AŞPA-nın Azərbaycana qarşı qərəzli münasibəti, ikili standartlar və gərəksiz kağız parçaları

11:01 / 08.06.2020

Son vaxtlar qlobal və regional güclər arasında artan ixtilaflar beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyəti daha da kəskinləşdirib. Bütün dünyada və bölgədə gedən mənfi proseslərə baxmayaraq, Azərbaycanın inkişafı, həyata keçirilən mühüm tədbirlər bu gün ölkəmizin dünya miqyasında nüfuzunu xeyli artırıb. Azərbaycan Cənubi Qafqazda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət həyata keçirir. Nəticədə, Azərbaycan yalnız regionda deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanıb.

Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovun məqaləsində yer alıb.

Məqalədə bildirilir ki, Prezident İlham Əliyev iyunun 3-də Tərtər rayonuna səfəri zamanı Ermənistanın əsassız ərazi iddialarını və ermənilərin Cənubi Qafqaza, xüsusilə Azərbaycan torpaqlarına XIX əsrin əvvəllərində məqsədyönlü şəkildə köçürüldüyünü bir daha diqqətə çatdırdı. Dövlət başçısı bildirib ki, Ermənistanın təbliğatına və ümumiyyətlə, münaqişə ilə bağlı mövqeyinə növbəti böyük zərbə bu yaxınlarda vuruldu. Dağlıq Qarabağda keçirilmiş sonuncu qondarma “prezident və parlament seçkiləri” münaqişənin nizama salınmasında 28 ildir vasitəçilik edən ATƏT-in Minsk qrupu daxil olmaqla, bir sıra beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən qanunazidd hərəkət kimi qiymətləndirilib və tanınmayıb. Prezident bildirdi ki, bu gün Dağlıq Qarabağda hakimiyyəti zəbt etmiş xunta rejimidir və əvvəlki rejimin tör-töküntüləridir: “...Ermənistanın əvvəlki rejiminin bəd əməlləri haqqında bütün faktları Ermənistanın indiki rəhbərliyi açıbdır, ictimaiyyətə təqdim edibdir. Onların generalları oğru, onların dırnaqarası “qəhrəmanları” cinayətkar, onların rəhbərləri rüşvətxordur. Keçmiş rejimin nə qədər nümayəndələri həbs olunub, nə qədər axtarışa verilib. Bu, nə deməkdir?! O deməkdir ki, 2018-ci ilə qədər 20 il ərzində Ermənistana cinayətkarlar rəhbərlik ediblər. Onlardan biri indi həbsxanadadır, o birisi isə hələ ki azadlıqda. Halbuki onun da ölkədən çıxışına qadağa qoyulub. Yəni, bir ölkənin müstəqilliyi hələ 30 ilə çatmayıb, ölkənin 20 ili cinayətkarların ixtiyarına buraxılıb. Əlbəttə ki, bu cinayətkar dəstə cinayətkar rejim yaradıb. O cinayətkar rejim ki, bütün milli azlıqları əzibdir. Orada bir dənə də olsun milli azlıq yoxdur. Azərbaycanın qədim torpaqlarında bir dənə də olsun azərbaycanlı qalmayıb. Bizim tarixi abidələrimiz, məscidlərimiz dağıdılıbdır, azərbaycanlıların tarixi irsi silinibdir. Nəinki azərbaycanlıların, heç bir başqa millətin nümayəndəsi orada yoxdur”.

Azərbaycan Prezidenti diqqətə çatdırdı ki, bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı, təkcə Avropa Şurasından başqa. Bundan əvvəl, dövlət başçısı 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə də bildirmişdi ki, Ermənistan təbliğatına və ümumiyyətlə, münaqişə ilə bağlı mövqeyinə növbəti böyük zərbə bu yaxınlarda vuruldu. Qeyd etdi ki, bütün bu təşkilatlar bu “seçkiləri” tanımadı, yalnız bir təşkilatın adı bu siyahıda yoxdur: “...Avropa Şurası Parlament Assambleyası susubdur. Baxın, bütün təşkilatlar, o cümlədən Avropa təşkilatları bəyan edirlər ki, biz bu seçkiləri tanımırıq. Bunun birmənalı mənası odur ki, Dağlıq Qarabağ Azərbaycandır. Avropa Şurası Parlament Assambleyası niyə susur? Niyə bunu demir? Sualın cavabı aydındır. Ona görə ki, orada cəmləşən anti-Azərbaycan qüvvələr, ermənipərəst qüvvələr Azərbaycana düşmən gözü ilə baxırlar. Bizə qarşı o təşkilatdan gələn bütün iradların heç bir əhəmiyyəti yoxdur. Mən demişəm, bir daha demək istəyirəm ki, onların qəbul etdikləri qətnamələr, qərarlar mənim üçün kağız parçasından artıq deyil. O təşkilatın Azərbaycanla bağlı olan fikri məni maraqlandırmır və heç vaxt maraqlandırmayıb. Bir məsələyə də diqqətinizi çəkmək istəyirəm. Azərbaycanla bağlı məruzəçilər var və bu məruzəçilər də susub, bir söz demirlər. Burada balaca bir hadisə baş verən kimi ölkəmiz haqqında ağızdolusu yalan, böhtan uydururlar. Nə üçün susublar? Bundan sonra onlar Azərbaycan üzrə məruzəçi olmaq mənəvi haqqını itiriblər”.

Bununla yanaşı, Prezident İlham Əliyev 2020-ci il fevralın 5-də Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib ki, Avropa Şurasında deqradasiya prosesi gedir və bu təşkilat beynəlxalq müstəvidə öz əhəmiyyətini itirməkdədir. Bununla yanaşı, təşkilat dünyada gedən proseslərə heç bir təsir etmək gücündə deyil, nüfuzu çox aşağı düşüb və bunun yəqin ki, başlıca səbəbi təşkilatda hökm sürən riyakarlıq, ikili standartlar və ədalətsizlikdir: “Azərbaycan xalqı bu təşkilata olan ümidlərini çoxdandır ki, itirib. Çünki təxminən 20 il ərzində müxtəlif dövrlərdə siyasi sifarişi icra edərkən Azərbaycan hədəf seçilibdir, bizim haqqımızda olmayan yalanlar uydurulur, yayılır. Azərbaycan sanki geridə qalmış bir ölkə kimi təqdim edilir, Azərbaycanda gedən müsbət proseslər qeydə alınmır”.

Bütün bunlar ikili standartların və ölkəmizə qarşı qərəzli münasibətin daha bir nümunəsidir. Bəzi dairələr və Avropa təsisatları tərəfindən vaxtaşırı və sifariş xarakterli bu cür “sənəd”lərin qəbul olunması dinamik inkişafa malik, dünyəvi müsəlman ölkəsi olan Azərbaycanın qəbul edilməməsindən qaynaqlanır və Avropada sürətlə vüsət alan islamofobiyanın aydın təzahürüdür. Şübhəsiz ki, əvvəllər də Azərbaycana qarşı ayrı-ayrı vaxtlarda həyata keçirilən qarayaxma kampaniyası Azərbaycan dövlətinin müstəqil xarici siyasət yürütməsi ilə bağlı olub.

Hazırda Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun gündən-günə artmasının və gənc müstəqil dövlətimizin regionda söz sahibinə çevrilməsinin dünyadakı anti-Azərbaycan qüvvələri ciddi şəkildə narahat etdiyi danılmaz və təkzibedilməz faktıdır. Məhz bu səbəbdən də Azərbaycanın dinamik inkişafı erməni lobbisini və onun nəzarətində olan qüvvələri narahat edir. Onlar Azərbaycanın ünvanına heç bir əsası olmayan cəfəngiyatlar səsləndirməkdə davam edirlər. Bu baxımdan, Azərbaycanla əlaqədar qondarma “siyasi məhbus” oyunu, Kristofer Ştrasserin monitorinqi, “Azərbaycanda demokratik institutların fəaliyyəti”, qəbul edilmiş sifarişli “hesabat”lar və s. məsələlərlə bağlı AŞPA-da aparılan müzakirələr adıçəkilən təşkilatın siyasi təzyiq vasitəsinə çevrildiyini açıq şəkildə nümayiş etdirir. Şübhəsiz ki, bu cür qərəzli münasibətin yaranmasında erməni lobbisi, onun təsiri altında olan anti-Azərbaycan dairələr, o cümlədən bəzi insan haqlarının müdafiəsi adı altında fəaliyyət göstərən beynəlxalq QHT və müxtəlif KİV nümayəndələri yaxından iştirak edirlər. Bu Avropa Şurasının Azərbaycana qarşı ikili standartlar siyasətinin dalğasının uzun müddətdir ki, davam etdiyini göstərir. Həmçinin AŞPA-da saxta məlumat əsasında “məruzələr” dərc olunur və “qətnamələr” qəbul edilir. Bununla yanaşı, təşkilatın “hesabat” və “monitorinqləri” müxtəlif dairələrin mənafeyinə xidmət edir və müstəqil xarici siyasət yürüdən dövlətlərə təzyiq məqsədi daşıyır.

Azərbaycanı daim hədəf götürən AŞPA, eyni zamanda, digər ölkələrdə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına, siyasi məhbusların mövcudluğuna, vətəndaş cəmiyyətinə, mediaya qarşı basqılara göz yumur. Müntəzəm olaraq Avropanın aparıcı paytaxtlarında insanlar döyülür, təhqir edilir, öldürülür, onların üstünə itlər göndərilir, atlarla insanları əzirlər. Avropanın aparıcı ölkələrində polis qəddarlığına, zorakılığa, aksiyaların şiddətlə dağıdılmasına, milli, dini və irqi ayrı-seçkilik faktlarına tam biganə münasibət bəslənilir. Azərbaycan və Türkiyə Avropa Şurasına üzv olduqları dövrdə daim hədəf seçiliblər. Bu həmin təşkilatda mövcud olan ayrı-seçkilik, riyakarlıq və ikili standartların bariz nümunəsidir. Dövlət başçısı qeyd edib ki, nə üçün Ermənistana qarşı bir münasibət var, Azərbaycana, Türkiyəyə qarşı başqa münasibət?

AŞPA tərəfindən müxtəlif vaxtlarda insan hüquqlarının qorunması ilə bağlı qəbul edilmiş “hesabatlar”da Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayonun işğal olunması, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün elementar insan hüquqlarından məhrum edilməsi, eləcə də münaqişənin 25 ildən artıqdır ki, həll olunmaması barədə bir kəlmə belə deyilməməsi acı təəssüf doğurur. Bununla yanaşı, Azərbaycan dövləti neçə illərdir bütün dünyaya, həmçinin Avropa ölkələrinə və beynəlxalq təşkilatlara Qarabağ həqiqətlərini, o cümlədən Xocalı soyqırımı haqqında vandalizm aktlarını, son 200 ildə ermənilərin türklərə və azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri real faktlarla çatdırır. Amma bunun qarşılığında Avropa Şurası Parlament Assambleyasının və digər beynəlxalq təşkilatların qəbul etdikləri çoxsaylı sənədlərdə Ermənistanın təcavüzü nəticəsində azərbaycanlı qaçqın və məcburi köçkünün taleyi ilə bağlı real təsiri olan heç bir qərar qəbul etməmişlər.

Bunda əlavə, Ermənistanda son illərdə baş verən hadisələr, xüsusilə, insanlara qarşı güc tətbiq edilməsi, qan tökülməsi, məhkəmə qərarı olmadan insanların həbs edilməsi, İctimai TV-nin zəbt edilməsi, sabitsizlik, xaos və s. məsələlərin üzərindən heç nə olmamış kimi keçilməsi acı təəssüf doğurur. Ermənistanda indiki hakimiyyətə alternativ olmaq istəyən siyasi təşkilatlar daim təzyiq altındadır, siyasi fəallar həbs olunur, hakimiyyətin mövqeyini tənqid edən media, QHT-lər qapadılır, fəal jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri həbs olunur. Bu səbəbdən beynəlxalq hüquq normalarının təmin edilməsi, Ermənistanın işğalçı siyasətinin aradan qaldırılması istiqamətində də heç bir təsirli addım atmayan Avropa Şurasından nə gözləmək olar?

Buna baxmayaraq, Azərbaycan dövləti anti-Qərb mövqeyində deyil və Avropa qurumları ilə bütün sahələrdə ədalətli, bərabərhüquqlu əməkdaşlığa və tərəfdaşlığa hazırdır. Dünyada, o cümlədən işğalçı Ermənistanda baş verən hadisələrə Avropa Şurasının diqqət yetirməli olduğunu bildirən Prezident İlham Əliyev deyib: “...Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər kağız parçasından artıq deyil. Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır. Biz bütün bu ittihamları artıqlaması ilə onların özlərinə qaytarırıq. Qoy, bir bəyanat versinlər ki, indi bu dünyada bəzi ölkələrdə nələr baş verir. Polis zorakılığı, nümayişçilərə qarşı tətbiq edilən güc, nümayişçilərin öldürülməsi, onların gözlərinin çıxarılması, kütləvi surətdə həbs edilməsi, jurnalistlərin döyülməsi, həbs edilməsi, bunlar harada baş verir? Qərb ölkələrində. Açsınlar gözlərini, baxsınlar və utansınlar ki, susublar. Nəyə görə? Çünki güclü dövlətlərdən qorxurlar. Hesab edirlər ki, bu, məsələnin insan haqlarının qorunmasına aidiyyəti yoxdur. Ona görə bu qurumun riyakar mahiyyəti heç kim üçün sirr deyil və bizi də heç maraqlandırmır, onlar bu saxta seçkiləri tanıyıblar, yoxsa yox. Əsas odur ki, dünyanın sanballı və hörmətə layiq olan təşkilatları Dağlıq Qarabağda keçirilmiş saxta seçkiləri tanımayıb və qınayıblar”.

Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməz ki, onların bu kimi ədalətsiz, qərəzli və subyektiv iddiaları dünya ictimaiyyətinə təlqin olunsun və real həqiqət kimi zorla insanların şüuruna yeridilsin. Bir sözlə, anti-Azərbaycan qüvvələrin çirkin kampaniyalarla ölkəmizə təzyiq göstərmək, onu öz yolundan döndərmək cəhdləri əbəsdir.

Müasir dövrdə Azərbaycan müstəqil dövlətdir, heç kimdən asılı olmayan, xalqın iradəsinə, eləcə də milli maraqlara əsaslanan müstəqil siyasət yürüdür və bundan sonra da öz prinsipial mövqeyindən dönməyəcək. Bu baxımdan, belə qərəzli münasibət və ikili standartların nümayiş etdirilməsi, öz növbəsində, Azərbaycanı Avropa Şurasının Parlament Assambleyası və bu kimi təşkilatlarla əməkdaşlığın ölkəmizə nə dərəcədə lazım olması barədə ciddi düşündürməyə də əsas verir.

 


Etiket:

Strategiya.az

Xəbərlər
15.05.2021

İranla sərhəddə atışma olub, iki hərbçimiz şəhid olub

15.05.2021

Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub

15.05.2021

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində olublar

15.05.2021

Azərbaycan neftinin qiyməti bahalaşıb

15.05.2021

"Avro-2020"nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının biletləri bu gündə satışa çıxarılıb

15.05.2021

Dünyada ötən sutka koronavirusa yoluxanların sayı 717 mindən çox olub

14.05.2021

Ceyhun Bayramov ilə Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi arasında telefon danışığı olub

14.05.2021

Azərbaycan neftinin bir bareli 67,36 dollara satılır

14.05.2021

Müdafiə naziri azad olunmuş ərazilərdə yerləşən HHMQ bölmələrində olub

14.05.2021

Ölkəmizin 126 istehsal müəssisəsindən Rusiyaya pomidor ixracına icazə verilib

14.05.2021

ABŞ Dövlət Departamenti Azərbaycanı və Ermənistanı vəziyyəti gərginləşdirməmək üçün təmkinli olmağa çağırıb

13.05.2021

Xarici İşlər Nazirliyi Ermənistan və Azerbaycan sərhədində baş verən gərginliklə bağlı açıqlama verib

13.05.2021

“Azeri Light” neftinin qiyməti 70 dollara çatır

13.05.2021

Təzəpir məscidində bayram namazı qılınıb

13.05.2021

Şuşada bayram namazı qılınıb

13.05.2021

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı ilə bağlı paylaşım edib

12.05.2021

Prezident İlham Əliyev Şuşada xan qızı Natəvanın sarayına baxış keçirib

12.05.2021

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada xüsusi nümayəndəliyin inzibati binası ilə tanış olublar

12.05.2021

Azərbaycanda 558 nəfər koronavirusa yoluxub, 1454 nəfər sağalıb, 13 nəfər vəfat edib

12.05.2021

Prezident İlham Əliyev: Biz bu günü 30 il səbirsizliklə gözləmişik

12.05.2021

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak ediblər

12.05.2021

Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub

12.05.2021

Azərbaycan Ordusunda təlimlər keçiriləcək

12.05.2021

“Əl Əxbariya” qəzeti: Prezident İlham Əliyev Fransaya Əlcəzairdə törətdiyi cinayətləri xatırladıb

12.05.2021

Ağdamda azad olunan ərazilərə keçməyə cəhd edən 9 nəfər saxlanılıb

12.05.2021

Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinə başsağlığı verib

11.05.2021

Azərbaycanın və Rusiyanın Xarici İşlər nazirlikləri arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı imzalanıb

11.05.2021

Rusiya üç ölkənin baş nazir müavinlərindən ibarət işçi qrupunun işini yüksək qiymətləndirir - Lavrov

11.05.2021

Qafqaz Müsəlmanları İdarəsinin sədri Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

11.05.2021

Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik

11.05.2021

Kəlbəcərdə qar əriyəndən sonra Ermənistanın basdırdığı minlərlə mina üzə çıxıb  

11.05.2021

Prezident İlham Əliyev: Revanşizm qoxusu verən bəyanatlar, ilk növbədə, Ermənistan üçün təhlükəlidir

11.05.2021

Türkiyədə son sutkada koronavirusdan 26 953 nəfər sağalıb

10.05.2021

Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi - TAM MƏTN

10.05.2021

Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib

10.05.2021

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb

10.05.2021

Heydər Əliyev əmanəti Azərbaycan etibarlı əllərdədir

10.05.2021

Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Heydər Əliyev bizimlə olmasa da, onun ideyaları yaşayır, niyyətləri həyata keçirilir (FOTO)

10.05.2021

Xəstəxanalardakı qanunsuzluqlarla əlaqədar istintaq davam etdirilir - Baş prokuror

10.05.2021

Azərbaycanda 18 yaşına çatmış şəxslərin vaksinasiyasına başlanılıb

10.05.2021

Prezident İlham Əliyev Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışında iştirak edib

10.05.2021

Prezident İlham Əliyev Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında iştirak edib

10.05.2021

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfər edib

10.05.2021

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

10.05.2021

Türkiyədə koronavirus infeksiyasından dünyasını dəyişənlərin sayı artmaqdadır

10.05.2021

Prezident İlham Əliyevin rəsmi Feysbuk səhifəsində Ulu Öndərin anadan olmasının 98-ci ildönümü ilə bağlı paylaşım edilib

09.05.2021

Azərbaycanda 1539 nəfər COVID-19-dan sağalıb, 660 nəfər yoluxub

09.05.2021

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər

09.05.2021

Azərbaycan XİN 9 May Qələbə Günü ilə bağlı bəyanat yayıb

09.05.2021

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib (FOTO)