“Kitabxana-informasiya fəaliyyətində innovasiyalar və yeni əsrin çağırışları” mövzusunda Respublika virtual elmi konfransı keçirilib

13:30 / 10.06.2020



Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Kitabxana-informasiya fəaliyyətində innovasiyalar və yeni əsrin çağırışları” mövzusunda Respublika virtual elmi konfransı keçirilib.

BDU-nun rektoru Elçin Babayev konfransı giriş sözü ilə açaraq Ulu Öndər Heydər Əliyevin kitabxana quruculuğu sahəsində fəaliyyəti, Ümummilli Liderin kitabxana işinin inkişafında tarixi addımların atılmasında müstəsna xidmətlərindən bəhs edib. Bildirib ki, Ümummili Lider Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyev kitabxana-informasiya işinin inkişafına diqqət və qayğı ilə yanaşaraq bu sahədə bir sıra fərman, sərəncam və dövlət proqramlarına imza atıblar. O, Prezident İlham Əliyevin imzaladığı rəsmi sənədlərdə müasir informasiya texnologiyalarının Azərbaycanda bütün elm və sənaye sahələrində, o cümlədən kitabxanalarda tətbiqi sahəsində strateji vəzifələrin müəyyənləşdirildiyini bildirib.

Rektor ölkəmizdə kitabxanaçılıq sahəsində yüksəkixtisaslı ali təhsilli kadrlar hazırlayan BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin əhəmiyyətini xüsusi vurğulayıb. Rektor əldə edilmiş uğurlarda fakültənin yaradılmasında böyük rolu olmuş Əməkdar Elm Xadimi, Əməkdar Mədəniyyət İşçisi, “Şöhrət” ordenli, professor Abuzər Xələfovun xidmətlərindən bəhs edərək bildirib ki, Bakı Dövlət Universitetinə həmişə qayğı və sevgi ilə yanaşan alim yetmiş ildən artıq dövrdə topladığı kitabxanaşünaslıq elminə dair 600-dən çox kitabı universitetin Elmi kitabxanasına vəsiyyət edib.

Açılış nitqində konfransın işinə uğurlar arzulayan rektor Elçin Babayev təqdim edilən elmi məqalələrin kitabxanaçılıq ixtisasının aktual mövzularına həsr olunduğunu diqqətə çatdırıb.

Konfransda Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov “Müasir  kitabxana quruculuğunun təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur”, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır”, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitunun elmi işlər üzrə direktor müavini Əlizadə Ələskərli  “Heydər Əliyev obrazı ədəbi-filoloji fikirdə”, BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılov “Qloballaşma dövründə informasiya tələbatının kitabxanaların fəaliyyətinə təsiri: müasir meyillər və çağırışlar”, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan “Elektron nəşrlər və elektron nəşriyyatlar müasir informasiya çağrışları kontekstində” Kitabxanaşünaslıq kafedrasının müdiri Elçin Əhmədov “Kitabxana-informasiya fəaliyyətində multikulturalizm: yeni çağırışlar və gələcəyə baxış” mövzularında məruzə ilə çıxış ediblər.

Məruzələrdə kitabxanalarda həyata keçirilən innovativ fəaliyyət metodları, kitabxanaların formalaşmaqda olan rəqəmsal cəmiyyətə inteqrasiya istiqamətləri, yeni xidmət növləri, elektron resurslar və proseslər haqqında ətraflı məlumat verilib.

Məruzə edilən elmi məqalələr konfrans materialları toplusunda çap olunacaq.


Etiket:

Strategiya.az

Xəbərlər
24.10.2020

Düşmənin bölmələrimizə hücum cəhdinin qarşısı alınıb - MN

24.10.2020

Paşinyanın ardınca Mnatsakanyan da CNN-də özünü biabır etdi

24.10.2020

İşğal olunmuş ərazilərdəki dinc əhaliyə hərbi obyektlərdən uzaq durmaq tövsiyə edilir

24.10.2020

Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirməyə davam edir - VİDEO

24.10.2020

Şəhid olmuş hərbçilərin və müharibədən zərər çəkmiş şəxslərin kreditləri silinəcək

24.10.2020

Azərbaycan əsgəri beynəlxalq hüquqla müəyyən edilmiş normalar çərçivəsində davranır - Müdafiə Nazirliyi

24.10.2020

Düşmənin döyüş təyyarəsi məhv edilib

24.10.2020

Ermənistan Azərbaycan torpaqlarının qanunsuz işğalına son qoymalıdır - Türkiyə Müdafiə Nazirliyi

24.10.2020

Ermənistan ordusu Goranboyda yaşayış məntəqəsinə iki ədəd "Smerç" raketi atıb

24.10.2020

BMT-nin adındakı yanlışlığın mahiyyətinə mənfi təsiri - Vətən müharibəsi dərsi

24.10.2020

Prezident İlham Əliyev: Türkiyə ilə münasibətlərimiz kimi, Gürcüstanla münasibətlərimiz də mehriban qonşuluğun yaxşı nümunəsi ola bilər

24.10.2020

Prezident İlham Əliyev: Bizi hərbi avadanlıqla ən çox təchiz edən Türkiyə və İsrail deyil, Rusiyadır

24.10.2020

Prezident İlham Əliyev: Ermənistan hökuməti başa düşməlidir ki, indi onlar diktə etmək vəziyyətində deyillər

24.10.2020

Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur - Müdafiə Nazirliyi

24.10.2020

Düşmən yaşayış məntəqələrimizi raket atəşinə tutur

24.10.2020

Cəbhədə son vəziyyət: Əhəmiyyətli kommunikasiya xətləri nəzarətə götürülüb və vacib yüksəkliklər azad edilib

24.10.2020

Erməni işğalçıları Kəlbəcərdəki faydalı qazıntı yataqlarını istismar ediblər

24.10.2020

Prezident İlham Əliyev: Türkiyə əsla münaqişəyə cəlb edilməyib

24.10.2020

Düşmən Goranboy-Naftalan istiqamətindəki ərazilərimizi atəşə tutur

24.10.2020

Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı hərbi hücumunun siyasi məqsədlərindən danışıb

23.10.2020

Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir - MN

23.10.2020

Xocavənd və Füzuli istiqamətlərində düşmənin könüllü dəstələri məhv edilib

23.10.2020

Azərbaycan Ordusu Xankəndi və Xocavənd şəhərlərini atəşə tutmur - MN

23.10.2020

XİN Ceyhun Bayramovun ABŞ Dövlət katibi ilə görüşünə dair məlumat yaydı

23.10.2020

Bu ərazilərə giriş-çıxış dayandırılır - Nazirlər Kabineti

23.10.2020

Prezident İlham Əliyev: Azərbaycan Ordusu Xocavəndin 2, Cəbrayılın 5, Zəngilanın 2 kəndini işğaldan azad edib

23.10.2020

Prezident İlham Əliyev: Qubadlının Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad edilib

23.10.2020

Münaqişənin Ermənistanda deyil, Qarabağda getdiyi vaxt KTMT-nin köməyindən danışmaq düzgün deyil - Rusiya XİN

23.10.2020

Milli Qəhrəman Şükür Həmidovun adı Qubadlıda əbədiləşdiriləcək

23.10.2020

Prezident İlham Əliyev şəhid olmuş Milli Qəhrəman Şükür Həmidovun atası ilə telefonla danışıb

23.10.2020

Azərbaycan MN: Ermənistan ordusunun qüvvə və vasitələri darmadağın edilib

23.10.2020

İşğal ərazilərindəki qanunsuz fəaliyyət göstərənlərlə bağlı istintaq davam edir

23.10.2020

Ürəyin şeir yükü

23.10.2020

Ermənistana məxsus daha bir PUA məhv edilib

23.10.2020

Düşmənin 4 PUA-sı zərərsizləşdirilib

23.10.2020

Daxili İşlər Nazirliyi ölkə əhalisinə müraciət edib

23.10.2020

Tərtər, Ağdam və Ağcabədi ərazisi intensiv atəşə tutulub - MN

23.10.2020

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqtonda planlaşdırılan görüşünə BMT-dən münasibət

23.10.2020

Vacib ərazi və yüksəkliklər azad edilib - Müdafiə Nazirliyi

23.10.2020

Azərbaycanın bitki örtüyünün 42 faizi, meşə sahəsinin isə 25 faizi işğal olunmuş ərazilərdə yerləşir

23.10.2020

Müdafiə Nazirliyi: düşmən fərarilik edərək mövqeləri tərk edir

23.10.2020

Dağlıq Qarabağda tənzimləmənin hansısa formulu barədə danışmaq tezdir - Peskov

22.10.2020

Vladimir Putin: Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsinin itirildiyi vəziyyət əbədi davam edə bilməz

22.10.2020

Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır

22.10.2020

Anar Eyvazov: Ordumuz qələbə əzmi ilə zəfər yoluna davam edir

22.10.2020

Prezident İlham Əliyev: Azərbaycan və İran İslam Respublikası dövlət sərhədi tam nəzarətə götürülüb

22.10.2020

Prezident İlham Əliyev: Azərbaycan Ordusu Füzuli rayonunun 3, Cəbrayıl rayonunun 4 kəndini işğaldan azad edib

22.10.2020

Prezident İlham Əliyev: Zəngilanın Ağbənd qəsəbəsi və 13 kəndi işğaldan azad edildi

22.10.2020

Artilleriyaçılarımız düşmənə dəqiq zərbələr endirməyə davam edir - MN (VİDEO)

22.10.2020

XİN: Paşinyanın Ermənistanın mövqeyini “sülhsevər” kimi qələmə verməyə çalışan bəyanatı tamamilə cəfəngiyyatdır