PANDEMİYAYA BİOETİK BAXIŞ:qanunların, yoxsa insanların keşiyində durmalı?

05:54 / 10.04.2020

Sevda Aydın Kərimova

AMEA Hüquq və İnsan Hüquqları İnstitutunun doktorantı

 

Min illərlə insan həyatına və sağlamlığına baxış fəlsəfəsi mövcud cəmiyyətlərin və bu cəmiyyətdə yaşayan insanların mənəvi və psixi dəyərləri ilə müəyyənləşmişdir.

Müasir dövrdə yüksək tibbi-bioloji elmi inkişaf, səhiyyədə yeni texnologiyaların və müalicə metodlarının tətbiqi, insanın şəxsi dəyər və azadlıqlarının ön plana çıxması, bütün sahələrdə olduğu kimi, tibbi-bioloji sferada da “yaxşı-pis”, “həqiqət-yalan”, “düz-səhv” anlayışlarının qarışmasına səbəb olur. Hüquq, prinsip, mövqe, dəyərlər və s. ilə bağlı məsələlərin həllində yeni problemlər doğurur.

Bu qarışıqlıq bir çox hallarda tibbi və bioloji fəaliyyətlərdə hüquqi və deontoloji qarşıdurma yaradır, bəzi hallarda elmin inkişafına mane olur, bəzən isə insanın fiziki, psixi və mənəvi tamlığına qəsd kimi qiymətləndirilir.

Fərdi insan həyatının mahiyyəti və qorunması ilə elmin inkişaf strategiyası arasında duran fundamental sualların cavabını tapmaq o qədər də asan olmur.

Filosofların, bioloqların, həkimlərin, hüquqşünasların üz-üzə gəldiyi və hər kəsin öz mövqeyində müəyyən qədər haqlı olduğu bir şəraitdə xüsusi tip bilikləri və sosial praktikanı özündə birləşdirən bioetika elmi formalaşmışdır.

Bioloji-tibbi bilikləri insani dəyərlərlə uzlaşdıran bioetika son günlərdə dünyanı bürüyən koronavirus (COVID-19) pandemiyası dövründə daha da aktuallaşmış, elmi ədəbiyyatda, ictimai münasibətlərdə, sosial fəaliyyətlərdə və məişətdə ön plana çıxmışdır.

Koronavirusla bağlı olaylar dünyada bioetikanın hüdudlarının genişləndirmişdir. İnsanlığa təhlükə ola biləcək elmi tədqiqat, təcrübə və sınaqlara nəzarətin gücləndirilməsi, qaydaların və məsuliyyətin daha da ciddiləşdirilməsi ilə yanaşı, insanlığı təhlükəli viruslardan, səbəbi elmə məlum olmayan xəstəliklərdən və bioloji aktiv proseslərdən qorumaq üçün elmin, alimlərin imkanlarının artırılmasını da aktuallaşdırmışdır.

Bir əsrdən çoxdur ki, (sonuncu 1918 İspan qripi bilinir) buna oxşar qlobal bir pandemiya görməmişik, lakin tarixin daha geniş perspektivindən baxdıqda, insanlıq daha əvvəl bu cür bir çox epidemiya ilə qarşılaşmışdır. Əslində indi belə bir pandemiya ilə mübarizə aparmaq üçün hər zamankından daha yaxşı vəziyyətdəyik, çünki artıq bio-tibb heç vaxt olmadığı qədər inkişaf edib.

Məsələn, qara vəba 14-cü əsrdə ortaya çıxanda, təxminən, 10 il ərzində Çindən Britaniyaya yayılaraq, o zamankı Asya və Avropa əhalisinin, demək olar, üçdə birini məhv etdi. O zaman heç kimin nə baş verdiyi, xəstəliyin səbəbi və nə edilə biləcəyi haqqında təsəvvürü yox idi. Bugün koronavirus pandemiyasına baxdıqda, ən azından kimin virus daşıyıb daşımadığını müəyyən edən testlərin hazırlanması sadəcə iki həftə çəkdi.

Hazırda qlobal mənada ən böyük problem dünyadakı bölünmüşlük, həmrəyliyin olmaması hesab olunur. Bu mənada, bioetika sahəsində həm ölkələr arasında iş birliyi və koordinasiya gücləndirilməli, həm də xalqlar, dövlət-vətəndaş və ayrı-ayrı fərdlər arasında inam artırılmalıdır.

Bir çox alimlərin fikrincə, əslində bu gün bəşəriyyət son illərdə “saxta xəbər pandemiyası” və beynəlxalq və fərdi münasibətlərdə, dünyagörüşündə yol verdiyi nöqsanlara görə hesabat verir.

Özündən qat-qat böyük vahimə gətirən yeni tip koronavirusun yayılması beynəlxalq əlaqələrə, insan-təbiət münasibətlərinə, ekologiya-ekonomika qarşıdurmasına, cəmiyyətin idarəedilmə modelinə, ideoloji fikir və nəzəriyyələrə, ictimai münasibətlər sisteminə, fərdi həyat fəlsəfəsinə, mənəvi dəyərlərə və s. yeni baxış bucağından baxılmasını formalaşdırmaqdadır.

Bütün dünyanı və insanlığı təhlükə qarşısında qoyan virusun bioloji silah kimi istifadə olunmasının qarşısını almaq üçün beynəlxalq və milli standartların və normaların müəyyənləşdirilməsindən pandemiyanın qarşısını alacaq peyvəndlərin, vaksin və dərmanların kəşfinə qədər geniş sahəni əhatə edən proseslərə ayrı-ayrı insan qrupları, peşə sahibləri, dini konfesiyalar, siyasətçilər və fərdlər müxtəlif aspektdən qiymət verməyə çalışırlar. Maraqlı olan da budur ki, onların hər biri öz mövqeyində müəyyən dərəcədə haqlıdır.

Xəstə və ya xəstəliyə yoluxma ehtimalı olan şəxs onun xüsusi karantin şəraitində saxlanmasına, təcrid olunmasına etiraz edir, həkimlər, epidemioloqlar və virusoloqlar bu təcridin daha da gücləndirilməsini və uzunmüddətli olmasını təklif edir, iqtisadçılar dəyən zərəri hesablayır, istehsalın və bazarın gözü ilə məsələyə yanaşırlar.

Siyasətçilər, dövlət rəhbərləri dövləti, asayişi, insanların həyatını və sağlamlığını qorumaq qayğısına qalır, ayrı-ayrı şəxslər öz maddi mənafeyini və maraqlarını önə çəkir. Hüquq müdafiəçiləri pandemiyanın qarşısının alınması və zərərinin azaldılması üçün qoyulan qadağaların insan hüquq və azadlıqlarının əleyhinə olması haqda çoxsaylı və “əsaslandırılmış” arqumentlər gətirirlər. Bu qadağaların insanların ən ali hüququnun-yaşamaq hüququnun qorunmasına yönəldiyini də unudurlar.

Fərdin səhiyyə və səhhət haqda anlayışı və dəyərləri ilə hər cür eksperiment və axtarışlar aparmalı olan professionalların, alim və həkimlərin mövqeləri uyğunlaşmaya bilər.

Bütün bu mövqelər ilk dəfə belə ağır və geniş coğrafiyanı əhatə edən xəstəliklə – virusla üzləşən, çox məsələnin həllinə hazır olmayan cəmiyyətlər üçün təbiidir, anlaşılandır. Bura qarışıq informasiya axınının yaratdığı psixozu, “gələcək xofu” deyilən gərginliyi, mənəvi gücsüzlüyü də əlavə etmək olar. Unutmayaq ki, müxtəlif ziddiyyətli fikirlər cəmiyyətdə inamsızlığa, psixoloji gərginliyə səbəb olur.

Belə halda, bioetik baxımdan məsələni həll etmək “öz bədəninin sahibi olan” fərdin sağlamlıqla bağlı maraqlarını digər şəxslərin, cəmiyyətin, dövlətin maraqları ilə uzlaşdırmaq, müvafiq qadağanedici tədbirlər həyata keçirmək həm etik, həm tibbi, həm də hüquqi baxımdan məqsədəuyğun və qanunauyğun hesab oluna bilər.

“Sənin azadlığın başqasının hüquqlarının başlandığı yerə qədərdir” ifadəsi insan hüquq və azadlıqlarının ana postulatıdır.

Şəxsin sərbəst toplaşmaq, istirahət, azadlıq və s. hüquqları başqalarının yaşamaq və sağlamlıq hüququna, səhiyyəyə, dövlətin fəaliyyətinə təhlükə yaradırsa, o, təcrid olunmalı, profilaktik tədbir kimi cərimə olunmalı, hətta əməl ağır nəticələr törədirsə, cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Bir çox hüquqşünaslardan fərqli olaraq, biz bu tədbirlərin fövqəladə vəziyyət elan olunmadan da uğurla həyata keçirilməsinin mümkün olduğunu düşünürük. Yetər ki, icraçılar öz vəzifələrinə ciddi və məsuliyyətlə, vətəndaşlar isə prosesə anlayışla yanaşsınlar. Xüsusi qeyd etmək lazımdır ki, belə vəziyyətdə məmurların vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi prosesə və dövlətin nüfuzuna mənfi təsir göstərə bilər.

Fikrimizcə, hüquqşünas və ləyaqətli məmur qanunların yox, insanların keşiyində durmalı, qayğısına qalmalıdır. Qanun bu yolda bir vasitədir.

Razılaşmaq olar ki, tələsik hazırlanmış bəzi qaydalarda prinsipial olmayan, əsas məqsəddən yayındırmayan boşluqlar, ziddiyyətlər, çatışmazlıqlar, hüquqi baxımdan qüsurlar, nöqsanlar mövcud ola bilər. Bunlar böyük prosesin gedişində kiçik və düzəlməsi mümkün olan məsələlərdir.

Bütün bu problemlərə, müxtəlif fikirliliyə baxmayaraq, mövcud vəziyyətdə dövlət orqanlarının müəyyənləşdirdiyi qaydalara birmənalı əməl edilməli və bir-birimizin həyatının qorunmasında həmrəylik göstərilməlidir.

Unutmayaq ki, bizim evimiz – Yer kürəsi bu qədər kiçik, dünyanın əşrəfi olan İnsan isə bu qədər gücsüzdür.


Etiket:

Strategiya.az

Xəbərlər
05.12.2020

Azərbaycanda koronavirus infeksiyasına daha 4323 yoluxma faktı qeydə alınıb, 2180 nəfər sağalıb

05.12.2020

“Suqovuşan” elektrik stansiyaları 3 ay ərzində istismara veriləcək

05.12.2020

2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib

05.12.2020

Ermənistan terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib və aylıq ödənişlər təyin olunub

05.12.2020

Vəkillər Kollegiyası erməni təcavüzü ilə bağlı 230 beynəlxalq təşkilata müraciət etdi

05.12.2020

İctimai yerlərdə aşkarlanan daha 9 koronavirus xəstəsi barədə cinayət işi başlandı

05.12.2020

Fransa çox səs-küy salsa da, beynəlxalq aləmdə getdikcə təsirsiz hala gəldi

04.12.2020

ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

04.12.2020

Karantin qaydalarını pozaraq toy məclisi təşkil edən şəxslər həbs edilib

04.12.2020

Səfir XİN-ə çağırıldı, Fransaya nota verildi

04.12.2020

Azərbaycanda 4 267 nəfər COVID-19-a yoluxdu, 2 566 nəfər sağaldı, 41 nəfər vəfat etdi

04.12.2020

Birinci vitse-prezident Mehriban Əliyeva: Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq

04.12.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhidlərimizin xatirəsini yad ediblər 

04.12.2020

Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır - Fransa səfiri

04.12.2020

Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq - XİN

04.12.2020

Prezident İlham Əliyev şəhidlərimizlə bağlı paylaşım edib (FOTO)

04.12.2020

XİN-dən Fransa Milli Assambleyasının qəbul etdiyi qətnaməyə - Reaksiya

04.12.2020

Prezident İlham Əliyev: Pandemiya başlayandan bəri Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasdadır

04.12.2020

Bu gün saat 12:00-da Azərbaycanda şəhidlərin xatirəsi anılacaq

04.12.2020

Azərbaycanın yeni təklifi: Regional əməkdaşlıq münaqişədən faydalıdır

03.12.2020

Prezident İlham Əliyev: Beynəlxalq ictimaiyyət pandemiyadan yalnız birlik və çoxtərəfli əməkdaşlıq əsasında xilas ola bilər

03.12.2020

Prezident İlham Əliyev: 2020-ci il ərzində dünya ictimaiyyəti müasir tariximizin ən ciddi səhiyyə böhranı ilə üzləşib

03.12.2020

VƏTƏNİN VARLIĞI VƏ MÜQƏDDƏS İTKİLƏRİ

03.12.2020

Şəhidlər haqqında ətraflı məlumat ictimaiyyətə təqdim olunacaq - MN

03.12.2020

Laçın və Kəlbəcərə komendantlar təyin edildi - RƏSMİ

03.12.2020

Azərbaycanda 4 189 nəfər COVID-19-a yoluxdu, 2 072 nəfər sağaldı, 40 nəfər vəfat etdi

03.12.2020

Sabah saat 12:00-da şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək - SƏRƏNCAM

03.12.2020

Zəfər Günü hər il noyabrın 8-də qeyd ediləcək - Prezident Administrasiyası

03.12.2020

FİZİKİ QÜSUR – FACİƏ DEYİL, MƏNƏVİ QÜSURDAN UZAQ OLAQ

03.12.2020

Xankəndi şəhəri Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına aiddir - Nazirlik

03.12.2020

Vəkil Adil İsmayılov koronavirusdan dünyasını dəyişdi

03.12.2020

Zərdabda evi tərk edən COVİD-19 xəstəsinə cinayət işi başlandı

03.12.2020

Suqovuşana çəkiləcək avtomobil yolunun minalardan təmizlənilməsi əməliyyatı başa çatıb

02.12.2020

Azərbaycan və Rusiya xarici işlər nazirlərinin telefon danışığı olub

02.12.2020

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tikintisi aparılır - Hulusi Akar

02.12.2020

Noyabrın 10-da Azərbaycanda Zəfər Günü qeyd ediləcək

02.12.2020

Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək - SƏRƏNCAM

02.12.2020

Qarabağda Türkiyə ilə müştərək ilk Yüksək Texnologiyalar Parkı yaradılacaq

02.12.2020

MMC rəisinə cinayət işi başlandı

02.12.2020

Müdafiə Nazirliyi hərbi xidmətdən tərxislə bağlı vətəndaşlara müraciət edib

02.12.2020

Azad olunmuş ərazilərdə nəqliyyat strukturu necə qurulacaq? - DANX-dan AÇIQLAMA

02.12.2020

Polis ötən gün yaşayış yerini tərk edən daha 28 koronavirus xəstəsi aşkarladı

01.12.2020

Dəniz piyadaları daimi dislokasiya məntəqəsinə geri qayıdıb - MN (FOTO)

01.12.2020

“Qarabağ” ordeninin statutu müəyyənləşib

01.12.2020

Vətən Müharibəsində qələbə münasibətilə orden və medallar təsis edilib - FƏRMAN

01.12.2020

Azərbaycanda 4 426 nəfər COVID-19-a yoluxub, 1 995 nəfər sağalıb, 41nəfər vəfat edib

01.12.2020

Bir qrup hərbi qulluqçu səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilir - SƏRƏNCAM

01.12.2020

Ordudan ilk bu şəxslər tərxis ediləcək - SİYAHI

01.12.2020

Prezident İlham Əliyev: Meşə sahələrimizin böyük hissəsi toxunulmaz qalıb, çünki düşmən o meşələrə dırmaşa bilməyib

01.12.2020

Azərbaycan Prezidenti: Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib