Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı müraciət edib

00:39 / 02.04.2020

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Səbinə Əliyeva koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı dövlət və yerli özünüidarə orqanlarına, vəzifəli şəxslərə, digər idarə, müəssisə və təşkilatlara, habelə sahibkarlıq subyektlərinə müraciət edib.

Strategiya.az-ın xəbərinə görə,  müraciətdə bildirilir ki, ölkədə müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı tətbiq olunan xüsusi karantin rejiminə baxmayaraq əlilliyi olan şəxslərin hüquqlarının təmini və sosial müdafiəsiistiqamətində həyata keçirilən tədbirlər davam etdirilir, onların pensiya, sosial müavinat və təqaüdlərinin verilməsində ləngimə hallarına rast gəlinmir: "Hazırda Azərbaycanda mövcud epidemioloji vəziyyətlə əlaqədar tətbiq edilən xüsusi karantin rejiminə uyğun olaraq, Ombudsmanın Aparatında və regional mərkəzlərində vətəndaşların canlı qəbulunun müvəqqəti olaraq dayandırılmasına baxmayaraq, hər bir kəs, o cümlədən əlilliyi olan şəxslər poçt, onlayn müraciət, e-mail, faks, sosial şəbəkələr (facebook, twitter), habelə 24 saat ərzində xidmət göstərən "qaynar xətt" (0503709896 və 012916) vasitəsi ilə Müvəkkilə müraciət edə bilirlər. 

Müraciətdə həmçinin qeyd olunur ki, Müvəkkil COVID-19 infeksiyası ilə bağlı vəziyyət nəzərə alınmaqla əlilliyi olan məhkumların da şərti olaraq vaxtından əvvəl azad edilməsi təklifi ilə çıxış edib, həmin şəxslərin sənədlərinin məhkəməyə təqdim olunması ilə bağlı Ədliyyə Nazirliyinə müraciət də edib: "Xüsusi karantin rejiminin tətbiq olunduğu hazırkı dövrdə əhalinin sosial cəhətdən həssas qruplarından biri kimi əlilliyi olan şəxslərin infeksiya əleyhinə vasitələrə (tibbi spirt, maska və əlcək), müxtəlif xəstəliklərdən əziyyət çəkənlərin müayinə, müalicə və reabilitasiya xidmətlərinə, zəruri dərman pereparatlarına, komunal xidmət xərclərinin ödənilməsində onlar üçün  güzəştlərin edilməsinə, infeksiyadan qorunma üsulları və sosial izolyasiya tədbirlərləri ilə bağlı ətraflı informasiya əldə etmələrinə və s. daha çox ehtiyacları var".

 
Ombudsman aztəminatlı ailədən olan, habelə özünəqulluq qabiliyyəti olmayan və tənha yaşayan əlilliyi olan şəxslərin mütəmadi olaraq infeksiya əleyhinə vasitələrlə (tibbi spirt, maska və əlcək) təmin edilməsini, müxtəlif xəstəliklərdən əziyyət çəkən əlilliyi olan şəxslərin səyyar formada müayinə, müalicə və reabilitasiya xidmətlərinə cəlb edilməsini, dispanser qeydiyyatında olmaqla əlilliyi olan, habelə risk qrupuna düşən müxtəlif xəstəliklərdən əziyyət çəkən şəxslərin yaşayış yeri üzrə zəruri dərman pereparatları ilə təcili olaraq təmin olunmasını, əlilliyi olan şəxslərə kommunal xidmət xərcləri ilə bağlı təcili olaraq müvafiq güzəştlərin tətbiq edilməsini, yaşayış yeri olmayan əlilliyi olan şəxslər müəyyən edildikdə onların dərhal Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə yerləşdirilməsi ilə bağlı təcili tədbirlərin görülməsini, koronavirus infeksiyası ilə mübarizə üzrə qəbul edilən qərarlar, təklif və tövsiyələr, habelə, infeksiyadan qorunma üsulları barədə məlumatların əlilliyi olan şəxslərə, o cümlədən görmə və eşitmə məhdudiyyətli insanlara əlçatımlılığının təmin edilməsi məqsədilə müvafiq formatda (tiflo və surdo şərhlə) televiziya verilişlərinin, habelə onlayn proqramların yayımlanması və bu mövzuda Brayl əlifbası ilə bukletlerin çap edilməsini, pensiya, müavinət, təqaüd kartlarının vaxtı bitən əlilliyi olan müştərilərin kartlarının müvafiq banklar tərəfindən korporativ sosial məsuliyyət strategiyası çərçivəsində xüsusi karantin rejimi müddətinə uzadılmasını, sahibkarlıq subyektlərinin mövcud vəziyyəti nəzərə alaraq əlilliyi olan işçilərinə diqqət və dəstəyinin artırılmasını təklif edib. 


Etiket:

Strategiya.az

Xəbərlər
05.06.2020

Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxdu, 134 nəfər sağaldı, 4 nəfər öldü

05.06.2020

Rusiyada ötən gün 8726 nəfər koronavirusa yoluxub

05.06.2020

Xəzərin suyu Kür çayına qarışdı - İçməli su təminatında problem yarandı

05.06.2020

Milli Məclis 2019-cu il dövlət büdcəsinin icrasını ilk oxunuşda təsdiq etdi

05.06.2020

Təhsil Nazirliyi tədrisin dayandırılması barədə: Bir çoxları tarixləri dəyişik salırlar

05.06.2020

icaze.e-gov.az portalının fəaliyyəti yenidən aktivləşdirilib

05.06.2020

Abşeron Dairəvi dəmir yolu fəaliyyətini müvəqqəti dayandırır

05.06.2020

AZƏRBAYCAN RESPUBLİKASININ GEOSİYASİ İNKİŞAF STRATEGİYASI

05.06.2020

Azərbaycan neftinin bir barreli 40,41 dollara satılır

05.06.2020

Neftin qiyməti bahalaşır

05.06.2020

Mətbuat Şurası həftəsonu məhdudiyyətlərlə bağlı jurnalistlərə müraciət etdi

05.06.2020

Həsən Ruhani: İranlılar koronovirusla birlikdə yaşamağı öyrənməlidirlər

04.06.2020

 Sərnişindaşımaları tam dayandırılacaq

04.06.2020

BDU-da “Azərbaycan regionlarının inkişafının coğrafi məsələləri” mövzusunda gənc tədqiqatçıların Respublika virtual elmi konfransı keçirilib

04.06.2020

DSX: Keşikçidağda təxribat xarakterli hər hansı hadisə qeydə alınmayıb

04.06.2020

Sabah qısa iş günü olacaq

04.06.2020

Su təsərrüfatı və meliorasiya işçilərinə fəxri ad verildi - SƏRƏNCAM

04.06.2020

Baş Nazir koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət etdi

04.06.2020

Qalmaqal: Berlini solçu ekstremistlər idarə edirmi?

04.06.2020

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN və HƏRBİ PROKURORLUĞUNUN MƏTBUAT XİDMƏTLƏRİNİN BİRGƏ MƏLUMATI

04.06.2020

“Azeri Light”ın bir barreli 40,45 dollara satılır

04.06.2020

İyunun 4-də xarici valyutaların manata qarşı məzənnələri

04.06.2020

Londonda minlərlə insan küçələrə axışıb

04.06.2020

Azərbaycanda içməli suyun tərkibi 24 saat yoxlanılır - "Azərsu"

04.06.2020

DSX sərhəddə təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumatlar əldə edib

03.06.2020

Prezident İlham Əliyev: Biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq

03.06.2020

Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda küçəyə çıxmaq qadağasının tətbiq olunması gözlənilir

03.06.2020

 Mağazalar da bağlana bilər

03.06.2020

Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 5 nəfər öldü

03.06.2020

Prezident İlham Əliyevin Ağcabədi rayonuna səfəri

03.06.2020

Prezident İlham Əliyev Ağdam rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə olub

03.06.2020

Tərtərin Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi tikiləcək - SƏRƏNCAM

03.06.2020

Tərtər Olimpiya İdman Kompleksinin açılışı olub

03.06.2020

Prezident İlham Əliyev Tərtər rayonuna səfərə gəlib 

03.06.2020

Azərbaycandan bu il Həcc ziyarəti olmaya bilər

03.06.2020

Koronavirusa qarşı peyvənd uzunmüddətli immunitet yaradaca biləcəkmi?

03.06.2020

DİM həftə sonunda imtahan verəcək abituriyentlərə müraciət edib

03.06.2020

Türkiyə və Azərbaycan vətəndaşları üçün 90 günlük viza tələbi aradan qaldırıldı

03.06.2020

Bibiheybət yolu gələn həftə açılır

03.06.2020

Azərbaycan neftinin qiyməti 40 dolları ötüb

03.06.2020

Sabunçuda gözətçini qətlə yetirib 40 min manat oğurlayan dəstə tutuldu

02.06.2020

Bu yerlərdə maskadan istifadə edilməlidir - SİYAHI

02.06.2020

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edildi

02.06.2020

Azərbaycanda daha 273 nəfər koronavirusa yoluxdu, 56 nəfər sağaldı, 3 nəfər öldü

02.06.2020

Prezident İlham Əliyev uşaqlarla bağlı 2020-2030-cu illər üçün Strategiyanı təsdiq etdi

02.06.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

02.06.2020

Nazirlik: Azərbaycanın 34 rayonunda çəyirtkə qışlaqları qeydə alınır

02.06.2020

Tramp orduya təlimat verdi: "Bunlar daxili terror aktlarıdır"

02.06.2020

Mərkəzi Bankdan dollarla bağlı AÇIQLAMA

02.06.2020

Koronavirusdan ölənlərin sayı 371 mini keçdi - ÜST