The Jerusalem Post: “Azərbaycanda koronavirus: çağırışlar və reallıq”

16:04 / 28.04.2020

2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) bildirilmişdi ki, Çinin Uhan şəhərində aşkar edilmiş yeni koronavirus mənbəyi bir qrup insanın respirator xəstəliyinə tutulmasına səbəb olub. 2020-ci il yanvarın 12-də ÜST bu məlumatın həqiqət olduğunu təsdiq etdi.

2020-ci il fevralın 27-də koronavirus pandemiyasının doğura biləcəyi təhlükənin qarşısının alınması və təcili profilaktik tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Azərbaycanın Baş Naziri Əli Əsədov başda olmaqla müvafiq dövlət təşkilatlarının rəhbərlərindən ibarət operativ qərargah yaradıldı.

 İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc olunmuş “Azərbaycanda koronavirus: çağırışlar və reallıq” sərlövhəli məqaləsində bu haqda yazır.

İstinad: https: //www.jpost.com / opinion/coronavirus - in-azerbaijan - challenges-and - reality-626065

İsrailli ekspertin fikrincə, gözəgörünməz düşmən olan bu yeni koronavirus dənizə çıxışı olmayan Azərbaycana gizli yolla daxil olub. İsrailli ekspert öz məqaləsində yazır: “Bu gün İsrailin Avrasiyada etibarlı tərəfdaşı və müttəfiqi olan Azərbaycan güclü, müstəqil dövlət və Cənubi Qafqaz regionunda geosiyasi və geoiqtisadi proseslərin lideridir.

Geoiqtisadi və nəqliyyat sahəsində əməkdaşlıq üzrə müxtəlif layihələri həyata keçirən Azərbaycan regionda və onun hüdudlarından kənarda sülhün, sabitliyin və firavanlığın sərhədlərinin genişlənməsinə imkan yaradır. Başqa sözlə, bu gün Azərbaycan təhlükəsizliyin və sabitliyin ixracatçısıdır. Bundan başqa, ölkə beynəlxalq ictimaiyyətin müasir təhdidlərin qarşısının alınmasına yönəlmiş səylərini birbaşa dəstəkləyir”.

Arye Qut qeyd edir ki, Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz regionuna nəzər salsaq, adi gözlə görmək olar ki, bu ölkə çox mürəkkəb, kompleks “geosiyasi mühitdə” Rusiya, Türkiyə və İran kimi qeyri-adi geosiyasi aktorların əhatəsindədir.

Arye Qut vurğulayır: “Azərbaycan virus təhlükəsini ilk gündən kifayət qədər ciddi qəbul etdi. Virusun yayılmasını məhdudlaşdırmaq üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə kompleks tədbirlər həyata keçirilib. COVID-19 virusuna yoluxma ilə bağlı ilk bir neçə hadisə aşkar ediləndən dərhal sonra bütün uşaq bağçaları, məktəblər və universitetlər bağlandı.

Adamlar evlərindən yalnız təcili tibbi məhsulları almaq üçün, onların həyatlarına və ya sağlamlığına təhlükə yarandıqda və ya zibil atmaq üçün çıxa bilərlər. Nazirlər Kabinetinin qərarına əsasən, aprelin 20-sinə qədər bazarlar, apteklər və onlayn-mağazalardan başqa bütün mağazalar və restoranlar, bütün əyləncə mərkəzləri, muzeylər, kinoteatrlar, teatrlar, idman zalları, bərbərxana və gözəllik salonları, dərzi və fotoqraf xidmətləri bağlanmışdı. Dəfn mərasimlərindən başqa insanların kütləvi şəkildə toplaşması, toylar və əyləncə gecələri də daxil olmaqla, qadağan idi. Bir neçə gündən sonra Azərbaycan öz sərhədlərini qismən bağladı, hava nəqliyyatının hərəkətini əhəmiyyətli dərəcədə azaltdı. Kütləvi yığıncaqlar qadağan edildi, mədəni və əyləncə müəssisələrini bağladılar, kafelər, restoranlar, mağazalar, ticarət mərkəzləri və ictimai nəqliyyat üçün konkret göstərişləri qəbul edildi. Sonra virusun yayılmasının ləngidilməsi üçün əlavə məhdudiyyətlər qəbul edildi, 2020-ci il aprelin 5-dən Azərbaycanda bütün ölkə üzrə karantin elan edildi”.

Məqalənin müəllifi qeyd edir ki, hazırda ölkə vətəndaşları və xarici vətəndaşlar qida məhsulları, dərmanlar kimi ilkin tələbat malları almaq, tibb müəssisəsinə baş çəkmək və ya zəruri səfər etmək məqsədilə evdən çıxmaq üçün müəyyən nömrəyə pulsuz mətn mesajı göndərib, icazə almalıdırlar. Azərbaycanın bütün sərhədləri sərnişin daşımaları üçün tamamilə bağlanıb.

Arye Qut yazır: “Yaşı 65-dən yuxarı olan şəxslərin evdən çıxması qadağandır, tənha yaşayan ahıl insanlara hökumət yardım göstərir. Eyni zamanda tənha ahıl insanların “60+ risk qrupu”nda qeydiyyatı üçün xüsusi platforma yaradılıb. Belə insanlara xüsusi çağrı mərkəzinə zəng vuraraq və tənha olduqlarını bildirmək və ya onlayn rejimdə qeydiyyatdan keçmək imkanı verilir.

Artıq həqiqətən köməyə ehtiyac duyan1408 nəfər sosial cəhətdən həssas və zəif insan aşkar edilib. Bu insanlara bilavasitə dövlət tərəfindən və Heydər Əliyev Fondunun dəstəyi ilə könüllülər hərəkətatının üzvləri tərəfindən kömək göstərilir. Bu risk qrupundan olan bütün insanlar yeməklə və bütün zəruri vasitələrlə təmin edilib. Mağazalardan mallar onlara pulsuz çatdırılır. Belə malların hamısının haqqını dövlət ödəyir”.

Məqalənin müəllifi vurğulayır ki, Azərbaycanda 75.000-dən çox test keçirilib. Bu, əhalinin hər milyon nəfərinə təxminən 7300 test deməkdir.

İsrailli ekspert yazır: “Bu rəqəm onu göstərir ki, Azərbaycan sınaqların miqdarına görə bütün regionda birinci yeri tutur və keçirilmiş testlərin sayına görə qabaqcıl Avropa ölkələrinin çoxundan irəlidədir. İndi bütün Azərbaycan karantindədir. İnsanlar parklara və kababxanalara getmir, ibadət yerlərinə getməyə çalışmırlar. Ən başlıcası, bütün bunlar sivil şəkildə baş verir. Çünki ölkədə lüzumsuz təlaş yoxdur. Dövlət təsisatlarına etimad yüksək səviyyədədir, insanlar əmindirlər ki, onları atmayacaqlar və onlara humanist münasibət göstəriləcək”.

Arye Qut qeyd edir ki, Azərbaycan Prezidenti İlham Əliyev COVID-19-un iqtisadi və sosial təsirini yumşaltmaq və azaltmaq, koronavirus pandemiyasına qarşı mübarizədə üçün real kömək etmək üçün ölkə üzrə ÜDM-in 3 faizi (2,5 milyard manat və ya 1,47 milyard dollar) məbləğində vəsait ayırıb. Bu, bütün post-sovet dövrü üçün Azərbaycanın ÜDM-inin ən böyük hissəsi deməkdir.

Arye Qut vurğulayır: “600.000-dən çox insan dövlət proqramından dəstək alacaq. Hökumət maaşların əhəmiyyətli hissəsini ödəyəcək. Bu kateqoriyaya aid olan insanlar əhalinin aztəminatlı təbəqələrinin nümayəndələri, həmçinin koronavirusa görə işini itirmiş və qeyri-rəsmi işləyən insanlardır.

