Baş Nazirdən yeni SƏRƏNCAM

10:58 / 19.06.2020

Baş nazir Əli Əsədov "Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 iyun tarixli 2083 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb.


Bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.


Sərəncama əsasən, Ədliyyə NazirliyiDövlət Turizm Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının "Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 iyun tarixli 2083 nömrəli Sərəncamına uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.


Bundan başqa, Dövlət Turizm Agentliyi İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Siyəzən Rayon İcra Hakimiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, "Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun sərhədi və mühafizə zonasına dair təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.


Həmçinin, Dövlət Turizm Agentliyi Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, "Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun ərazisinin xüsusi rejimi barədə təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.


Razılaşdırma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Nazirlər Kabinetinə təqdim etməli, eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl olunmasını təmin etməlidir.


Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Sərəncamın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etməli və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidir.


Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Sərəncama uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.


Bu Sərəncamın birinci, dördüncü, beşinci və altıncı hissələrinin icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə, ikinci və üçüncü hissələrinin icrası Humanitar məsələlər şöbəsinə həvalə edilib.


Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.10.2020

Ceyhun Bayramov Vaşinqtona gedir

20.10.2020

İşğal altındakı qoruqlarda "Qırmızı Kitabı”a daxil edilmiş fauna və flora növlərinin əksəriyyəti məhv edilib - Nazir

20.10.2020

İşğaldan azad edilən Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır

20.10.2020

Ermənistanın atəş nöqtələrinə zərbələr endirilir - MN (VİDEO)

20.10.2020

Paşinyanın döyüşlər başlayandan zəng etdiyi ölkələr - SİYAHI

20.10.2020

Azərbaycanla İran arasında 4 il əvvəl imzalanmış saziş Prezident İlham Əliyevin müdrik dövlət başçısı və uzaqgörən siyasi xadim olduğunu bir daha göstərdi

20.10.2020

BMT TŞ Dağlıq Qarabağda atəşkəsə nəzarəti müzakirə edib

20.10.2020

Düşmənin muzdlulardan ibarət “Legion” dəstəsi döyüşməkdən imtina edib - MN

20.10.2020

Düşmənin məhv edilən hərbi texnikaları - SİYAHI

20.10.2020

Əks-hücuma keçən düşmən bölmələrindən birinin 30 nəfər şəxsi heyəti Azərbaycan Ordusunun atəşi nəticəsində darmadağın edilib - MN

19.10.2020

Prezident İlham Əliyev: Ermənistan qoşunlarını işğal altındakı ərazilərdən çıxarmağa hazır olsa, müşahidəçilər məsələsinə baxıla bilər

19.10.2020

Azərbaycan Prezidenti: Son anda onlar Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər

19.10.2020

Prezident İlham Əliyev: Kompromis paketin bir hissəsi olan Laçın dəhlizi ilə bağlı mövqeyimizi bir daha təsdiqləyirik

19.10.2020

Paşinyan məğlubiyyətini etiraf edib və danışıqlara hazırdır

19.10.2020

XİN: Bundestaq üzvlərinin Qarabağa qanunsuz səfəri ilə bağlı Almaniya XİN-ə nota veriləcək

19.10.2020

Azərbaycan və Fransa XİN başçılarının telefon danışığı olub

19.10.2020

Prokurorluq AzTv-nin əməkdaşının yaralanması ilə bağlı məlumat yaydı: Daha 3 nəfər də yaralanıb

19.10.2020

Düşmən yaşayış məntəqələrimizi atəşə tutur

19.10.2020

Hikmət Hacıyev: Ermənistan bütün konvensiya və qanunları kobud şəkildə pozaraq Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətməkdə davam edir

19.10.2020

Ermənistan Xızıda neft kəmərlərini hədəfə alıb - Baş Prokurorluq

19.10.2020

Prezident İlham Əliyev: Hər gün cəbhədən çox gözəl xəbərlər gəlir

19.10.2020

Göygöldə mövqelərimiz atəşə tutulur - MN

19.10.2020

İran ermənilərin PUA-sını vurdu

19.10.2020

Ermənistan dövlət sərhədində mövqelərimizi atəşə tutur

19.10.2020

Hadrutu azad edən əsgərlərimizin bəzilərilə tanış olun - FOTO

19.10.2020

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin Sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNƏCƏK

19.10.2020

Ermənistanın Qarabağdan çıxması an məsələsidir - Rusiya KİV

19.10.2020

Qeyri-rəsmi məlumat və videoları yaymayın - MN müraciət etdi

19.10.2020

Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibə verib

19.10.2020

Tərtərçay Sol Sahil və Xanarx kanalları yenidən qurulur

19.10.2020

Humanitar atəşkəsin birinci günü Ermənistan 5 rayona 229 mərmi atıb - Hikmət Hacıyev

19.10.2020

MN: Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir

19.10.2020

MN: Düşmən taborunun qərargah rəisi məhv edilib

19.10.2020

Prezident İlham Əliyev: Cəbrayılın 13 kəndi işğaldan azad edilib

18.10.2020

MN: Düşmənin 527-ci alayının taboru döyüşlərdə iştirak etməkdən imtina edib

18.10.2020

Prezident İlham Əliyev: Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar

18.10.2020

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Azərbaycana rəsmi səfərə gəlib

18.10.2020

Azərbaycan əsgəri ermənilərin xüsusi təyinatlılarının mövqelərini ələ keçirib (VİDEO)

18.10.2020

Ermənistanın növbəti Su-25 təyyarəsi vurulub - Müdafiə Nazirliyi

18.10.2020

Birinci vitse-prezident Mehriban Əliyeva: Bu günlərdə bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, əzminin, birlik və həmrəyliyinin, Vətənə sadiqliyinin şahididir (FOTO)

18.10.2020

Düşmənin hərbi hissəsi ələ keçirilib (VİDEO)

18.10.2020

Prezidentə yazırlar: Bu tarixi qızıl hərflərlə dünya salnaməsinə Siz Azərbaycan xalqı ilə birlikdə yazırsınız

18.10.2020

Ermənistan dövlət sərhədində də atəşkəsi pozub - MN

18.10.2020

Ermənistan Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində hücuma cəhd edib

18.10.2020

Düşmənin məhv edilən hərbi texnikaları - SİYAHI

18.10.2020

Ermənistan tərəfi növbəti dəfə yalan məlumat yayıb - MN

18.10.2020

Ermənistan yeni atəşkəs rejiminə əməl etmir - MN

18.10.2020

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 29-cu ildönümü qeyd olunur

18.10.2020

Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir - MN

17.10.2020

XİN: Azərbaycanla Ermənistan 18 oktyabrdan müvəqqəti humanitar atəşkəsə razılıq verib