Bizim enerji potensialımız artan iqtisadi inkişafımıza uyğun olmalıdır.
Bunu Prezident İlham Əliyev Bakıda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılışından sonra Cəmiyyətin bir qrup əməkdaşı ilə görüşündə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin Baş idarəetmə mərkəzinin istifadəyə verilməsi münasibətilə sizi təbrik edirəm. Şadam ki, bu gözəl binada “Azərenerji”nin bir çox qurumları yerləşir. Dispetçer mərkəzi, baş idarəetmə mərkəzi, energetika institutu, tədris mərkəzi, laboratoriya, energetiklərin mədəniyyət mərkəzi. Hesab edirəm ki, indi burada şərait çox yaxşıdır. Bu binada qısa müddət ərzində əsaslı yenidənqurma işləri aparılmışdır. Demək olar ki, bina yenidən qurulmuşdur və indi bir yerdə, bir mərkəzdə “Azərenerji”nin əsas departamentləri yerləşir və beləliklə, idarəetmə üçün daha da gözəl imkan yaranır. Çünki bundan əvvəl “Azərenerji”nin departamentləri, qurumları müxtəlif yerlərdə yerləşirdi, bəzi hallarda yarımstansiyaların binalarında yerləşirdi və əlbəttə ki, idarəetmə üçün bu, o qədər də məqbul hal deyildi.
Bu bina sovet dövründə tikilib və bir müddət bundan əvvəl özəlləşdirməyə çıxarılmışdı, “Azərenerji”nin balansından çıxarılmışdı. Mən bundan xəbər tutandan sonra göstəriş verdim ki, bu, dərhal “Azərenerji”nin balansına qaytarılsın. Çünki əks-təqdirdə bu binanı özəlləşdirən hansısa sahibkarların burada nə yaradacaqları bəlli deyildi. Bina çox böyükdür, ərazisi də böyükdür, təqribən 4 hektara yaxındır. Əvvəlki binanın sahəsi 13 min kvadratmetr idi, indi isə artırılıb 20 min kvadratmetrə çatdırılıb. Yəni, burada ya hansısa bir mehmanxana, yaxud şadlıq evi, yaşayış binası, ya da ki, hansısa bir ictimai iaşə obyekti yaradılacaqdı və energetiklər bu binadan məhrum olacaqdılar.
Bu bina energetiklərə qaytarılandan sonra artıq 2018-ci ilin sonunda burada əsaslı yenidənqurma-təmir işləri başlamış və uğurla başa çatdırılmışdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti energetika sahəsinə çox böyük əhəmiyyət verir. Təsadüfi deyil ki, bizim infrastruktur layihələrinin icrası ilə bağlı ilk addımlarımız məhz energetika sahəsinə də aid idi. Hələ 2004-cü ildə regionların birinci sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edilərkən orada infrastruktur layihələrinin arasında əsas diqqət energetika sahəsinə yönəlmişdi. Bu, təbii idi. Çünki o vaxt biz özümüzü elektrik enerjisi ilə təmin edə bilmirdik. Biz xaricdən elektrik enerjisi alırdıq. Həm valyuta xaricə gedirdi, həm də bizim mövcud infrastruktur xətlərimiz imkan vermirdi ki, ölkəmizi elektrik enerjisi ilə təmin edək. Hətta Bakı şəhərində gecə saatlarında elektrik enerjisi kəsilirdi. Yadımdadır, - gənc nəslin nümayəndələri bəlkə də bunu xatırlamır, - o vaxt hətta televiziya verilişləri axşam saat 12-də dayandırılırdı ki, insanlar televiziyaya baxmasınlar, enerjidən çox istifadə etməsinlər. Yəni, böyük qıtlıq var idi. O ki qaldı, Azərbaycanın