Kaspi Abituriyent hazırlığı kursları növbəti tədris ilinə necə hazırlaşır?Müsahibə

12:13 / 08.08.2020

  
"Elmlər” filialının müdiri Rəsul Ağayev bu istiqamətdə aparılan hazırlıqlardan danışıb
 
Kaspi Abituriyent hazırlığı xidməti Kaspi Təhsil Şirkətinin ölkə vətəndaşlarına təqdim etdiyi təhsil xidmətlərindən biridir. Bu xidmət özündə abituriyentlərinin buraxılış imtahanı və ali təhsil müəssisələrinə qəbul imtahanına hazırlığı üzrə fəaliyyətləri ehtiva edir. Hazırda bütün dünyada və ölkəmizdə yaşanan pandemiya şəraiti abituriyent kurslarının fəaliyyətinə də təsirsiz ötüşməyib. Müsahibimiz Kaspi Təhsil Şirkətinin "Elmlər” filialının müdiri Rəsul Ağayevdir.
 
- Rəsul müəllim, Kaspi Abituriyent hazırlığı kursları pandemiya müddətində tədris prosesinə, dəyişikliklərə necə adaptasiya oluna bildi?
- Mart ayından etibarən yaşadığımız pandemiya şəraitinə gözlənilmədən, hazırlıqsız yaxalandığımıza baxmayaraq, biz Kaspi Abituriyent hazırlığı kursları olaraq, çox çevik davranaraq, tədris prosesinin kəsilməzliyinə nail olmaq üçün distant-online təhsilin bütün mümkün imkanlardan vaxtında və uyğun şəkildə istifadə edə bildik. İstər Kaspi liseylərində, istər Kaspi Abituriyent hazırlığı kurslarında valideyn və şagirdlər üçün ünsiyyət-əlaqə qrupları və nəzarət komandaları yaradıldı, tədris prosesi qaldığı yerdən davam etdirildi. İyunun 15-də Azərbaycan və rus bölmələrinin 5-8-ci sinif şagirdlərinin fənlər üzrə hazırlığı və 9-10-cu sinif şagirdlərinin abituriyent hazırlığı üzrə fəaliyyətimiz uğurla yekunlaşdı. Hazırda 11-ci sinif şagirdləri və ötən ilki məzunların qəbul imtahanına hazırlığı üzrə fəaliyyətimiz davam edir. Dərslər DİM tərəfindən müəyyənləşdirilən imtahan tarixlərinə qədər keçiriləcəkdir. Biz əvvəlki illərdə olduğu kimi, yenə də bütün abituriyentlərimizə hazırlıq prosesinin sonuna qədər inzibati və müəllim heyəti olaraq, daim dəstək verəcək və yardımçı olacağıq. 
 
- Distant-online təhsilə bağlı hansı işlər görə bilmisiniz?
- Bütün heyətimiz distant-online təhsillə bağlı işlərin lazımi şəkildə icra olunması üçün əlindən gələni edib. Bu günə qədər "Kaspi Online TV” və "Kaspi Distant” youtube kanallarında müəllimlərimiz tərəfində çəkilən 10 000-dən çox videodərs ictimaiyyətin istifadəsinə ödənişsiz olaraq verilib. Distant-online təhsilin keyfiyyətinin ölçülməsi, şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün hazırlanmış ayrıca vebsayt – kaspitest.com saytı istifadəyə verilib. Burada öncə abituriyentlər qeydiyyatdan keçir və özlərinə şəxsi kabinet yaradır. Sistemdə aktivləşmə olandan sonra imtahanda iştirak edirlər. Saytda Dövlət İmtahan Mərkəzinin (DİM) standartlarına uyğun yeni tipli suallara seçimli, yazılı və şəkil formatında cavab vermək mümkündür, imtahan müddətində abituriyentlərin çətinlik çəkdiyi suallara daha sonra cavab verə bilmə imkanı da var. Abituriyentin yazdığı cavablar daim gözü qabağında olur, yazı tələb edən sualları meyarlarına uyğun qiymətləndirmək olur, nəticələr imtahan bitdikdən sonra dərhal çıxır və abituriyent öz imtahan tarixçəsini görə bilir. Bu sistem DİM tərəfindən istənilən formatda imtahan keçirilməsinə uyğunlaşdırıla bilər. İstənilən açıq və ya qapalı tipli suallar, yazı və dinləmə tələb edən tapşırıqlar və s. bu sistemdə asanlıqla yazıla bilir. Şagirdlərin bilik və bacarıqları istənilən imtahan formatında asanlıqla ölçülür. Artıq iyunun 28-i tarixində Azərbaycan və rus bölmələrinin 9-11-ci sinif şagirdləri və ötən ilki məzunlar üçün Fənn Blokları üzrə Ümumi Sınaq imtahanı, iyulun 6-sı tarixində Azərbaycan və rus bölmələrinin 2-8-ci sinif şagirdləri üçün orta məktəbdə keçdikləri başlıca fənlər üzrə sınaq imtahanı və iyulun 16-sı tarixində isə Azərbaycan və rus bölmələrinin 7-10-cu sinif şagirdləri üçün Kaspi Abituriyent hazırlığı kurslarına qəbul imtahanı bu sayt üzərindən həyata keçirilib. Ümumilikdə kaspitest.com platforması gələcəkdə şagirdlərin evdən rahatlıqla imtahana qoşulması, nəticələrin dəqiq və tez bir zamanda müəyyən olunması, bilik və bacarıqlarla bağlı səhih məlumat əldə etmələri baxımından olduqca əhəmiyyətlidir. 
 
- Kaspi Abituriyent hazırlığı kurslarında təhsil alan abituriyentlərin builki nəticələri barədə nə deyə bilərsiniz?
- Bu il pandemiya ilə əlaqədar buraxılış və qəbul imtahanların tarixləri DİM tərəfindən dəqiq elan olunmayıb və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq bir neçə dəfə təxirə salınıb. Lakin artıq iyulun ayının sonu üçün bütün respublika ərazisində Buraxılış imtahanlarının keçirilməsi prosesi yekunlaşıb. Kaspi abituriyentləri də bu imtahanlarda iştirak edib və yüksək nəticələr göstərib. Belə ki, 300 mümkün baldan 290 bal toplayan yetirməmiz var. Eləcə də 200 baldan yuxarı nəticəli abituriyentlərimizin də sayı kifayət qədər çoxdur.  Bu, olduqca yaxşı göstəricidir. Bu nəticələr bir daha onu təsdiqləyir ki, bizim pandemiya dövründə tədris bağlı gördüyümüz işlər və atdığımız addımlar doğru olub. Hələ ixtisas qrupları üzrə qəbul imtahanları keçirilməyib. Ona görə də bizim abituriyent hazırlığımız bu sahədə distant-online formada davam edir. Belə ki, qəbul imtahanlarına hazırlıq prosesimiz imtahanlar keçirilənə qədər davam edəcəkdir. Müəllimlərimiz və abituriyentlərimiz əzmlə çalışırlar. Abituriyentlərimizə zehin açıqlığı, səbir və yüksək nəticələr arzulayırıq. Əminik ki, çəkilən zəhmət öz bəhrəsini mütləq verəcəkdir.
 
- Distant-online təhsil və ənənəvi - canlı təhsil arasında fərqli və oxşar cəhətlərlə bağlı nələri qeyd edərdiniz?
- Əlbəttə ki, ənənəvi-canlı təhsil özünü əsrlərdir ki, təsdiq edib və onun hər hansı bir digər forma ilə tamamilə əvəz olunması əsla mümkün deyil. Digər forma və vasitələr sadəcə ənənəvi təhsilə dəstək, onun məzmun və mahiyyətini zənginləşdirmək məqsədilə əlavə oluna bilər. Canlı təhsil ilk növbədə insanın sosiallaşmasını, canlı ünsiyyəti, sinifdə şagirdlərə real nəzarət etmə və biliyin real ölçmə-qiymətləndirmə imkanını, təcrübə və biliyin tətbiqi şəraitini və s. kimi çox əhəmiyyətli məsələləri özündə birləşdirir. Lakin cəmiyyətimizin və texnologiyanın inkişafı təhsilin də yeni formalarının və üsullarının yaranmasına gətirib çıxarır. Distant-online təhsil gələcəkdə vacib bir təhsil xidməti olacaq. Burada tədrisin asinxron şəkildə (şagirdin müstəqil çalışması yolu ilə) və sinxron şəkildə (şagirdin müəllimlə online dərs keçməsi şəkilində) həyata keçirilməsi nəzərdə tutulur. Distant-online təhsilin həyata keçirilməsi üçün tədrisin bütün tərəflərini – davamiyyət, nizam-intizam, dərs prosesi, müəllim və şagird fəaliyyətinə nəzarət, valideynlə əməkdaşlıq və s. kimi vacib məqamlara, ümumilikdə tədris prosesinə ciddi nəzarət və rəhbərliyi özündə birləşdirən Tədris Platformasının olması lazımdır. Bu gün bu sahə ciddi boşluqlar var və hazırkı distant-online təhsil forması əslində bununla bağlı ictimaiyyətdə çox yanlış təsəvvürlər yaradıb. Distant-online təhsilin məzmunu və həyata keçirilməsi üsul və formaları ilə bağlı Kaspi Təhsil Şirkəti mütəxəssisləri tərəfindən araşdırmalarımız davam edir. Bu sahə də mövcud olan təcrübə və platformalar öyrənilir. Ölkəmiz üçün məqbul hesab etdiyimiz Milli Platformamız üzərində işlər davam edir. Növbəti tədris ilində Kaspi Təhsil Şirkəti valideyn və şagirdlərə öz yeni məzmununu təqdim edəcəkdir.
 
- Rəsul müəllim, sizcə, növbəti tədris ilində dərslər hansı formada təşkil oluna bilər?
- Əslində bu sualın cavabı hamımız üçün çox vacibdir və hər bir ölkə vətəndaşı sentyabr ayında dərslərin yenidən, əvvəlki qaydada başlamasını böyük ümidlə gözləyir. Burada əlbəttə ki, Operativ Qərargahın və Təhsil Nazirliyinin qəbul etdiyi qərarlar həlledici olacaq. Hazırda Operativ Qərargah tərəfindən həyata keçirilən tədbirlər respublikada pandemiyanın yayılmasının qarşısını almağa, insanların virusa yoluxma hallarının sayını azaltmağa yönəlib. Eyni zamanda Təhsil Nazirliyinin müvafiq strukturları da növbəti tədris ili ilə bağlı hazırlıq işləri həyata keçirirlər. İndiki şəraitdə hesab edirəm ki, təhsilin aşağıdakı formaları üzrə modellər və qaydalar işlənib hazırlanmalıdır:


1)  Ənənəvi-canlı təhsil forması – cari pandemiya şəraitində, təhsilin bu forma üzrə davam etdirilməsi üçün ilk növbədə ciddi prosedur qaydalar işlənib hazırlanmalıdır. Çünki insanlarımızın sağlamlığını diqqət mərkəzində saxlamalıyıq. Bu qaydalara təhsil müəssisələri, valideynlər və ºagirdlər çox ciddi ºəkildə riayət etməlidirlər. Müəyyən olunmuº həmin qaydalar əsasında təhsil müəssisələrinin fəaliyyəti tədricən əvvəlki axarına qayıdacaqdır.


2)  Hibrid təhsil forması – burada yenə də ənənəvi-canlı təhsil forması üstünlük təşkil edir. Lakin distant-online təhsil resurslarından və İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) imkanlarından da istifadə olunur. Həmin imkanlara elektron tədris materialları, video dərslər, online imtahanlar və s. kimi yardımçı - şagirdin bilik və bacarıqla qazanmasına dəstək olan vasitələr aiddir.


3)  Distant-online təhsil forması – artıq tədrisin tam olaraq distant-online şəkildə təşkilini nəzərdə tutur. Az öncə qeyd etdiyim kimi, bu formanın təşkili və tətbiqi ilə bağlı tədris prosesinə ciddi nəzarət və rəhbərliyi özündə birləşdirən Tədris Platformasının olması lazımdır.


Son iki təhsil formasının həyata keçirilməsi zamanı istər təhsil müəssisəsi, istərsə də valideyn və şagird baxımından texniki-texnoloji və internet təminatı olduqca vacib şərt olacaq. Bununla bağlı, həm təhsil müəssisələrinin inzibati və pedaqoji heyəti, həm də valideyn və şagirdlər öncədən məlumatlandırılmalı və müvafiq şəkildə maarifləndirilməlidir. Onu da qeyd edim ki, növbəti tədris ilində dərslərin ənənəvi-canlı və ya distant-online olaraq keçilməsindən asılı olmayaraq, distant-online təhsil artıq Kaspi Təhsil Şirkətinin ictimaiyyətə təqdim edəcəyi yeni bir məzmun olacaq. Bu, eyni zamanda şagirdlərin ənənəvi-canlı formada aldıqları təhsilə də məzmun baxımından, bir dəstək platforması kimi nəzərdən keçirilir. 
 
- Valideyn və şagirdlərə niyə Kaspi Abituriyent hazırlığı kurslarını seçmələri ilə bağlı hansı vacib məqamları vurğulamaq istərdiniz?
- İlk növbədə onu qeyd etmək istərdim ki, Kaspi Təhsil Şirkətinin təqdim etdiyi təhsil xidmətlərindən biri olan Kaspi Abituriyent hazırlığı xidməti 2008-ci ildən etibarən fəaliyyət göstərir. Bu isə o deməkdir ki, biz bu sahədə böyük bir təcrübə qazanmışıq. Bu təcrübəmizi hər növbəti il daha da artırır və zənginləşdiririk. Kaspi Abituriyent hazırlığı kurslarında tədris prosesinin bütün tərəflərini nəzarətdə saxlayan, müəllim-valideyn-şagird əməkdaşlığını koordinasiya edən qayğıkeş işçi heyəti və abituriyent hazırlığı sahəsində peşəkar müəllim heyəti, ümumilikdə bir komanda fəaliyyəti vardır ki, məqsəd abituriyent nəticəsinə müsbət təsir göstərmək və inkişafına nail olmaqdır. Eləcə də dərslər effektiv tədris proqramı üzrə ardıcıllıqla, sadədən mürəkkəbə doğru tədris olunur. Abituriyentlərin bilik və bacarıqları mütəmadi olaraq sınaq imtahanları vasitəsilə qiymətləndirilir və onların buraxılış və qəbul imtahanlarına hazırlıq vəziyyətləri səhih şəkildə müəyyən olunur. Kaspi nəşrləri – test topluları və dərs vəsaitləri biliyin abituriyentlər tərəfindən mənimsənilməsi və möhkəmləndirilməsinə bir başa dəstək olur. Abituriyentlər üçün imtahana psixoloji hazırlığı da özündə ehtiva edən hərtərəfli təkrarlama proqramı da mövcuddur. Eləcə də bir sıra sosial fəaliyyətlər – bilik yarışları, turnirlər və s. abituriyentlərin maraqlarına uyğun şəkildə həyata keçirilir. Tədris prosesinin vacib iştirakçılarından olan valideynlərlə əməkdaşlığa, valideynlərin övladları barədə, onların dərs fəaliyyəti, nəticələri və s. ilə bağlı vaxtında və ətraflı məlumatlandırılmasına, abituriyentin nailiyyətlərinə müsbət təsir edəcək qərarların birlikdə qəbul olunmasına, valideynlərə və abituriyentlərə psixoloji dəstək verilməsinə fəaliyyətimizdə xüsusi diqqət yetiririk. Bütün bu görülən işlərin məntiqi nəticəsi olaraq, Kaspi məzunlarının ali təhsil müəssisələrinə Qəbul imtahanlarında yüksək ballar toplamasını qeyd etmək istərdim. Belə ki, indiyə qədər 5000-dən çox məzunumuz ölkəmizin nüfuzlu universitetlərinə qəbul olunub, 2017-ci və 2018-ci illərdə iki dəfə 700 bal maksimum nəticə göstərilib, 2019-cu ildə Kaspi məzunu Respublika 1-cisi olub, Prezident təqaüdçülərimiz var. Kaspi Abituriyent hazırlığı kurslarına keçirilən qəbul imtahanlarında iştirak edərək, abituriyentlər topladıqları ballara uyğun olaraq, müxtəlif güzəşt və endirimlərdən yararlana, hətta ödənişsiz təhsil almaq imkanını da qazana bilərlər. 
  
- Rəsul müəllim, sonda Kaspi Abituriyent hazırlığı kurslarına qeydiyyatla bağlı valideyn və abituriyentlərə nə deyərdiniz?
- İlk olaraq onu qeyd edim ki, Kaspi Abituriyent hazırlığı kursları Bakı şəhərində Elmlər, Əhmədli, Nərimanov, Xətai və Bayıl filiallarında, Sumqayıt və Gəncə şəhərlərindəki Kaspi filiallarında və eləcə regionlardakı Kaspi nümayəndəliklərində mövcuddur. Kaspi Abituriyent əsas fəaliyyət istiqamətlərinə daxildir:


- Kurslarımızda Azərbaycan və rus bölmələri üzrə 5-ci, 6-cı, 7-cı və 8-cı sinif şagirdlərinin 3 fənn üzrə - Azərbaycan (rus) dili, riyaziyyat və xarici dil (İngilis dili) fənləri üzrə hazırlığı təşkil olunur. 


- Azərbaycan və rus bölmələri üzrə 9-cu, 10-cu, 11-ci sinif şagirdlərinin və ötən ilki məzunların buraxılış imtahanlarına və ali təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlığı prosesi təşkil olunur.


- Rus bölməsi abituriyentlərinin dövlət dili imtahanı olaraq, Azərbaycan dili fənni üzrə hazırlığı həyata keçirilir.


- Eləcə də Müəllimlərin İşə Qəbulu (MİQ) və Sertifikasiya imtahanlarına hazırlıq kursları da mövcuddur.


Hal-hazırda filiallarımız online şəkildə fəaliyyət göstərir. Abituriyentlər kaspi.edu.az saytına daxil olub, Online qeydiyyatdan keçə bilər. Lazımi məlumatları daxil etdikdən sonra, sizinlə əlaqə saxlanılacaqdır. Eyni zamanda, filiallarımızın əlaqə nömrələrinə zəng vurub, valideynlər və abituriyentlər onları maraqlandıran suallara ətraflı cavab ala biləcəklər.//Kaspi.az
 
Kamran 


Etiket:

Strategiya.az

Xəbərlər
28.09.2020

Komendant saatında KİV nümayəndələrinin hərəkətinə icazə veriləcək

28.09.2020

Nazirlikdən xəbərdarlıq

28.09.2020

Bakı Metropoliteni adi rejimdə fəaliyyət göstərəcək

28.09.2020

Ermənistanın hərbi komandanlığı öz əsgərlərinə qarşı silah tətbiq edilməsi əmrini verib - Vaqif Dərgahlı

28.09.2020

Kimlərin səfərbərliyə cəlb olunacağı açıqlandı - Rəsmi

28.09.2020

Düşmənin daha iki tankı məhv edilib - MN

28.09.2020

Düşmən atəş nəticəsində Ağdam sakini həlak olub

28.09.2020

Heydər Əliyev Aeroportu fəaliyyətini məhdudlaşdırıb

28.09.2020

Anar Eyvazov: Ermənistan ordusu ciddi itkilərə məruz qalıb

28.09.2020

Vilayət Eyvazov komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin edildi - Sərəncam

27.09.2020

Anar Eyvazov: Ermənistan hərbi birləşməsinin komandanlığına təslim olmaq təklif edilib

27.09.2020

Hərbi vəziyyət elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

27.09.2020

Milli Məclis bəzi şəhər və rayonlarda hərbi vəziyyətin tətbiq edilməsi barədə qərar qəbul edib 

27.09.2020

Müdafiə Nazirliyi: Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub

27.09.2020

Ermənistan hərbi birləşməsinin komandanlığına təslim olmaq barədə təklif edilib

27.09.2020

Zakir Həsənov cəbhədə baş verən düşmən təxribatının detallarından danışıb

27.09.2020

Səfərbərlik Xidməti: Ölkədə yaşayan azsaylı xalqların məcburi qaydada cəbhə bölgəsinə göndərilməsi yalandır

27.09.2020

Prezident İlham Əliyev: Azərbaycan vətəndaşları cəsarət göstərirlər, hər kəs öz yerindədir, ordumuza hər an dəstək verməyə hazırdırlar

27.09.2020

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng etdi

27.09.2020

Zakir Həsənov: Düşmənin ön xətti yarılıb, 7 kənd işğaldan azad olunub

27.09.2020

Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb

27.09.2020

Prezident İlham Əliyev: Ermənistan öz cəzasını alıb və alacaq

27.09.2020

Anar Eyvazov: Ermənistan tərəfinin çoxlu sayda canlı qüvvə itkisi var

27.09.2020

MN: İşğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparırlar

27.09.2020

MN: Bütün cəbhə boyu şiddətli döyüşlər gedir

27.09.2020

Prezident İlham Əliyev: Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir

27.09.2020

Türkiyə Prezidenti Administrasiyası: Bölgədə sabitliyin pozulmasına görə Ermənistan məsuliyyət daşıyır

27.09.2020

MN: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur

27.09.2020

Müdafiə Nazirliyi: Ermənistan tərəfinin guya Azərbaycan Ordusuna məxsus 3 tank, 2 helikopter və 3 PUA-nın vurulması barədə yaydığı məlumat yalandır və dezinformasiyadır

27.09.2020

Müdafiə Nazirliyi cəbhdəki son vəziyyətlə bağlı məlumat yaydı

27.09.2020

Erməni təxribatının qarşısını almaq üçün ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb

27.09.2020

MN: Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb

27.09.2020

MN: Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır

27.09.2020

Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu genişmiqyaslı təxribat törədib

26.09.2020

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə yeni mətbuat katibi təyin olunub

26.09.2020

10 şagirddə koronavirus aşkarlandı

26.09.2020

AZƏRBAYCANIN "HÜCÜM MODELİ" DİPLOMATİYASI VƏ ONUN TƏTBİQİ MEXANİZMLƏRİ

26.09.2020

Baş Prokuror və Hərbi Prokuror cəbhəboyu hərbi hissələrdə olublar 

26.09.2020

Birjalarda neftin qiyməti

26.09.2020

Bu yolda hərəkət məhdudlaşdırılır

26.09.2020

Ermənistan iriçaplı pulemyotlardan və snayper tüfənglərindən atəşkəsi 48 dəfə pozub

25.09.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

25.09.2020

İqtisadiyyat naziri Mikayıl Cabbarov Gəncədə sənaye müəssisələrinin fəaliyyəti ilə tanış olub (FOTO)

25.09.2020

Azərbaycanda 101 nəfər koronavirusa yoluxdu, 137 nəfər sağaldı, 2 nəfər vəfat etdi

25.09.2020

Azərbaycan Prezidenti: Ermənistan müharibəyə hazırlaşır

25.09.2020

Koronavirusla mübarizə aparan tibb işçiləri və könüllülərə iyul üzrə 359 min manat ödənilib

25.09.2020

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

25.09.2020

Prezident İlham Əliyev: Ermənistanda faktiki olaraq diktatura qurulub

24.09.2020

BDU Fransa Lyon Universiteti ilə birgə ikili diplom proqramını həyata keçirəcək

24.09.2020

Ali məktəblərə dövlət sifarişi üzrə yerlərin sayı artırılıb