Əli Həsənov: Humanitar atəşkəsdən narahat olmaq lazım deyil

22:51 / 10.10.2020

Əli Həsənov

Tarix elmləri doktoru, professor

 27 sentyabr 2020-ci ildən başlayaraq Şanlı Ordumuzun Qarabağ cəbhəsində çaldığı qələbələrin və Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyevin bu qələbələr haqqında xalqımıza ünvanladığı möhtəşəm müraciətlərin yaratdığı xoş ovqat və qələbə əhval-ruhiyyəsi fonunda dünən Moskvada imzalanan humanitar atəşkəs razılaşmasının cəmiyyətimizdə yaratdığı müəyyən narahatlıq təbii və anlaşılandır. Xüsusən də, nəzərə alınsa ki, atəşkəs təşəbbüsü işğalçı Ermənistanın hərbi-strateji müttəfiqi sayılan Rusiyadan gəlib və bizi daim dəstəkləyən qardaş Türkiyənin bu prosesdə birbaşa iştirakı olmayıb. Lakin bir reallıq da var ki, müharibəni istənilən vaxt dayandırmaq daha çətindir, nəinki başlamaq. Odur ki, məncə bu atəşkəsdən xüsusi narahat olmaq üçün heç bir əsas yoxdur və bəzi sosial şəbəkə aktivlərinin cəmiyyətimizdə formalaşmış yüksək vətənpərvərlik ruhunu sındırmaq istiqamətindəki cəhdləri yolverilməzdir.
Rusiyanın təklifi ilə İki həftəyə yaxındır ki, qanlı müharibənin getdiyi Qarabağ cəbhəsində müvəqqəti atəşkəs razılığına gəlinməsi xəbəri müharibə aparan tərəflərin hər birində təbii olaraq fərqli qarşılanıb. Ermənistan rəhbərliyi və onun işğalçı ordusu Azərbaycanla üzbəüz döyüşlərdə ciddi məğlubiyyətə düçar olduğu üçün və uduzan tərəf kimi mövcud atəşkəsdən, əlbəttə ki, məmnun qalıb. Məğlub tərəf kimi onlar Rusiyayanın bu təşəbbüsünü xüsusi təqdir etdikləri halda, cəbhədə və döyüşlərdə qalib gələn Azərbaycan cəmiyyəti sözsüz ki, bu atəşkəsə müəyyən şübhə ilə yanaşır. Bu da təbiidir, çünki xalqımız Qarabağ cəbhəsindən son iki həftədə eşitdiyi xoş qələbə müjdələrini düz 30 ildir ki, həsrətlə gözləyirdi. İndi Ali Baş Komandan İlham Əliyev başda olmaqla müzəffər Ordumuzun saatbasaat, anbaan gələn şanlı qələbə xəbərlərinin sıralandığı bir məqamda birdən-birə humanitar atəşkəs xəbərinin ortaya atılması, təbii ki, çətin anlaşılan məqamdır. Amma cəmiyyətlərin fərqli situasiyalarda belə məqamlara necə yanaşmasından, bu kimi siyasi addımları necə qiymətləndirməsindən asılı olmayaraq, tarixdə hər bir müharibənin sonu atəşkəs və danışıqlar masasında bitir! Bir də hər bir siyasi qərarın və atılmış addımın da öz səbəbi, öz əsaslandırması, müsbət və mənfi tərəfləri olur. Sadəcə hər bir mövcud vəziyyətdə bəhs olunan hadisəyə obyektiv qiymət vermək və doğru-düzgün dəyərləndirmək lazımdır. Azərbaycan üçün də Moskva razılaşmasının həm müsbət, həm də mənfi tərəfləri mövcutdur. Müsbət tərəflərdən başlamaq istəyirəm:
Əvvəla, bu humanitar atəşkəsdir və əgər tələb olunacaqsa, bir qədər sonra hərbi əməliyyatları yenidən başlaya və davam erdirə bilərik.
İkincisi, bu atəşkəs ətraf rayonlarla birlikdə Dağlıq Qarabağın işğal olunduğu dövrdən bəri ilk dəfədir ki, Azərbaycan dövlətinin və ordumuzun siyasi, hərbi və psixoloji üstünlü şəraitində, düşmənin təklifi və təşəbbüsü ilə, ciddi yalvarışları nəticəsimdə baş tutur. Deməli, Azərbaycan diplomatiyası qarşıdakı danışıqla üstün statusla qatılmaq imkanı qazanıb. Odur ki, diplomatiyamız mövcud reallığa söykənərək, 27 sentyabrdan keçən iki həftə ərzində ordumuzun qələbə əzminə, xalqımızın günü-gündən artan vətənpərvərlik hisslərinə və milli birliyik iradəsinə güvənərək ermənilərə ciddi təzyiq göstərməlidir, cəbhədəki hərbi üstünlüyümüzü siyasi-diplomatik masada tamamlayaraq, Azərbaycanın ədalətli şərtləri çərçivəsində problemin həllinə nail olmalıdır.
Üçüncüsü, yaranmış humanitar atəşkəsdən istifadə edib, ərazidə qalan və yığışdırılması vacib olan düşmən əsgərlərinin meyitlərinin ortalıqdan yığışdırılmasını təmin etmək lazımdır. Çünki, dağıdılmış və vurulmuş səngərlərdə ciddi xəstəliklərə səbəb ola biləcək çoxlu cəsədlərin olması istisna deyil və onlar ətrafdakı əhalinin, ordumuzun sağlamlığına ciddi xətər yetirə bilər.
Dördünçüsü, Ordumuz hərbi-strateji cəhətdən də bu qısa fasilədən səmərəli istifadə edib, ön cəbhədə döyüşən ordu hissələri ilə arxa cəbhə arasındakı əlaqələri və təminat sistemini qaydasına sala bilər. Həm də neçə gündür ki, səngərdə göz yummağa və normal qidalanmağa imkanı olmayan əsgərlərin, digər hərbçilərimizin tibbi-sanitar, qida, geyim və istirahət ehtiyaclarını təmin etmək lazımdır. Yaxşı döyüşmək üçün əsgər həm də yaxşı dincəlməli, lazımi təchizatla təmin olunmalı və özünü toparlamalıdır.
Beşincisi, döyüş başlayandan bu günə qədər əldə etdiyimiz torpaqlarda və hərbi mövqelərdə möhkəmlənmə işləri aparmaq, sıradan çıxmış texnikamızı sazlamaq, əks-hücuma məruz qalmadan növbəti mərhələdə döyüş əməliyyatlarına hazırlaşmaq da vacibdir.
Əlbəttə, onu da nəzərə almaq lazımdır ki, düşmən tərəfin əsas hərbi texnikası və peşəkar hərbçilərinin qabaqcıl hissəsi sıradan çıxarılıb, ən yaxşı hərbi hissələri darmadağın edilib. Onlar da mövcud atəşkəsdən faydalanıb hazırlaşmağa və itkilərinin yerini doldurmağa cəhd göstərəcəklər. Lakin, nəzərə alsaq ki, biz öz torpağımızda döyüşürük, öz ərazilərimizi azad edirik və bu yöndə də hücum edən tərəfik, deməli çevik hərbi manevr fasiləsi də ilk növbədə daha çox bizə lazımdır.
O ki qaldı Moskva razılaşmasının əsas mənfi tərəflərinə, ilk növbədə onu qeyd etmək lazımdır ki, təəssüf ki, bu təşəbbüs də 30 ilə yaxın bir dövr ərzində Dağlıq Qarabağ münaqişəsi fonunda yalnız baş qatmaqla məşgul olan və Azərbaycanın bütün etimadını itirmiş Minsk qrupu və onun əsas ruporu sayılan Rusiya-Fransa cütlüyü tərəfindən həyata keçirilir. Cəmiyyətimizin arzu etdiyi və Azərbaycanın əzəli və əbədi müttəfiqi sayılan Türkiyə yenə də bu danışıqlardan kənarda saxlanılıb. Təşəbbüs və razılaşmanın mərkəzində yenə də Ermənistanı əvəzsiz olaraq silahlandıran və KTMT xətti ilə dəstəkləyən, blok çərçivəsində onun hərbi-strateji müttəfiqi sayılan Rusiya dayanır. Rusiya keçən 14 günlük Qarabağ döyüşlərində neytrallığını qoruyaraq Paşinyana ciddi dərs verdi, məqam düşən kimi Moskvanı satmağa və Qərbə üz tutmağa hazır olan bu ikiüzlü siyasətçiyə öz yerini göstərdi, erməni cəmiyyətinə “Rusiyasız Ermənistanın əsl gücünü və dəyərini” anlatdı. İndisə atəşkəs çalışmaları ilə özünün “təbii və daimi müttəfiqi” saydığı Ermənistanı gözlənilən biabırçı hərbi məğlubiyyətdən xilas etməyə çalışır. Odur ki, Moskvanın son iki həftə ərzində döyüş səhnəsində qeydə alınmış real nəticələri görməzdən gələrək, atəşkəs bəyannaməsində yenə də köhnə postulatları- münaqişənin yalnız danışıqlar yolu ilə həlli, danışıqların formatı (Minsk üçlüyü, Ermənistan və Azərbaycan), əsas baza prinsipləri (Madrit prinsipləri) və s. kimi məsələləri təkrarlaması, Azərbaycanın ədalətli mövqeyini və son zamanlar qazandığı qələbələr üzərimdə irəli sürdüyü “işğalçıların torpaqlarımızdan qeyd-şərtsiz çıxarılması tələbini” nəzərə almaması, təbii olaraq cəmiyyətimizdə məyusliq doğurur.
Əlbəttə, Rusiyanın, Fransanın və Amerikanın Minsk qrupu tərkibində 1994-cü ildən bəri ortaya qoyduğu Qarabağ problemini sülh yolu ilə “konservləşdirmək” istiqamətindəki fəaliyyəti və Türkiyənin dünənki danışıqlarda ortada görünməməsi təbii ki, cəmiyyətimizi qayğılandırır. Rəsmi Bakı məncə hazırda bütün bunların fərqindədir. Sadəcə olaraq, görünür mövcud beynəlxalq tələblər çərçivəsində hazırkı danışıqlar formatının hələ ki, qorunması zərurəti qardaş Türkiyənin bu danışıqlarda birbaşa iştirakına imkan vermir. Ermənilər də bu işdə xüsusi canfəşanlıq göstərərək, nənki Türkiyənin danışıqlarda iştirakına xüsusi etiraz edir, həm də Dağlıq Qarabağın qondarma rejiminin prosesə qoşulmasını təkid edirlər.
Sevindirici hal ondan ibarətdir ki, hazırda Azərbaycan və Ermənistan danışıqlar masası ətrafında artıq əvvəlki illərdə olduğu kimi “udan” və “uduzan” tərəflər kimi deyil, “ öz torpaqlarını güc yolu ilə azad etməyə qadir olan və bu istiqamətdə xüsusi iradə ortaya qoymuş Azərbaycan dövləti ilə” “güclü Azərbaycan Ordusu qarşısında 10 gün duruş gətirə bilməyən işğalçı Ermənistan” rejimi kimi çıxış edir. Ermənistan dünyadakı bütün havadarlarını səfərbər edərək var gücü ilə müzəffər Azərbaycan Ordusunu döyüş meydanında dayandırmağa və özünün işğalçı quldur dəstələrini tam məğlubiyyətdən qurtarmağa çalışır. Paşinyanın vəziyyətini ağırlaşdıran ən ciddi məqam isə erməni xalqının getdikcə ona qarşı artan narazılığı, ölkə daxilində yaranan siyasi-iqtisadi və sosial böhran, o cümlədən də son 10 gündə döyüş xəttində Azərbaycan əsgəri tərəfindən məhv edilmiş işğalçı erməni əsgərlərinin cəsədilərinin iylənərək, ətrafa üfunət yaymasıdır. O, bütün bunları ört-basdır etmək istəsə də heç nəyə nail ola bilmir. Ermənistan hazırda Rusiya rəhbərliyinin də son dövrdə Paşinyana qarşı artan etimadsızlığı fonunda ciddi siyasi böhranın astanasındadır. Beləliklə, qarşımızdakı Ermənistan “bir vaxtlar öz işğalçılıq məharəti ilə öyünən, bizi və dünyanı mövcud reallıqlarla hesablaşmağa çağıran qalib dövlət, Pşinyan isə özündən müştəbeh və ipə-sapa yatmayan “rəhbər” kimi deyil, açıq döyüşdə məğlub olmuş, iqtisadi və siyasi cəhətdən zəif, xarici siyasətdə yazıq, döyüş meydanında vurulmuş cəsəd kimi çürüyən ölkə və “miskin rəhbər” qismimdə sadəcə sürünür.
Moskvadakı görüşdən bir az əvvəl hərb meydanımda qalib gəlmiş Azərbaycan Prezidenti öz xalqına müraciət etdi və qətiyyətli lider mövqeyini bir daha nümayiş etdirdi. Görüş əsnasında Sky News televiziyasına verdiyi müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həllinin ədalətli formulunu bir daha açıqladı və işğalçı Ermənistanı silahlandıran, dəstəkləyən ölkələrə açıq mesaj göndərdi. Yəqin ki, qardaş Türkiyənin ali rəhbərliyi ilə də əsas məsələlər üzrə mövqelər dəfələrlə müzakirə edilib. Bir sözlə, fikrimcə son zamanlar yaşanan bütün proseslər ölkə Prezidentinin birbaşa nəzarətindədir, atəşkəs də, gələcəkdə aparılacaq danışıqların formatı və prinsipi də, bağlanacaq sülh müqavilələrinin əsas detalları da Azərbaycanın milli maraqları çərçivəsində tənzimlənir. Söz yox ki, əgər hansasa mərhələdə Ermənistan və havadarları yenə dövlət maraqlarımızı pozmağa cəhd edəcəklərsə, döyüşləri yenidən bərpa etməli olacağaıq. Hazırdasa paralel danışıqlardan, müvəqqəti atəşkəslərdən, diplomatik cəhdlərdən narahat olmaq, ruh düşkünlüyünə qapılmaq üçün heç bir səbəb və əsas yoxdur. Tarixdə nə daimi müharibə, nə də ki, daimi atəşkəs olmayıb. Müharibəyə istənilən zaman başlandığı kimi, atəşkəsə də istənilən zaman qərar vermək, yaxud onu pozmaq olar. Yetər ki, buna əsas olsun və beynəlxalq hüquqa görə belə addım atmağa haqqın çatsın. Son iki ildə Dağlıq Qarabağ probleminin həlli prosesindən daim yayınan Ermənistan indi danışıqlar prosesinə yalvara-yalvara qatılır. Azərbaycan dövlətinin dəmir iradəsi və qəhrəman ordumuzun uğurlu əməliyyatları ilə üz-üzə qalan işğalçı rejimin son günlərdə dünyada “göz yaşları axıdaraq yalvarmadığı” ölkə qoymayıb. Artıq Ermənistan hökumətinin beynəlxalq hüquqa və Azərbaycan dövlətinə meydan oxuyan dövrü bitib. Azərbaycan hökuməti hazırda öz torpaqlarını işğaldan azad etmək və ölkənin ərazi bütövlüyünü bərpa etmək üçün daha əlverişli beynəlxalq hərbi-siyasi və diplomatik imkan qazanıb. Odur ki, milli dəyanətimizi, milli-vətənpərvərlik emosiyalarımızı toparlayaq, səbr və təmkinimizi itirmədən, kimlərinsə siyasi ambisiyalarının təsirinə düşmədən dövlətimizin və ölkə rəhbərliyinin ətrafında sıx birləşməliyik, bu prosesləri qələbə ilə başa çatdırmaq üçün ona hər çür dəstək verməliyik. Bütün proseslər gözlərimizin önündə və bütün xalqın, hər bir vətəndaşımızın iştirakı ilə cərəyan edir. Allah xalqımızı və Prezidentimizi qorusun! Qələbə bizimlədir!


