ƏLI HƏSƏNOVA QARŞI APARILAN QARAYAXMA VƏ ŞƏR-BÖHTAN KAMPANİYASININ HEÇ BİR HÜQUQİ ƏSASI YOXDUR

13:58 / 16.09.2020


Son zamanlar Prezidentin keçmiş köməkçisi Əli Həsənova qarşı həyata keçirilən total qarayaxma kompaniyası çərçivəsində bir çox satellit saytlar mühacir jurnalistlərdən birinə istinadən KİVDF-də həyata keçirilən audit yoxlamasının nəticələri ilə bağlı Baş Prokurorluqda başlanmış cinayət işi ilə əlaqədar keçmiş administrasiya rəsmisinin istintaqa cəlb edilməsi və sorğulanması ilə bağlı rəsmi mənbəyi bəlli olmayan bir çox “məlumatlar” yaymışlar. Məlumatda iddia olunmuşdur ki, guya “KİVDF ilə bağlı başlanan cinayət işinə Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov təqsirləndirilən şəxs qismində clb edilmiş və guya “istintaq orqanları Türkiyədə müalicə alan Əli Həsənovla əlaqə saxlayaraq, onun tezliklə Bakıya qayıtmasını və istintaqa izahat verməsini tələb etmişdir”.
Baş Prokurorluğun Mətbuat Xidmətinin növbəti gün bu məsələ ilə bağlı jurnalistlərin sorğusuna verdiyi cavabda “Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) vəzifəli şəxsləri tərəfindən yol verilən qanunsuz əməllərə görə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işinin açılması və hazırda həmin cinayət işi üzrə qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində istintaq tədbirlərinin davam etdirilməsi” təsdiqlənsə də, Əli Həsənovun bu istintaqa hansısa formada cəlb edilməsi ilə bağlı heç bir məlumat verilməmişdir.
Mövcud şaiyə və prokurorluq orqanının həmin şaiyyəyə münasibəti açıqlanandan dərhal sonra özünün FB səhifəsində xüsusi bəyanat yayan Prezidentin keçmiş köməkçisi “KİV DF ilə bağlı qaldırılan cinayət işi üzrə prokurorluq orqanlarının təqsirləndirilən şəxs kimi onunla maraqlanmaları və yaxud hansısa axtarış tədbirləri həyata keçirmələri haqqımda”kı məlumatları təkzib etmiş və qeyd etmişdir ki, “on gündür ki, Türkiyədə müalicə keçir və yəqin ki, hər şey yaxşı keçsə on-on beş günə Azərbaycana qayıdacaqdır”.
Göründüyü kimi, mühacir jurnalistin adından yayılan informasiya ilə bağlı Baş Prokurorluqdan jurnalistlərin sorğusuna verdiyu cavabda ilk növbədə, başlanmış iş haqqında ümumi bir məlumat verilir və qeyd olunur ki, KİVDF-nin vəzifəli şəxsləri tərəfindən yol verilən əməllərə görə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb və hazırda həmin cinayət işi üzrə hərtərəfli istintaq tədbirləri həyata keçirilir. Maraqlı hal odur ki, prokurorluğun açıqlamasında konkret olaraq Əli Həsənivun adı çəkilməyib, mövcud cinayət işinin təqsirləndirilən şəxs, yaxud şahid kimi ona hər hansı bir aidiyyatının olub-olmaması haqqında, istintaqa dəvət olunub-olunmaması ilə bağlı” heç br məlumat da verilməyib. Sadəcə olaraq ümumi formada qeyd edilib ki, “hazırda həmin iş üzrə qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində intensiv və zəruri istintaq tədbirləri davam etdirilir”.
Qeyd edim ki, Respublika Prokurorluğunun adından yayılmış məlumatdkı qeyri konkretlik Azərbaycan cəmiyyətində, o cümlədən də məndə müəyyən suallar yaratdı. Odur ki, bir çox hüquqşunaslarla məsləhətləşmək qərarına gəldim. Hüquqşunsların qənaətinə görə, 30 il müddətində kifayət qədər yüksək bir məsul vəzifədə dövlət idarəçiliyini həyata keçirmiş və dövlət qulluğunda çalışmış bir məmur olaraq başlanmış müvafiq iş üzrə Əli Həsənovun malik olduğu hər hansı bir vacib məlumat istintaqa kömək edə bilər, araşdırma prosesində alınmış bəzi ifadələr, toplanmış materiallar əsasında hansısa bir şəxsin şübhəli şəxs və ya təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsinə yardım göstərə bilər bilər. Lakin Əli Həsənovun rəsmi olaraq kurasiya etdiyi sahələrdən birində, konkret olaraq KİVDF də aşkarlanan müəyyən neqativlər, son 20 ildə Prezident Administrasiyasından birbaşa kurasıya olunan digər mərkəzi və yerli icra strukturlarında aşkarlanan çoxsaylı səsli-küylü cinayət faktları və korrupsiya halları ilə müqayisədə kifayət qədər kiçik bir olaydır. Məsələn, 2005-ci ildə Səhiyyə və İqtisadi İnkişaf nazirliyi sistemində, onun ardınca dövlət əmlakının özəlləşdirilməsi və çek hərracları ilə bağlı, bir qədər sonra Hacı Məmmmədov olayları ətrafında Daxili İşlər nazirliyi sistemində yaşanan hadisələr fonunda başlanan cinayət işləri, Səfər Əbiyevin idarəçiliyinin son illərində Müdafiə nazirliyində, eləcə də həmin dövrdə Azərbaycan Nəqliyyat departamenti və Dəmir Yolu idarəsində, sonrakı dövrdə Milli Təhlükəsizlik nazirliyi sistemində, Maliyyə nazirliyi sistemində- Beynəlxalq Bangkdakı bir neçə milyard manatlıq dövlət vəsaitinin açıq talan edilməsi ilə bağlı qaldırılmış cinayət işi, yaxud Azərenerji sistemindəki son beş ildir ki, təhqiqatı aparılan yeyintilər, Bayraq Meydanının tikintisi ətrafındakı biabırçılıqlar, Rabitə və İnformasiya Texnologiyaları nazirliyi sistemindəki korrupsiya hadisələri, yenə Müdafiə nazirliyinin Siyəzən hərbi sursat anbarlarındakı partlayış hadisələri ilə bağlı başlanmış cinayət işləri, son dövrlərdə Mədəniyyət və Xarici işlər nazirlikləri sisteminndə, çoxsaylı rayon və şəhərlər icra hakimiyyəti orqanlarında baş verən kifayyət qədər səsli-küylü, milyardlarla manat dövlət və ictimai vəsaitin talanması ilə müşaiyyət olunan cinayət işləri və s. barədə çoxsaylı cinayət işləri başlanmış, cənab Prezidentin xüsusi nəzarəti altında istintaqı aparılmış, günahkarlara çoxsaylı hökmlər oxunmuşdur. Diqqətli jurnalistlər və araşdırmaçılar bir az təfsilatına varsalar görəcəklər ki, KİVDF də aparılan yoxlama nəticəsində auditin aşkarladığı və mətbuatda xüsusi şişirdilərək cəmiyyətə təqdim edilən neqativlər, illərdir ki, dövlətimizə və millətimizə on qat, yüz qat artıq ziyan bahasaına başa gələn yuxarıda sadaladığım hadisələrlə müaqyisədə çox kiçikdir.
Hazırda diqqəti çəkən hal və ortaya çıxan əsaslı sual ondan ibarətdir ki, bütün bu işlərlə bağlı, Prezident Administrasiyasındakı hansısa kurator (siyahıdan göründüyü kimi ölkə Prezidentinin əksər köməkçilərinin və bütün şöbə müdirlərinin kuratoru olduğu sahələrdə belə neqativ hallar mövcud olmuşdur) nə vaxtsa istintaqa cəlb edilibmi, prokurorluqda, yaxud digər istintaq orqanlarında sorğulanıbmı, haqqlarında hər hansı bir ciddi ölçü götürülübmü? Yox, əlbəttə!
Hüquqşünaslar qeyd edir ki, “Azərbaycan qanunvericiliyinə əsaslansaq bu belə də olmalıdır. Çünki qanunvericiliyin tələblərinə görə yuxarıda adını keçən bütün sahələrdəki hallara görə cavabdeh olan konktet məsul şəxslər mövcuddur. KİVDF-yə və jurnalistlərin binasının tikintisinə ayrılan vəsait kimi, həmin strukturlara da məlum vəsaitləri ya ölkə Prezidenti, ya da müvafiq olaraq Nazirlər Kabineti ayırıb. İstifadəyə verilən mühüm obyektlərin hər birinin açılışında cənab Prezident şəxsən iştirak edib, xərclənən vəsaitlər barədə mövcud qurumların rəhbərləri tərəfindən məlumatlandırılıb... Görülən işlər və inşa olunan obyektlərlə bağlı müvafiq layihələr hazırlanıb, həmin layihələrə qiymət qoyulub və müvafiq ekspertizadan keçib, tələb olunan tenderlər həyata keçirilib,qaliblər müəyyən edilib və müqavilələr bağlanaraq işlərə başlanılıb. Adı keçən bütün bu işlərə nəzarət edən müvafiq dövlət qurumları mövcutdur ki, onlar da hər bir şeyə görə cavabdehdirləər. Belə olan halda ölkə Pezidentinin köməkçiləri və administrasiyanın şöbə müdirləri bu proseslərdə heç bir konkret hüquqi məsuliyyət daşımırlar”.
Yenə də hüquqşünasların fikrinə görə “Azərbaycan qanunvericiliyində mərkəzi və yerli iicra strukturlarındakı idarəçilik və baş verən bütün hallarla bağlı, o cümlədən də hər hansı qeyri-qanuni əməllərə görə kuratorlar heç bir hüquqi məsuliyyət daşımırlar. Bu şəxslər yalnız o halda məsuliyyət daşıya bilərlər ki, öz səlahiyyətlərinin çərçivəsini aşaraq mövcud işlərlə qeyri-qanuni müdaxiləyə yol verələr və icra prosesinə aid hər hansı bir qanunsuz göstərişlər verələr. Onların belə qaninnsuz müdaxiləsi barədə konkret faktlar və sənədlər olmalıdır. Hüquqi prosesdurlar belədir ki, yuxarıda adı keçən bütün strukturların rəhbərliyini ölkə prezident təyin edir. Onların heç birinin birbaşa Prezidentin köməkçilərinə, yaxud Administrasiyasının şöbə müdirlərinə hüquqi tabeliyi yoxdur. Administrasiyadakı şəxslər yalnız siyasi kuratorlardır və müvafiq olaraq heç bir hüquqi məsuliyyət daşımırlar. Azərbaycanın dövlət idarəçililiyində qeyri-rəsmi kurasiya sistemi var, hətta hər bir regionun və rayonun da öz kuratoru var. Bu, hökumətin özünün daxilində olan siyasi bir məsələdir. Qanunlara görə, ölkə Prezidentinin təyin etdiyi bir rəhbər şəxsin onun təyin etdiyi başqa bir rəhbər şəxsə hüquqi tabeliyi yoxdur. Odur ki, indiyə qədər yuxarıda sadalanan əksər strukturlardakı bəhs olunan neqativlərlə bağlı həyata keçirilən istintaq və məhkəmə prosesləri zamanı hər hansı bir kurator- köməkçi, yaxud şöbə müdir nə sorğulanıb, nə də ki, hansısa formada məsuliyyətə cəlb edilib”.

Nadir Qocabəyli


Etiket:

Strategiya.az

Xəbərlər
20.10.2020

İşğaldan azad edilən Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır

20.10.2020

Ermənistanın atəş nöqtələrinə zərbələr endirilir - MN (VİDEO)

20.10.2020

Paşinyanın döyüşlər başlayandan zəng etdiyi ölkələr - SİYAHI

20.10.2020

Azərbaycanla İran arasında 4 il əvvəl imzalanmış saziş Prezident İlham Əliyevin müdrik dövlət başçısı və uzaqgörən siyasi xadim olduğunu bir daha göstərdi

20.10.2020

BMT TŞ Dağlıq Qarabağda atəşkəsə nəzarəti müzakirə edib

20.10.2020

Düşmənin muzdlulardan ibarət “Legion” dəstəsi döyüşməkdən imtina edib - MN

20.10.2020

Düşmənin məhv edilən hərbi texnikaları - SİYAHI

20.10.2020

Əks-hücuma keçən düşmən bölmələrindən birinin 30 nəfər şəxsi heyəti Azərbaycan Ordusunun atəşi nəticəsində darmadağın edilib - MN

19.10.2020

Prezident İlham Əliyev: Ermənistan qoşunlarını işğal altındakı ərazilərdən çıxarmağa hazır olsa, müşahidəçilər məsələsinə baxıla bilər

19.10.2020

Azərbaycan Prezidenti: Son anda onlar Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər

19.10.2020

Prezident İlham Əliyev: Kompromis paketin bir hissəsi olan Laçın dəhlizi ilə bağlı mövqeyimizi bir daha təsdiqləyirik

19.10.2020

Paşinyan məğlubiyyətini etiraf edib və danışıqlara hazırdır

19.10.2020

XİN: Bundestaq üzvlərinin Qarabağa qanunsuz səfəri ilə bağlı Almaniya XİN-ə nota veriləcək

19.10.2020

Azərbaycan və Fransa XİN başçılarının telefon danışığı olub

19.10.2020

Prokurorluq AzTv-nin əməkdaşının yaralanması ilə bağlı məlumat yaydı: Daha 3 nəfər də yaralanıb

19.10.2020

Düşmən yaşayış məntəqələrimizi atəşə tutur

19.10.2020

Hikmət Hacıyev: Ermənistan bütün konvensiya və qanunları kobud şəkildə pozaraq Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətməkdə davam edir

19.10.2020

Ermənistan Xızıda neft kəmərlərini hədəfə alıb - Baş Prokurorluq

19.10.2020

Prezident İlham Əliyev: Hər gün cəbhədən çox gözəl xəbərlər gəlir

19.10.2020

Göygöldə mövqelərimiz atəşə tutulur - MN

19.10.2020

İran ermənilərin PUA-sını vurdu

19.10.2020

Ermənistan dövlət sərhədində mövqelərimizi atəşə tutur

19.10.2020

Hadrutu azad edən əsgərlərimizin bəzilərilə tanış olun - FOTO

19.10.2020

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin Sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNƏCƏK

19.10.2020

Ermənistanın Qarabağdan çıxması an məsələsidir - Rusiya KİV

19.10.2020

Qeyri-rəsmi məlumat və videoları yaymayın - MN müraciət etdi

19.10.2020

Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibə verib

19.10.2020

Tərtərçay Sol Sahil və Xanarx kanalları yenidən qurulur

19.10.2020

Humanitar atəşkəsin birinci günü Ermənistan 5 rayona 229 mərmi atıb - Hikmət Hacıyev

19.10.2020

MN: Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir

19.10.2020

MN: Düşmən taborunun qərargah rəisi məhv edilib

19.10.2020

Prezident İlham Əliyev: Cəbrayılın 13 kəndi işğaldan azad edilib

18.10.2020

MN: Düşmənin 527-ci alayının taboru döyüşlərdə iştirak etməkdən imtina edib

18.10.2020

Prezident İlham Əliyev: Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar

18.10.2020

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Azərbaycana rəsmi səfərə gəlib

18.10.2020

Azərbaycan əsgəri ermənilərin xüsusi təyinatlılarının mövqelərini ələ keçirib (VİDEO)

18.10.2020

Ermənistanın növbəti Su-25 təyyarəsi vurulub - Müdafiə Nazirliyi

18.10.2020

Birinci vitse-prezident Mehriban Əliyeva: Bu günlərdə bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, əzminin, birlik və həmrəyliyinin, Vətənə sadiqliyinin şahididir (FOTO)

18.10.2020

Düşmənin hərbi hissəsi ələ keçirilib (VİDEO)

18.10.2020

Prezidentə yazırlar: Bu tarixi qızıl hərflərlə dünya salnaməsinə Siz Azərbaycan xalqı ilə birlikdə yazırsınız

18.10.2020

Ermənistan dövlət sərhədində də atəşkəsi pozub - MN

18.10.2020

Ermənistan Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində hücuma cəhd edib

18.10.2020

Düşmənin məhv edilən hərbi texnikaları - SİYAHI

18.10.2020

Ermənistan tərəfi növbəti dəfə yalan məlumat yayıb - MN

18.10.2020

Ermənistan yeni atəşkəs rejiminə əməl etmir - MN

18.10.2020

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 29-cu ildönümü qeyd olunur

18.10.2020

Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir - MN

17.10.2020

XİN: Azərbaycanla Ermənistan 18 oktyabrdan müvəqqəti humanitar atəşkəsə razılıq verib

17.10.2020

Düşmənin BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib - Müdafiə Nazirliyi

17.10.2020

Düşmənin “Tor-M2KM” zenit-raket kompleksləri məhv edilib - MN