Azərbaycan türkləri ilə eyni dil qrupunu bölüşən salarlar kimlərdir?

14:56 / 11.07.2020

2017-ci ildə Moskvada nəşr olunan AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun kollektiv monoqrafiyası olan "Azərbaycanlılar'' kitabında türk dilinin oğuz qrupunun tərkibində təsnif olunan dillərdən Azərbaycan dili ilə yanaşı Türkiyə türkcəsi, Krım türk dili, türkmən, qaqauz və salar dilləri verilmişdir. Qeyd olunan monoqrafiya Rusiya Elmlər Akademiyasının məşhur "Xalqlar və mədəniyyətlər'' çoxcildlik seriyasına daxildir və bu seriya dünya miqyasında xalqların etnoqrafiyası ilə bağlı fundamental tədqiqatlardan biri hesab olunur. Diqqətimizi çəkən məqam Türk dilinin oğuz qrupuna salar dilinin aid edilməsi olmuşdur. Çünki Azərbaycan dilinin də daxil olduğu Oğuz dil qrupunun əhatə dairəsi ayrı-ayrı tədqiqatçıların təsnifatında cüzi fərqlərlə də olsa ümumilikdə müəyyən edilmişdir. Hazırda Çində yaşayan və ölkədə rəsmi olaraq tanınan 56 etnik qrupdan biri olansalarlaraisə müasir dövr tədqiqatlarda daha az diqqət edildiyindən, Oğuz dil qrupunun təsnifatında bu cür yanaşmanın daha dərindən tədqiq edilməsi geniş ictimaiyyət üçün faydalı olar.

Bir sıra təsnifatlarda Oğuz dil qrupuna yuxarıda göstərilən Azərbaycan türkcəsi, Türkiyə türkcəsi, Krım türk dili, türkmən, qaqauz dillərindən əlavə qaşqay və Xorasan türkcəsi dil və ya ləhcə kimi əlavə edilir. Görkəmli alim Dr. Cavad Heyət isə Azərbaycan, Türkiyə, İraq və Suriya türkmənlərini vahid xalq hesab edir və Qərb türkləri adlandırırdı. Bu mənada heç şübhəsiz ki, İraq və Suriya türkmanları da oğuz dil qrupunun təmsilçiləridir.

İlk növbədə qeyd etməliyik ki, müasir təsnifatlarda 40-dan çox dil və ya ləhcənin əhatə olunduğu türk xalqlarının dil ailəsinin 4 qrupa: oğuz, qıpçaq, qarluq və bulğar qruplarına ayrılması əksər tədqiqatçılar tərəfindən qəbul olunmuş yanaşma hesab edilir. Bununla belə Sibirdə yaşayan türk xalqlarının dil qrupu təsnifatı ilə bağlı vahid yanaşma hələ də mövcud deyil və bəzən ayrıca qrup kimi təsnifləşdirilməsinə də rast gəlinir. Xüsusən də, yakut və çuvaş dillərinin digər türk dil və ləhcələrindən anlaşılmayan dərəcədə fərqli olması bu cür yanaşma üçün əsas verir.

Türkoloji tədqiqatlarda Türk dil ailəsinin coğrafi amil nəzərə alınmaqla təsnifləşdirilməsi də mövcud elmi yanaşmalardan biridir. Bu mənada 2019-cu ildə Beynəlxalq Türk Akademiyası tərəfindən Darxan Kıdırəli və Qaybulla Babayarın müəllifliyi ilə çap olunan "Ortaq Türk Tarixi” dərsliyində müasir türk dilinin təsnifatında Qıpçaq qrupu Türk dilinin Şimal-Qərb qoluna, Oğuz qrupu Cənub-Qərb qoluna, Qarluq qrupu Cənub-Şərq qoluna aid edilmişdir. Yeri gəlmişkən, bu dərslik Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının dövlət başçılarının Zirvə Görüşünün qərarına uyğun olaraq ümumtəhsil məktəblərinin 8-ci sinifləri üçün tədris olunmaq üçün nəzərdə tutulmuşdur. Bu isə Türk dünyası ölkələrinin daha da yaxınlaşması istiqamətində atılmış ən ciddi addımlardan biridir. Kitabda türk xalqları arasında salarlar sarı uyğurlarla bir qrupda təsnifləşdirilir və müvafiq olaraq Qarluq qrupunun (türk dilinin Cənub-Qərb qolunun) Şərq yarımqrupuna aid edilirlər. Türkmənistanda isə salarlar digər türksoylu etnik birliklərlə bərabər Çin türkmənləri adlandırılırlar.

Çin Xalq Respublikasının "Xunhua Salar Muxtar bölgəsi'' və ətraf vilayətlərdə yaşayan salarlar əksər türkoloji tədqiqatlarda sarı uyğurlarla bərabər təsnif olunurlar. Qeyd etməliyik ki, Çində rəsmi olaraq tanınan 56 etnik qrupdan 7-si türk əsillidir. Bunlar uyğur, qazax, tatar, sarı uyğur, salar, qırğız və özbək türkləridir. Göründüyü kimi salarlar və sarı uyğurlar (bəzən yuğurlar adlandırılırlar) ayrı-ayrı türk etnik qrupları kimi tanınmışdır. Bu 7 türk toplumundan yalnız salarlar oğuz dil qrupuna aid edilir. Salarların ayrıca qrup olaraq təsnif edildiyi azsaylı mənbələrdən biri kimi Türkiyə Dəyanət Vakfının nəşr etdiyi "İslam Ensiklopediyası''nı qeyd etmək olar. Bu ensiklopediyada salar dili ayrıca dil olaraq qeyd edilib və sarı uyğurlarla dilin xüsusiyyətlərinə görə kifayət qədər fərqliliklərin olması göstərilib. Say baxımından da salarlar daha çoxsaylıdırlar. Belə ki, 2010-cu ildə Çində əhalinin siyahıya alınması məlumatlarına əsasən salarların sayları 130 min nəfər, sarı uyğurlar isə 14 400 nəfər olaraq qeydə alınmışdır. Bundan başqa hər ikisi antropoloji cəhətdən monqoloid irqinə mənsub olan sarı uyğurlar buddizmə, salarlar isə İslam dini inancına sahib olduqlarına görə müəyyən fərqliliklər nəzərə çarpır.

Ümumilikdə Türk dilləri ailəsinin təsnifatında coğrafi prinsip əsasında yanaşmanın ən yaxşı nümunələrindən birini Rusiyalı alim, məşhur türkoloq Nikolay Baskakov (1905-1995) vermişdir. Onun təsnifatında türk dilləri Qərbi və Şərqi Hun qoluna ayrılmaqla iki qrupa ayrılır. Şərqi Hun qolu özü 2 altqrupa bölünür ki, bunlardan da biri "uyğur-oğuz'' alt qrupudur. N.Baskakov sarı uyğur dilini (müvafiq olaraq salar dilini) bu alt-qrupa aid etmişdir və fikrimizcə, bu yanaşmanı ən dolğun təsnifatlardan biri hesab etmək olar. Ümumilikdə Oğuz qolunun daha çox Qərb türklərini əhatə etdiyini nəzərə alsaq, coğrafi cəhətdən Şərqdə - Çində yaşayan türkdilli etnosun bu qrupa aid edilməsi azsaylı nümunələrdəndir. Qeyd etməliyik ki, 1970-ci ildə ərəb əlifbasından latın əlifbasına keçid edən salar dilinin xüsusiyyətlərinin öyrənilməsi dilçi alimlərin imkanlarını daha da asanlaşdırır. Salar dili lüğət tərkibi və morfoloji xüsusiyyətlərinə görə Azərbaycan türkcəsi ilə yaxınlığı ilə seçilir.

Tarixi ekskurs edəndə salar adı ilə bağlı bir neçə məqamı qeyd etmək lazımdır. Bu mənada ilk ağla gələn orta əsrlərdə mövcud olmuş Salarilər dövlətidir. 919-1062-ci illərdə Azərbaycan torpaqlarının daxil olduğu Salarilər dövlətinin salar türk tayfaları ilə əlaqəsinin olub-olmaması maraq doğurur. Məlum olduğu kimi, Salarilər dövlətində hakim sülalə türk mənşəli olmadığından bu əlaqə sadəcə fonetik oxşarlıqdan uzağa getmir.

Tarixi mənbələrdə salur (yaxud salar) adınatürk dilləri haqqında ilk ensiklopedik mənbə olan Mahmud Kaşğarlının "Divanü lüğət-it-türk'' əsərində rast gəlinir. Əsərdə oğuz tayfalarının arasında salğur və ya salur adı oğuz türklərinin adı çəkilmişdir. Bundan başqa oğuz tayfalarının həyatını əks etdirən "Dədə Qorqud'' dastanında Salur Qazan xandan bəhs olunur. 24 oğuz boyundan biri olan salurlar ilə hazırkı salar türkləri  arasında əlaqənin tədqiqatçılar tərəfindən araşdırırlmasına ehtiyac vardır.

Beləliklə, Azərbaycan türkcəsi ilə eyni dil qrupunda olan salarlarla bağlı qısa bir araşdırma onu deməyə əsas verir ki, 1000 ildən çox bir tarixi dövrdə coğrafi cəhətdən digər Oğuz qrupu təmsilçilərindən tam ayrı və qarşılıqlı əlaqə olmadan yaşamalarına baxmayaraq salarlar dil xüsusiyyətlərinə görə xüsusi bir fərqlilik daşımırlar. Bu mənada Dədə Qorqud dastanındakı "iç Oğuz'' və "dış Oğuz'' anlayışlarını da bu aspektdən qiymətləndirmək olar. Bu isə bir daha bütün Avrasiya coğrafiyası boyu "Böyük Çöl'' və ya "Bozqır'' landşaftı daxilində türklərin gəlmə olmadığına dəlalət edir. Belə ki, Altayda, Çində, Kiçik Asiyada yaxud Qafqazda yaşayan müxtəlif Oğuz tayfalarınıntarixi zaman kəsiyində həm Şərqdən-Qərbə, həm də Qərbdən-Şərqə ayrı-ayrı vaxtlarda axınları olmuşdur. Ancaq hər iki halda Bozqırın həm Şərqində, həm də Qərbində daimi yaşayan və bu axınlarda iştirak etməyən oğuz tayfaları da olmuşdur və salarları da onlardan biri hesab etmək olar.

Yekunda mövzunun daha geniş anlamda davamı olaraq bir digər məqama da diqqət çəkmək istərdim. Fikrimizcə, geniş auditoriya üçün ümumilikdə türk xalqları ilə bağlı kütləvi ensiklopedik nəşrin ortaya çıxmasına zərurət vardır. Doğrudur türkdilli ölkələrin hər birində bu istiqamətdə çoxsaylı tədqiqat və nəşrlər vardır. Bu mənada Astanada yerləşən Beynəlxalq Türk Akademiyası tərəfindən ümumi türk irsinin öyrənilməsi və kütləvi nəşrlərdə təbliğatı ilə bağlı aparılan işlər xüsusi əhəmiyyət daşıyır. Bundan əlavə geniş ictimaiyyətin məlumatlandırılması və aparılan tədqiqatların sistemləşdirilməsi baxımından elektron informasiya resurslarının yaradılması istiqamətində də müəyyən təşəbbüslər vardır. Bu baxımdan Azərbaycan Respublikasının Prezident Kitabxanası tərəfindən "Türk xalqlarının kitab abidələri. Elektron kitabxana'' (turklib.az) adlı elektron resursun yaradılması da təqdirəlayiq addımdır. Bununla belə universal tipli "Türk Ensiklopediyası''nın ərsəyə gəlməsi olduqca əlamətdar bir addım olardı. Məlumdur ki, dünyada universal tipli "Britannika Ensiklopediyası'', "Çin Ensiklopediyası'', "Yəhudi Ensiklopediyası'', "İslam Dünyası Ensiklopediyası'' və digər bu kimi nəşrlər ən çox müraciət və istinad edilən mənbə hesab olunurlar. Qeyd olunanları nəzərə alaraq ayrı-ayrı tədqiqatçıların təsnifatında fərqli təsnif edilən Türk dil ailəsinə vahid sistemli yanaşmanın ortaya qoyulması baxımından belə bir ensiklopediyanın hazırlanması elmi dairələr və eləcə də geniş oxucu auditoriyası üçün olduqca faydalı olar.

Ərəstü Həbibbəyli

iqtisadiyyat üzrə fəlsəfə doktoru


Etiket:

Strategiya.az

Xəbərlər
03.08.2020

Naxçıvan Qarnizonu Qoşunlarında yeni tədris dövrü başlayıb

03.08.2020

Regionlara gediş-gəlişin açılması məsələsi müzakirə olunur

03.08.2020

Operativ Qərargah karantin rejiminin yumşaldılması ilə bağlı QƏRAR verdi

03.08.2020

Ermənistan tərəfindən Azərbaycan Müdafiə Nazirliyinin adına saxta "Twitter" hesabı açılıb

03.08.2020

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

03.08.2020

Yoluxanların ümumi sayı 17 660 523, ölənlərin isə 680 894 nəfərə çatıb

02.08.2020

Müdafiə Nazirliyi: General-mayor Polad Həşimov döyüşdüyü səngərdə şəhid olub

02.08.2020

AZAL Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi çarter reysi yerinə yetirəcək

02.08.2020

Avqustun 2-si Azərbaycan Kinosu Günüdür

02.08.2020

Gəncədə evdə gizli nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb

02.08.2020

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

01.08.2020

Naxçıvanda Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı təlimlər keçirilir

01.08.2020

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin siqnal nüsxəsi çapdan çıxıb

01.08.2020

Yer Elmləri Bölməsində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı müzakirələr aparılıb

01.08.2020

Paytaxtda koronavirusa yoluxma halları daha çox Binəqədi, Xətai və Sabunçu rayonlarında qeydə alınıb

01.08.2020

Azərbaycan neftinin qiyməti bahalaşır

01.08.2020

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

01.08.2020

1 Avqust - Azərbaycan Əlifbası Günüdür

01.08.2020

“Lenta.ru”: Məsələnin kökü Amerikaya gedib çıxır

31.07.2020

Prezident İlham Əliyev Həsən Ruhaniyə telefonla zəng edib

31.07.2020

Paytaxt sakinlərinin diqqətinə - Sabah küçəyə çıxmaq tövsiyə olunmur

31.07.2020

Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Qurban bayramı münasibətilə paylaşım edilib

30.07.2020

Azərbaycan Prezidenti: Başqa ölkələrin torpağında bizim gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik

30.07.2020

Azərbaycan Prezidenti: Sorosun tör-töküntüləri KTMT-nin müttəfiqləri ola bilməz

30.07.2020

DTX casusluq formasında dövlətə xəyanət edən ər-arvadı həbs etdi

30.07.2020

Prezident İlham Əliyev general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün tapşırıq verib

30.07.2020

Qəbələdə 10 ədəd subartezian quyusu qazılacaq - SƏRƏNCAM

30.07.2020

Prezident İlham Əliyev Qəbələdə quraşdırılan modul tipli xəstəxanada yaradılan şəraitlə tanış olub

30.07.2020

Prezident İlham Əliyev Şəkidə modul tipli xəstəxanada yaradılan şəraitlə tanış olub

30.07.2020

Elman Rüstəmov: Azərbaycanın strateji valyuta ehtiyatları 51,7 milyard dollardır

30.07.2020

Bakıda ən az yoluxma bu rayondadır

30.07.2020

İqlim dəyişmələri fonunda su ehtiyatlarının azalması sürətlənir

30.07.2020

Polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən fasiləsiz, gücləndirilmiş nəzarət-profilaktik tədbirlər paytaxtın bütün rayonlarını əhatə edir

29.07.2020

Bəyimxanım Vəliyevadan möhtəşəm ifa - VİDEO

29.07.2020

Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi

29.07.2020

Bakı Dövlət Universitetində bu il səkkiz yeni ixtisas açılıb

29.07.2020

Azərbaycanda daha 363 nəfər koronavirusa yoluxdu, 622 nəfər sağaldı, 8 nəfər öldü

29.07.2020

Ermənistanda koronavirusdan ölənlərin sayı 723-ə çatıb

29.07.2020

Prezident İlham Əliyev İsmayıllıda modul tipli xəstəxananın açılışında iştirak edib 

29.07.2020

Prezident İlham Əliyev Qobustanda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışında iştirak edib

29.07.2020

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı son məlumatı açıqladı

29.07.2020

Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflər hazırlanacaq

29.07.2020

İyulun 29-da xarici valyutaların manata qarşı məzənnələri

29.07.2020

Azərbaycanda bir kənddə onlarla insan koronavirusa yoluxdu

29.07.2020

Uçuşlar bərpa olunur?

29.07.2020

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

28.07.2020

XİN: Azərbaycan - Türkiyə birgə hərbi təlimləri regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir

28.07.2020

Prezident İlham Əliyev İstanbula yeni baş konsul təyin edib - Sərəncam

28.07.2020

Ermənistanın hərbi təxribatının geosiyasi tərəfləri

28.07.2020

İyulun 28-də xarici valyutaların manata qarşı məzənnələri