Etiket:

Strategiya.az

Xəbərlər
03.12.2020

Prezident İlham Əliyev: 2020-ci il ərzində dünya ictimaiyyəti müasir tariximizin ən ciddi səhiyyə böhranı ilə üzləşib

03.12.2020

VƏTƏNİN VARLIĞI VƏ MÜQƏDDƏS İTKİLƏRİ

03.12.2020

Şəhidlər haqqında ətraflı məlumat ictimaiyyətə təqdim olunacaq - MN

03.12.2020

Laçın və Kəlbəcərə komendantlar təyin edildi - RƏSMİ

03.12.2020

Azərbaycanda 4 189 nəfər COVID-19-a yoluxdu, 2 072 nəfər sağaldı, 40 nəfər vəfat etdi

03.12.2020

Sabah saat 12:00-da şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək - SƏRƏNCAM

03.12.2020

Zəfər Günü hər il noyabrın 8-də qeyd ediləcək - Prezident Administrasiyası

03.12.2020

FİZİKİ QÜSUR – FACİƏ DEYİL, MƏNƏVİ QÜSURDAN UZAQ OLAQ

03.12.2020

Xankəndi şəhəri Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına aiddir - Nazirlik

03.12.2020

Vəkil Adil İsmayılov koronavirusdan dünyasını dəyişdi

03.12.2020

Zərdabda evi tərk edən COVİD-19 xəstəsinə cinayət işi başlandı

03.12.2020

Suqovuşana çəkiləcək avtomobil yolunun minalardan təmizlənilməsi əməliyyatı başa çatıb

02.12.2020

Azərbaycan və Rusiya xarici işlər nazirlərinin telefon danışığı olub

02.12.2020

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tikintisi aparılır - Hulusi Akar

02.12.2020

Noyabrın 10-da Azərbaycanda Zəfər Günü qeyd ediləcək

02.12.2020

Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək - SƏRƏNCAM

02.12.2020

Qarabağda Türkiyə ilə müştərək ilk Yüksək Texnologiyalar Parkı yaradılacaq

02.12.2020

MMC rəisinə cinayət işi başlandı

02.12.2020

Müdafiə Nazirliyi hərbi xidmətdən tərxislə bağlı vətəndaşlara müraciət edib

02.12.2020

Azad olunmuş ərazilərdə nəqliyyat strukturu necə qurulacaq? - DANX-dan AÇIQLAMA

02.12.2020

Polis ötən gün yaşayış yerini tərk edən daha 28 koronavirus xəstəsi aşkarladı

01.12.2020

Dəniz piyadaları daimi dislokasiya məntəqəsinə geri qayıdıb - MN (FOTO)

01.12.2020

“Qarabağ” ordeninin statutu müəyyənləşib

01.12.2020

Vətən Müharibəsində qələbə münasibətilə orden və medallar təsis edilib - FƏRMAN

01.12.2020

Azərbaycanda 4 426 nəfər COVID-19-a yoluxub, 1 995 nəfər sağalıb, 41nəfər vəfat edib

01.12.2020

Bir qrup hərbi qulluqçu səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilir - SƏRƏNCAM

01.12.2020

Ordudan ilk bu şəxslər tərxis ediləcək - SİYAHI

01.12.2020

Prezident İlham Əliyev: Meşə sahələrimizin böyük hissəsi toxunulmaz qalıb, çünki düşmən o meşələrə dırmaşa bilməyib

01.12.2020

Azərbaycan Prezidenti: Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib

01.12.2020

Prezident İlham Əliyev Laçının işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib

01.12.2020

AZƏRBAYCAN ORDUSU LAÇINDA!

01.12.2020

Laçında komendant postlarının yaradılması ilə bağlı işlərə başlanıldı

01.12.2020

Laçında Azərbaycan bayrağı qaldırıldı - VİDEO

01.12.2020

Bir gündə 28 koronavirus xəstəsi saxlanıldı, 19 nəfərə cinayət işi başlandı

01.12.2020

Misir portalı Azərbaycan Ordusunun Laçına daxil olmasından yazıb

01.12.2020

Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub (VİDEO)

30.11.2020

Rusiya ilə Dağlıq Qarabağ üzrə Monitorinq Mərkəzinin detalları müzakirə olunur - Hulusi Akar

30.11.2020

Azərbaycanda 2 981 nəfər COVID-19-a yoluxub, 1 226 nəfər sağalıb, 31 nəfər vəfat edib

30.11.2020

Karxanaların Kürə təsiri açıqlandı

30.11.2020

İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələr necə təşkil ediləcək?

30.11.2020

Fransanın təxribatları cavabsız qalmayacaq

30.11.2020

Xınalıq kəndində 16 santimetr qar yağıb

30.11.2020

Oğuzda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanılıb

30.11.2020

"Ağyoxuş" qızıl yatağı istismara verildi (FOTO)

29.11.2020

Vətəni Xudayarın səsindən tanıyın (VİDEO)

29.11.2020

Rusiya Federasiyasının sülhməramlı kontingentinin təminatı ilə bağlı fəaliyyətlər həyata keçirilir (VİDEO)

29.11.2020

Ceyhun Bayramovun iranlı həmkarı ilə telefon danışığı olub

29.11.2020

Azərbaycanda COVID-19-a 4 170 yeni yoluxma qeydə alınıb, 1 985 nəfər sağalıb, 38 nəfər vəfat edib

29.11.2020

Ağdamın Şahbulaq kəndi - VİDEO

29.11.2020

Gələn ilin əvvəlindən övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq