Bu gün görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 112 il keçir

04:12 / 26.04.2020

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 112 il keçir.

 Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində dünyaya göz açıb. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığını burada keçirib.

Yazıçı kimi 1928-ci ildə ədəbiyyata gələn Mir Cəlal Paşayev elə həmin ildə də ilk tədqiqat əsərini yazıb. Sözün gücünə güvənib, onun böyüklüyünə baş əyən sənətkarın könüllərə yanğı salmış "Bir gəncin manifesti" əsəri, zəmanənin güzgüsü olan hekayələri klassik bədii nümunələr kimi ədəbiyyat tariximizin səhifələrində müəllifinə əbədiyaşarlıq qazandırıb. Yuxusuz gecələrinin, gərgin zəhmətinin bəhrəsi olan "Füzuli sənətkarlığı", "XX əsr Azərbaycan ədəbiyyatı", "Azərbaycanda ədəbi məktəblər (1905-1917)", "Ədəbiyyatşünaslığın əsasları" adlı fundamental əsərləri ədəbiyyatşünaslıq elminin qızıl nüsxələrindəndir.

Mir Cəlal Paşayev görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutub. Qəti əminliklə deyə bilərik ki, təkcə "Bir gəncin manifesti" əsərinə görə Mir Cəlal klassik sənətkarlar sırasında dayanmaq haqqını qazanıb. Bu əsər çapdan çıxanda onun heç 30 yaşı yox idi. 1928-ci ildə mətbuatda ilk şeirləri ("Dənizin cinayəti", "Ananın vəsiyyəti", "Müxbir") çap olunub. Lakin o, bundan sonra, daha doğrusu, 1930-cu ildən etibarən hekayələr yazıb. O dövrün "Şərq qadını", "Gənc işçi", "İnqilab və mədəniyyət", "Ədəbiyyat qəzeti" kimi nüfuzlu nəşrlərində "Doktor Cinayətov", "İfşa", "Mərkəz adamı", "Naxələf", "Bostan oğrusu", "Qüdrət nümayişi", "İstifadə", "Dəzgah qızı", "Heyrət" hekayələrini çap etdirib. 1932-ci ildə "Sağlam yollarda", 1935-ci ildə "Boy" adlı ilk oçerklər və novellalar kitabları çap olunub. O zaman, 1935-ci ildə "Dirilən adam" romanı ilə Mir Cəlal Paşayev akademik Məmməd Arifin yazdığı kimi "diqqətli bir realist yazıçı olduğunu göstərib".

 
Yazıçının qələminə altı roman məxsusdur. Onların arasında "Bir gəncin manifesti", "Dirilən adam", "Yolumuz harayadır" keçmişdən, "Açıq kitab", "Yaşıdlarım" və "Yeni şəhər" isə müasir həyatdan bəhs edir.

Mir Cəlal Paşayev 1940-cı ildə "Füzulinin poetik xüsusiyyətləri" əsərinə görə filologiya elmləri namizədi, 1947-ci ildə isə "Azərbaycanda ədəbi məktəblər" əsərinə görə filologiya elmləri doktoru alimlik dərəcələrini alıb.

Görkəmli Azərbaycan yazıçısı, alimi, pedaqoqu Mir Cəlal Paşayevin əsərləri bir çox xarici dillərə tərcümə edilib, onun əsərləri müxtəlif ölkələrin oxucularında sonsuz maraq doğurub.


Etiket:

Strategiya.az

Xəbərlər
22.01.2021

500 manatlıq əskinasla bağlı RƏSMİ AÇIQLAMA

22.01.2021

İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılır - Fərman

22.01.2021

Bütün təhsil müəssisələrində əyani tədris mərhələli şəkildə bərpa olunacaq - Nazir

22.01.2021

Nazirlər kabineti təhsil müəssisələri ilə bağlı qərar verdi

22.01.2021

Şuşada yeni yarimstansiya tikilir 

22.01.2021

Xəzərin səviyyəsinin aşağı düşəcəyi barədə proqnozlara rəsmi aydınlıq gətirilib

22.01.2021

Bakıda yol buz bağladı, hər iki istiqamətdə zəncirvari qəza oldu 

22.01.2021

İşğaldan azad edilmiş ərazilər minalardan təmizlənir

21.01.2021

XƏZƏR DƏNİZİNDƏKİ MÜBAHİSƏ “DOSTLUQLA” ARADAN QALXDI

21.01.2021

Xarici İşlər naziri Ceyhun Bayramov Türkmənistan Prezidenti tərəfindən qəbul olunub

21.01.2021

Ötən il Azərbaycan tarixinə qızıl hərflərlə yazılmışdır - Xanlar Vəliyev

21.01.2021

Prezident İlham Əliyev: Anlaşma Memorandumunun imzalanması çoxillik gərgin fəaliyyətinin nəticəsidir

21.01.2021

Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağının birgə işlənməsinə dair Memorandum imzalanıb

21.01.2021

Azad olunmuş ərazilərimizdə dronlarla monitorinq aparılacaq

21.01.2021

Kaspi Təhsil Şirkətindən növbəti xoş addım

21.01.2021

Sabahın hava proqnozu açıqlanıb

21.01.2021

Azərbaycan və Türkmənistan prezidentləri arasında videokonfrans formatında görüş keçirilib

21.01.2021

DİN saxta profillərlə bağlı xəbərdarlıq etdi

21.01.2021

Şagirdlərin məktəbdaxili qiymətləndirilməsinə başlanılıb

21.01.2021

BNA sürücülərə xəbərdarlıq etdi

21.01.2021

Bu yollar buz bağlayıb - SİYAHI

20.01.2021

Vətən sevgisinin təntənəsi

20.01.2021

Azərbaycanda 897 nəfər COVID-19-dan sağalıb, 332 nəfər yoluxub, 12 nəfər vəfat edib

20.01.2021

Üçrəngli bayrağınla məsud yaşa Can Azərbaycan - Mövlud Çavuşoğlu

20.01.2021

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər

20.01.2021

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub

20.01.2021

Məktəbdaxili qiymətləndirmə zamanı qiymətlər necə müəyyənləşəcək?

20.01.2021

XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı

20.01.2021

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edilib (FOTO)

19.01.2021

Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edilib (FOTO)

19.01.2021

YAP 2020-ci ilə dair gəlir və xərclərini açıqlayıb

19.01.2021

Azərbaycanda 949 nəfər COVID-19-dan sağalıb, 305 nəfər yoluxub, 10 nəfər vəfat edib

19.01.2021

Şəhidlər Xiyabanına vətəndaşların ziyarəti əvvəlki illərdən fərqli təşkil ediləcək - DİN

19.01.2021

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

19.01.2021

Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

19.01.2021

Nazir: Sumqayıt Kimya Sənaye Parkında açılan zavodlar xaricə valyuta axınını azaldacaq

19.01.2021

Azərbaycan Qarabağda yaşıl enerji zonalarının yaradılması üçün beynəlxalq şirkətlərlə əməkdaşlıq edəcək - Nazir

19.01.2021

AAYDA hava şəraiti ilə bağlı gücləndirilmiş rejimə keçdi, 800 ton qum-duz yığıldı

19.01.2021

Bakı-Naxçıvan dəmir yolunun yenidən qurulması beş ölkəyə fayda verəcək

19.01.2021

"Brent" nefti bahalaşıb

19.01.2021

AMEA institutlarında yeni rəhbər vəzifələr yaradılıb

18.01.2021

Dənizdə dalğanın hündürlüyü 2,8 mətrə çatıb

18.01.2021

Yeni türk və qırğız kanalları “Azerspace-1” peyki üzərindən yayıma başladı

18.01.2021

Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar - Əli Həsənov

18.01.2021

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib 

18.01.2021

20 YANVAR – TARİXİMİZİN QANLI VƏ ŞANLI SƏHİFƏSİ

18.01.2021

“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib

18.01.2021

Çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

18.01.2021

Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib - FOTO

18.01.2021

Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq