Tovuz təxribatı Ermənistanın "yeni ərazi – yeni müharibə" formuluna keçdiyinə dəlalət edir

11:31 / 18.09.2020

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduqca mürəkkəb və həlli müşkülə çevrilmiş bir münaqişədir. Qarsıduran tərəflərdən savayı, "üçüncü tərəflərin" bu münaqişədə kifayət qədər mühüm geosiyasi və geoiqtisadi maraqları var. Rusiya, İran və Türkiyə daim bu münaqişənin neqativ təsirini hiss edirlər. "Status-kvo"nun sürüşkən olması region ölkələrinin sərhəd təhlükəsizliyinə ciddi təhdid edir. Münaqişənin hərbi fazasının bərpa olacağı təqdirdə, onun asanlıqla eskalasiyasına gətirə bilər. Çünki münaqişə ətrafında maraqlı qüvvələr həm fərdi, həm də kollektiv (ittifaq) şəkildə siyasət həyata keçirirlər. Bu da istər-istəməz hərbi əməliyyatlar zamanı kənar müdaxilələrin olacağını və nəticədə, münaqişənin genişmiqyaslı hərbi əməliyyatlar səhnəsinə çevriləcəyini istisna etmir. 2016-cı ilin aprel savaşından sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dondurulmuş münaqişə kimi baxılmır.

İşğal olunmuş ərazilərimizdə transmilli təhdidlərin bütün təzahürlərinin mövcudluğu dünyanın bir parçası olan Cənubi Qafqazın təhlükəsizliyinə ciddi təhdiddir. Regionda ümumi maraqlara cavab verən təhlükəsizlik sisteminin yoxluğu, xarici qüvvələrin ikili standart siyasəti, etnik, dini və sivilizasiya fərqlərinin ayırıcı xətlərə çevrilməsi hər an "status-kvo"nun pozulmasına rəvac verə bilər. Münaqişənin həlli perspektivlərinin dalana dirənməsi regionun hələ bir müddət də transmilli təhdidlərin əsarətində qalacağını deməyə əsas verir.

Münaqişədə daxili, dövlətlərarası və transmilli amillərin sıx uzlaşması onun yaxın gələcəkdə həlli ehtimalının üzərindən çarpaz xətt çəkir. Münaqişənin uzunmüddətli "nə hərb, nə sülh" dilemmasında qalması ona dəlalət edir ki, onun tənzimlənməsində müəyyən həll planlarının olmasına baxmayaraq, Cənubi Qafqazda "realpolitik" ön plandadır. Post-aprel mərhələsində "realpolitik"ə rəvac verən amillər aşağıdakılardır:

Birincisi, Aprel döyüşlərindən sonra Ermənistanın ciddi səylə qızğın silahlanma kursunu davam etdirməsi və Azərbaycana qarşı aqressiv ritorikanın tonunu yüksəltməsidir. Həmin döyüşlərdən sonra, xüsusən də 2018-ci ildə ölkədə baş vermiş məxməri inqilabdan sonra müdafiə büdcəsinin kəskin artımı baş verib. Ümumiyyətlə, Ermənistanın 2020-ci ildə müdafiə xərcləri 2018-ci ilə nisbətən 28 faiz artıb. Belə ki, 2019-cu ildə işğalçı ölkə müdafiəyə təxminən 629,5 milyon dollar (2018-ci illə müqayisədə 129 milyon dollar artıb) sərf edib, 2020-ci ilin müdafiə büdcəsi isə təxminən 631 milyon dollar (ötən illə müqayisədə yalnız 1,5 milyon dollar çoxdur) həcmindədir.

Hələ ötən ilin əvvəllərində Ermənistanın müdafiə naziri David Tonoyan yerli İctimai TV-nin efirində Ermənistanın müdafiə strategiyasından hücum strategiyasına keçərək ordu quruluşu fəlsəfəsini dəyişmək niyyətində olması fikrini dilə gətirmişdir. Onun sözlərinə görə, erməni ordusu yeni silahların sayəsində müdafiə strategiyasını dəyişir. Bu, əsasən, Su-30CM və 100 milyon dollar həcmində yeni hərbi kreditin hesabına baş verir. Su-30CM-in köməyilə yüz kilometr məsafədə düşmənin mövqelərinə hücum etmək olar. Xatırladaq ki, 2019-cu ildə Ermənistan Rusiyadan dörd Su-30CM təyyarəsi almış və bu il də həmin təyyarələrin yeni partiyasını alacağı bildirilir. D.Tonoyanın sözlərinə görə, Ermənistan say, demoqrafik və iqtisadi planda Azərbaycanla rəqabət apara bilməz. Odur ki, düşməni neytrallaşdırmağa imkan verəcək silahlar alınacaq.

Bundan əlavə, ötən il ABŞ-da erməni diasporu ilə keçirdiyi görüşdə Ermənistanın müdafiə naziri D.Tonoyan bəyan etmişdir ki, "ərazi qarşılığında sülh" formulunu dəyişərək, onu "yeni ərazilərin işğalı üçün yeni müharibə" formulu ilə əvəzləyib. "Biz bu "xəndək vəziyyətindən", daimi müdafiə vəziyyətindən çıxacağıq. Biz, hərbi əməliyyatları düşmənin ərazisinə transfer edə biləcək qoşun bölmələrimizin sayını artıracağıq". Heç şübhəsiz, belə bir silah yarışması şəraitində sülh danışıqlarından daha çox münaqişənin yenidən alovlanması daha real görünür.

İkincisi, Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətə gəldiyi ilk gündən Ermənistan-Azərbaycan münaqişənin həlli perspektivləri ilə bağlı ziddiyyətli fikirləri və ikili mövqeyi müsbət heç nə vəd etmirdi. Belə ki, bir tərəfdən, o, Ermənistan-Azərbaycan sərhədində və tərəflərin təmas xəttində insidentlərin qarşısının alınması məqsədilə atəşkəs rejiminin möhkəmləndirilməsini və bu istiqamətdə hər iki ölkənin müvafiq strukturları arasında operativ əlaqənin qurulması üzrə mexanizmlərin yaradılmasını vacib hesab edirdi. Digər tərəfdən isə, qondarma rejimi danışıqlar prosesinə daxil etməklə formatı dəyişdirmək, 29 ildən sonra yenidən "miatsum" anlayışını dilə gətirməsi və münaqişənin tənzimlənməsi ilə bağlı bəyan etdiyi sərsəm yeddi prinsipi rəsmi İrəvanın məlum münaqişənin həllinə mane olmaq və tənzimlənmə prosesini məqsədyönlü şəkildə uzatmaq, nəticədə isə işğalçılıq siyasətini legitimləşdirmək niyyətindən xəbər verirdi. Onun bu cəhdi Ermənistanın Azərbaycana qarşı gücdən istifadə etməsi nəticəsində yaranmış "fait accompli" (baş vermiş fakt) vəziyyətini möhkəmləndirmək niyyətini nümayiş etdirir.

İki ay öncə Ermənistanın qəbul edilmiş Milli Təhlükəsizlik Strategiyasında (MTS) rəsmi İrəvanın Türkiyə və Azərbaycanı özünə əsas təhdid mənbəyi elan etməsi, Azərbaycanın öz ərazisini güc yolu ilə bərpa etmək cəhdlərini separatçı rejimin erməni əhalisinə qarşı ekzistensial təhdid kimi qələmə verib.

Həmin sənəddə Rusiya Ermənistanın yeganə strateji tərəfdaşı kimi qələmə verilib. Digər ölkələr – ABŞ, ÇXR, Hindistan və s. isə sadəcə dost ölkə və ya strateji dialoq tərəfdarı kimi təqdim edilib. Son bir neçə ildə Ermənistanın Yunanıstan və Kiprlə olan əlaqələrinə xüsusi önəm verilir və bu üçtərəfli əməkdaşlıq formatının genişləndirilməsi istəyi nəzərə çarpır. Həmin ölkələri antitürk maraqları birləşdirir.

Qeyd edilən sənəddə həm maraq, həm də təəccüb doğuran məqamlardan biri də həmin sənədin 4.14-cü maddəsidir. Orada qeyd edilir ki, "Yaxın Şərq ölkələri ilə qarşılıqlı əlaqələrin davamlı genişləndirilməsi prioritetlərimizdəndir. Ermənistan Yaxın Şərqdə regional təhlükəsizlik sisteminin yenidən qurulması proseslərinə cəlb edilməlidir ki, bu da bölgə ölkələrində ermənilərin tarixi varlığını qorumağa yönəldiləcəkdir". Bu ifadə artıq həmin ölkələrlə ikitərəfli əməkdaşlıqdan xeyli kənara çıxır və Ermənistanın yeni MTS-nin ekspansiv ruhunu izah edir. Onsuz da tarixən müsəlman türklərin əraziləri hesabına "Böyük Ermənistan" yaratmaq istəyən işğalçı ölkə indi də təsir imkanların coğrafi hüdudlarını Yaxın Şərqin ərəb müsəlman ölkələri hesabına genişləndirməyə çalışır. Həmin istəyin arxasında İslam dünyasında Türkiyə-Azərbaycan əlaqələrinə qarşı hərbi-siyasi formatların yaradılması durur. Necə ki, hazırda Ermənistan Aralıq dənizinin şərqində gedən proseslərdə Türkiyəyə qarşı formalaşmaqda olan birlikləri və ölkələr qrupunu açıq şəkildə dəstəkləyir.

Beləliklə, bu ilin 12-16 iyul tarixində baş vermiş Tovuz təxribatı ilə Ermənistanın "yeni ərazi – yeni müharibə" formulunun gerçəkləşməsinə start verdiyini söyləmək olar. Bu formulu həyata keçirməklə işğalçı ölkə hərbi əməliyyatları Dağlıq Qarabağ və ona bitişik rayonlarımızdan yeni ərazilərimizə keçirmək, "təhlükəsizlik zolağı"nı genişləndirmək və Azərbaycanın neft-qaz və digər mühüm infrastrukturları üzərində nəzarəti ələ keçirməkdir. Yeni formula nəfəs vermək məqsədilə Ermənistanın istər Cənubi Qafqazda, istərsə də Yaxın Şərq və Aralıq dənizinin şərq hövzəsində yerləşən ölkələr, xüsusən də müsəlman dövlətlər arasında Türkiyə və Azərbaycan strateji tərəfdaşlığına qarşı bütün əks-addımları dəstəkləyəcəyi istisna edilmir. Ermənistanın xarici işlər naziri Z.Mnatsakanyanın Yaxın Şərq və Şimali Afrika ölkələrinə səfəri düşmən ölkənin labüd müharibəyə ciddi hazırlaşdığı bir şəraitdə gələcək addımlarının diplomatik-siyasi dayaqlarını təmin etməyə çalışdığını göstərir.

Zəfər Nəcəfov,

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Milli Təhlükəsizlik və Humanitar Elmlər kafedrasının baş müəllimi, beynəlxalq münasibətlər üzrə mütəxəssis
Oxşar yazılar


Etiket:

Strategiya.az

Xəbərlər
22.10.2020

Artilleriyaçılarımız düşmənə dəqiq zərbələr endirməyə davam edir - MN (VİDEO)

22.10.2020

XİN: Paşinyanın Ermənistanın mövqeyini “sülhsevər” kimi qələmə verməyə çalışan bəyanatı tamamilə cəfəngiyyatdır

22.10.2020

Prezident İlham Əliyev: Danışıqların başlanması üçün Azərbaycanın işğal olunmuş bütün rayonları boşaldılmalıdır

22.10.2020

Prezident İlham Əliyev: Dağlıq Qarabağda heç bir referendum olmayacaq

22.10.2020

Azərbaycan Prezidenti: Beynəlxalq müşahidəçilərlə bağlı həlledici sözü biz deməliyik

22.10.2020

Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanılıb

22.10.2020

Prezident: İşğaldan azad edilmiş şəhər və kəndlərmizin mənzərəsi göstərir ki, biz hansı vəhşilərlə üz-üzəyik

22.10.2020

Ermənistana məxsus daha bir PUA məhv edilib

22.10.2020

Prezident İlham Əliyev: Biz erməni faşizminin belini qırmaqla bölgəmizi böyük bəladan xilas etmiş oluruq

22.10.2020

Baş Prokurorluq: Ermənistan ordusu Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alaraq raket atıb

22.10.2020

“Koronavirus pandemiyası ilə mübarizə, əhalinin maarifləndirilməsi, aztəminatlı ailələrə yardımın təşkili”

22.10.2020

Kəlbəcərdə zəngin uran yataqları var - Kəlbəcərli geoloq (VİDEO)

22.10.2020

Ermənistan Siyəzənə üç, Qəbələyə iki və Kürdəmirə bir raket atıb - MN 

22.10.2020

Qəbələyə raketlər Ermənistanın Qafan və Cermux bölgələrindən atılıb - Hikmət Hacıyev

22.10.2020

“İti qovan” PUA-ların istehsalı davam edir (FOTO)

22.10.2020

İşğaldan azad olunmuş ərazilərdə yeraltı sərvətlər yenidən qiymətləndiriləcək 

22.10.2020

Prezident İlham Əliyev Türkiyənin Baş Ombudsmanını qəbul edib 

21.10.2020

Azərbaycan və Türkiyə XİN başçılarının telefon danışığı olub

21.10.2020

Prezident İlham Əliyev: Füzuli rayonunun daha üç kəndi işğaldan azad edilib

21.10.2020

Ali Baş Komandan İlham Əliyev: Daha bir neçə yaşayış məntəqəsi işğaldan azad edilib

21.10.2020

Prezident İlham Əliyev: Cəbrayılın daha 5 kəndi işğaldan azad edildi

21.10.2020

Bakı Dövlət Universiteti Silahlı Qüvvələrə Yardım Fonduna ümumilikdə 473 656 manat vəsait köçürüb

21.10.2020

Düşmən artıq Azərbaycan Ordusunun üstünlüyünü etiraf etmək məcburiyyətində qalıb - MN

21.10.2020

Hikmət Hacıyev: Ermənistanın münaqişənin danışıqlar yolu ilə həlli barədə açıqlamalarının riyakarlıqdan başqa bir şey olmadığı bir daha öz təsdiqini tapır

21.10.2020

Ermənistana məxsus daha 3 PUA məhv edilib

21.10.2020

Azərbaycanda 714 nəfər COVID-19-a yoluxdu, 176 nəfər sağaldı, 7 nəfər vəfat etdi

21.10.2020

Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda 4 yarımstansiyanın tikilməsi nəzərdə tutulub

21.10.2020

Ermənistanın növbəti PUA-sı məhv edilib

21.10.2020

Ceyhun Bayramov Moskvaya gedib

21.10.2020

Erməni təxribatı nəticəsində ölən və yaralanan dinc sakinlərin sayı açıqlanıb

21.10.2020

Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru məhv edilib

21.10.2020

RƏSMİ: Azərbaycana məxsus hərbi təyyarə vurulmayıb

21.10.2020

Tərtər rayonu atəşə tutulur

21.10.2020

Ermənistan XİN rəhbəri Moskvaya gedib

21.10.2020

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

21.10.2020

Düşmənin artilleriya rəisi, divizion komandiri və tabor komandiri məhv edilib - MN

20.10.2020

Ermənistan silahlı qüvvələrinin Qubadlı istiqamətindəki bölmələri məhv edilib 

20.10.2020

Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edilib

20.10.2020

Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib

20.10.2020

Azərbaycan Prezidenti: Ermənistan rəhbərliyi artıq bizim qarşımızda diz çöküb, onlara layiq olan yeri göstərmişik

20.10.2020

Azərbaycan Prezidenti: Onlar, sadəcə olaraq, bizi və beynəlxalq vasitəçiləri aldadırdılar

20.10.2020

Prezident İlham Əliyev: Biz Böyük Qayıdışın astanasındayıq

20.10.2020

Prezident İlham Əliyev Xocavənd rayonunun isğaldan azad edilən Vəng kəndinə Çinarlı adı verib

20.10.2020

Prezident İlham Əliyev: Zəngilan şəhəri və 24 kənd işğaldan azad olunub

20.10.2020

Prezident İlham Əliyev: Müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanır

20.10.2020

Ceyhun Bayramov Vaşinqtona gedir

20.10.2020

İşğal altındakı qoruqlarda "Qırmızı Kitabı”a daxil edilmiş fauna və flora növlərinin əksəriyyəti məhv edilib - Nazir

20.10.2020

İşğaldan azad edilən Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır

20.10.2020

Ermənistanın atəş nöqtələrinə zərbələr endirilir - MN (VİDEO)

20.10.2020

Paşinyanın döyüşlər başlayandan zəng etdiyi ölkələr - SİYAHI