Postpandemiya dövründə biznesin iqtisadi fəallığının daha sürətli bərpası məqsədilə sahibkarlar üçün vergi güzəştlərini genişləndirən, onların güzəştli kreditlərdən bəhrələnə bilməsi üçün dövlət dəstəyi şəklində stimullar paketi tətbiq edilir.

Məqalənin müəllifi qeyd edir ki, Azərbaycan dövləti işsizliklə bağlı problemləri də həll edir - 70.000-dən çox insan ünvanlı sosial yardım alır. Arye Qut vurğulayır: “Bütün bu addımlar Azərbaycan dövlətinin öz vətəndaşlarına böyük qayğı və diqqətin, həmçinin indiki böhranın nəticələri fonunda ciddi dəstəyin göstəricisidir. Sosial paketdə yeni koronavirusun təsiri ilə bağlı problemləri yüngülləşdirməyə yönəlmiş bir sıra tədbirlər, o cümlədən 200.000 işsiz vətəndaşa iki ay ərzində yaşam minimumu həcmndə birdəfəlik ödəmələr, 50.000 ödənişli ictimai iş yeri yaradılması, sosial baxımdan həssas ailələrdən olan tələbələr üçün təhsilə dəstək proqramı, ipotekaların və kreditlərin təminatı mexanizmi üçün maliyyə dəstəyi proqramı, kommunal ödənişlərin dəstəyi proqramı, ilk növbədə əhali tərəfindən elektrik enerjisi istehlakı və həyati əhəmiyyətli sərnişin nəqliyyat əməliyyatları üçün maliyyə dəstəyi proqramı nəzərdə tutulur”.

Arye Qut İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc olunmuş məqaləsinin sonunda yazır: “Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının yaratdığı COVID-19-a qarşı qlobal səylərin dəstəklənməsi Fonduna 5 milyon dollar ianə verib. Qeyd edək ki, postsovet məkanında və bütün Avrasiyada belə bir addım atmış yeganə ölkə Azərbaycandır. Göründüyü kimi, Azərbaycan koronavirusun yayılmasının qarşısını almaq üçün, həmçinin pandemiyanın ölkə iqtisadiyyatına və əhaliyə vurduğu zərəri yumşaltmaq üçün mümkün olan bütün tədbirləri həyata keçirir”.


Etiket:

Strategiya.az

Xəbərlər
05.12.2020

Azərbaycanda koronavirus infeksiyasına daha 4323 yoluxma faktı qeydə alınıb, 2180 nəfər sağalıb

05.12.2020

“Suqovuşan” elektrik stansiyaları 3 ay ərzində istismara veriləcək

05.12.2020

2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib

05.12.2020

Ermənistan terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib və aylıq ödənişlər təyin olunub

05.12.2020

Vəkillər Kollegiyası erməni təcavüzü ilə bağlı 230 beynəlxalq təşkilata müraciət etdi

05.12.2020

İctimai yerlərdə aşkarlanan daha 9 koronavirus xəstəsi barədə cinayət işi başlandı

05.12.2020

Fransa çox səs-küy salsa da, beynəlxalq aləmdə getdikcə təsirsiz hala gəldi

04.12.2020

ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

04.12.2020

Karantin qaydalarını pozaraq toy məclisi təşkil edən şəxslər həbs edilib

04.12.2020

Səfir XİN-ə çağırıldı, Fransaya nota verildi

04.12.2020

Azərbaycanda 4 267 nəfər COVID-19-a yoluxdu, 2 566 nəfər sağaldı, 41 nəfər vəfat etdi

04.12.2020

Birinci vitse-prezident Mehriban Əliyeva: Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq

04.12.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhidlərimizin xatirəsini yad ediblər 

04.12.2020

Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır - Fransa səfiri

04.12.2020

Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq - XİN

04.12.2020

Prezident İlham Əliyev şəhidlərimizlə bağlı paylaşım edib (FOTO)

04.12.2020

XİN-dən Fransa Milli Assambleyasının qəbul etdiyi qətnaməyə - Reaksiya

04.12.2020

Prezident İlham Əliyev: Pandemiya başlayandan bəri Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasdadır

04.12.2020

Bu gün saat 12:00-da Azərbaycanda şəhidlərin xatirəsi anılacaq

04.12.2020

Azərbaycanın yeni təklifi: Regional əməkdaşlıq münaqişədən faydalıdır

03.12.2020

Prezident İlham Əliyev: Beynəlxalq ictimaiyyət pandemiyadan yalnız birlik və çoxtərəfli əməkdaşlıq əsasında xilas ola bilər

03.12.2020

Prezident İlham Əliyev: 2020-ci il ərzində dünya ictimaiyyəti müasir tariximizin ən ciddi səhiyyə böhranı ilə üzləşib

03.12.2020

VƏTƏNİN VARLIĞI VƏ MÜQƏDDƏS İTKİLƏRİ

03.12.2020

Şəhidlər haqqında ətraflı məlumat ictimaiyyətə təqdim olunacaq - MN

03.12.2020

Laçın və Kəlbəcərə komendantlar təyin edildi - RƏSMİ

03.12.2020

Azərbaycanda 4 189 nəfər COVID-19-a yoluxdu, 2 072 nəfər sağaldı, 40 nəfər vəfat etdi

03.12.2020

Sabah saat 12:00-da şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək - SƏRƏNCAM

03.12.2020

Zəfər Günü hər il noyabrın 8-də qeyd ediləcək - Prezident Administrasiyası

03.12.2020

FİZİKİ QÜSUR – FACİƏ DEYİL, MƏNƏVİ QÜSURDAN UZAQ OLAQ

03.12.2020

Xankəndi şəhəri Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına aiddir - Nazirlik

03.12.2020

Vəkil Adil İsmayılov koronavirusdan dünyasını dəyişdi

03.12.2020

Zərdabda evi tərk edən COVİD-19 xəstəsinə cinayət işi başlandı

03.12.2020

Suqovuşana çəkiləcək avtomobil yolunun minalardan təmizlənilməsi əməliyyatı başa çatıb

02.12.2020

Azərbaycan və Rusiya xarici işlər nazirlərinin telefon danışığı olub

02.12.2020

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tikintisi aparılır - Hulusi Akar

02.12.2020

Noyabrın 10-da Azərbaycanda Zəfər Günü qeyd ediləcək

02.12.2020

Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək - SƏRƏNCAM

02.12.2020

Qarabağda Türkiyə ilə müştərək ilk Yüksək Texnologiyalar Parkı yaradılacaq

02.12.2020

MMC rəisinə cinayət işi başlandı

02.12.2020

Müdafiə Nazirliyi hərbi xidmətdən tərxislə bağlı vətəndaşlara müraciət edib

02.12.2020

Azad olunmuş ərazilərdə nəqliyyat strukturu necə qurulacaq? - DANX-dan AÇIQLAMA

02.12.2020

Polis ötən gün yaşayış yerini tərk edən daha 28 koronavirus xəstəsi aşkarladı

01.12.2020

Dəniz piyadaları daimi dislokasiya məntəqəsinə geri qayıdıb - MN (FOTO)

01.12.2020

“Qarabağ” ordeninin statutu müəyyənləşib

01.12.2020

Vətən Müharibəsində qələbə münasibətilə orden və medallar təsis edilib - FƏRMAN

01.12.2020

Azərbaycanda 4 426 nəfər COVID-19-a yoluxub, 1 995 nəfər sağalıb, 41nəfər vəfat edib

01.12.2020

Bir qrup hərbi qulluqçu səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilir - SƏRƏNCAM

01.12.2020

Ordudan ilk bu şəxslər tərxis ediləcək - SİYAHI

01.12.2020

Prezident İlham Əliyev: Meşə sahələrimizin böyük hissəsi toxunulmaz qalıb, çünki düşmən o meşələrə dırmaşa bilməyib

01.12.2020

Azərbaycan Prezidenti: Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib