Hikmət Hacıyev: Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni məskunlaşma müharibə cinayətidir

10:42 / 12.09.2020

Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti aparan Ermənistan son günlər xüsusilə Livandan olan ermənilərin bu torpaqlara köçürülməsi siyasətini həyata keçirir. Dünən sosial şəbəkələrdə Livandan olan ailənin Azərbaycan xalqı üçün böyük tarixi və mənəvi əhəmiyyətə malik olan Şuşa şəhərində yerləşdirilməsi haqda məlumatlar yayılıb.

Azərbaycan da daxil olmaqla dünya ölkələri Livanda baş vermiş faciənin nəticələrinin aradan qaldırılması, Livana humanitar yardım göstərilməsi ilə məşğul olarkən Ermənistan bu faciədən, insanların iztirablarından özünün çirkin məqsədləri naminə sui-istifadə edir. Bununla da Ermənistan onun üçün heç bir mənəvi dəyərlərin olmadığını nümayiş etdirir.

Bu fikirləri  Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev deyib: “Xüsusilə vurğulamaq istərdim ki, işğal olunmuş ərazilərimizdə məskunlaşdırılmış əhali faktiki olaraq Ermənistanın məsuliyyətsiz, avantürüst siyasətinin qurbanına çevrilir. Hamı bilməlidir ki, Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasətinin heç bir qüvvəsi yoxdur və Azərbaycan onun nəticələrini tamamilə rədd edir.

Ermənistan Suriya və Livandan işğal olunmuş ərazilərə köçürülmüş insanları silahlı muzdlular kimi də istifadə edir.

Ermənistan qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirməklə işğal etdiyi Azərbaycan ərazilərində demoqrafik vəziyyəti dəyişdirməyə çalışır. Qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə Konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir.

1946-cı ildə Əsas Hərbi Cinayətkarların məhkəmə işində Nürnberq Beynəlxalq Hərbi Tribunalı müttəhimlərin ikisini işğal olunmuş ərazilərin etnik tərkibinin dəyişdirilməsinə görə təqsirli olduğu barədə qərar vermişdir.

Beynəlxalq hüquqa əsasən işğalçı dövlət tərəfindən işğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması müharibə cinayəti kimi tövsif edilməlidir. Bu baxımdan Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni məskunlaşma müharibə cinayətidir.

İstehzalı olsa da, Ermənistanın özünün qanunvericiliyinə görə bu əməllər cinayət hesab olunur. Belə ki, Ermənistanın Cinayət Məcəlləsinin 390-cu maddəsində işğalçı dövlətin işğal olunmuş ərazilərdə əhalini çıxararaq öz əhalisini məskunlaşdırması beynəlxalq humanitar hüququun ciddi pozuntusu sayılır və 8-12 il cəza nəzərdə tutulur.

Bu ilin iyulunda iki ölkənin dövlət sərhədinin Tovuz istiqamətində Ermənistanın törətdiyi təcavüz aktı, təmas xəttindəki diversiya-sabotaj əməliyyatı cəhdi Ermənistanın növbəti təxribat və hərbi avantürizmə hazırlaşmasından xəbər verir.

Bundan əlavə, son günlər Ermənistan işğal edilmiş ərazilərimizdə yaratdığı qondarma rejimin dili ilə Azərbaycanın digər ərazilərini də işğal etmək niyyətini bir daha açıq şəkildə səsləndirməyə başlayıb və Gəncə şəhərini raket atəşinə tutmaqla hədələyib.

Ermənistanın baş nazirinin, müdafiə nazirinin təxribatçı bəyanatları və hərəkətləri, eləcə də bu qəbildən olan digər addımlar bir daha sübut edir ki, tamamilə həyasızlaşmış Ermənistan rəhbərliyinin məqsədi danışıqlar prosesini tamamilə məhv etmək və işğal olunmuş Azərbaycan ərazilərinin ilhaqına nail olmaqdan ibarətdir.

Cəbhədə təxribatların törədilməsinə və vəziyyətin kəskinləşməsinə görə bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.

Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsində irəliləyişə nail olmaq üçün Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Münaqişə yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunmalıdır.


