DTX XİN-in vəzifəli şəxslərinə qarşı keçirilən əməliyyatla bağlı məlumat yaydı

15:09 / 06.07.2020

Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilmişdir.

XİN-in ayrı-ayrı strukturlarının fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulan dövlət vəsaitlərinin ələ keçirilməsi, müxtəlif fəaliyyət istiqamətləri üzrə, eləcə də xarici ölkə vətəndaşlarının viza müraciətləri ilə bağlı rüşvət alınması və sair hüquqazidd əməllərin törədilməsi ilə bağlı əldə edilmiş məlumatlar araşdırılmış, XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilmişdir.

Məhkəmənin qərarları əsasında, Fərhad Molla-zadənin, Səlim Əlizadənin, Nurupaşa Abdullayevin xidməti və yaşadıqları ünvanlara, habelə dövlət vəsaitlərinin əmtəəsiz əməliyyatlarla mənimsənilməsi üçün yaradılmış hüquqi şəxslərə dair sənədlərin və işlərin görülməsi üçün vəsait ayrılması müqabilində rüşvət ödənildiyi barədə sənədlərin olduğu yerlərə baxış keçirilmişdir. Həmin ünvanlardan XİN-in vəzifəli şəxslərinə qaytarılmış nağd pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, pul vəsaitləri və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülmüşdür.
İstintaq araşdırmaları zamanı Fərhad Molla-zadə və Səlim Əlizadə tərəfindən XİN-in strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Həmçinin, Fərhad Molla-zadənin və Səlim Əlizadənin XİN-in təsərrüfat tələbatları üzrə malların alınması, işlərin görülməsi üçün hesablarına pul köçürülən sahibkarlardan həmin vəsaitin müəyyən hissəsi dəyərində rüşvətin istənilərək almalarına dair məlumatlar əldə olunmuşdur.

 
Bundan başqa, aparılan araşdırmalarla Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevin vəzifə səlahiyyətlərindən istifadə edərək elektron vizanın tətbiq olunmadığı xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasına gələ bilmələri üçün viza müraciətlərinin təmin edilməsi ilə bağlı qanunazidd hərəkətlər müqabilində müntəzəm rüşvət almasına əsaslı şübhələr müəyyən edilmişdir.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Fərhad Molla-zadə və Səlim Əlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma, Nurupaşa Abdullayev rüşvət alma faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Etiket:

Strategiya.az

Xəbərlər
19.10.2020

Prezident İlham Əliyev: Ermənistan qoşunlarını işğal altındakı ərazilərdən çıxarmağa hazır olsa, müşahidəçilər məsələsinə baxıla bilər

19.10.2020

Azərbaycan Prezidenti: Son anda onlar Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər

19.10.2020

Prezident İlham Əliyev: Kompromis paketin bir hissəsi olan Laçın dəhlizi ilə bağlı mövqeyimizi bir daha təsdiqləyirik

19.10.2020

Paşinyan məğlubiyyətini etiraf edib və danışıqlara hazırdır

19.10.2020

XİN: Bundestaq üzvlərinin Qarabağa qanunsuz səfəri ilə bağlı Almaniya XİN-ə nota veriləcək

19.10.2020

Azərbaycan və Fransa XİN başçılarının telefon danışığı olub

19.10.2020

Prokurorluq AzTv-nin əməkdaşının yaralanması ilə bağlı məlumat yaydı: Daha 3 nəfər də yaralanıb

19.10.2020

Düşmən yaşayış məntəqələrimizi atəşə tutur

19.10.2020

Hikmət Hacıyev: Ermənistan bütün konvensiya və qanunları kobud şəkildə pozaraq Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətməkdə davam edir

19.10.2020

Ermənistan Xızıda neft kəmərlərini hədəfə alıb - Baş Prokurorluq

19.10.2020

Prezident İlham Əliyev: Hər gün cəbhədən çox gözəl xəbərlər gəlir

19.10.2020

Göygöldə mövqelərimiz atəşə tutulur - MN

19.10.2020

İran ermənilərin PUA-sını vurdu

19.10.2020

Ermənistan dövlət sərhədində mövqelərimizi atəşə tutur

19.10.2020

Hadrutu azad edən əsgərlərimizin bəzilərilə tanış olun - FOTO

19.10.2020

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin Sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNƏCƏK

19.10.2020

Ermənistanın Qarabağdan çıxması an məsələsidir - Rusiya KİV

19.10.2020

Qeyri-rəsmi məlumat və videoları yaymayın - MN müraciət etdi

19.10.2020

Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibə verib

19.10.2020

Tərtərçay Sol Sahil və Xanarx kanalları yenidən qurulur

19.10.2020

Humanitar atəşkəsin birinci günü Ermənistan 5 rayona 229 mərmi atıb - Hikmət Hacıyev

19.10.2020

MN: Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir

19.10.2020

MN: Düşmən taborunun qərargah rəisi məhv edilib

19.10.2020

Prezident İlham Əliyev: Cəbrayılın 13 kəndi işğaldan azad edilib

18.10.2020

MN: Düşmənin 527-ci alayının taboru döyüşlərdə iştirak etməkdən imtina edib

18.10.2020

Prezident İlham Əliyev: Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar

18.10.2020

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Azərbaycana rəsmi səfərə gəlib

18.10.2020

Azərbaycan əsgəri ermənilərin xüsusi təyinatlılarının mövqelərini ələ keçirib (VİDEO)

18.10.2020

Ermənistanın növbəti Su-25 təyyarəsi vurulub - Müdafiə Nazirliyi

18.10.2020

Birinci vitse-prezident Mehriban Əliyeva: Bu günlərdə bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, əzminin, birlik və həmrəyliyinin, Vətənə sadiqliyinin şahididir (FOTO)

18.10.2020

Düşmənin hərbi hissəsi ələ keçirilib (VİDEO)

18.10.2020

Prezidentə yazırlar: Bu tarixi qızıl hərflərlə dünya salnaməsinə Siz Azərbaycan xalqı ilə birlikdə yazırsınız

18.10.2020

Ermənistan dövlət sərhədində də atəşkəsi pozub - MN

18.10.2020

Ermənistan Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində hücuma cəhd edib

18.10.2020

Düşmənin məhv edilən hərbi texnikaları - SİYAHI

18.10.2020

Ermənistan tərəfi növbəti dəfə yalan məlumat yayıb - MN

18.10.2020

Ermənistan yeni atəşkəs rejiminə əməl etmir - MN

18.10.2020

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 29-cu ildönümü qeyd olunur

18.10.2020

Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir - MN

17.10.2020

XİN: Azərbaycanla Ermənistan 18 oktyabrdan müvəqqəti humanitar atəşkəsə razılıq verib

17.10.2020

Düşmənin BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib - Müdafiə Nazirliyi

17.10.2020

Düşmənin “Tor-M2KM” zenit-raket kompleksləri məhv edilib - MN

17.10.2020

Birinci vitse-prezident Mehriban Əliyeva: Dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir

17.10.2020

Azərbaycan səfirliyi Rusiya XİN-ə nota təqdim edib

17.10.2020

Düşmənin sursatı anbarları aviasiya zərbələri ilə darmadağın edilib - VİDEO

17.10.2020

Hikmət Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verildi - SƏRƏNCAM

17.10.2020

Prezident İlham Əliyev: Ermənistanın hərbi-siyasi rəhbərliyi cinayətkarlardır, biz bu cinayətkarları cəzalandıracağıq

17.10.2020

Düşmənə məxsus Su-25 təyyarəsi məhv edilib

17.10.2020

Azərbaycan Prezidenti son günlər ərzində məhv edilmiş və qənimət götürülmüş düşmən texnikası barədə məlumatları açıqlayıb

17.10.2020

Düşmənin S-300 zenit-raket kompleksi məhv edildi