AZƏRBAYCAN RESPUBLİKASININ GEOSİYASİ İNKİŞAF STRATEGİYASI

10:54 / 05.06.2020

Giriş
SSRİ-nin dağılması nəticəsində dünyanın geosiyasi və hərbi geostrateji vəziyyətinin dəyişməsi, müstəqillik əldə etmiş dövlətlərin bir siyasi sistemdən digərinə keçidi və başqa trasmilli proseslər bütün potsovet ölkələrində olduğu kimi Azərbaycan dövləti qarşısında da milli inkişaf və təhlükəsizlik siyasətinin formalaşması və vahid təhlükəsizlik siyasətinin yaradılması vəzifələrini irəli sürdü. Bununla bağlı 90-cı illərin əvvəlində Azərbaycanın milli inkişaf, təhlükəszlik siyasətinin, onun nəzəri və praktiki tərəflərinin formalaşması, müstəqil dövlətin həyati maraqlarının müəyyənləşməsi və təmin olunması, milli təhlükəsizliyin və mexanizmlərinin, onun ehtiyyatlarının yaradılması, düzgün geosiyasi hədəflərin müəyyən olunması, cəmiyyətin sosial-iqtisadi, siyasi və mənəvi təməlinin yeni dəyərlər və prinsplər əsasında qurulması və başqa vəzifələr dövlət siyasətinin xüsusi istiqamətinə çevrilərək,ümumi dövlət quruculuğu prosesinin təxirəsalınmaz və vacib məsələlərindən birini təşkil etdi.
Hər bir ölkənin dünya birliyində tutduğu mövqe və qazandığı nüfuz onun beynəlxalq, regional və milli səviyyələrdə reallaşdırdığı milli inkişaf xəttindən, həyata keçirdiyi geosiyasətin çevikliyindən, səmərəliliyindən və ətraf aləmlə yaratdığı effektiv geosiyasi strategiyadan və münasibətlərdən asılı olur. Azərbaycanın region və dünya ölkələri ilə geosiyasi münasibətlərinin, milli inkişaf və təhlükəsizlik sahəsində yürütdüyü xarici siyasət strategiyasının əsas vəzifələrindən biri Prezident İlham Əliyevin söylədiyi kimi, ölkənin müstəqilliyini möhkəmlətmək, davamlı inkişafını və suveren dövlət hüquqlarını təmin etmək, beynəlxalq münasibətlərin əksər subyektləri ilə qarşılıqlı faydalı münasibətlərini yaratmaq və milli maraqlarını maksimum qorumaqdan ibarətdir.( https://president.az/articles/11725)
Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra dövlətçilik ənənələrinə uyğun olaraq yeni daxili və xarici siyasət kursunun formalaşdırılması və tətbiqi başlıca məsələ kimi qarşıda dururdu. Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə başlayan hərbi təcavüzün genişlənməsi ölkəmizi ciddi siyasi və iqtisadi problemlərlə üz-üzə qoymaqla yanaşı, dövlətimizin xarici siyasət fəaliyyətində də mühüm vəzifələrin yerinə yetirilməsini ön plana çəkdi. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün qarşısını almaq, onun ağır nəticələrini aradan qaldırmaq, dövlətimizin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək,dünyaya siyasi və iqtisadi inteqrasiya zərurəti düşünülmüş, ardıcıl və fəal xarici siyasət, eləcədə düşünülmüş geosiyasi inkişaf xətti tələb edirdi.

1. Azərbaycan Respublikasının geosiyasi
inkişaf perspektivləri
Hər bir müstəqil dövlətin əsas geosiyasi vəzifəsi öz milli ərazisi çərçivəsində vahid milli-dövlət strukturunu, mərkəzləşmiş dövlət idarəçilik sistemini və suveren dövlət hakimiyyətini yaratmaq, möhkəmlətmək və daimiliyini təmin etməkdən ibarətdir. Bundan başqa, dövlətin geosiyasi vəzifələri sırasına həm də cəmiyyətin artan sosial-iqtisadi, mənəvi və s. tələbatının, ölkənin xarici və daxili təhlükəsizliyinin dolğun şəkildə təmin edilməsi, əhalinin təbii fəlakətlərdən qorunması, ölkədə milli-vətəndaş həmrəyliyinin yaradılması, tolerantlığın qorunması və s. daxildir. Bütün bu vəzifələri həyata keçirmək üçün dövlət onunla həmsərhəd olan qonşu ölkələrlə, qarşılıqlı münasibətlərdə fərqli mövqeyi ilə seçilən ayrı-ayrı beynəlxalq və regional aktorlarla təmasa girməli olur. Dövlətin geosiyasi maraqları həmin aktorlarla toqquşa, kəsişə, yaxud üst-üstə düşə bilər. Lakin heç nədən asılı olmayaraq dövlətin rəsmi və qeyri-rəsmi strukturları tarixən formalaşmış beynəlxalq normalara, regional ənənələrə və praktikaya, dərk olunmuş milli və ümumi maraqların qarşılıqlı tarazlığına əsaslanaraq xarici aktorlarla bu və ya digər geosiyasi münasibətlər qurmağa borcludur. Belə münasibətlər sistemi səviyyəsinə görə beynəlxalq, regional və yerli (lokal) olmaqla dövlətin müəyyən geosiyasi kodunu müəyyənləşdirir və müvafiq fəaliyyət kodeksinin yaradılmasını tələb edir.
Xəzər hövzəsi və Cənubi Qafqaz regionunda mövcud olan irili-xırdalı bütün milli dövlətlərlə və dünyanın qarşılıqlı maraq kəsb edən digər ölkələri ilə tarazlaşdırılmış, xüsusi ölçülüb- biçilmiş geosiyasi, geoiqtisadi və geostrateji əlaqələrin qurulması, kəsişən və üst-üstə düşən regional və beynəlxalq maraqlar sisteminin təhlil olunaraq gündəlik xarici siyasət fəaliyyətində nəzərə alınması ehtiyacı müstəqil Azərbaycan Respublikasının da məxsusi geosiyasi kodunun müəyyənləşdirilməsi və müvafiq olaraq ölkənin ətraf aləmlə geosiyasi münasibətlərinin, fəaliyyət proqramının hazırlanması vəzifəsini ortaya qoymuşdur. (Geostrategiya, 2011:10-20) Azərbaycanın geosiyasi ərazisi Şərqlə Qərbin, Avropa ilə Asiyanın birləşdiyi, islam sivilizasiyasının sərhədlərinin bitdiyi və xristianlığın sərhədlərinin başlandığı mədəni-mənəvi təmas məkanıdır. Bundan başqa, onun ərazisi dünyanın ən əhəmiyyətli geoməkanlarından biri hesab olunur, mühüm nəqliyyatkommunikasiya dəhlizlərinin kəsişmə nöqtəsində yerləşir və zəngin karbohidrogen ehtiyatlarına malikdir. Əsasən müsəlman əhalisinə malik olan, Şərq və Qərb dəyərlərini özündə birləşdirən ölkə dünyəvi həyat tərzinə malikdir. Hər bir digər ölkə kimi, geosiyasi statusuna müvafiq olaraq yerli, regional, beynəlxalq maraq çərçivəsini və dairələrini, geosiyasətinin məqsəd və vəzifələrini müəyyənləşdirmək, qonşu həmsərhəd ölkələrlə münasibətlərinin xarakterinə uyğun olaraq taktikasını, məxsusi geosiyasi fəaliyyət kodeksini hazırlamaq Azərbaycanın da xarici siyasət, milli təhlükəsizlik və müdafiə qurumlarının vacib vəzifələri sırasına daxildir.
Azərbaycanın ətraf aləmlə mövcud geosiyasi əlaqələrinin, məkan təmaslarının taktikasının müəyyən olunması, bölgədəki və dünyadakı potensial tərəfdaşlar və rəqiblərin düzgün qiymətləndirilməsi, onların təsir və müdaxilə imkanlarının, bu işdə istifadə edə biləcəyi geosiyasi ehtiyatların və mexanizmlərin obyektiv dəyərləndirilməsi, bu fonda ölkənin geosiyasi fəaliyyət konsepsiyasının və proqramının yaradılması təhlükəsizlik və xarici siyasət fəaliyyəti ilə məşğul olan müvafiq dövlət qurumları qarşısında mühüm vəzifələr qoyur.
Cənubi Qafqaz və Xəzər hövzəsinin digər dövlətləri ilə müqayisədə hazırda Azərbaycanın beynəlxalq aləm üçün müasir geosiyasi dəyər ölçülərini artıran, milli inkişafını dönməz edən, regional və beynəlxalq perspektivini yüksəldən, xarici aləmlə tərəfdaşlıq münasibətlərinə müsbət təsir göstərən əsas amillər daha çox ölkənin təbii-mineral ehtiyyatları, Qərblə-Şərq arasındakı mövcud siyasi, hərbi, ticarət və s. əlaqələrdə tutduğu mövqe, malik olduğu nəqliyyat- kommunikasiya və tranzit imkanları, yürütdüyü geoiqtisadi siyasət və s. ilə bağlıdır. Odur ki, hazırkı onillikdə Azərbaycanın qarşısında duran əsas geosiyasi, geoiqtisadi və hərbi-geostrateji vəzifələr, ölkənin XXI əsrdəki uğurlarını və geosiyasi gələcəyini təmin edəcək milli strateji kurs aşağıdakı kimi görünür:
Azərbaycan regionda və dünyada geosiyasi mövqeyini möhkəmləndirən əsas amillərdən biri Xəzərin ona məxsus sektorundakı zəngin karbohidrogen ehtiyatları və və həmin resursların alternativ marşrutlarla dünya bazarlarına daşınması sahəsində həyata keçirdyi müstəqil və qərbyönümlü enerji siyasəti olmuşdur. Ardıcıl şəkildə həyata keçirdiyi yeni neft strategiyası ilə Azərbaycan qısa müddətdə Avrasiynın alternativ enerji daşıyıcılarının tranzit qovşağına və əsas təminatçılarından birinə çevrilmişdir. Avropa Birliyinin enerji təhlükəsizliyində həm tranzit ölkə, həm də neft və qaz təchizatçısı kimi tanınması XXI əsrdə Azərbaycanın geosiyasi dəyərini artırması üçün geniş perspektivlər yaradır. http://www.xalqqazeti.com/az/news/education/44264).
2.Azərbaycan Respublikasının geosiyasi layihələri geosiyasi strategiyanın
tərkib hissəsi kimi
Azərbaycan Avropa və Asiyanın nəqliyyat-kommunikasiya dəhlizlərinin və neft-qaz ixracatı marşrutlarının üzərində yerləşir. Ölkənin dünyada önəmli rol oynayan dövlətlərlə geoiqtisadi münasibətlərinin taktikasının düzgün müəyyənləşdirilməsi, neft-qaz ixracı marşrutlarının şaxələndirilməsi və səmərəli istifadəsinin təşkili, xarici aləmlə mövcud nəqliyyat-tranzit əlaqələrinin genişləndirilməsi, dünyada yeni-yeni satış bazar larının axtarılması və mənimsənilməsi onun 2010-2020-ci illərdə reallaşdıracağı əsas geosiyasi və geoiqtisadivəzifələrsırasınadaxildir (http://www.anl.az/down/meqale/azerbaycan/2011/may/173982.htm). Bu məqsədlə xarici aləmlə Azərbaycanı birləşdirən transmilli və ölkədaxili strateji tranzit-nəqliyyat infrastrukturlarının,neft-qaz kəmərlərinin yenidən qurulması, buraxılış və daşıma gücünün bir neçə dəfə artırılması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın tam müstəqil geosiyasi, geoiqtisadi və təhlükəsizlik siyasəti, prinsipial və qətiyyətli mövqeyi Asiya ilə Avropanı birləşdirən böyük enerji-nəqliyyat layihələrinin həyata keçirilməsini mümkün etdi. Hazırda, Bakı- Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk kimi illik gücü təxminən 70 milyon ton təşkil edən üç neft kəməri, Bakı-Tbilisi- Ərzurum, Bakı-Astara-İran və Bakı-Rusiya kimi illik gücü təxminən 30-40 milyard kub metr olan maye qaz kəmərlərinin mövcudluğu Azərbaycanın və tərəfdaşlarının enerji ixracı sahəsindəki geoiqtisadi risklərini, demək olar ki, sıfıra endirmişdir. Xəzər qazının Qara dənizin Gürcüstan limanlarına qədər kəmərlərlə, sonra isə sıxılaraq tankerlərlə Rumıniyaya, oradan da Avropa Birliyi ölkələrinə ixrac olunması haqqında dövlətlərarası sazişin imzalanması təkcə Azərbaycanın deyil, bütöv Xəzər hövzəsi ölkələrinin qaz ixracı ilə bağlı risklərini ciddi şəkildə azaltmış və geoiqtisadi etibarlılığını artırmışdır. Buna əlavə olaraq, “Şahdəniz-2” layihəsinin reallaşdırılması ilə yeni kəmərlər-TANAP və TAP vasitəsilə böyük Azərbaycan qazının Avropa bazarına çıxarılması perspektivi bu etibarlılığı daha da möhkəmləndirmişdir.
2010-cu ildən başlayaraq Azərbaycan “Cənub dəhlizi” layihəsi ilə bağlı müzakirələrin perspektivsizliyini görərək təşəbbüsü öz əlinə aldı və növbəti dəfə liderlik keyfiyyətlərini ortaya qoydu. 2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına dair memorandumun, 2012-ci ildə Türkiyə ilə Trans-Anadolu layihəsi üzrə sazişin imzalanması, 2013-cü ildə isə Trans-Adriatik layihənin əsas ixrac marşrutu kimi seçilməsi “Cənub dəhlizi”nə yeni nəfəs gətirdi. Nəticə etibarilə 2013-cü il dekabrın 17-də Bakıda “Şahdəniz-2” layihəsinə dair yekun investisiya qərarı qəbul edildi (AzərTAc,2013). Azərbaycan öz təşəbbüsü və praktiki addımları ilə yeni transmilli enerji layihələrinin əsasını qoydu, “Cənub dəhlizi” layihəsini xilas etdi, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında daha fəal iştirak etmək imkanı qazandı. [2, səh.87-88]
Beləliklə, Avrasiyanın əsas tranzit ölkələrindən biri olaraq, Azərbaycan Şərq-Qərb ticarət, enerji-yanacaq və nəqliyyat-kommunikasiya əlaqələrinin mərkəzində dayanır. Bu mövqe getdikcə güclənir və ən əsası isə dünyanın əsas qloballaşma və regional inteqrasiya mərkəzləri (Avropa Birliyi, ABŞ, Yaponiya, Çin, Cənub-Şərqi Asiya ölkələri və b.) Azərbaycanın üçüncü minillikdə dünyanın həm alternativ enerji təminatçılarından biri hesab edir, həm də onun əsas tranzit ölkə mövqelərinin güclənməsində maraqlı olduqlarını nümayiş etdirir və bu işə ciddi səy göstərirlər. Azərbaycanın tranzit imkanları artdıqca, planetar geosiyasi dəyəri də yüksəlir ki, bu da onun xarici ölkələrlə geosiyasi tərəfdaşlığını şərtləndirən digər əsas amil hesab olunur(http://az.strategiya.az/index.php?do=xeber&id=78794).
Azərbaycan Respublikasının bugünkü əsas strateji mənafeləri və geosiyasi maraqları ilk növbədə onun dövlət suverenliyinin qorunub saxlanılmasını, ərazi bütövlüyünün bərpa edilməsini, əhalisinin həyat şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyinin təmin olunmasını, ölkə daxilində dayanıqlı siyasi və liberal iqtisadi sistemin formalaşdırılması və inkişafını, sosialiqtisadi tərəqqinin davam etdirilməsini, xarici aləmlə ortaq maraqların tapılması və uzlaşdırılmasını, ölkənin milli maraqlarının təminatı ilə bağlı qazanılmış beynəlxalq dəstəyin getdikcə artırılması və s. vəzifələrin reallaşmasını tələb edir. Bu məsələlər Azərbaycanın bir dövlət kimi mövcudluğunu, Xəzər - Qara dəniz hövzəsi və Cənubi Qafqazdakı mövqelərinin güclənməsini şərtləndirən əsas strateji vəzifələr hesab olunur.
Müstəqillik əldə etdikdən sonra Azərbaycan diplomatiyasının bütün səyləri planetin mürəkkəb siyasi münasibətlər sistemində ölkənin müharibədən çıxarılmasına, pozulmuş ərazi bütövlüyünün bərpa olunmasına, milli, regional və beynəlxalq maraqlarının təmin edilməsinə, xarici aləmlə dinc əməkdaşlıq mühitinin yaradılmasına yönəlmişdir. Prezident Heydər Əliyevin diplomatik məharəti, Azərbaycanın mühüm coğrafi mövqeyi, zəngin təbii ehtiyatları, dünya üçün kəsb etdiyi geosiyasi önəm və s. həmin vəzifələri həll etməyə şərait yaratmışdır.
Azərbaycanın Avrasiyadakı əhəmiyyətli strateji mövqeyi və geosiyasi dəyəri məşhur dünya politoloqları, aparıcı tədqiqat mərkəzləri tərəfindən də etiraf olunmuşdur. Politoloq Z.Bjezinski bildirmişdir ki, “Müstəqil Azərbaycan Qərbin Xəzər hövzəsinin və Orta Asiyanın zəngin enerji resurslarına çıxışı üçün dəhliz ola bilər. Və əksinə, asılı Azərbaycan Orta Asiyanın dünyadan təcrid edilməsi deməkdir” ( Бжезинский,1998:232-234).
Azərbaycanın mövcud geosiyasi maraqları və bugünkü rəsmi siyasəti ölkə ərazisinin və Cənubi Qafqazın kimlərinsə “geosiyasi və hərbi-geostrateji münaqişə obyektinə” deyil, bütün sivil dünyanın “tərəfdaşlıq, qarşılıqlı-faydalı əməkdaşlıq və ədalətli iqtisadi yarış meydanına” çevrilməsini tələb edir. Rəsmi Bakı indiyə qədər Rusiya, Qərb, Türkiyə, İran və b. güclər arasında- Avrasiya, Xəzər hövzəsi və Cənubi Qafqazın geoiqtisadi və geosiyasi hədəfləri uğrunda gedən mübarizədən “tam müstəqil mövqe tutmaqla” və öz milli maraqlarına uyğun hərəkət etməklə, müəyyən məsafə saxlamağa nail olmuşdur ki, bu da onun regiondakı geosiyasi mövqelərini daha da gücləndirmişdir (http://modern.az/articles/75161/1/).
Avroatlantik təhlükəsizlik strukturlarına inteqrasiya xətti götürməsi Azərbaycanı dünyanın və regionun təhlükəsizlik maraqlarında ciddi bir aktora çevirmiş və transmilli hərbi-strateji maraqların mərkəzinə çıxarmışdır. 1994-cü ildə NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqrama qoşulmaqla Azərbaycan özünün regional və milli təhlükəsizlik maraqlarını təmin edəcəyinə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olacağına çox ümid bəsləyirdi. Mütəxəssislər hesab edir ki, bu sahədə Azərbaycanın həyata keçirdiyi siyasət Cənubi Qafqazın mövcud reallığına tam adekvat idi. Çünki “Rusiya Bakını hərbi cəhətdən birbaşa nəzarətdə saxlaya bilməsə də, Ermənistanla müvafiq əməkdaşlığı gücləndirmək və rəsmi olaraq Dağlıq Qarabağ münaqişəsindəki davranışını Ermənistanın xeyrinə dəyişməklə Azərbaycanın milli təhlükəsizliyinə və hərbi-strateji maraqlarına ciddi təhlükə yarada bilərdi”(Azerbaijan Focus, 2009:107). Eyni zamanda, bu proqrama qoşulmaqda Azərbaycanın əsas məqsədi həm də öz müstəqilliyinə və sərhədlərinin təhlükəsizliyinə əlavə zəmanət almaq, Xəzər dənizinin ona məxsus sektorunda həyata keçirdiyi neft-qaz layihələrinin və dünya bazarlarına çəkilən transmilli kəmərlərin təhlükəsizliyini təmin etməkdən ibarət idi.
Azərbaycan keçən illərdə öz strateji tərəfdaşları ilə nəhəng transmilli enerji və nəqliyyat layihələri reallaşdırmaqla Avrasiyanın geosiya­si xarakteristikasını ciddi şəkildə dəyişmişdir. Yeni enerji-ixrac marşrutları və yeni geoiqtisadi şərtlər çərçivəsində Xəzər hövzəsinin və Orta Asiyanın zəngin karbohidrogen resurslarının dünya bazarlarına çıxarılması təmin edilmiş və faktiki olaraq bölgənin ənənəvi enerji ixracının şaxələndirilməsinə nail olunmuşdur (Həsənov,2015:134). Azərbaycanın təşəbbüsü və dünyanın ən aparıcı ölkə və şirkətlərinin iştirakı ilə yaradılan transmilli enerji konsorsiumu, yeni isteh­sal, ixrac marşrutları və s. infrastrukturlar Cənubi Qafqaz və Xəzər regionunun inkişafına ciddi təsir göstərmiş, bölgəni Avropa və dünya ölkələrinin güc­lü maliyyə və qabaqcıl texnologiyalarının üzünə açmışdır.

3. Müasir Azərbaycan Respublikasının
geoiqtisadi inkişaf dinamikası
Professor Əli Həsənov qeyd edir ki, geoiqtisadi anlamda Azərbaycanın milli inkişafı və iqtisadi maraqlarının təhlükəsiz təminatı müstəqilliyimizin ilk dövrü üçün bir neçə əsas vəzifəsi var idi (Həsənov,2015:935). Onları aşagıdakı kimi təsnif etmək olar:
- İlk növbədə, günü-gündən dərinləşən iqtisadi böhranı dayandırmaq, respublika səviyyəsində əqsədyönlü yaxud kortəbii şəkildə həyata keçirilən iqtisadi dağıntıların qarşısını almaq, ölkənin milli iqtisadiyyatı və vətəndaşların həyati tələbatı üçün yaranmış təhlükələri aradan qaldırmaqdan ibarət idi.
- İkincisi, müstəqilliyə qovuşduqdan sonra Azərbaycanın bəyan etdiyi “açıq ölkə” siyasəti, bazar iqtisadiyyatına keçid, xarici aləmlə iqtisadi inteqrasiya, biznes mühitinin liberallaşdırılması, azad mülkiyyətçilik xəttinin qəbul olunması və s. kimi addımlar bütövlükdə müsbət hal olsa da, bu xətt öz-özlüyündə Azərbaycanın müstəqil iqtisadi inkişafını, iqtisadi və sosial təhlükəsizliyini təmin etmirdi. Bunun üçün, Azərbaycan ilk növbədə ərazisindəki mövcud iqtisadi və əmək ehtiyatlarının düzgün qiymətləndirilməsi, qorunması, səmərəli istifadəsi və faydalı idarə edilməsi strategiyasını müəyyən etməli idi.
- Üçüncüsü, o dövrdə ölkənin iqtisadi maraqları SSRİ tərkibindən ayrılmış region ölkələri ilə əvvəlki iqtisadi-təsərrüfat əlaqələrinin pozulmasını deyil, əksinə, bu əlaqələri saxlamaqla tədricən və düşünülmüş formada dünyanın qabaqcıl iqtisadi sistemlərinə, xüsusən, Avropa Birliyi sisteminə səmərəli inteqrasiya siyasəti yürütmək tələb olunurdu. Azərbaycanın belə bir sistemə inteqrasiyası onun arzuolunmaz regional geoiqtisadi təsirlərdən xilas olmasına və geoiqtisadi müstəqilliyinə zəmin yarada bilərdi. Bu, həm də Azərbaycanın o dövr üçün böyük ehtiyac duyduğu qabaqcıl dünya texnologiyalarının, xarici investisiya və kapitalın ölkə iqtisadiyyatına cəlb olunmasına və bunun nəticəsində yanacaq-energetika, neft və qeyri-neft sektorunun inkişafının təmin edilməsinə, ölkənin zəngin təbii sərvətlərindən, mövcud iqtisadi ehtiyatlarından onun inkişafı naminə daha səmərəli, təhlükəsiz və itkisiz istifadə edilməsinə imkan yarada bilərdi. Azərbaycanın iqtisadi müstəqilliyi və geoiqtisadi maraqlarının təhlükəsizliyinin bəhs olunan dövr üçün ən uğurlu, səmərəli və faydalı yolu, əlbəttə, ABŞ və Avropa Birliyi ölkələri, Yaponiya, Çin və s. kimi beynəlxalq güclərlə transmilli əməkdaşlıqdan keçirdi. Uğurlu xarici iqtisadi siyasət yürütməklə bu ölkələrin iqtisadi, maliyyə-texnoloji imkanlarından istifadə etmək, milli iqtisadi inkişafa, geoiqtisadi müstəqilliyə və təhlükəsizliyə nail olmaq mümkün idi. Ölkənin ciddi böhrana düçar edilmiş və dağılmaqda olan iqtisadiyyatını da o dövrdə yalnız xarici iqtisadi strukturların maliyyə-texniki imkanlarından istifadə etməklə qaydaya salmaq olardı.

Nəticə
Azərbaycanın Avropa-Asiya kommunikasiya xətlərinin kəsişməsində, geosiyasi, hərbi-geostrateji və geoiqtisadi cəhətdən mühüm əhəmiyyət kəsb edən, enerji qaynaqları ilə zəngin məkanda - Avrasiyada yerləşməsi onun beynəlxalq, regional və millik təhlükəsizlik siyasətinin əsas vəzifələri, istiqamətləri və mexanizmlərinin müəyyənləşməsinə həlledici təsir göstərir. Xəzər hövzəsi və Cənubi Qafqazın hərbi strateji və təhlükəsizlik sisteminin formalaşmasında Azərbaycanın yürütdüyü milli, regional və beynəlxalq təhlükəsizlik siyasəti xüsusi rol oynayır. Bu siyasətin əsas istiqamətlərindən biri ölkənin regionda gedən əksər geosiyasi və geoiqtisadi proseslərdə fəal iştirakının təmil edilməsi və bütün sahələr üzrə milli maraqların qorunmasıdır. Azərbaycan xarici siyasətinin prioritetlərini qətiyyət və inamla reallaşdırır. Təcrübə göstərir ki, ölkəmizin xarici siyasət kursu region səviyyəsində pozitiv geosiyasi dəyişiklikləri həvəsləndirir. Azərbaycan Cənub Qafqazın lider dövləti olaraq yalnız əməkdaşlıq və inteqrasiya istiqamətində fəaliyyət göstərir. Dövlətimiz yeni beynəlxalq enerji layihələri, iqtisadi əməkdaşlıq proqramları və mədəniyyətlərarası dialoqa xidmət edən tədbirlər həyata keçirdikcə, bəzi qüvvələrin təxribatçı hərəkətləri artır. Cəbhə xəttində atəşkəsi pozur, bəzi media orqanlarında ölkəmizə qarşı şər-böhtanla dolu yazılar dərc edir, müxtəlif beynəlxalq dairələrdən təzyiqlər etməyə çalışırlar. Bütün bunlar mahiy yətcə sürətlə inkişaf edən Azərbaycanın əl-ayağına dolaşmaq xarakteri daşıyır. Lakin Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan artıq keçən əsrin 90-cı illərinin ölkəsi deyil – o, güclü, sülhsevər və zəngindir! Azərbaycan Cənub Qafqazın aparıcı dövləti olaraq, bundan sonra da üzərinə düşən missiyanı yerinə yetirəcəkdir. Belə nəticəyə gəlmək olar ki, əsası Ulu Öndərimiz tərəfindən qoyulmuş və hal hazırda ölkə başçımız – İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilən balanslaşdırılmış düzgün siyasət, düşünülmüş geostrateji inkişaf xətti Azərbaycanı regionun lider dövlətinə çevirmişdir. Bununla yanaşı dünyanın aparıcı dövlətlərini ölkəmizlə əməkdaşlığa sövq etmişdir.


Ədəbiyyat siyahısı
Həsənov Əli(2011) Azərbaycanın müasir geosiyasi inkişafı: mövcud vəziyyət və perspektivlər // “Geostrategiya” jurnalı, Bakı, mart 2011, N1, s.10-20.
Həsənov Əli (2015) Azərbaycanın geosiyasəti. Dərslik. - Bakı, 2015.səh.1056
AzərTAc. Bülleten, 29 dekabr 2013.
Бжезинский K (1998). Великая шахматная доска. Господства Америки и его геостратегические императивы. М., 1998.s. 232-234.
Rayner Fraytaq-Virminqhaus (2009). Azərbaycanın xarici və təhlükəsizlik siyasəti // “Azerbaijan Focus” jurnalı, №1, 2009, s. 107.
Aleksandros Petersen (2010). Azərbaycanın Avroatlantik baxışları //“Azerbaijan focus”, №2, yanvar-mart 2010, s.197.
http://www.xalqqazeti.com/az/news/education/44264 http://www.anl.az/down/meqale/azerbaycan/2011/may/173982.html
http://az.strategiya.az/index.php?do=xeber&id=78794
http://modern.az/articles/75161/1/
https://president.az/articles/11725


GEOPOLİTİCAL DEVELOPMENT STRATEGY OF THE REPUBLIC OF AZERBAIJAN

SUMMARY
The article general analyzes the geopolitical development of the Republic of Azerbaijan, the importance of geopolitical strategies and development for our country . First, the geopolitical position of the Republic of Azerbaijan, geopolitical, geo-economic relations with the neighboring states, successful geopolitical projects and prospects of geopolitical development were noted.

Keywords: geopolitical development; geo-economic factors; Caspian- Sea basin


ГЕОПОЛИТИЧЕСКАЯ СТРАТЕГИЯ РАЗВИТИЯ РЕСПУБЛИКИ АЗЕРБАЙДЖАН

Резюме
В статье в целом анализируется геополитическое развитие Азербайджанской Республики, важность значения геополитических стратегий и развитие для нашей страны. В первую очередь упоминались геополитическое положение Азербайджанской Республики, геополитические, геоэкономические отношения с соседними странами, успешные геополитические проекты и перспективы геополитического развития.

Ключевые слова: геополитическое развитие; геоэкономические факторы; бассейн Каспийского моря

Rahu Şirinova


Etiket:

Strategiya.az

Xəbərlər
06.07.2020

Prezident İlham Əliyev: Qabaqlayıcı tədbirlərin görülməsi ilə vəziyyəti nəzarətdə saxlaya bildik

06.07.2020

Azərbaycanda daha 513 nəfər koronavirusa yoluxdu, 440 nəfər sağaldı, 8 nəfər öldü

06.07.2020

Daha 4 rayona prokuror vəzifəsini icra edən şəxslər təyin edildi

06.07.2020

BDU-da virtual elmi seminar keçirilib

06.07.2020

DTX XİN-in vəzifəli şəxslərinə qarşı keçirilən əməliyyatla bağlı məlumat yaydı

06.07.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda modul tipli hospitalın açılışında iştirak ediblər

06.07.2020

Botanika İnstitutu: Qafqazdakı bitkilərin 64%-nə Azərbaycanda rast gəlinir

06.07.2020

Dünya şöhrətli bəstəkar Ennio Morrikone vəfat edib

06.07.2020

Karantin rejimini pozan 4 nəfər həbs edilib, 2 294 nəfər cərimələnib - DİN

06.07.2020

Ukraynada koronavirusa yoluxanların sayı 50 minə yaxınlaşır

06.07.2020

Əsgərlikdən qayıdan oğluna yığıncaq keçirən ata və qonaqları cərimələndi

06.07.2020

Elman Nəsirovun “Koronavirus pandemiyasından sonra Qarabağın gələcəyi” adlı məqaləsi ərəb mətbuatında nəşr olunub

06.07.2020

İyulun 6-da xarici valyutaların manata qarşı məzənnələri

05.07.2020

Azərbaycanda daha 523 nəfər koronavirusa yoluxdu, 451 nəfər sağaldı, 9 nəfər öldü

05.07.2020

icaze.e-gov.az portalında bir sıra icazələr ləğv edilib

05.07.2020

Gürcüstanda koronavirusa yoluxanların sayı 951 nəfərə çatıb

05.07.2020

Xəstəlikdən bir neçə ay sonra idmanla məşğul ola bilmirlər

05.07.2020

Dünyada koronavirus qurbanlarının sayı 530 mini ötüb

05.07.2020

Naftalanda baş verən qətllə bağlı prokurorluq məlumat yaydı

04.07.2020

Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxdu, 471 nəfər sağaldı, 6 nəfər öldü

04.07.2020

COVID-19 pandemiyası ilə əlaqədar İstanbulda daha bir xəstəxana istifadəyə verilib

04.07.2020

Azərbaycan neftinin bir barreli 43,85 dollara satılır

04.07.2020

Prezident tanınmış yazıçıya ev bağışladı

04.07.2020

Bu ölkə koronavirusun ikinci dalğasına başladı

04.07.2020

Bakıda geniş miqyaslı dezinfeksiya işləri aparılır

04.07.2020

Paytaxtda yenidən karantin postları qurulub - RƏSMİ

03.07.2020

Minnətdarlıq məktubları: Cənab Prezident, hər bir vətəndaşımızı düşünərək qəbul etdiyiniz bütün qərarları dəstəkləyirik

03.07.2020

“ASAN xidmət” mərkəzlərində bu günlərdə iş olmayacaq

03.07.2020

İcazələrin alınması sistemində yeniliklər edilib - RƏSMİ

03.07.2020

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırıldı - FƏRMAN

03.07.2020

Prezident İlham Əliyev Donald Trampa təbrik məktubu göndərib

03.07.2020

Həbib Nurməhəmmədovun atası koronavirusdan vəfat edib

03.07.2020

Sabahdan Bakı metrosu fəaliyyətini dayandırır - Avtobuslar da işləməyəcək

03.07.2020

İyulun 3-də xarici valyutaların manata qarşı məzənnələri

03.07.2020

AzTV-nin baş redaktoru Etibar Babayev koronavirusdan dünyasını dəyişib

03.07.2020

Şəxslərin  yaşayış yerini və olduğu yeri tərk etmələri qaydaları

02.07.2020

Operativ Qərargah: Xüsusi karantin rejimi 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır

02.07.2020

Azərbaycanda daha 572 nəfər koronavirusa yoluxdu, 364 nəfər sağaldı, 8 nəfər öldü

02.07.2020

Səməd Vurğunun şeirlər kitabı Türkiyədə nəşr olunub

02.07.2020

Prezident İlham Əliyev Vladimir Putinə təbrik məktubu göndərib

02.07.2020

PREZİDENT İLHAM ƏLİYEV PANDEMİYAYA QARŞI MÜBARİZƏDƏ BEYNƏLXALQ SƏYLƏRİ BİRLƏŞDİRİR

02.07.2020

Professor Əli Həsənov: "Daxili İşlər Nazirliyinin strukturuna daxil olan bütün orqanlar və bölmələr dövlətimizin milli maraqlarının qorunmasında, müdafiəsində mühüm xidmətlər göstərib" 

02.07.2020

2100 tibb işçisi COVİD-19 infeksiyası ilə mübarizə təlimlərinə cəlb olundu 

02.07.2020

Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində polis günü münasibətilə paylaşım edilib (FOTO)

02.07.2020

Dolların bu günə olan MƏZƏNNƏSİ

02.07.2020

Birinci vitse-prezident Mehriban Əliyeva polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

01.07.2020

Azərbaycanda daha 588 nəfər koronavirusa yoluxdu, 346 nəfər sağaldı, 7 nəfər öldü

01.07.2020

Sabahdan Bakıdakı polis postları ləğv edilir

01.07.2020

Rektorun hərbi xidmətə çağırılmış məzunlarla onlayn görüşü keçirilib

01.07.2020

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşını təltif edib