Prezident İlham Əliyev: İndiki şəraitdə dövləti aldatmaq cəhdləri xəyanətə bərabər tutulacaqdır

21:13 / 17.04.2020

İndiki şəraitdə dövləti aldatmaq cəhdləri xəyanətə bərabər tutulacaqdır.

Bunu Prezident İlham Əliyev aprelin 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirilən iclasda deyib.

Dövlət başçısı bildirib: "İndi biz iqtisadi sahə ilə bağlı, əlbəttə, öz addımlarımızı elə atmalıyıq ki, hazırkı çətin şəraitdə iqtisadi fəallığı müəyyən mənada qoruyub saxlayaq. Hər kəs yaxşı bilir ki, demək olar bütün ölkələr indi pandemiya ilə əlaqədar öz sərhədlərini bağlayıblar, ancaq ticarət və yük daşımaları sahəsində işlər davam edir. Düzdür, indi ticarət obyektləri bağlı olduğu üçün burada tənəzzül var. Yükdaşımalarda isə vəziyyət nisbətən normaldır. Əlbəttə ki, iqtisadi sahədə apardığımız siyasət və iqtisadi sabitlik pandemiyaya qarşı mübarizədə bizə əlavə imkanlar yaradır. Bu ilin 3 ayının yekunları haqqında biz üç gün bundan əvvəl danışdıq, təkrar etmək istəmirəm. Hələ ki, müsbət dinamika var. Ancaq istisna olunmur ki, aprel, may, iyun aylarında tənəzzül müşahidə ediləcək. Çünki biz iki ayın yekunlarını üç ayın yekunları ilə müqayisə edəndə görürük ki, həm ümumi daxili məhsulda azalma var, eyni zamanda, qeyri-neft sektorunda tənəzzül var. Baxmayaraq, hələ ki, biz artımı görürük, ancaq növbəti aylarda necə olacaq, əlbəttə, bu da karantin rejiminin nə vaxta qədər davam etməsinə bağlıdır. Ancaq eyni zamanda, nəzərə alın ki, karantin rejimi hələ müəyyən qədər davam edəcək. Karantin rejimi çərçivəsində biz hansı əlavə addımları atmalıyıq ki, iqtisadi fəallığı, heç olmasa müəyyən dərəcədə qoruyaq və karantin rejimi başa çatandan sonra vaxt itirmədən iqtisadi fəallığı artıraq. Ona görə mən deyəndə ki, biz karantin rejimindən mərhələli yollarla çıxmalıyıq, bu, eyni zamanda, bizim iqtisadi sahəyə də aiddir. Çünki bu sahədə də sizdə artıq prioritetlər olmalıdır. Hətta mən bir daha demək istəyirəm, istisna edilmir ki, aprelin 20-dən sonra uzadılacaq karantin rejimi çərçivəsində belə biz müəyyən sahələri aça bilərik. Çünki biz indi dünya praktikasına da baxırıq, artıq bir neçə ölkədə, o cümlədən inkişaf etmiş ölkələrdə belə təşəbbüslər irəli sürülür. Ona görə ki, bu karantin rejimi hər bir ölkənin iqtisadiyyatına çox mənfi təsir göstərir və bu təsir nə qədər davam edəcək, biz bunu deyə bilmərik. Ona görə biz addımlarımızı elə atmalıyıq ki, bu müddət ərzində postkarantin rejiminə daha hazırlıqlı olaq. Hesab edirəm ki, bayaq qeyd etdiyim məsələlər öz müsbət həllini taparsa, qeyri-formal məşğulluq karantin rejimindən sonra təbii olaraq düşəcək. Çünki bu müddət ərzində on minlərlə əmək müqaviləsi bağlanmışdır və bu gün qeyri-formal sahədə işləyənlər artıq görəcəklər ki, yeganə çıxış yolu kölgə iqtisadiyyatından çıxmaqdır. Əlbəttə, qeyd etdiyim kimi, indiki şərait bundan sonra iqtisadi sahədə qanunları pozmaq istəyənlərin üzərinə çox böyük mənəvi yük qoyacaqdır. Çünki bir daha demək istəyirəm ki, indiki şəraitdə dövləti aldatmaq cəhdləri xəyanətə bərabər tutulacaqdır. Ona görə siz sahibkarlarla müntəzəm əlaqə saxlayın, o cümlədən maarifləndirmə, onların vicdanla fəaliyyət göstərməsi ilə əlaqədar mütləq təmasları davam etdirin. Bir daha onlara göstərilməlidir ki, dövlət nə qədər böyük yükü öz üzərinə götürüb. Mən indi Azərbaycanı heç kimlə müqayisə eləmək istəmirəm, amma baxın görün, bu pandemiyadan zərər çəkmiş sahələrdə işləyənlərin əməkhaqqı dövlət tərəfindən ödənilir, 300 min adamdır, az deyil. Mikrosahibkarların da sayı 300 minə yaxındır, onlara da dövlət tərəfindən vəsait ödənilir".


Etiket:

Strategiya.az

Xəbərlər
29.10.2020

Azərbaycanda koronavirusa yoluxanların sayı 1000-i keçdi

29.10.2020

Baş Prokuror: Ermənistanın hərbi-siyasi rəhbərliyinin məsuliyyətə cəlb olunması vaxtı çox da uzaqda deyil

29.10.2020

Ermənistan Göygölü raket atəşinə tutdu, meşədə yanğın başladı - FHN

29.10.2020

Bərdənin qisası alındı: Bu şəhərdə dinc sakinləri atəşə tutan düşmən qüvvələri döyüş meydanında məhv edilib - VİDEO

29.10.2020

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib

29.10.2020

Diplomatik nümayəndələrin də olduğu Tərtər rayonunun ərazisi atəşə tutulub

29.10.2020

Ermənistanın iki Su-25 təyyarəsi məhv edilib

29.10.2020

Azərbaycan HHQ-nin aviasiya vasitəsitələri bugünkü döyüşlərdə tətbiq olunmayıb - MN

29.10.2020

Ceyhun Bayramovun Cenevrə səfərinin vaxtı dəyişdirilib

29.10.2020

Düşmən Bərdə və Goranboy rayonlarının ərazisini atəşə tutub - MN

29.10.2020

Hikmət Hacıyev: Azərbaycan Ordusu düşmənin cavabını verir və onları iti qovan kimi qovuruq

29.10.2020

Ermənistan cəbhədə aldığı ağır məğlubiyyətlərin acısını dinc sakinlərdən çıxır

29.10.2020

Baş Nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktaya məktub ünvanlayıb

29.10.2020

Dünən Bərdəyə 144 ədəd bombacıq atılıb

29.10.2020

Geri çəkilməyə məcbur edilən düşmən məğlubiyyətinin əvəzini dinc sakinləri atəşə tutmaqda görür - MN

29.10.2020

Hikmət Hacıyev və xarici diplomatlar Bərdədədir 

27.10.2020

Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur - MN

27.10.2020

Baş Prokurorluq Bərdədə erməni terroru nəticəsində ölənlərin adlarını açıqladı

27.10.2020

Ötən sutka ərzində düşmən humanitar atəşkəs rejimini dəfələrlə pozub - Müdafiə Nazirliyi

27.10.2020

Ermənistanın ağır artilleriya zərbələri nəticəsində Bərdədə 5 fərdi evə ciddi ziyan dəyib - FHN

27.10.2020

Azərbaycan XİN Ermənistanın Bərdəyə raket hücumu ilə bağlı məlumat yaydı

27.10.2020

Qondarma rejimin "müdafiə naziri" belə məhv edildi (VİDEO)

27.10.2020

Dağlıq Qarabağ üzrə danışıqlarda istənilən ölkənin iştirakı üçün Bakı və Yerevanın razılığı vacibdir - Peskov

27.10.2020

Azərbaycanda koronavirus infeksiyasına 663 yoluxma faktı qeydə alınıb, daha 283 nəfər sağalıb

27.10.2020

Ermənistan işğal altında saxladığı ərazilərdə narkotik əkib-becərməklə məşğul olub - Nazir müavini

27.10.2020

Ermənistanda real sektor: real çöküş

27.10.2020

Müdafiə Nazirliyi: Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur

27.10.2020

İlan qoşunu üzərində qələbə – Sona Vəliyeva yazır

27.10.2020

Ermənistan ərazisində sərhəd zastavasının vurulması yalandır - MN

27.10.2020

Azərbaycan ordusu cəmi bir ay ərzində 4 şəhər, 4 qəsəbə, 165 kənd azad edib - TAM SİYAHI

27.10.2020

Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb

26.10.2020

DİN-dən müraciət: Təşvişə qapılmadan sayıqlığımızı bir an da olsa itirməməliyik

26.10.2020

Birinci vitse-prezident Mehriban Əliyeva: Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur

26.10.2020

MN: düşmən bölmələrimizi atəşə tutur

26.10.2020

Hikmət Hacıyev: "Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür"

26.10.2020

Hikmət Hacıyev: Ermənistanın baş naziri yenidən yalan danışır

26.10.2020

Azərbaycan Ordusu atəşkəs rejiminə tam riayət edir

26.10.2020

Düşmən Tərtər rayonunu atəşə tutub

26.10.2020

Ermənistan yeni atəşkəs rejimini kobud surətdə pozdu

26.10.2020

ATƏT-in Minsk qrupunun həmsədrləri, Azərbaycan və Ermənistan xarici işlər nazirləri yenidən Cenevrədə görüşəcəklər

25.10.2020

Prezident İlham Əliyev: Qubadlı şəhəri və Zəngilan, Cəbrayıl rayonlarının bir neçə kəndi işğaldan azad olunub

25.10.2020

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib

25.10.2020

Düşmən itki verərək geri çəkilməyə məcbur edilib - MN

25.10.2020

Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasında keçirilən müzakirələrdə Azərbaycanın mövqeyini dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına məktublar ünvanlayıb

25.10.2020

Düşmənin atəş nöqtələri məhv edilib - MN (VİDEO)

25.10.2020

Ermənistanda əsgər çatışmazlığı: terrorçular, muzdlular, yaşlılardan sonra uşaqlar da döyüşlərə cəlb olunur

25.10.2020

Azərbaycanda COVID-19-a daha 946 yoluxma faktı qeydə alınıb, 228 nəfər sağalıb

25.10.2020

Prezidentin köməkçisi: Ermənistan ərazisindən Azərbaycana hərbi hücumlar BMT Nizamnaməsində təsbit edilmiş təcavüz aktıdır

25.10.2020

Azərbaycan Ordusu düşmənə qarşı yüksək dəqiqlikli silah növünü tətbiq edir - MN (VİDEO)

25.10.2020

Prezident: Bizim mövqeyimiz ondan ibarətdir ki, region ölkələri və bütün ölkələr münaqişədə birbaşa iştirakdan kənarda qalmalıdırlar