəxsi avtomobillərindən istifadə edənlər cərimələnəcəklər

29.03.2020

"Azəriqaz" 65 yaşdan yuxarı abonentlərə yardım edəcək

29.03.2020

Bakıda avtobus gözləmə yerlərində oturacaqlardan istifadəyə qadağa qoydu 

29.03.2020

İspaniyada koronavirusa yoluxanların sayı 70 mini keçib

29.03.2020

Bu gündən ölkə ərazisində xüsusi karantin rejimi gücləndirilir

28.03.2020

Birinci vitse-prezident Mehriban Əliyeva: Həkimlərin hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir

28.03.2020

Prezident İlham Əliyevin çıxışı - TAM MƏTN

28.03.2020

Azərbaycanda daha 17 nəfərdə koronavirus infeksiyasına yoluxma qeydə alındı, 1 nəfər vəfat etdi - Operativ Qərargah

28.03.2020

Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlərin məbləği məlum oldu

28.03.2020

"BakuBus"larda məsafənin gözlənilməsi qaydaları tətbiq edilib

28.03.2020

Deputatların koronavirusa görə testlərinin nəticələri açıqlandı

28.03.2020

Türkiyədə bütün xarici aviareyslər dayandırılır

28.03.2020

ABŞ-da koronavirusa yoluxma hallarının sayı 100 mini keçib

28.03.2020

İran koronavirusla mübarizəyə 23,8 milyard dollar ayıracaq

27.03.2020

Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib

27.03.2020

Dünyanın yeni kabusu - KORONAVİRUS

27.03.2020

“Azəriqaz” daş karxanalarının sahiblərinə: Təhlükəli qəza şəraiti yaratmayın! (FOTO)

27.03.2020

Mədəniyyət Nazirliyi Xalq artistinin dəfni ilə bağlı vətəndaşlara müraciət etdi

27.03.2020

Koronavirusa görə Bakıya giriş qadağasını pozan şəxs saxlanılıb

27.03.2020

BNA-dan xəbərdarlıq: Qaydalara əməl olunmasa müntəzəm marşrut xətlərinin fəaliyyəti dayandırıla bilər

27.03.2020

Məşhurlar xalqa çağırış etdi - Evdə qalaraq həm özünüzü, həm də insanları təhlükədən qoruyun

27.03.2020

Astarada karantin rejimini pozanlara xəbərdarlıq edildi

27.03.2020

Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-ə qədər uzadılır

26.03.2020

Doğum haqqında təkrar şəhadətnamələrlə bağlı yeni QƏRAR