Etiket:

Strategiya.az

Xəbərlər
30.09.2020

DTX ermənilərin fəallığı ilə bağlı vətəndaşlara müraciət etdi

30.09.2020

Lavrov və Borrel Dağlıq Qarabağda atəşkəsə çağırış ediblər

30.09.2020

Türkiyə və Azərbaycan ədliyyə nazirləri arasında telefon danışığı olub

30.09.2020

Mario Raffelli: Dağlıq Qarabağ üçün Cənubi Tirol modeli həll yolu kimi istifadə oluna bilər

30.09.2020

Anar Eyvazov: Azərbaycan Ordusunun qətiyyətli əks-hücum əməliyyatı davam edir

30.09.2020

Nazirliyin 66 əməkdaşı hərbi xidmətə yola salındı

30.09.2020

Düşmən taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib

30.09.2020

Ermənilərin arteleriya vasitələri ilə məhv edilməsi və ərazinin təmizlənməsi əməliyyatı davam etdirilir

30.09.2020

Azərbaycanın Müdafiə Nazirliyi bu gün saat 17:30-dək düşmənin məhv edilən döyüş texnikasının sayını açıqlayıb

28.09.2020

Komendant saatında KİV nümayəndələrinin hərəkətinə icazə veriləcək

28.09.2020

Nazirlikdən xəbərdarlıq

28.09.2020

Bakı Metropoliteni adi rejimdə fəaliyyət göstərəcək

28.09.2020

Ermənistanın hərbi komandanlığı öz əsgərlərinə qarşı silah tətbiq edilməsi əmrini verib - Vaqif Dərgahlı

28.09.2020

Kimlərin səfərbərliyə cəlb olunacağı açıqlandı - Rəsmi

28.09.2020

Düşmənin daha iki tankı məhv edilib - MN

28.09.2020

Düşmən atəş nəticəsində Ağdam sakini həlak olub

28.09.2020

Heydər Əliyev Aeroportu fəaliyyətini məhdudlaşdırıb

28.09.2020

Anar Eyvazov: Ermənistan ordusu ciddi itkilərə məruz qalıb

28.09.2020

Vilayət Eyvazov komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin edildi - Sərəncam

27.09.2020

Anar Eyvazov: Ermənistan hərbi birləşməsinin komandanlığına təslim olmaq təklif edilib

27.09.2020

Hərbi vəziyyət elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

27.09.2020

Milli Məclis bəzi şəhər və rayonlarda hərbi vəziyyətin tətbiq edilməsi barədə qərar qəbul edib 

27.09.2020

Müdafiə Nazirliyi: Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub

27.09.2020

Ermənistan hərbi birləşməsinin komandanlığına təslim olmaq barədə təklif edilib

27.09.2020

Zakir Həsənov cəbhədə baş verən düşmən təxribatının detallarından danışıb

27.09.2020

Səfərbərlik Xidməti: Ölkədə yaşayan azsaylı xalqların məcburi qaydada cəbhə bölgəsinə göndərilməsi yalandır

27.09.2020

Prezident İlham Əliyev: Azərbaycan vətəndaşları cəsarət göstərirlər, hər kəs öz yerindədir, ordumuza hər an dəstək verməyə hazırdırlar

27.09.2020

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng etdi

27.09.2020

Zakir Həsənov: Düşmənin ön xətti yarılıb, 7 kənd işğaldan azad olunub

27.09.2020

Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb

27.09.2020

Prezident İlham Əliyev: Ermənistan öz cəzasını alıb və alacaq

27.09.2020

Anar Eyvazov: Ermənistan tərəfinin çoxlu sayda canlı qüvvə itkisi var

27.09.2020

MN: İşğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparırlar

27.09.2020

MN: Bütün cəbhə boyu şiddətli döyüşlər gedir

27.09.2020

Prezident İlham Əliyev: Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir

27.09.2020

Türkiyə Prezidenti Administrasiyası: Bölgədə sabitliyin pozulmasına görə Ermənistan məsuliyyət daşıyır

27.09.2020

MN: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur

27.09.2020

Müdafiə Nazirliyi: Ermənistan tərəfinin guya Azərbaycan Ordusuna məxsus 3 tank, 2 helikopter və 3 PUA-nın vurulması barədə yaydığı məlumat yalandır və dezinformasiyadır

27.09.2020

Müdafiə Nazirliyi cəbhdəki son vəziyyətlə bağlı məlumat yaydı

27.09.2020

Erməni təxribatının qarşısını almaq üçün ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb

27.09.2020

MN: Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb

27.09.2020

MN: Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır

27.09.2020

Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu genişmiqyaslı təxribat törədib

26.09.2020

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə yeni mətbuat katibi təyin olunub

26.09.2020

10 şagirddə koronavirus aşkarlandı

26.09.2020

AZƏRBAYCANIN "HÜCÜM MODELİ" DİPLOMATİYASI VƏ ONUN TƏTBİQİ MEXANİZMLƏRİ

26.09.2020

Baş Prokuror və Hərbi Prokuror cəbhəboyu hərbi hissələrdə olublar 

26.09.2020

Birjalarda neftin qiyməti

26.09.2020

Bu yolda hərəkət məhdudlaşdırılır

26.09.2020

Ermənistan iriçaplı pulemyotlardan və snayper tüfənglərindən atəşkəsi 48 dəfə pozub