Beyrutdakı partlayışların Bakıdakı əks-sədası

14:34 / 10.08.2020

( Siz  xeyirxahlıq etmək istəməyəndə şər törətmirsiniz, sadəcə vaxtınızı boş yerə itirir və zamanı ləngidirsiniz. Cubran Xəlil Cubran)

Livanın paytaxtı Beyrutda güclü partlayışlar baş verməsi, dünyanın müxtəlif dövlətlərinin, o cümlədən Azərbaycan və Türkiyənin faciənin zərərdidələrinə yardım etməsi, ardınca isə başlamış iğtişaşlar Azərbaycan ictimaiyyəti tərəfindən də diqqətlə izlənir. Ona görə ki,

a)   burda böyük və nüfuzlu erməni icması yaşaması, hakimiyyətin guya onların nəzarətində olması və Livanın bütövlükdə anti-türk,  anti-azərbaycan mövqeyində durması haqda müəyyən qədər şişirdilmiş , təhrif edilmiş təsəvvürlər var;

b)   Azərbaycanın “belə bir”  ölkəyə, həm də  pandemiyanın doğurduğu maliyyə sıxıntıları gözlənilən indiki vəziyyətdə 1milyon dollarlıq yardım ayırması yanlış hesab olunur;

c)     Livanda başlamış kortəbii etiraz dalğası yeni “ərəb baharı”nın başlanğıcı əlamətləri daşıdığından həmişəki kimi bu aksiyalarla Azərbaycan reallıqları arasında uğursuz paralellər aparılır;

d)   İran, Avropa İttifaqı, ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, Rusiya və Türkiyə Livanda maraqlı tərəfdirlər, Azərbaycanda ənənəvi olaraq bu ölkələrin təmsil etdiyi fərqli geosiyasi qütblərə  ifrat rəğbət bəsləyən kəsimlər var və onlar Livan mövzusunu diqqətdə saxlayaraq əks qütbləri suçlamaqda davam edirlər və s.

Həqiqətə gəlincə, Livanda, əlbəttə ki, böyük erməni icması var. 1930-cu ildən ermənilərin ikinci  böyük dini mərkəzi sayılan Kilikiya katolikosluğu Beyrutun 5 km-liyindəki Antalias qəsəbəsində yerləşir.

Livan-  6 milyon əhalisi  10 min kv. km ərazisi  olan   ərəbdilli ölkədir. Ölkə ənənəvi olaraq müxtəlif konfessiyaların arasında bölünmüş vəziyyətdədir (burda 17-yədək dini icma var). Bu durum yeni deyil,  Osmanlı hakimiyyəti də Beyrut vilayətinin indiki Livanı əhatə edən eyniadlı sancağında hakimiyyəti qorumaq üçün dəruzi (Azərbaycanda “druz” və ya “durzi”  kimi də tanınırlar-C.Q) konfessiyasına istinad edirdi. Sünni İslamının dayağı sayılan Osmanlı xəlifəsinin burda ortodoks İslamın bidətçi hesab etdiyi, Fatimilərdən qalma, hətta şiə məzhəblərinin çoxunun dindən xaric saydığı dəruziyyəyə istinad etməsinin səbəbi isə Şamın sünni əhalisinin uzun müddət Osmanlını deyil,  Qahirədəki Abbasi xəlifəsini qəbul etməsi, burda sünniliyin   şafii və hənbəli məzhəblərinin daha geniş yayılması, hənəfiliyin də Anadolu hənəfiliyindən fərqli olmasında idi. Ənənəvi olaraq əvvəl Konstantinopola, sonralar isə Avropaya (Fransaya) meyilli olan maroni(katolik kilsəsi ilə uniyada olan qədim Şərq Kilsəsi)  icmasına qarsı dəruzilərdən istifadə edilirdi. Yeri gəlmişkən, dəruzilərin lideri Valid Cumbulatın familiyası türk əsilli olduğu kimi türklər arasında yayılmış “Ecevit” familyasının da dəruzi mənşəli olduğu iddia edilir(dəruzlilərin elitasına “əcavid” deyilir).

Fransa mandatı altında olduğu illərdə həm fransızların dəstəyi, həm də indiki Livan ərazisində çoxluq sayıldıqları üçün(hərçənd ozamankı siyahıyaalmaların obyektivliyi şübhə doğurur) maronilər ölkənin əsas icması sayılıb. 1943-cü ildə xristianlar, sünnilər və şiələr arasında əldə edilmiş Milli pakta əsasən parlamentin 60-40 faizi nisbətdə xristianlardan formalaşırdı, prezident maroni icmasından, baş nazir sünni icmasından, parlamentin sədri isə şiə icmasından seçilir, ortodoks, melkit, erməni qriqorian, erməni-katolik, dəruzi icmaları parlamentdə və hökumətdə təmsilçilik hüququ əldə edirdilər.  Şiə və sünnilər böyük Suriyaya birləşmək cəhdlərindən imtina etməli idilər. Milli paktda adı keçən icmaların hər biri faktiki olaraq “dövlət içində dövlət” statusundadır və hansısa xarici gücə bağlıdır. Maroni və melkitlər Fransaya, ortodokslar Yunanıstan və 19-cu əsrdən etibarən həm də Rusiyaya (məsələn, məhcər ədəbiyyatının tanınmış nümayəndəsi, ortodoks Mixail Nueymə Rusiyada təhsil almışdı), erməni icmaları Fransa və Ermənistana, sünni icmaları əvvəllər Suriyaya, indi Səudiyyə Ərəbistanına, qismən də Türkiyəyə, şiə icması əvvəllər Suriyaya, indi İrana(bəzi ərəb nəşrləri isə  şiə “Hizbullah” hərəkatının Rusiyanın nəzarətinə düşdüyünü iddia edir(https://newspaper.annahar.com/article/341598-%D8%B5%D9%88%D8%A7%D8%B1 %D9%8A%D8%AE-%D9%86%D8%B5%D8%B1%D8%A7%D9%84%D9%84%D9%87-%D8%A8%D8%AD% D8%B1%D8%A7% D8%B3%D8%A9-%D8%A8%D9%88%D8%AA%D9%8A%D9%86 ) , dəruzilər əvvəllər Türkiyə, indi həm də İsrailə bağlıdırlar və s.

 Belə mürəkkəb, daim qarşıdurma, cəbhələşmə, ixtilaflar yaratmağa qabil siyasi sistemə rəğmən Livanı “Failed state”(uğursuz dövlət) də adlandırmaq olmur. Çünki  xaricdən gəlmə olsa da XVIII əsrin sonları XIX əsrdən etibarən Livan ideyası, hətta “Livan dili” yaratma cəhdləri olub, əhalinin özlərini arami və finikiyalı kimi tanıması üçün xüsusi livanlı kimliyi yaradılması təşəbbüslərinin   alınmadığını da demək çətindir.   Bununla yanaşı pansirizm (Şam və Mesapotomiya ölkələrini vahid böyük Suriyada birləşdirmək ideyası) və panərəbizm ideyalarını yayanların, ümumərəb təəssübkeşliyini önə qoyanların içərisində çoxsaylı livanlı( o cümlədən xristian mənşəli) olub və indi də var. Bu sırada adları azərbaycanlı oxucuya da yaxşı tanış olan Circi Zeydan, Cubran Xəlil Cubran, Əmin Məluf kimi müəllifləri xatırlatmaq yerinə düşərdi. Livan iqtisadi baxımdan  qonşularla müqayisədə kifayət qədər yaxşı inkişaf edib. Maliyyə,  turizm, əyləncə, inşaat,  mətbəə, aqrar və yeyinti sənayesi kimi sektorların gur inkişafına görə uzun illər bu ölkəni “Şərqin İsveçrəsi” də adlandırırdılar.

Ötən əsrin 50-70- cillərində xristian icmasında müşahidə olunan böyük mühacirət dalğası, müsəlman, xüsusən şiə əhalisi arasında yaşanan demoqrafik bum, siyahıyaalmalarda dəqiqləşdirmələr göstərdi ki,  müsəlmanlar ötən əsrin 70-ci illərində artıq çoxluq təşkil edir. Belə vəziyyətlə barışmayan müsılman icmasının dini azlığın hakimiyyətinə qarşı mübarizəsi 70-80-ci illərdə vətəndaş müharibəsi ilə yekunlaşdı. Sünni icmasının silahlı fələstinli qaçqınları öz ordusu kimi istifadə etməsinə seyrçi qalmayan İsrailin   hərbi müdaxiləsi ilə vətəndaş müharibəsi bitsə də, yaranmış yeni reallıqlar “Milli paktı” təzələməyi zəruri edirdi. Nəticədə parlamentin 60-40 nisbəti 50-50 nisbəti ilə əvəzləndi, maroni prezidentin səlahiyyətləri sünni baş nazirin xeyrinə azaldıldı. Fələstinli silahlılar və ölkədəki Suriya ordusu yeni nizamın qarantına çevrildi.

1956-cı ildən xristian prezidentin müraciətinə əsasən ölkədə ABŞ qoşunları da yerləşirdi. Yalnız şiə və dəruzi döyüşçülərin əməliyyatları amerikanları 1984-cü ildə Livandan təxliyə olmağa məcbur etmişdi. İcmaların demoqrafik göstəriciləri dəyişdikdən, “Milli pakt” yeniləndikdən, nəhayət, əvvəl sünni, sonra şiə icması ciddi silahlı faktora çevrildikdən sonra ölkəni “üç prezidentli respublika” adlandırırlar( ərəbcə prezident(rəis -ul-daulə), parlament sədri(rəis -ul-bərləman) və baş nazir(rəis-ul- vüzəra) titulları “rəis” sözü ilə ifadə olunur). Bu, sadəcə, söz oyunu deyil, acı reallıqdır, ölkənin üç “dövlət içində dövlət” arasında bölünməsini əks etdirir.

  Beləliklə, Livanın erməni prezidentləri olması haqda bizdə səslənın iddialar yanlışdır, bu ölkədəki qüvvələr nisbətinə, icmalar arası centlmen sazişinin ruhuna(Milli pakta) ziddir. O başqa məsələdir ki, erməni icmasının bu ölkədə nüfuzu var, çoxsaylı manevrləri ilə bəzən mühüm həlledici mövqeyə çıxa bilir. Parlament demokratiyasının xarakteri belədir: bəzən qalib partiya hökumət qurmaq üçün siyasi azlıqla bazarlaşmaya məcbur olur. Onları Livanda daimi siyasi azlıq olma təminatını isə Fransa verir. Livan parlamentində erməni deputatların sayı 22-dir.

ASALA-nın Livanda qurulması isə həqiqətdir, o, ölkədə vətəndaş savaşı getdiyi və  digər icmalar özlərinə silahlı dəstələr yaratdığı 1970-cı illərdə , təbii ki, Fransanın himayəsi ilə qurulub. ASALA-nın “Orli qrupu” isə bilavasitə Fransada yaradılıb, bütün teraktları da Fransada türklərə qarşı törədib. Yeri gəlmişkən, Livanın ermənilərin əlində olmasıhaqda bizdəki  əfsanəyə bənzər  siyasi mifologemlər Livanda da Azərbaycan haqda var. Bir tanışım Livanda 90-cı illərdə nəşr olunmuş , Rəsulzadədən Xoyskiyə qədər az qala bütün qurucu babalarımızı   yəhudi elan edən broşür göstərmişdi. Sonralar bu iddialara erməni KİV-lərində və Rusiyada mənzillənən separatçı “yeraltı” dərnəklərin nəşrlərində də rast gəldim. Elə son hadisələrdən sonra Azərbaycanda bəzilərinin yardımla bağlı apardıqları yanlış kampaniya ilə sinxron olaraq Livanda da bu yardımdan imtina edilməsi haqda dezinformasiyalar yayılmış, Livan hökuməti bu yalanları təkzib etməyə məcbur qalmışdı(www.shorouknews.com/news/view.aspx?cdate=07082020&id=4925e0fb-abf0-439d-8b91-4b1ad82b5ddc) . Eyni xətdir;bizdə digər Şərq xalqlarına qarşı hansı mərkəzlərdən qaynaqlanan təbliğat gedirsə, Şərq ölkələrində də bizə qarşı eyni mərkəzlər qara PR aparır.

 

Livan  niyə bizim üçün vacib ölkədir?

Bəs Azərbaycanın Livana 1 milyon yardım etməsi vacibdimi?. Suala birmənalı olaraq müsbət cavablandırılmalıdır.

·         Tovuz rayonunun Ermənistanla sərhədində toqquşmaların xarici mediada əks-sədasını araşdırmağa cəhd edilən yazıda da(www.aznews.az/news/editorsdesk/257827.html ) qeyd etmişdik ki, ərəb ictimai rəyində əleyhimizə meyillər baş qaldırıb, bunu önləmək üçün pozitiv rəylərin artmasına ehtiyac var. Sözügedən yardımla bağlı isə son günlər ərəb nəşrlərində 50-yə qədər pozitiv xəbər izlə bildik.

 

·         Prezident İlham Əliyev çıxışlarında tez-tez  Azərbaycanın sabitlik adası, sülh və əməkdaşlıq məkanı olduğunu vurğulayır. 2011-ci ildən ölkəmizdə Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) təsis edilib. Ölkəmiz aktiv  “böhran diplomatiyası” yürüdür. Yenə də dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan bu təşəbbüslərin sayəsində dünyada etibarlı, güvənilən ölkə kimi tanınır.  Livana dünyanın bütün ölkələri,hətta İsrail yardıma tələsir, belə vəziyyətdə Azərbaycanla normal münasibətləri olan, bir çox beynəlxalq platformalarda bizə dəstək vermiş ölkəyə qarşı laqeyd, etinasız münasibətimiz anlaşılmaz olardı.

 

·         Livanın dünyada çox güclü diasporu var. Bəzi məlumatlara görə, diaspordakı livanlıların sayı Livan vətəndaşlarının sayından 3 dəfə çoxdur. Latın Amerikası ölkələrində  bir neçə prezident,  ABŞ-da El Qorun məğlubiyyətini təmin etmiş    Ralf Nader kimi “oyunpozucu” marginallar, dünyanın müxtəlif ölkələrində tanınmış yazıçılar, jurnalistlər, çoxsaylı din, mədəniyyət və elm adamları var. Bu diaspor Latın Amerikasında o qədər nüfuzludur ki, Latın-ərəb sammitləri təşkil edə, bu sammitlərdə ümumərəb mənafelərini əks etdirən qərarlar qəbul etdirə bilir. Avropa  Parlamentində Fələstinin lehinə çıxarılan çoxsaylı qətnamələr də bu diasporun səyləri ilə mümkün olub. Maroni diasporun basqıları vaxtilə Suriyanı öz qoşunların Livandan çəkməyə məcbur etmişdi.  Yəni dünyanın ən güclü diaspor-lobbi qrupları ilə baş-başa gələcək gücdədir. İran və Türkiyə Şimali və Qərbi Afrikada öz təşəbbüslərinə dəstək üçün Livan diasporundan istifadə edir. Xüsusən sabiq xarici işlər naziri Afrika ölkələrinə səfərləri zamanı onlara “Osmanlı torunları” kimi xitab edirdi. Belə diaspordan istifadə etməyə təşəbbüs göstərilməməsi məntiqsiz olardı.  Güman etmək olar ki, Latın Amerikasında lehimizə sənədlərin qəbul edilməsində  Livan və Suriya əsilli diasporların da dəstəyi rol oynayıb.

 

Azərbaycanın yaxın siyasi, ticari, iqtisadi və ya hərbi tərəfdaşları olan  Avropa İttifaqı, ABŞ, İran, Türkiyə, İsrail, Səudiyyə Ərəbistanı və Rusiya  Livanda maraqlı tərəflərdir. Ərəb mediasının qeyd etdiyi kimi indi Türkiyənin maraqları Liviyadan başlayaraq Livanı, Suriyanı , körfəzi, Cənubi Qafqazı və orta Asiyanı əhatə edir(https://gulf365.co/world-news/8423018/%D9%81%D9%88%D8%B6%D9%89-%D8%A3%D8% B1%D8%AF%D9%88%D8%BA%D8%A7%D9%86-%D8%AA%D8%B2%D8%B9%D8%B2%D8%B9-%D8%A7%D9%84%D9%82%D9%88%D9%82%D8%A7%D8%B2-%D9%85%D9%86-%D8%A3% D8%A8%D9%88%D8%A7%D8%A8-%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9% 8A%D8%AC%D8%A7%D9%86.html). Partlayış baş vermiş Beyruta Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu   Fransa prezidenti Fransua Makronla eyni vaxtda səfər etdi. Makron Fransanın Livanın taleyinə biganə qalmayacağını, Livanda yeni siyasi islahatlara zərurət olduğunu bəyan etdi(https://tass.ru/mezhdunarodnaya-panorama/9141501). Bəzi müşahidəçilər bunu Fransanın “Milli paktı” təzələmək, hətta mandat rejimini bərpa cəhdi kimi qiymətləndirir, bununla bağlı petisiya imzalanması təşəbbüsləri də var.   Çavuşoğlu isə “bütün livanlıların yanında  olacağıq” deməklə yanaşı bütün türkmənlərə Türkiyə vətəndaşlığı verilə biləcəyini açıqladı. Bu, artıq icmalar vasitəsilə deyil, birbaşa vətəndaşlar vasitəsilə Livanda öz varlığı təsdiqləmək təşəbbüsüdür(www.haber7.com/guncel/haber/3002256-ben-turkmenim-diyen-herkese-verilecek-bakan-cavusoglu-lubnanda-duyurdu). MDB-dəki nümunələrdən keçmiş müstəmləkənin himayəyə alınması və keçmiş təbəələrə vətəndaşlıq verilməsindən sonra  hadisələrin bəzən gözlənilməz məcralara yönəldiyini bilirik.

·         Partlayışın portda baş verməsini bəzi müşahidəçilər yükdaşımaları, tranzit xətləri  uğrunda gizli mübarizənin təzahürü kimi dəyərləndirir. Yadınızdadırsa, Tovuz hadisələrindən sonra da bu versiya ən çox müzakirə olunan  versiya idi. 

 

·         Biz nə qədər yaxın buraxmasaq da, Livan öz multikultural mühiti, şiə icmasının çoxluğu ilə bizə yaxındır. 2010-cu illərin əvvələrində başlamış “ərəb baharı”nı bizim coğrafiyaya daşımaq həvəsinə düşənlər olduğu kimi indi də Livanda  , dünyəvi tətbiq olunacaq “təcrübələrin” təkrarlanması həvəsi çoxlarını tərk etməyəcək. Hazırda MDB məkanında yeni “narıncı inqilab” cəhdləri olması da sirr deyil. Bizə yaxın iki coğrafiyada eyni zamanda belə hadisələrin yaşanması daxili ictimai rəyə əlavə psixoloji basqıdır. “İnqilab idxalı” və ya   “ixracı”na həvəslənənlərin hələlik sosial şəbəkələr üzərindən fəallaşması nəzərəçarpacaq səviyyədədir.     

Bu psixoloji basqılara qarşı səfərbər olmaqla yanaşı, Azərbaycan öz böhran diplomatiyasını, humanist missiyasını davam etdirməli, ən mühüm tərəfdaşlarının addımlarını da milli maraqları çərçivəsində pozitiv dəyərləndirməlidir. Əgər doğrudan da Livanda yeni “Milli pakt” təklifi varsa, bunu bizi narahat edən nüansları ardan qaldırmaq üçün fürsətə çevirməyə cəhd etmək olar. Livanda 90-cı illərdə sünni icması müəyyən qədər istəklərinə nail olsa da, şiə icması indiki qüvvələr nisbətini özünün real gücünə və sayına münasib bilmir. Əhalinin 2-3 faizini təşkil edən ermənilərin 22 deputat yerinə qarşı əhalinin 40-45 faizini təşkil edən şiələrin cəmi 27 deputat yerinə malik olması narazılıq mənbəyidir. Türkmən icması vahid dini konfessiyada birləşmədiyindən belə kvotaları yoxdur və təbii ki, bu da narazılıq doğurur. Belə məqamlardan istifadə etmək daha məqsədəuyğun olardı, nəinki livanlıları onlara sırınmış konfessional siyasi sistemin doğurduğu eybəcərliyə görə qınamaq.

Cəmaləddin Quliyev


Etiket:

Strategiya.az

Xəbərlər
28.09.2020

Komendant saatında KİV nümayəndələrinin hərəkətinə icazə veriləcək

28.09.2020

Nazirlikdən xəbərdarlıq

28.09.2020

Bakı Metropoliteni adi rejimdə fəaliyyət göstərəcək

28.09.2020

Ermənistanın hərbi komandanlığı öz əsgərlərinə qarşı silah tətbiq edilməsi əmrini verib - Vaqif Dərgahlı

28.09.2020

Kimlərin səfərbərliyə cəlb olunacağı açıqlandı - Rəsmi

28.09.2020

Düşmənin daha iki tankı məhv edilib - MN

28.09.2020

Düşmən atəş nəticəsində Ağdam sakini həlak olub

28.09.2020

Heydər Əliyev Aeroportu fəaliyyətini məhdudlaşdırıb

28.09.2020

Anar Eyvazov: Ermənistan ordusu ciddi itkilərə məruz qalıb

28.09.2020

Vilayət Eyvazov komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin edildi - Sərəncam

27.09.2020

Anar Eyvazov: Ermənistan hərbi birləşməsinin komandanlığına təslim olmaq təklif edilib

27.09.2020

Hərbi vəziyyət elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

27.09.2020

Milli Məclis bəzi şəhər və rayonlarda hərbi vəziyyətin tətbiq edilməsi barədə qərar qəbul edib 

27.09.2020

Müdafiə Nazirliyi: Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub

27.09.2020

Ermənistan hərbi birləşməsinin komandanlığına təslim olmaq barədə təklif edilib

27.09.2020

Zakir Həsənov cəbhədə baş verən düşmən təxribatının detallarından danışıb

27.09.2020

Səfərbərlik Xidməti: Ölkədə yaşayan azsaylı xalqların məcburi qaydada cəbhə bölgəsinə göndərilməsi yalandır

27.09.2020

Prezident İlham Əliyev: Azərbaycan vətəndaşları cəsarət göstərirlər, hər kəs öz yerindədir, ordumuza hər an dəstək verməyə hazırdırlar

27.09.2020

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng etdi

27.09.2020

Zakir Həsənov: Düşmənin ön xətti yarılıb, 7 kənd işğaldan azad olunub

27.09.2020

Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb

27.09.2020

Prezident İlham Əliyev: Ermənistan öz cəzasını alıb və alacaq

27.09.2020

Anar Eyvazov: Ermənistan tərəfinin çoxlu sayda canlı qüvvə itkisi var

27.09.2020

MN: İşğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparırlar

27.09.2020

MN: Bütün cəbhə boyu şiddətli döyüşlər gedir

27.09.2020

Prezident İlham Əliyev: Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir

27.09.2020

Türkiyə Prezidenti Administrasiyası: Bölgədə sabitliyin pozulmasına görə Ermənistan məsuliyyət daşıyır

27.09.2020

MN: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur

27.09.2020

Müdafiə Nazirliyi: Ermənistan tərəfinin guya Azərbaycan Ordusuna məxsus 3 tank, 2 helikopter və 3 PUA-nın vurulması barədə yaydığı məlumat yalandır və dezinformasiyadır

27.09.2020

Müdafiə Nazirliyi cəbhdəki son vəziyyətlə bağlı məlumat yaydı

27.09.2020

Erməni təxribatının qarşısını almaq üçün ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb

27.09.2020

MN: Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb

27.09.2020

MN: Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır

27.09.2020

Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu genişmiqyaslı təxribat törədib

26.09.2020

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə yeni mətbuat katibi təyin olunub

26.09.2020

10 şagirddə koronavirus aşkarlandı

26.09.2020

AZƏRBAYCANIN "HÜCÜM MODELİ" DİPLOMATİYASI VƏ ONUN TƏTBİQİ MEXANİZMLƏRİ

26.09.2020

Baş Prokuror və Hərbi Prokuror cəbhəboyu hərbi hissələrdə olublar 

26.09.2020

Birjalarda neftin qiyməti

26.09.2020

Bu yolda hərəkət məhdudlaşdırılır

26.09.2020

Ermənistan iriçaplı pulemyotlardan və snayper tüfənglərindən atəşkəsi 48 dəfə pozub

25.09.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

25.09.2020

İqtisadiyyat naziri Mikayıl Cabbarov Gəncədə sənaye müəssisələrinin fəaliyyəti ilə tanış olub (FOTO)

25.09.2020

Azərbaycanda 101 nəfər koronavirusa yoluxdu, 137 nəfər sağaldı, 2 nəfər vəfat etdi

25.09.2020

Azərbaycan Prezidenti: Ermənistan müharibəyə hazırlaşır

25.09.2020

Koronavirusla mübarizə aparan tibb işçiləri və könüllülərə iyul üzrə 359 min manat ödənilib

25.09.2020

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

25.09.2020

Prezident İlham Əliyev: Ermənistanda faktiki olaraq diktatura qurulub

24.09.2020

BDU Fransa Lyon Universiteti ilə birgə ikili diplom proqramını həyata keçirəcək

24.09.2020

Ali məktəblərə dövlət sifarişi üzrə yerlərin sayı artırılıb