Dövlət idarəçiliyi sahəsində müasir davamlı  islahatların Azərbaycan Respublikasının  inkişafında  rolu

12:08 / 10.05.2020

Murtəza Həsənov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti ,siyasi elmlər üzrə fəlsəfə doktoru

       Azərbaycan qədim və zəngin dövlətçilik mədəniyyətinə malikdir. İdarəetmə , cəmiyyətin şüurlu şəkildə elmi idarə olunması nəzərdə tutulur. Bu isə öz növbəsində həm cəmiyyətin, həm də təbiətin obyektiv qanunlarını, inkişafın mövcud cəhətlərini nəzərə almağı tələb edir. Bu gün ölkəmizdə cəmiyyət və dövlət həyatının bütün sahələrini əhatə edən islahatlar aparılır və hakimiyyətin bütün qolları bu prosesdə fəal iştirak edir. Bütün bunlar, həmçinin milli səviyyədə formalaşmış əlverişli ictimai, siyasi, hüquqi və iqtisadi mühit gənc Azərbaycan dövlətinin parlaq gələcəyinə olan inamı daha da artırır İdarəetmə həmişə insan fəaliyyəti ilə bağlı olan bir sahə olmuşdur. Dövlət idarəçiliyi də idarəetmə fəaliyyətinin növlərindən biridir. Hər bir ölkənin iqtisadi sisteminin düzgün fəaliyyət göstərməsində dövlət aparıcı rol oynayır. O cəmiyyətin müxtəlif qurumları arasında baş verən münasibətləri özündə əks etdirir. Dövlət cəmiyyətin siyasi təşkilatıdır və bu təşkilatın hakimiyyəti onun bütün əhalisinə və ərazisinə aiddir.Dövlət idarəçiliyi dedikdə təşkiledici və tənzimləyici qarşılıqlı təsirlər nəzərdə tutulur. Bu isə hakimiyyətin gücünə arxalanaraq insanların ictimai həyat fəaliyyətini qaydaya salmaq, qoruyub saxlamaq və hətta yenidən qurmaq məqsədi daşıyır. Dövlət idarəetməsinin prinsipləri də bu sahədə mühüm əhəmiyyətə malikdir. Bu prinsiplər ayrı – ayrı araşdırılsa, onların bir – biri ilə qarşılıqlı əlaqədə olduğu və bir – birlərini tamamladıqları aydın olar. Prinsiplər arasındakı qarşılıqlı əlaqələr bütöv bir sistem daxilində baş verir.İdarəetmə dövlətin əsas funksiyalarından biridir. İdarəetmə dövlətin inkişafı ərzində insan, cəmiyyət və dövlət arasındakı qarşılıqlı əlaqələr sistemi vasitəsilə inkişaf etmişdir. Dövlət idarəçiliyi ictimai həyatın iqtisadi, siyasi və sosial sahələrində baş verən proselərin tənzimləmələrini təmin edir və hər bir vətəndaşın, ümumilikdə, bütün cəmiyyətin maraqlarına təsir göstərir. Müasir dövrdə qlobal inkişafın tendesiyaları, habelə, dövlətçilik ənənələrinə əsasən dövlətlər yeni idarəetmə modellərini yaradır, onların funksiya və metodlarını cəmiyyətin təlabatlarından irəli gələn tələblərə uyğun olaraq dəyişirlər. Hər bir yeni model əvvəlki modelin optimal potensialı tükəndiyinə görə meydana çıxır.   Müstəqil siyasət yeridən hər bir ölkə öz idarəetmə modelini birinci növbədə milli, tarixi dövlətçilik xüsusiyyətlərinə, milli dəyərlərinə və ideologiyasına uyğun qurur. Respublikamızda da səmərəli olmaqla yanaşı, eyni zamanda milli və müasir idarəetmə modeli formalaşdırılır. Belə dövlət idarəçiliyinin formalaşdırılması üçün isə innovativ islahatlar aparılır. İslahatların keçirilməsindəki əsas məqsəd idarəçilikdə dövlət qulluğunun və dövlət orqanlarının fəaliyyətində şəffaflığın, operativliyin təmin olunması və vətəndaşların rifah səviyyəsinin yüksəldilməsidir. Dövlət idarəçiliyinin səmərəli təsis olunmasında islahatlar böyük rola malikdir. Lakin bununla yanaşı, vətəndaşların dövlət qulluğuna etimadın artırılması, dövlət qulluqçularının etik davranış qaydalarının, korrupsiyaya qarşı mübarizənin, peşəkar kadr potensiyalının formalaşdırılması kimi mühüm məsələlər də islahatlarda öz əksini tapmışdır. Respublikamızda güclü idarəetmənin yaradılması məqsədilə dövlətçiliyin inkişaf etdirilməsi həyata keçirilən islahatların əsas istiqaməti kimi müəyyən edilmişdir.Dövlət idarəetməsinin səmərəli fəaliyyətini həyata keçirmək, dövlət orqanlarında vətəndaşlara göstərilən xidmətlərin şəffaf və effektiv olması üçün çalışmaq, həmçinin vətəndaş məmnunluğunun təmin etmək üçün daima yeniliklər etmək lazımdır. Bunu da yalnız islahatlar vasitəsilə həyata keçirmək mümkündür. Respublikada  islahatların ardıcıl şəkildə həyata keçirilməsi öz müsbət nəticələri büruzə verir. Ölkəmizdə Prezident İlham Əliyevin siyasi, iqtisadi və sosial sahələrdə həyata keçirdiyi islahatlar birbaşa xalqın rifahının yaxşılaşdırılmasına və dövlətin potensialının daha da gücləndirilməsinə yönəlmişdir. Dövlət idarəetməsi həm də dövlət qulluğunun funksiyaları çərçivəsində həyata keçirilir. Dövlət qulluğu dövlət idarəçiliyi ilə sıx qarşılıqlı əlaqədədir. Buna görə də dövlət qulluğu sahəsində aparılan islahatlar idarəçilik üçün müstəsna əhəmiyyət daşıyır. Respublikamızda indiki dövrdə də  dövlət qulluğu institutu tarixi, mədəni və milli xüsusiyyətləri və bu sahədəki dünya təcrübəsi nəzərə alınmaqla vahid sistem kimi formalaşdırılır. Onun formalaşdırılmasının başlıca məqsədi dövlətin strukturunun möhkəmləndirilməsindən, vətəndaş cəmiyyətinin inkişafından, vətəndaşlara göstərilən dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsindən və dövlət resurslarından istifadəni rasionallaşdırmaqdan ibarətdir.   Azərbaycan Respublikasının dövlət qulluğu dərin köklərə malikdir. Qədim dövrlərdə dövlətimizin ərazisində müxtəlif dövlətlər və onların öz idarəçilik ənənələri olmuşdur. İlk dəfə isə sistemli kadrların hazırlanması Azərbaycan Xalq Cümhuriyyəti dövründə baş vermişdir. Sovet dövründə isə dövlət qulluğu sisteminin inkişafı müəyyən qədər ləngimişdir. Nəhayət, XX əsrin sonunda Azərbaycan müstəqillik qazanaraq dünya dövlətləri sırasında özünə layiq yer tutdu. Bu dövrdə dövlət idarəçiliyi sahəsində 12 noyabr 1995-ci ildə ümumxalq referendum yolu ilə qəbul edilmiş Konstitusiyanın əhəmiyyəti olduqca böyükdür. Bununla da müasir dünyanın tələblərinə cavab verən, demokratik və hüquqi dövlətin əsası qoyuldu. "Dövlət qulluğu" termini milli qanunvericilikdə ilk dəfə 1995-ci ildə qəbul olunmuş Konstitusiyada hüquqi cəhətdən təsbit olundu. Azərbaycan Respublikasının Konstitusiyası ölkədə hüquqi tənzimləmənin əsas prinsiplərini formalaşdıran, bütün respublika üzrə qanunvericiliyin əsası olan, ali hüquqi qüvvəyə malik aktdır. Hər bir dövlətin qanunvericilik sistemi onun konstitusiyasına əsaslanır. Konstitusiya başqa normativ aktlar üzərində də üstün hüquqi qüvvəyə və müstəqil təsir qüvvəsinə malikdir. Onun normaları heç bir qanunla dəyişdirilə bilməz.

Konstitusiyanın qəbulu dövlət idarəçiliyinin ümumi prinsiplərini də müəyyən etdi. Bununla da Azərbaycanda dövlət idarəçiliyinin və dövlət qulluğu sisteminin yaradılmasına başlanıldı. 1996-cı ildə Prezidentin sərəncamı ilə Hüquqi İslahat Komissiyası təşkil edildi. Komissiya üzvlərinin qarşısına qoyulmuş başlıca məqsəd Azərbaycanda Avropa və digər dünya ölkələrinin hüquq sisteminə uyğun olan bir sistemin yaradılması idi.

Dövlət qulluğu sahəsində islahatların vəzifələri aşağıdakılardır :

- dövlət qulluğunun normativ-hüquqi təminatının yaradılması;

- dövlət qulluğu sisteminin idarə olunmasının yaxşılaşdırılması;

- dövlət qulluğu vəzifələrinin mövcud təsnifatının təkmilləşdirilməsi;

- dövlət qulluğuna qəbul və qulluqda irəliləmə sisteminin təkmilləşdirilməsi;

- dövlət qulluğu sistemində korrupsiya ilə mübarizə;

- dövlət qulluğu islahatlarının elmi təminatı və s.

Ümumilli lider Heydər Əliyevin 1998-ci il dekabrın 29-da imzaladığı fərman ilə Dövlət Komissiyası yaradıldı. Komissiyanın yaradılması Azərbaycanda dövlət idarəçilik sistemində islahatların aparılması üzrə mühüm addım idi.

Digər mühüm normativ-hüquqi aktlardan biri də "Dövlət qulluğu haqqında" qanunun qəbul edilməsi olmuşdur. Qanun 2000-ci il 21 iyulda qəbul olunmasına baxmayaraq, 2001-ci ilin sentyabr ayından etibarən qüvvəyə mindi. Qanunun qəbul olunması ölkədə dövlət qulluğu sahəsində islahatlar prosesinin əsasını təşkil edən meyar və prinsipləri müəyyənləşdirmiş, müxtəlif kateqoriyalı dövlət qulluqçuları arasında dəqiq vəzifə bölgüsünü və dövlət qulluqçularının öz funksiya və vəzifələrini yerinə yetirməsini təmin edən attestasiya və təsnifat sistemini yaratmış, dövlət qulluqçularının işinin səmərəliliyini qiymətləndirməyə və ixtisasartırma tələbatını müəyyənləşdirməyə imkan verən, qulluqda irəliləmələrin əməkdaşın fərdi keyfiyyətlərindən və peşəkarlıq səviyyəsindən asılılığını təmin edən, yüksək ixtisaslı əməkdaşların dövlət qulluğunda qalmasına şərait yaradan nəzarət sisteminin formalaşdırılmasına imkan yaratmışdır .

2002-ci il 29 mart tarixli qanun ilə Azərbaycan Respublikasının "Dövlət qulluğunu idarəetmə Şurası haqqında" əsasnamə təsdiq olundu. Şuranın funksiyalarına dövlət hakimiyyəti orqanlarında dövlət qulluğunun vəziyyətinin və səmərəliliyinin təhlil edilməsi, dövlət qulluğunda kadr potensialının proqnozlaşdırılması, planlaşdırma işinin həyata keçirilməsi və s. kimi funksiyalar daxil edildi. Azərbaycan Respublikasında 1)"Dövlət qulluğu" haqqında qanunun tətbiqinə nəzarəti; 2) dövlət qulluğunun normativ-metodiki təminatını; 3) dövlət qulluqçuları kateqoriyasına aid edilən şəxslərin siyahısını müəyyən etməyi Azərbaycan Respublikasının Dövlət qulluğunu İdarəetmə Şurası həyata keçirir. Şuranın üzvlərinin sayı 18 nəfərdən ibarətdir. Onlardan 6 üzv Azərbaycan Respublikasının Prezidenti tərəfindən, 6 üzv Azərbaycan Respublikası Milli Məclisinin sədri tərəfindən, digər 6 üzv isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri tərəfindən təyin edilir. Belə bir orqanın yaradılması dövlət qulluğuna qəbul, qulluqda irəliləmə, dövlət qulluqçularının attestasiyası, onların təminat və nizam-intizam məsələrində şəffaflığın və obyektivliyin təmin edilməsində mühüm rol oynadı .

Azərbaycanda dövlət qulluğunun əsas xüsusiyyətləri və prinsipləri, dövlət qulluğunun təşkilini şərtləndirən normalar 2000-ci ildə ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və qəbul edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununda və bu Qanun əsasında hazırlanmış dövrün, həyatın, mövcud ictimai vəziyyətin tələbindən irəli gələn çoxsaylı normativ hüquqi aktlarda müəyyən edilib.

Prezidentin 2005-ci il 19 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiya yaradıldı.Komissiya öz vəzifə və funksiyalarını həyata keçirərkən Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası ilə qarşılıqlı fəaliyyət göstərir. Komissiyanın funksiyaları aşağıdakılardan ibarətdir :

- dövlət qulluğunun möhkəmləndirilməsi üçün proqramların hazırlanmasının və həyata keçirilməsinin təşkili;

- dövlət orqanlarında dövlət qulluğuna aid qanunun tətbiqinə nəzarət;

- dövlət qulluğuna qəbul üçün müsabiqənin keçirilməsi qaydalarının hazırlanması, qəbulun şəffaf və düzgün şəkildə həyata keçirilməsi;

- müsahibənin keçirilməsi qaydalarını müəyyənləşdirmək;

- dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər vermək və müvafiq aktların layihəsini hazırlamaq və s.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 iyul Fərmanı ilə "Azərbaycan Respublikasının dövlət orqanlarında dövlət qulluğunun rəhbər vəzifələrinin tutulması üçün ehtiyat kadrların formalaşdırılması qaydaları" təsdiq edildi. Bu qaydalar  "Dövlət qulluğu haqqında" qanuna , dövlət qulluğu və kadrlarla iş sahəsinə aid olan digər hüquqi normativ aktlara uyğun şəkildə hazırlandı. Beləliklə, ehtiyat kadrların formalaşdırılması dövlət orqanlarının kadr siyasətinin yaradılması prosesinə daxil edildi.

2007-cı il mayın 31-də isə "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Qanun qəbul olundu. Bu qanun dövlət qulluqçusu statusuna malik olan bütün şəxslərə şamil edilir. Qanunun məqsədləri aşağıdakılardır :

·         dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi;

·         dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması;

·         dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması;

·         dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi;

·         dövlət qulluqçularından gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması; 

·         dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsiri imkanlarının genişləndirilməsi.

Bu qanunda dürüst davranış, professionallıq, loyallıq, sədaqət, xalqın etibarının qorunması, mədəni davranmaq, əmr, təlimat və göstərişlərin yerinə yetirilməsi, korrupsiyanın qarşısının alınması, hədiyyələrin qəbul edilməsi ilə bağlı məhdudiyyətlər, maraqların toqquşmasının qarşısının alınması, əmlakdan , informasiyadan düzgün istifadə və siyasi fəaliyyətlər adı altında dövlət qulluqçularının etik davranış qaydaları tənzimlənmişdir .

2009-cu il 24 iyulda imzalanan Fərman ilə "Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları" qəbul olundu. Yeni qaydalara əsasən artıq dövlət qulluğuna qəbul zamanı test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanlarının təşkili və həyata keçirilməsi, bundan əlavə qiymətləndirmənin aparılması və s. kimi məsələlər  Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya tapşırıldı.Lakin 2009-cu il 1 oktyabr tarixində "Dövlət orqanlarında dövlət qulluğuna qəbul ilə bağlı keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması və ekspertizası Qaydaları" qəbul edildikdən sonra artıq test imtahanında namizədlərin təkcə bilik və məntiq səviyyələri deyil, onların dünyanın, əsasən də, Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri, qanunvericilik biliklərinin yoxlanılması məqsədi ilə cəmləşdirilmiş proqramlar hazırlandı. Və hal - hazırda test imtahanında bilik, məntiqi düşüncə səviyyələri ilə yanaşı, yuxarıdasadalananlar üzrə də namizədlərin bilikləri yoxlanılır .

Dövlət idarəetmə sahəsində həyata keçirilən islahatlar onun ənənəvi funksiyalarına daha yeni funksiyaların (məsələn, strateji təhlil, qiymətləndirmə, marketinq, insan resurslarının idarə olunması və s.) əlavə olunmasına səbəb oldu. 2011-ci il mayın 23-də “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti Fərman imzalamışdır. Bu fərmana əsasən, dövlət orqanlarının elektron xidmətləri təşkil olundu. Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planında da şəffaflığın artırılması və açıq hökuməti təbliğ etmək üçün nəzərdə tutulan tədbirlərdən biri məhz elektron hökumətin təkmilləşdirilməsi oldu.

Dövlət idarəetməsində yeni fəaliyyət metodunun yaradılması istiqamətindəki mühüm tədbirlərdən biri Prezidentin 2012-ci il 13 iyul tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət agentliyinin yaradılması oldu. Agentliyin yaradılmasında məqsəd dövlət orqanlarında şəffaflığın artırlıması, vətəndaşlara daha yaxşı xidmət göstərilməsi, onlara qarşı münasibətdə etik qaydalara əməl edilməsi və vətəndaş məmnunluğunun təmin edilməsidir. Bu agentliyin yaradılması “vətəndaş – dövlət qulluqçusu” münasibətlərinin inkişafında mühüm rol oynadı. Məlumdur ki, eyni xidmətləri ayrı – ayrı dövlət orqanları göstərdikdə onlar arasında sağlam rəqabət yaranır ki, bu da korrupsiyanın, süründürməçiliyin qarşısını almağa və vətəndaş məmnunluğunun təmin olunmasına səbəb olur. Həyata keçirilən islahatlar prosesində bu xüsusiyyətlərin də nəzərə alınması  “Asan xidmət” mərkəzlərinin yaradılması ilə nəticələndi. Artıq bir neçə orqanın xidmətləri bir orqanda təqdim edilirdi .

“Asan xidmət” mərkəzlərinin yaradılmasında əsas məqsədlər aşağıdakılardır :

ü  vətəndaşların həm əlavə vaxt itkisinin, həm də əlavə xərclərinin azaldılması;

ü  peşəkarlıq səviyyəsinin artırılması;

ü  vətəndaşların dövlət strukturlarına qarşı olan etimadının gücləndirilməsi;

ü  elektron xidmətlərdən daha geniş istifadə olunması;

ü  institusional islahatların səmərəliliyinin artırılması və s.

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabrda imzaladığı Sərəncama əsasən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsaslanaraq Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsi yaradılmışdır. Bu mərkəzin yaradılmasında başlıca məqsəd dövlət qulluğuna qəbul zamanı kadrların müsabiqə əsasında seçilməsi, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin həyata keçirilməsi, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qəbul imtahanlarının keçirilməsidir .

Prezidentin İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da Konstitusiya islahatları ilə əlaqədar olaraq referendum keçirilib. Bu referenduma əsasən dövlət idarəçiliyində yeni bir təsisat – Birinci vitse – prezidentlik institutu yaradılıb. Dövlət idarəçilik sahəsində Birinci vitse – prezidentlik institutunun yaradılması funksional vahid kimi hesab olunur. Belə bir addımın atılması müasir dövrdə Azərbaycan üçün mütərəqqi bir əlamət oldu. 2017-ci il isə referendum yolu ilə artıq təsdiqlənən Konstitusiya islahatlarının həyata keçirilməsi baxımından önəmli bir il olmuşdur. İlham Əliyevin 21 fevral 2017-ci ildə imzaladığı sərəncama əsasən Azərbaycan Respublikasının Birinci vitse – prezidenti Mehriban Əliyeva olmuşdur .

Dövlət idarəçilik sahəsində səmərəliliyin artırılması və daima inkişaf etdirilməsi üçün islahatların ardıcıl olaraq həyata keçirilməsi zəruridir. Məhz buna görə Prezident İlham Əliyevin 2018-ci il 23 noyabr tarixli sərəncamı ilə Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya hazırlanıb. Bu dövlət qulluğu sisteminin inkişafı üçün orta və uzun müddəti əhatə edən ardıcıl və mərhələli tədbirləri müəyyən edən sənəddir. Strategiyanın əsas məqsədi dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasıdır. 2019-2021-ci və 2022-2025-ci illəri əhatə edən iki fəaliyyət planına əsasən Strategiyanın icrasının həyata keçirilməsi nəzərdə tutulub.

Ölkədə yeni inkişaf mərhələsinin başlandığını göstərən amil isə Prezidentin Sərəncamı ilə “Azərbaycan 2020 : gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması olmuşdur. Konsepsiyanın başlıca məqsədi davamlı iqtisadi artım və yüksək sosial rifah, dövlət idarəetməsi və qanunun aliliyi, vətəndaşların hüquq və azadlıqlarının təmin olunması ilə səciyyələnən inkişafa nail omaqdır.

Beləliklə, demokratik dəyərlərə söykənən yeni idarəetmə modeli şəffaf və səmərəli idarəetmənin konsepsiyalarını yaratmağa istiqamətlənmişdir. Respublikada yeni inkişaf mərhələsinin mühüm təminat şərti kimi müəyyən olunan səmərəli idarəetmənin qurulmasına yönələn dövlət siyasətinin mərkəzində vətəndaş dayanır və onun məmnunluğu dövlət xidmətlərinin keyfiyyət və asanlığının əsas göstəricisi hesab olunur .

 Siyasi sistem hər bir ölkənin ictimai həyətaının ayrılmaz tərkib hissəsi kimi nəzərdə tutulur. Ölkənin fəaliyyəti iqtisadi, siyasi, sosial, eyni zamanda maddi və mənəvi sahələrin, ətraf-mühit, ictimai resurslar və digər göstəricilərin ümumi məcmusundan ibarətdir. Bütün bu sahələrdə işin təşkili, idarə edilməsi, cəmiyyət həyatının, gündəlik yaşayışın və fəaliyyətin, qayda – qanunların müəyyən edilməsi, vətəndaşların davranış qaydalarının təsbit edilməsi və s. kimi işlərin görülməsi birbaşa olaraq dövlətlərdə siyasi sisteminin xüsusiyyətlərini müəyyən edir.

Məhz buna görədir ki, siyasi sistemi – dövlət idarəçilik sahəsində təşkilatların, siyasi və ictimai institutların, proseslərin, bu sahədə cəmiyyətin siyasi prinsiplərinin qaydaya salınmış və bütöv məcmusu kimi xarakterizə edirlər .

Azərbaycan Respublikasında siyasi sistem həm milli xüsusiyyətlərin, həm də tarixi şəraitin xüsusiyyətlərini özündə əks etdirməklə xarakterizə olunur. Onun yaranma prosesində bir sıra amillər rol oynamışdır. Eyni zamanda əhalinin də siyasi mədəni xüsusiyyətləri Azərbaycanın siyasi sisteminin fəaliiyyətinin formalaşmasına böyük təsir göstərir.

Azərbaycanda siyasi sistemin strukturunun formalaşması 12 noyabr 1995-ci ildə qəbul olunmuş Konstitusiya ilə tamamlandı. Qəbul olunan bu Konstitusiya ilə Azərbaycan dövləti artıq demokratik, hüquqi və unitar respublika kimi müəyyənləşdirildi. Respublikada hakimiyyətin yeganə mənbəyi xalqdır. Azərbaycan xalqının öz müqəddaratını sərbəst və müstəqil şəkildə həll etmək və öz idarəetmə formasını müəyyən etmək onun suveren hüququdur. Ölkəmiz dövlət hakimiyyətinin həyata keçirilməsi formasına görə prezident üsulu idarəyə əsaslanan respublika parametrlərinə müvafiqdir.

Respublikamızda idarəçilik sahəsində hakimiyyətin bölünməsi prinsipi mövcuddur. Bu prinsipə görə üç hakimiyət qolu müəyyənləşdirilmişdir :

·         qanunvericilik hakimiyyəti

·         icra hakimiyyəti

·         məhkəmə hakimiyyəti

Yuxarıda qeyd olunan hakimiyyət orqanlarının fəaliyyəti Konstitusiya və digər qanunvericilik aktları vasitəsilə tənzimlənir. Ölkədə Milli Məclis qanunvericilik hakimiyyətini, Prezident icra hakimiyyətini, Azərbaycan Respublikasının məhkəmələri isə məhkəmə hakimiyyətini həyata keçirir.

Bildiyimiz kimi, Konstitusiyanın qəbul edilməsi ilə Azərbaycan həmçinin unitar respublika kimi müəyyənləşdir. Müəyyən edilmiş bu unitarlıq isə xüsusi əhəmiyyətə malikdir. Bu da onun daxilində Naxçıvan Muxtar Respublikasının dövlət hakimiyyəti statusuna malik olmasıdır.Konstitusiyaya əsasən Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Muxtar Respublikada Ali Məclis qanunvericilik hakimiyyətini, Nazirlər Kabineti icra hakimiyyətini və nəhayət Naxçıvan Muxtar Respublikasının məhkəmələri isə məhkəmə hakimiyyətini həyata keçirir.Burada ali vəzifəli şəxs Ali Məclisin sədri hesab olunur .

Azərbaycanda siyasi sistemdə yerli özünü idarətmə orqanları kimi bilinən bələdiyyələr də mühüm yer tutur. Yeni olmasına baxmayaraq bu institut çox böyük üstünlüyə malikdir.Müasir dövrdə bir çox ölkənin siyasi sistemində olduğu kimi Azərbaycanda da çoxpartiyalılıq, plyuralizm və s. siyasi sistemə xas olan xüsusiyyətlərdir. Siyasi partiyalar qanunvericilik orqanlarında və yerli özünü idarəetmə orqanlarında təmsil olunurlar. Elə bunun vasitəsi ilə onlar dövlət hakimiyyətinin həyata keçirilməsində iştirak etmək hüququ qazanırlar.

 

Dövlət başçısı. Konstitusiyaya əsasən dövlət başçısı Prezidentidir. PrezidentAzərbaycan dövlətini ölkə daxilində və xaricində baş verən münasibətlərdə təmsil edir. Oxalqın vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir. Azərbaycan Respublikasının Prezidenti dövlətin müstəqilliyinin, ərazi bütövlüyünün, təhlükəsizliyinin və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əməl olunmasının təminatçısıdır. Bu öhdəlik həm də Prezident üçün Ali Baş Komandan səlahiyyətlərini müəyyənləşdirir və ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olmayan  istənilən qanuna “veto” qoymaq, icra hakimiyyəti orqanlarının, siyasi institutların, təşkilatların və s. qurumların xalqın iradəsinin əleyhinə qarşı olan aktları ləğv etmək hüququnu yaradır .

 

Qanunvericilik hakimiyyəti.Azərbaycan Respublikasının qanunvericilik hakimiyyəti Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir. Milli Məclis əsasən bir palatadan ibarətdir. Onun fəaliyyəti və səlahiyyətlərinin statusu əsasən iki istiqamətdə həyata keçirilir : birincisi, Milli Məclis geniş məsələlər üzrə ümumi qaydaları müəyyən edir. Bu qaydalar çərçivəsində icra hakimiyyəti müəyyən bir idarəetmə funksiyasını yerinə yetirir. ikincisi, birbaşa Milli Məclis tərəfindən həll olunan məsələlərdir.

Qanunvericiliyə əsasən Azərbaycan Respublikasında yaşı 18-dən aşağı olmayan hər bir vətəndaş Milli Məclisinin deputatı seçilə bilər. Milli Məclisdə ümumi və birbaşa seçkilər əsasında seçilmiş 125 millət vəkili iştirak edir. 125 millət vəkilinin iştirak etdiyi Milli Məclis təkpalatalı parlamentdir. Qanunvericilik fəaliyyətindən başqa Milli Məclis dövlət büdcəsini təsdiq edir və ona nəzarət edir.

İcra hakimiyyəti.Konstitusiyaya əsasən Respublikada icra hakimiyəti yuxarı, mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Bu sistem geniş hüquqlara malikdir, dövlət orqanları və dövlət qulluqçuları arasında böyük səs çoxluğunu əhatə edir. Bu hakimiyyət növü Azərbaycan Respublikasının Prezidentinə mənsubdur və onun əsas funksiyası isə qanunların icrasıdır

 

Məhkəmə hakimiyyəti. Azərbaycanda məhkəmə sistemi Azərbaycan Respublikasının Konstitusiyasına əsasən respublikada fəaliyyət göstərən məhkəmə hakimiyyətinin ümumi vəzifələri, təşkilati və əməliyyat prinsipləri altında birləşən bütün məhkəmələrin məcmusundan ibarətdir. Məhkəmə sisteminin strukturu 1997-ci il 10 iyun tarixli “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası qanunu ilə müəyyən edilmişdir.

Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər.

 

Siyasi sistem hakimiyyətin sosial məzmunlu səciyyəsini, onun daşıyıcısı olan hakim dairənin xarakterini və iqtisadi quruluşu, eyni zamanda hakimiyyətin həyata keçirildiyi və siyasi münasibətlərin cərəyan edildiyi təsisatlar və təşkilatlar sistemini göstərir, siyasi hakimiyyətin fəaliyyət prinsiplərini, normalarını və bu fəaliyyətin yönümünü müəyyən edir.Bu gün Azərbaycanda dövlət idarəçilik sahəsində islahatlar üçün institusional mexanizmlərinin yaradılması tələb olunur. Elə təminat mexanizmləri nəzərdə tutulmalıdır ki, onlar həyata keçiriləcək dəyişiklikləri əhatə etsin. Bura idarəetmə orqanlarının sisteminin formalaşdırılması, dövlət qulluğu və dövlət idarəetməsinin ayrı-ayrı sahələrini aid etmək olar. Dövlət idarəetmə sahəsində islahatlara rəhbərlik etmək üçün bu sahədə siyasətə, bu siyasətin həyata keçirilməsi ilə bağlı olan bütün tədbirlərə cavabdehlik daşıyacaq xüsusi bir qurumun yaradılmasına ehtiyac duyulur. Dövlət idarəetməsi özündə çox müxtəlif ictimai əlaqələri, baş verən prosesləri və formalaşan qarşılıqlı əlaqələri əks etdirir.

 

İslahatlar prosesində elə tədbirlər həyata keçirilməlidir ki, onlar həm elmi cəhətdən, həm də resurslar baxımından Azərbaycanın unitar dövlət quruluşuna, dövlət aparatının struktur islahatlarına, aparatın fəaliyyəti üzərində müxtəlif nəzarət formalarının yaradılmasına, dövlət aparatının vətəndaşlarla, ümumilikdə cəmiyyətin əlaqələrinə uyğun olan vahid dövlət sisteminin islahatlarının başa çatmasına gətirib çıxara bilsin.

 

İslahatların məqsədi aydın və dəqiqdir: Azərbaycanda dövlət idarəçiliyini daha da təkmilləşdirmək, dövlət qurumlarının fəaliyyətini optimallaşdırmaq, çevik, yığcam və məqsədyönlü etmək, dövlət xidmətlərinin səmərəliliyini artırmaq və dövlət büdcəsinin vəsaitindən səmərəli istifadəni təmin etmək. İslahatların məqsədi həm dəiqtisadiyyatda baş verən struktur dəyişikliklərinə uyğunlaşmanı təmin etməkdir. İslahatlar dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. İdarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur.

 

Həyata keçirilən islahatların müsbət tərəflərindən biri də odur ki, ölkəmizdə biznes mühitinin daha da təkmilləşdirilməsi ilə sağlam rəqabətin gücləndirilməsidir. Çünki belə olduğu halda dövlət aparatı özəl sektorun fəaliyyətinə müdaxiləni minumum səviyyəyə endirməklə daha çox bazar tənzimləməsinə şərait yaradır.

 

Bunu da unutmamaq lazımdır ki, səmərəli idarəetmə peşəkar və şəxsi əxlaqi keyfiyyətləri yüksək olan kadrların cəlb olunması, insan resurslarının düzgün idarə edilməsi ilə başlayır. Çünki insan resurslarının düzgün idarə olunması kadr siyasətinin məqsədlərinə və səmərəli fəaliyyətə nail olmağın ilkin şərtidir. Dövlət idarəetməsinin nə dərəcədə səmərəli həyata keçirildiyi barədə obyektiv məlumat isə ictimai rəydə və vətəndaş məmnunluğunun səviyyəsində əks olunur. Çünki ictimai rəydə xalqın və ayrı-ayrı sosial qrupların ictimai marağına səbəb olan hadisələrə münasibət öz əksini tapır.

Heydər Əliyev Müstəqil Azərbaycan Respublikasına on illik rəhbərliyi dövründə nəinki müstəqil dövlət quruculuğunu həyata keçirdi, həmçinin bu dövlətin gələcək inkişafının sağlam təməlini qoydu, eyni zamanda ölkə vətəndaşlarını dövlətçilik ətrafında səfərbər edən, daxildə və beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd, məram ətrafında birləşdirən milli   azərbaycançılıq ideologiyasını və ölkənin iqtisadi inkişafının möhkəm təməlini yaratdı. 

Bu bir həqiqətdir ki, ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələrini uğurla davam etdirən, ona daim müasirlik, yenilik gətirən Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən və müdrik siyasəti möhkəm elmi əsaslara söykənir, dərin araşdırmalar əsasında qurulur, bütün sahələrdə olduğu kimi, dövlət qulluğu sahəsində də islahatlar düşünülmüş surətdə və müəyyənləşdirilmiş proqramlara uyğun aparılır. Bü gün gündən-günə inkişaf edən və modernləşən Azərbaycan Respublikası Ulu Öndərin əziz xatirəsinə ən böyük töhfədir. Milli dövlətimiz durduqca Heydər Əliyev Azərbaycan xalqının qəlbində yaşayacaqdır.

Bu gün Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür. Dünya siyasətçiləri üçün o, müdrik və uzaqgörən siyasi və dövlət xadimi, xalqımız üçün – Azərbaycanın inkişafında misilsiz xidmətlər göstərmiş Azərbaycan xalqının Ümummilli Lideri idi. Bu gün Heydər Əliyev aramızda olmasa da, onun xatirəsi qəlbimizdə həmişə yaşayacaqdır.

Təbiidir ki, həyata keçirilən islahatlar nəticəsində vətəndaşlara daha şəffaf və effektiv şəkildə xidmət göstəriləcək, nəticədə dövlət xidmətləri daha əlçatan və keyfiyyətli olacaq. Dövlət idarəetmə sahəsində aparılan islahatlar mövcud resurslardan düzgün istifadənin və bürokratiyanın qarşısının alınmasının ən vacib amillərindən biridir. Bu gün də ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi davamlı islahatlar dövlət idarəçiiyinin daha da gücləndirilməsi, dövlət orqanlarında çevikliyin artırılması, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və dövlət vəsaitlərindən qənaətlə istifadə olunmasına yönəldilmiş addımlardır.

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM