Tarix elmləri doktoru, professor
Şanlı Azərbaycan Ordusu 27 sentyabr 2020-ci ildə işğalçı Ermənistana məxsus quldur dəstələrinin cəbhə xəttinə yaxın kəndlərdə dinc əhaliyə qarşı həyata keçirdiyi növbəti təxribata layiqli cavab verdi. Bir günün içərisində Milli Ordumuz düşmənə ciddi əks zərbələr endirərək, onları 26 il müddətində möhkəmləndiyi hərbi-strateji mövqelərdən yüz kilometrlərlə məsafədə geriyə atdı. Ordumuzun qətiyyətli hücumu və şücaəti qarşısında bircə gün belə düruş gətirə bilməyən İşğalçı rejim və Paşinyan hökuməti üç gündür ki, dünyada döymədiyi qapı, yalvarmadığı dövlət başçısı qalmayıb. Bir günün içərisində təcili sürətdə Ermənistan parlamentini toplayaraq “Dağlıq Qarabağın muxtariyyət statusunda Azərbaycana qaytarılmasının mümkün olub - olmaması” məsələsini gündəmə gətirib, öz ölkəsinin “Azərbaycanla hər cür danışıqlara hazır olmasını” bəyan etməyə başlayıb...
Görəsən nə baş verib belə, xeyir ola! Dünənə qədər Azərbaycana açıq-aşkar meydan oxuyan, Şuşada milli musiqi alətlərimizin müşayiəti ilə milli rəqslərimizi “ermənicə” ifa edən bu “qətiyyətli və qorxmaz rəhbər” birdən-birə necə oldu ki, belə miskin hala düşdü?!
Azərbaycan əsgərinin ayaq səsləri yaxınlaşdıqca Xankəndi və İrəvanın yuxusu aşkar şəkildə ərşə çəkilib. Odur ki, Paşinyan başda olmaqla Ermənistanın bütün ali rəhbərliyi- prezidentindən tutmuş xarici siyasət idarəsinin rəhbərinə, parlament sədrindən, müdafiə nazirindən tutmuş erməni lobbisinə qədər bütün ölkə yetkililəri ellikcə özlərinin ənənəvi “yazıq donu”na bürünərək Amerikadan üzü bəri, Avropa dövlətlərindən tutmuş qonşu Rusiya və İrana qədər kütləvi yalvarışa çıxıblar, Azərbaycan Ordusunun öz doğma torpaqlarını işgaldan azad etmək üçün başlatdığı qətiyyətli hücumu dayandırmaq məqsədilə döyülməsi mümkün olan bütün qapıları döyür, yalvarılması mümkün olan bütün ünvanlara yalvarırlar.
Döyüş bölgəsində üç gündə yaşanan hadisələr bir daha sübut etdi ki, Ermənistan adlanan işğalçı dövlət və ona rəhbərlik edən cinayətkar rejim zordan başqa heç bir dil anlamır, bu quldur xunta rejiminin qonşuların torpaqlarını ələ keçirmək üzərində qurulmuş xain siyasətinə yalnız silahla cavab verimək mümkündür. Daim hiyləgər və məkirli yollarla onun-bunun yurd-yuvasına göz dikən, məqam düşdükcə qonşularına xain tor quran belə yaramaz dövləti və onu idarə edən cinayətkarlar rejimi yalnız zirehli maşınların tırtılları altında əzib-tapdalamaqla ədalətli sülhə məcbur etmək mümkündür.
Rəşadətli Azərbaycan Ordusununun son zəfər yürüşü qarşısında məkirli düşmən bircə gün də duruş gətirə bilmədi. Bir neçə ay bundan əvvəl əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağın tatixi taleyinə öz aləmində sanki “konkret nöqtə qoyan”, milli mədəniyyətimizin incisi sayılan Şuşa şəhətində toy-bayram keçirərək millətimizə gözdağı verən, qonşularına qarşı yürütdüyü açıq işğalçılıq siyasəti ilə BMT tribunasından “dünyaya meydan oxuyan” Paşinyan indi neçə gündür ki, quzuya dönərək imdad diləyir. Müzəffər ordumuzun ildırım sürətli zəfər yürüşü özündən müştəbeh bu küçə və tin siyasətçisini “ədalətli sülh axtarışına” məcbur edib. Görünür bu millətlə yalnız onun bildiyi dildə danışılmalıymış, bu ermənilərə yalnız layiq olduqları münasibət sərgilənməliymiş.
İndi qisas məqamıdır! Durmaq və yarı yolda dayanmaq olmaz! Ermənistanın cinayətkar rejim nümayəndələrini və onlara məxsus işğalçı quldur dəstələrini çıxdıqları dəlmə-deşiyə qədər qovmaq, gözyaşı töküb yalvarıncaya qədər, ədalətli şərtlər çərçivəsində sülhə məcbur edilənə qədər təqib etmək lazımdır. Qoy onlar bütün dünyadakı havadarlarını toplayaraq qapımıza minnətə gəlsinlər! Paşinyan rejimi ilə yalnız belə davranmaq olar, başqa cür mümkün deyil! Odur ki, bütün Azərbaycan xalqını, rəşadətli və cəsur əsgərlərimizi Prezident və Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşməyə, onun qətiyyətinə və dönməz iradəsinə söykənərək, tam qələbə çalana qədər, əzmlə və iradəylə başlanmış döyüşü davam etdirməyə çağırıram! Yalnız və yalnız irəli! Yaşasın müzəffər Azərbaycan əsgəri!
Strategiya.az
“DEMOKRAT”LARIN ANTİDEMOKRATİK QƏRARI VƏ “YAŞ SENZİ” MİTİNQLƏRİ
2 MART MÜZƏFFƏR KOMANDAN NURU PAŞANIN HAQQ DÜNYASINA QOVUŞDUĞU GÜNDÜR
Sumqayıt hadisələri SSRİ və Ermənistan xüsusi xidmət orqanlarının hazırladıqları planın tərkib hissəsi idi
ABŞ-ın Türkiyəyə təzadlı münasibəti – Ankaranın yeni Ağ ev sınağı
SOYQIRIMINI DÜNYAYA TANITMAQDA DAVAM ETMƏLİYİK...
Azərbaycanda 195 nəfər COVID-19-a yoluxub, 71 nəfər sağalıb, 6 nəfər vəfat edib
Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
“Brent” markalı neftin qiyməti 71 dolları ötüb
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edilib
Azərbaycanda koronavirusa yoluxma sayı 400-ü keçdi
Paytaxtda güclü külək məktəbin dam örtüyünü uçurub
Azərbaycanda peyvənd olunanların sayı 407 mini ötüb
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ilə bütün ölkələrin COVİD-19 peyvəndi ilə təmin olunması barədə sənəd qəbul olunub - XİN
“Oba” marketdə biabırçılıq (FOTOLAR)
Qubadlıda DSX-nin Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzi fəaliyyətə başlayıb
Azərbaycan nefti 69 dollardan baha satılır
Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
“Brent” neftinin qiyməti 69 dolları ötüb
Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin Qubadlı və Laçın rayonlarına səfəri təşkil edilib
Prezident İlham Əliyev: Yol çəkirik, asfalt bizim, çınqıl bizim, niyə biz xarici kredit götürməliyik?
Yeni Azərbaycan Partiyasına sədr müavinləri təyin edildi
Prezident İlham Əliyev: Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilirdi
YAP-ın Siyasi Şurası ləğv edilib
Prezident İlham Əliyev YAP-ın qurultayında çıxış edib
YAP-ın növbədənkənar qurultayı başlayır
Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana
Prezident: Azərbaycan Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib
Əli Əsədovun sədrliyi ilə iclas keçirilib
Hər mərkəz üzrə gündə təxminən 120 nəfərin peyvənd olunması nəzərdə tutulur
Türkiyə dünya bazarlarına müdafiə sənayesi məhsullarının ixracını artırıb
Son sutka ərzində koronavirusa yoluxanların sayı 348 mindən çox artıb
General Nadim Raza: Azərbaycanın Zəfəri Pakistanda da eyni istəklə qeyd olundu
Prezident İlham Əliyev: Pakistanla hərbi sahədə əməkdaşlığımız dünyada sülhün bərqərar olunmasına töhfə verəcək
Koronavirus (COVID-19) infeksiyasına 319 yeni yoluxma faktı qeydə alınıb
Bu məktəbdə ənənəvi dərslər bərpa olunur
SİNQAPUR MÖCÜZƏSİ VƏ SİNQAPURUN "MİLLƏT ATASI"
“Azeri Light” neftinin bir barreli 64,25 dollara satılır
Pakistanın Baş qərargah rəisi Azərbaycanda səfərdədir
İtaliya Parlamenti tərəfindən qəbul edilmiş qətnamədə Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin verilməsi tələb olunub
Türkiyə və Fransa prezidentləri arasında telefon danışığı olub
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması barədə sərəncam verildi
Hərbi qulluqçuların maaşları artırıldı - RƏSMİ
Azərbaycanda koronavirusa yoluxanların sayı 300-ü keçdi
Ermənistanda siyasi böhranın yeni dalğası müşahidə olunur
Şuşanın dağları: tədqiqatçı sorağında
Bir ay ərzində “YAŞAT” fondu tərəfindən 23 qazi xaricə müalicəyə göndərilib
Azərbaycan neftinin bir barreli 65,66 dollara satılır
Paşinyan Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsinə hazır olduğunu deyib
İran və Azərbaycan arasında yeni körpünün təməli qoyulacaq - Səfir
2 MART MÜZƏFFƏR KOMANDAN NURU PAŞANIN HAQQ DÜNYASINA QOVUŞDUĞU GÜNDÜR
Valentina Matviyenko: Rusiya Ermənistanın Dağlıq Qarabağla bağlı üçtərəfli Bəyanata əməl etməsinə ümid edir
Zakir Həsənov Belarusun səfiri ilə hərbi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib
Fransanın sabiq prezidenti Nikola Sarkozi üç il həbs cəzasına məhkum olunub