“Millət dininə, dilinə sahib çıxmalıdır...Torpağımızı, millətimizi sevməliyik”

10:41 / 29.05.2020

"Kaspi” Təhsil Mərkəzinin və "Kaspi” qəzetinin təsisçisi, şairə, filologiya elmlər namizədi Sona Vəliyeva:

"Millət dininə, dilinə sahib çıxmalıdır...Torpağımızı, millətimizi sevməliyik”

 "Qərib payız”, axşamlarında "Tənha sarı yarpaq” kimi duyğularını , "Yarpaq-yarpaq” vərəqlərə köçürən,  "Quruyan ərik ağacı”nın , "Ata evim” də , "Bir ana köçünə çatmamışam” deyib , "Ana əlləri”nə "Ehtiyac” duyan ,, "Gəl sənə həzin bir şeir oxuyum” arzusuyla , "Bu yağış mənə bənzəyir” deyib , "Yaman uzandı bu yaz yağışı” gileyi ilə "Səni sevdim, Allahım” dedi... "Bu nə eşq sevdası, necə möcüzə”dir marağıyla, "Yollara yağış yağır” nəğmələriylə , "Narın yağış” romantikliyi ilə , "Biraz günəş göndər” həsrətiylə "Sənsiz keçən bir günüm” ün acığına "Gəl gedək bu şəhərdən” , "Vallah gözə gəldi bu ilahi eşq”, "İlləri əl-ələ verib gəlmişik” deyib yollara dikilən gözlərini "Sarı gözəl, sarı çiçək”lərdən çəkməyərək , "Bir az möhlət ver Allah " deyib də , "Arazbarı”, "Ay Qaragilə” kimi şeirləri ilə dünyanı özünün çəhrayı baxışları ilə seyr edən , rəngli dünyanın, rəngsiz, boyasız nurlu xanımı Sona Vəliyeva "Zaman xəbərsiz ötdü” dedi....

-"Xəbərsiz   ötən  zamanda ”  Sona   xanım  özünü necə xarakterizə edərdi?

-Bir insan özü -özünü xarakterizə ancaq işində edə bilər. Mən azdan-çoxdan şeirlərimdə özümü ehtiva eləmişəm.  Mən düşünürəm ki, gördüyüm işlərin bütövlüyündə millətimə, xalqıma, ulusuma bir sevgi dayanır. Əgər o sevgi olmasa, mən bu işlərin heç birini edə bilmərəm. Bu gördüyüm işlərin kökündə bir milli sevgi, millət sevgisi durur. Kaspi qəzetinin aşağısında üç əsrin qəzeti yazılıb. Mənə elə gəlir ki, mən bu qəzetdə lap başdan çalışmışam. Mən Kuzminlə çalışmışam, sonra 1991-ci ildə Məhəmməd Şahdağlıyla çalışmışam, 96, 97, 98-ci illərdə "Kaspi” qəzetinin müsəlman qəzeti adlandığı bir dövrdə mən elə Əli Mərdan bəy Topçubaşovla çiyin-çiyinə işləmişəm. Hərdən düşünürəm ki, sanki onların mənə verdiyi bir missiya var, mən o missiyanı yaşadığım müddətcə çox şərəflə  daşımağa borcluyam. Bu qəribə bir şeydi. Bunu məni tanıyanlar da bilirlər, hərdən mən onlardan elə danışıram sanki keçmiş zamanda danışa bilmirəm bunun özü də  bir qəribəlikdi. Yəni həyatımın hər məqamında onların qoyduğu ideyanı görürəmsə rastlaşıramsa və onu davam etdirməyə borcluyamsa bu mənim bir həyatı missiyamdı.

- İstədiklərinizi o qəzetdə görürsünüzmü, razısınızmı?

-İnanın yox nəyə görə, mənim bu danışıqlarım müasir gənclik üçün bir örnək olacaqsa ona görə bunları danışıram. Əslində mənim fəaliyyətimdən söhbət düşəndə mən həmişə kənara çakilirəm deyirəm fəaliyyəti danışılası insanlar var biz onlardan danışmalıyıq. Tariximiz var, tariximizdə böyük ənənə qoyan bizim milli mücadilə qəhrəmanları var. Onlardan danışmaq lazımdı. Azərbaycan maarifçilərindən, istiqlal düşüncəsini yayan o insanlardan danışmaq lazımdı.  Və mən hələ belə desək içimdəki enerji potensialının mində birini istifadə eləməmişəm. Çünki mən xarkterikcə  enerjili adamam və düşüncəmdə də,  missiyamda da millət üçün görəcəyim işlər hələ qarşıdadır deyə düşünürəm ki, bundan da artıq işlər görə bilərəm. Və bütün bu arzularımızı, xəyallarımızı reallaşdırmaq üçün Allah  Azərbaycan dövlətçiliyinin ömrünü uzun eləsin. Biz sovet dövründə gəncliyi keçmiş adamlarq. Və o dönəmdə şairin tələbələrlə bir görüşü  keçiriləcəksə, orda bir millət sevgisindən bəhs edən vətən sevgisində bəhs ediləcəksə biz ora səbrsizliklə gedirdik və zal dolubsa xahiş edirdik ki, bizi buraxın biz ayaq üstə duracagıq. Biz illərlə bu dövlətin müstəqilliyinin arzusunda olmuşuq. Bu gün gənclərə ötürüləcək bir mesajım odur ki, biz illərlə həsrətini çəkmiş müstəqilliyə qovuşmuşuq. Bunu üçün gənclərin öhdəsinə düşən vəzifə yaxşı oxumaq,elmə, biliyə sahiblənməkdir.

- Azərbaycan mətbuatı , televiziyası , qəzeti Sizi qane edirmi?

-Televiziyanın öz öhdəsinə götürdüyü işlər düzgün yerinə yetirilməlidir. Onun bir tərəfi xalqın millətin inkişafına, onun maraqlarına doğru yönəlməlidir. Söz- mətbuat azadlığı  bir zamanda  hər bir  insanın içində bir  senzura olmalıdı. O senzura  onun vicdanı olmalıdı. Vicdanlı, qərəzsiz, düzgün mövqedə duraraq nəticələri araşdıraraq bir ziyalı mövqeyi  olmalıdır.

-Sona xanım,  güclü qadının arxasında güclü kişi, güclü kişinin arxasında isə güclü bir qadın dayanır.   Yazar şairlər elə bil həmişə natamam olurlar.  Siz  necə   ailədə  tamlıq, bütövlük tapmısınızmı?

-Bilirsiniz,  mən  təpədən dırnağa Azərbaycan xanımıyam. Mən qapıdan girdimsə ailəmin xanımıyam, işim unudulur. Və bu deyəcəyim həm sizə həm də digər Azərbaycanlı xanımlara aid olsun. Qoy Allah heç bir kişini ailəsindən uzaq qoymasın. Əbəttə , Əli müəllim mənim işlərimə məhdudiyyət qoysaydı, mənim bu potensialım içimdə boğula bilərdi. Əli müəllimin mənim şeirlərimə belə "babat” deməsi mənə stimul verir. Kişi yazarın həyat yoldaşı olmaq asandı, yazar xanımın həyat yoldaşı olmaq çətindi. Kişilər xoşlayır ki, onun xanımı daha ciddi olsun, cəmiyyətə sirrli bir xanım kimi təqdim olunsun, amma yazar bir xanım duyğularıyla, içindəki səmimiyyətiynən, sevgisiynən cəmiyyətə açılır.  Şeirlərim nədirsə mən oyam.

 Bəzən mən içimdəki duyğularımı heç kimə demirəm. Ancaq qələmnən, kağıznan baş-başa qalanda yazıram.

  "...Mənnən inciməsin bacım qardaşım, gəlmişəm dərdimi sənə söyləyim” .

Cəmiyyətdə baş verən çox şey insanın qəlbinə yüklənməyə bilmir. Bu mənada yenə də qələmdən başqa heçnə adamı düzgün anlamır. Ruhun qələmlə baş-başa qalmağa və  şeirin ehtivası...

 Bir millət nə qədər ki, arzularıyla bütöv deyilsə, onun vətəndaşı ayrılıqda bütöv ola bilməz. Bu millət, dövlət bizimdir və onun bütövlüyü uğrunda mübarizə aparmaq üçün həmin o qeyrət körpüsündən keçərək onu biz də götürməliyik.

-Vətən həsrəti, Azərbaycanın parçalanması, Güney-  Quzey ayrılığı, Qarabağ ağrısını  əks  etdirən şeirlərin müəllifi  Sona Vəliyevanı  bu günkü  vətənpərvərlik   qane edirmi?

-Sözün böyüklüyü dilin, insanın, tarixin böyüklüyüdür. Söz yaşadıqca ədəbiyyat da, millət də yaşayacaq. Hər kəs   öz  sahəsində , öz məkanına   və zamanına  uyğun  addımlar  atır. Mənim böyüdüyüm Naxçıvan torpağı dörd tərəfdən sərhədlə əhatə olunub. Torpağın kəsikliyi insanın da taleyiə təsir göstərir. Türkmənçay müqaviləsindən bu tərəfə torpaqlarımızın taleyi hər birimizin taleyinə uyğunlaşıb. Elə bu mövzular da şerin, ədəbiyyatın mövzusu olmalıdır. İndi demokratikləşmə, qloballaşma dövrüdür. Lakin böyük dövlətlər demokratikləşmə anlayışından öz məqsədləri üçün istifadə edir. Bizə lazım olan demokratiya fikir və söz azadlığına imkan verən demokratiyadır

Əli bəy Hüseynzadə  öz  zamanında türkləşmək, islamlaşmaq, müasirləşmək ideyasını irəli sürmüşdü. Onda öncə isə Həsən bəy Zərdabinin yaradıcılığından gəlirdi bu ideyalar. Topçubaşovun rəhbərliyi ilə Ümumrusiya müsəlmanlarının qurultayının keçirilməsi ideyasını da Həsən Bəy  Zərdabi irəli sürmüşdü. Deyirlər ki, Mirzə Kazım bəy dinindən imtina etmişdi, əslində isə o gizlin namazını qılırdı, ibadətini edirdi.  Bu torpağın, insanın taleyi üçün çalışırdı. Şərqlə münasibətimizi düzgün qursaq, Qərblə, Avropa ilə münasibətlərimizi düzgün müəyyənləşdirsək torpağımızı geri qaytara bilərik.  Mənim şerlərimdə yaddaş məsələsi önəmlidir. Milli yaddaş dünyaya inteqrasiyamıza kömək edir. Şerlərimin əsas mövzularından biri millətin xilası məsələsidir. Böyük idrak, minilliklərin idrakıdır. Bu gün gənclərin cənub mövzusuna müraciəti sevindirici haldır. Biz tələbə vaxtlarımızda bu mövzuya müraciət edəndə partiya komitəsinə çağırıb xəbərdarlıq edirdilər. Bəxtiyar Vahabzadə "Gülüstan” poemasını yazdığı vaxtlar ulu öndər Heydər Əliyev yazarları toplayıb demişdi ki, belə mövzularda əsər yazmaqla milləti örtülü şəkildə hazırlamaq lazımdır. Biz gənclik illərimizdə Söhrab Tahirin, Sabir Rüstəmxanlının yaradıcılıq gecələrində iştirak edirdik, çünki onların yaradıcılığının əsasını təşkil edən mövzulara ehtiyac duyurduq.

-Sona  Vəliyeva   üçün  Heydər Əliyev kim idi?

-Ulu Öndərin məkanı cənnət olsun, əlbəttə  1993- cü illərdə  xalqın dəvətiylə-təkidiylə  hakimiyyətə qayıtmasaydı,  Azərbaycanın taleyi  kim bilir  necə olardı.   Heydər Əliyev  Yeni  Azərbaycanımızın  qurucusu   və  yaradıcısıdır.  Parçalanmaqda olan dövləti xilas etdi. Atəşkəs elan etdi. Və gələcək inkişafın zəminini yaratdı. Və Şükürlər olsun ki, bu gün Heydər Əliyevin ideyalarının həm siyasi, həm də mənəvi olaraq  hörmətli prezidentimiz  İlham Əliyev  cənabları  ləyaqətlə  davam  etdirir.//https://rezonanspress.az

Gülşən  Behbud


Etiket:

Strategiya.az

Xəbərlər
13.07.2020

Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib 

13.07.2020

Elçin Əhmədov: Ermənistan sərhəddə təcavüz aktı törətməklə ictimai fikri ölkədaxili problemlərdən yayındırmağa çalışır

13.07.2020

Türkiyə XİN: Ərazi bütövlüyünü qorumaq mübarizəsində Azərbaycanın yanındayıq

13.07.2020

Azərbaycan Ordusu düşmənin dayaq məntəqəsinə zərbə endirib, düşmənin canlı qüvvəsi məhv edilib

13.07.2020

MN: Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır

13.07.2020

HEYDƏR ƏLİYEV - yeni milli intibahın və müstəqil dövlətçiliyin əsasını qoymuş tarixi şəxsiyyət

12.07.2020

Müdafiə Nazirliyi düşmən hücumunun qarşısını alınarkən şəhid olan hərbi qulluqçularımızın adlarını açıqladı

12.07.2020

XİN: Ermənistan bu kimi təxribatçı əməlləri ilə üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır

12.07.2020

Müdafiə Nazirliyi: İtki verən düşmən geri otuzdurulub

12.07.2020

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz istiqamətində təxribat törədib

12.07.2020

Birinci vitse-prezident Mehriban Əliyeva Əməkdar artist Bəhram Bağırzadə ilə telefonla danışıb

12.07.2020

Sumqayıtda yaşadığı evi qanunsuz tərk edən aktiv koronavirus xəstəsinə cinayət işi başlanılıb

12.07.2020

Azərbaycanda faktiki hava şəraiti açıqlanıb

12.07.2020

FHN: Yağış sularının dolduğu ərazilərdə təxirəsalınmaz tədbirlər həyata keçirilir

11.07.2020

DİN, Baş Prokurorluq və Kənd Təsərrüfatı Nazirliyi keçirdikləri birgə əməliyyatla bağlı məlumat yaydı

11.07.2020

Azərbaycan XİN: Ermənistan rəhbərliyi apardıqları siyasətə görə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində tamamilə tək qalıblar

11.07.2020

Azərbaycanda daha 531 nəfər koronavirusa yoluxdu, 514 nəfər sağaldı, 6 nəfər öldü

11.07.2020

İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM

11.07.2020

Azərbaycan türkləri ilə eyni dil qrupunu bölüşən salarlar kimlərdir?

11.07.2020

Yol polisi yenidən dayanma-durmaya görə cərimə yazacaq

11.07.2020

Karantin qaydalarını pozaraq Bakıdan bölgələrə sərnişin aparan sürücü və müştəriləri həbs olunublar

11.07.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

10.07.2020

DTX XİN-in Konsulluq İdarəsinin rəisi Faiq Bağırov ilə bağlı məlumat yaydı

10.07.2020

Biləsuvarda qızını evdə zəncirləyən ata tutulub 

10.07.2020

Bu gün BMT Baş Assambleyasının xüsusi sessiyası keçiriləcək

10.07.2020

Bir gündə karantin postlarından keçməyə cəhd edən 330 avtomobil geri qaytarılıb

10.07.2020

Bakıda karantin postları yenidən qurulub

10.07.2020

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

10.07.2020

COVİD-19 virusuna yoluxmuş xəstələrin simptomlara əsasən təsnifatı açıqlandı

09.07.2020

Böyük Şor gölünün 50 faizi çirkabdan təmizlənib 

09.07.2020

Azərbaycanda daha 548 nəfər koronavirusa yoluxdu, 491 nəfər sağaldı, 10 nəfər öldü

09.07.2020

Böyük Şor gölünün üzərində yaranmış qatı çirkab örtüyün təmizlənməsinə başlanılıb

09.07.2020

BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib

09.07.2020

Bakı Dövlət Universiteti və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu Öndərin hakimiyyətə gəlməsinin 51-ci ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib

09.07.2020

Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə ATU-nun koronavirusa yoluxmuş həkiminin səhhəti xüsusi nəzarətə götürülüb

09.07.2020

DİN rayonlarda əməliyyata başladı, 10-dan artıq şirkət rəhbəri saxlanıldı

09.07.2020

Xaçmazın giriş-çıxışlarında postlar quruldu, hərəkətə ciddi nəzarət başladı

09.07.2020

Sərt karantin elan olunan ərazilərdə bir gündə qayda pozan 1081 nəfər cərimləndi

09.07.2020

General-leytenant Fuad Məmmədov  vəzifəsindən azad edilib

09.07.2020

Əkin sahələri və meyvə bağları ciddi zərər çəkib

09.07.2020

Sağalan COVİD xəstələrinə arayış necə verilir? - RƏSMİ AÇIQLAMA

08.07.2020

Ekspres xətlər üzrə avtobusların iş qrafiki dəyişdirilib

08.07.2020

Azərbaycanda daha 542 nəfər koronavirusa yoluxdu, 465 nəfər sağaldı, 9 nəfər öldü

08.07.2020

Bakıda polisə hücum etdiyi deyilən şəxslər aşkarlandı

08.07.2020

Dolu düşəcəyi gözlənilir

08.07.2020

Dövlət Nəfəs alətləri orkestrinin bədii rəhbəri həbs edildi

08.07.2020

Karantin postlarından 500 avtomobil geri qaytarılıb

08.07.2020

Abşeron magistral kanalında yenidənqurma işlərinin başa çatdırılması üçün 8,5 milyon manat ayrıldı - SƏRƏNCAM

07.07.2020

Hüquq fakültəsində magistr dissertasiyalarının onlayn müdafiəsi keçirilib

07.07.2020

Azərbaycanda daha 537 nəfər koronavirusa yoluxdu, 453 nəfər sağaldı, 7 nəfər öldü