bölgələrinə, orada ümumiyyətlə, enerji təminatı çox pis vəziyyətdə idi. Ən yaxşı halda sutka ərzində 2-4 saat elektrik enerjisi verilirdi və əlbəttə ki, bu, həm insanların həyat tərzinə mənfi təsir göstərirdi, eyni zamanda, bizim iqtisadi, sənaye potensialımızın artımına da böyük problem yaradırdı. Ona görə mənim göstərişimlə birinci regional inkişaf proqramında bu məsələyə çox böyük diqqət göstərildi və biz dərhal işlərə başladıq. O vaxt regional elektrik stansiyalarının tikintisinə başlamışdıq. Astara, Xaçmaz, Şəki, Şahdağ və Səngəçalda elektrik stansiyalarının tikintisi müəyyən dərəcədə imkan yaratdı ki, öz tələbatımızı özümüz təmin edək. Ancaq bununla paralel olaraq yeni elektrik stansiyalarının, böyük elektrik stansiyalarının inşası da nəzərdə tutulurdu və son 16 il ərzində bütövlükdə ölkəmizdə 30-dan çox yeni stansiya tikilmişdir. Əgər bu stansiyalar tikilməsəydi, bu gün Azərbaycan idxaldan bəlkə də 5 qat, 10 qat daha çox asılı olacaqdı, nəinki 2000-ci illərin əvvəllərində. Bu stansiyalar arasında böyük stansiyalar xüsusilə əhəmiyyət daşıyır. Ən böyük stansiya Şirvan şəhərində tikilmişdir – “Cənub” Elektrik Stansiyası. Onun generasiya gücü təxminən 800 meqavata bərabərdir. Ondan sonra Sumqayıt Elektrik Stansiyası, 525 meqavat. “Şimal 2” bu yaxınlarda istifadəyə verilib. Onun generasiya gücü 400 meqavata yaxındır. “Səngəçal” stansiyasının generasiya gücü 300 meqavatdır. Təkcə bu dörd stansiyanın generasiya gücü 2 min meqavatdan çoxdur. Bundan əlavə, ölkəmizin müxtəlif yerlərində su elektrik stansiyaları tikildi. Bildirməliyəm ki, Naxçıvan Muxtar Respublikasında tikilmiş su elektrik stansiyalarının generasiya gücü bütün muxtar respublikanın tələbatını ödəmək iqtidarındadır. Vaxtilə İrandan və Türkiyədən elektrik enerjisi alan Naxçıvan Muxtar Respublikası indi özünü tam təmin edir və eyni zamanda, orada ixrac potensialı da yaranmışdır. O cümlədən bütövlükdə ölkəmizdə bu gün ixrac potensialı var və biz elektrik enerjisini idxal edən ölkədən elektrik enerjisini ixrac edən ölkəyə çevrilmişik.
Əlbəttə ki, bu böyük infrastruktur layihələri böyük vəsait tələb edir. Bu vəsaitin böyük bir hissəsi büdcənin hesabına təmin edildi, digər hissə götürülmüş kreditlər hesabına və bu kreditlər qaytarılır. Beləliklə, biz çox müasir enerji sistemimizi yaratdıq və bu gün dayanıqlı enerji təchizatı ölkə üzrə çoxdan təmin edilib. Bundan əlavə, xüsusilə son illərdə görülmüş işlər enerji təsərrüfatını tamamilə yeniləşdirib. Yüksəkgərginlikli xətlər, bizi qonşu dövlətlərlə birləşdirən xətlər inşa edildi, bir çox yerlərdə yeni yarımstansiyalar tikildi, transformatorlar quraşdırıldı. Bölgələrə çoxsaylı səfərlərim çərçivəsində mən həmişə maraqlanıram və vətəndaşlardan soruşuram ki, enerji təminatı necədir? Son illər ərzində hər zaman müsbət rəylər eşidirəm. Bu, məni çox sevindirir. Bu, onu göstərir ki, “Azərenerji” və “Azərişıq” bu istiqamətdə çox böyük işlər görürlər.
Bizim enerji potensialımız artan iqtisadi inkişafımıza uyğun olmalıdır. Eyni zamanda, “Azərenerji” son iki il ərzində mövcud stansiyaların generasiya güclərinin bərpası barədə yeni layihə təqdim edib. Çünki bu stansiyaların əksəriyyəti çoxdan tikilib. Bu stansiyalarda mövcud vəziyyət bizi heç cür qane edə bilməzdi. Hamımızın yadındadır ki, Mingəçevir Elektrik Stansiyasında baş vermiş qəza hansı fəsadlara gətirib çıxardı. Ölkəmizi qaranlıq bürüdü. Metronun bütün stansiyalarında böhran yarandı və ölkəmiz qaranlığa qərq olmuşdu. Bu, ilk növbədə, səhlənkarlıq, məsuliyyətsizlik ucbatından baş vermiş qəza idi. Ona görə “Azərenerji”nin rəhbərliyi dəyişdirildi, cəzalandırıldı. Yeni rəhbərlik gətirildi. Yeni rəhbərlik qarşısında çox konkret vəzifələr qoyuldu və bu vəzifələr bu gün icra edilir. Çünki enerji təminatı hər bir ölkənin döyünən ürəyidir. Bu olmasa, heç nə olmayacaq. Bu olmasa, sənaye, kənd təsərrüfatı inkişaf etməyəcək, suvarma işləri təmin edilə bilməyəcək, ictimai nəqliyyat işləməyəcək. Ümumiyyətlə, həyat iflic vəziyyətə düşəcək. Ona görə bizim əsas məqsədimiz müstəqil enerji sistemi yaratmaq, xaricdən asılılığı aradan götürmək idi. Enerji potensialımızı elə həcmdə yaratmalı idik ki, bizim ehtiyatda da kifayət qədər generasiya güclərimiz olsun və bu gün bu var. İndi müxtəlif rəqəmlər səslənə bilər, amma ən aşağı rəqəmlər onu göstərir ki, bizim hazırda ehtiyatda ən azı 1000 meqavat generasiya gücümüz var. Mövcud stansiyaların güclərinin bərpası artıq başa çatır. Bunların arasında, ilk növbədə, Mingəçevirdəki İstilik Elektrik Stansiyasını qeyd etməliyəm. Çünki bu, bizim ən böyük generasiya gücümüzdür və həmin stansiyada baş vermiş qəza nəticəsində ölkəmiz qaranlığa düçar oldu. Bu stansiyada 8 blokun hamısı yenidən qurulur. Ümid edirəm ki, yaxın bir neçə ayda bu stansiya tamamilə yenidən qurularaq istifadəyə veriləcək. Bu stansiyada təkcə bərpa olunan güclərin həcmi 600 meqavata yaxındır. Təsəvvür edin, ancaq bərpa işlərini düzgün aparmaqla biz 600 meqavat gücündə əlavə generasiyaya sahib olacağıq. Əgər bunu biz ayrıca bir stansiya kimi götürsək görərik ki, bu, ölkəmizin generasiya gücünə görə ikinci böyük stansiya olacaq, “Cənub” stansiyasından sonra".
Strategiya.az
Üçrəngli bayrağınla məsud yaşa Can Azərbaycan - Mövlud Çavuşoğlu
XƏZƏR DƏNİZİNDƏKİ MÜBAHİSƏ “DOSTLUQLA” ARADAN QALXDI
20 YANVAR – TARİXİMİZİN QANLI VƏ ŞANLI SƏHİFƏSİ
Prezidentin Şuşa səfərinin tarixi və siyasi əhəmiyyəti
Fərid Şəfiyev: Torpaq iddialarından əl çəkməklə Ermənistan təcrid olunmasını başa çatdıra bilər
20 YANVAR – TARİXİMİZİN QANLI VƏ ŞANLI SƏHİFƏSİ
Mövlud Çavuşoğlu: Ermənistan macəralardan uzaq olmalıdır
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
İlkin mərhələdə səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks epidemik tədbirlərə cəlb olunan heyət peyvənd olunacaq
500 manatlıq əskinasla bağlı RƏSMİ AÇIQLAMA
İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılır - Fərman
Bütün təhsil müəssisələrində əyani tədris mərhələli şəkildə bərpa olunacaq - Nazir
Nazirlər kabineti təhsil müəssisələri ilə bağlı qərar verdi
Şuşada yeni yarimstansiya tikilir
Xəzərin səviyyəsinin aşağı düşəcəyi barədə proqnozlara rəsmi aydınlıq gətirilib
Bakıda yol buz bağladı, hər iki istiqamətdə zəncirvari qəza oldu
İşğaldan azad edilmiş ərazilər minalardan təmizlənir
XƏZƏR DƏNİZİNDƏKİ MÜBAHİSƏ “DOSTLUQLA” ARADAN QALXDI
Xarici İşlər naziri Ceyhun Bayramov Türkmənistan Prezidenti tərəfindən qəbul olunub
Ötən il Azərbaycan tarixinə qızıl hərflərlə yazılmışdır - Xanlar Vəliyev
Prezident İlham Əliyev: Anlaşma Memorandumunun imzalanması çoxillik gərgin fəaliyyətinin nəticəsidir
Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağının birgə işlənməsinə dair Memorandum imzalanıb
Azad olunmuş ərazilərimizdə dronlarla monitorinq aparılacaq
Kaspi Təhsil Şirkətindən növbəti xoş addım
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan və Türkmənistan prezidentləri arasında videokonfrans formatında görüş keçirilib
DİN saxta profillərlə bağlı xəbərdarlıq etdi
Şagirdlərin məktəbdaxili qiymətləndirilməsinə başlanılıb
BNA sürücülərə xəbərdarlıq etdi
Bu yollar buz bağlayıb - SİYAHI
Vətən sevgisinin təntənəsi
Azərbaycanda 897 nəfər COVID-19-dan sağalıb, 332 nəfər yoluxub, 12 nəfər vəfat edib
Üçrəngli bayrağınla məsud yaşa Can Azərbaycan - Mövlud Çavuşoğlu
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub
Məktəbdaxili qiymətləndirmə zamanı qiymətlər necə müəyyənləşəcək?
XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edilib (FOTO)
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edilib (FOTO)
YAP 2020-ci ilə dair gəlir və xərclərini açıqlayıb
Azərbaycanda 949 nəfər COVID-19-dan sağalıb, 305 nəfər yoluxub, 10 nəfər vəfat edib
Şəhidlər Xiyabanına vətəndaşların ziyarəti əvvəlki illərdən fərqli təşkil ediləcək - DİN
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Nazir: Sumqayıt Kimya Sənaye Parkında açılan zavodlar xaricə valyuta axınını azaldacaq
Azərbaycan Qarabağda yaşıl enerji zonalarının yaradılması üçün beynəlxalq şirkətlərlə əməkdaşlıq edəcək - Nazir
AAYDA hava şəraiti ilə bağlı gücləndirilmiş rejimə keçdi, 800 ton qum-duz yığıldı
Bakı-Naxçıvan dəmir yolunun yenidən qurulması beş ölkəyə fayda verəcək
"Brent" nefti bahalaşıb
AMEA institutlarında yeni rəhbər vəzifələr yaradılıb
Dənizdə dalğanın hündürlüyü 2,8 mətrə çatıb
Yeni türk və qırğız kanalları “Azerspace-1” peyki üzərindən yayıma başladı
Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar - Əli Həsənov
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib
20 YANVAR – TARİXİMİZİN QANLI VƏ ŞANLI SƏHİFƏSİ
“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib
Çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib - FOTO
Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq