İlan qoşunu üzərində qələbə – Sona Vəliyeva yazır

13:37 / 27.10.2020

Strategiya.az filologiya elmləri doktoru, şair Sona Vəliyevanın  "İlan qoşunu üzərində qələbə" adlı yazısını təqdim edir:
                            
  Gəncədə dinc əhalinin evində yatdığı yerdə şəhid edildiyi gün film kimi bir yuxu gördüm: 
 Payızın indiki yarısoyuq, yarıküləkli günlərində, çöllərin solğun, bağların sarı, xınalı əhvalının içindən keçərək, ayaqyalın, başıaçıq, daşların, tikanların içindən əlimdə üçrəngli bayraq bir dağa doğru qaçırdım. Nəfəsim kəsilincə qaçıb çatdığım yer Ağrı dağının ətəkləri idi. Vaxtı ilə haqqında çoxlu əfsanələr eşitdiyim Ağrı dağının qarlı zirvəsinə baxa-baxa üşüdüyümü hiss etdim. Bəli, həmin Ağrı dağı idi, uşaqlığımda hər səhər həyətə çıxanda uzaqdan gördüyüm Ağrı dağı... Bu dəfə lap ətəyində dayanmışdım. Qarabağ savaşı Ağrı dağın ətəyindən başlamışdı. Döyüş meydanında üstünlük bizim tərəfdə idi. Heç nədən qorxmurdum. Azərbaycanın bütün nisgilli yurd yerləri Ağrı dağla yaxın məsafədə sıralanmış görünürdü. Çiyin-çiyinə duran igidlərə bənzəyirdilər. Bir addımlıq məsafələrdə yol ayrıcları mövcud idi, həmin yol ayrıclarında vurulan lövhələrdə Şuşa, Təbriz, İrəvan, Ağrı elləri, Nuhçıxan Laçın, Bakı... adları sıralanırdı... Adlar, filmlərdəki kimi qaçan sətirlərə döndükcə, Azərbaycanın bütün ərazilərinin adları oxunurdu... 
 Döyüş meydanında döyüşçülərimiz göy rəngli atların üstündə "Ya Qarabağ, ya ölüm”, "Azərbaycan uğrunda” – deyərək vuruşurdular. Yuxumda, meydanda gördüklərimdən dəhşətə gəlmişdim. İgid əsgərlərimizin vuruşduqları düşmənlər insan deyildilər, ilanabənzər əcaib məxluqlar idi. Fürsət tapıb kimliklərini öyrənməyə çalışdım. Əsgərlərdən biri – "bunlar bizim çörəyimizə nankor olduqlarından ilahi tərəfindən cəzalanmış ermənilərdir, bədənləri ilan, başları insana bənzər, içləri ilan zəhəri ilə dolu qorxulu məxluqlara çevriliblər” – dedi. Yuxumdakı əsgər düz deyirdi. Bayraq dedikləri əski parçasında da ilan ağusunun, zəhərinin sarıya, narıncıya bənzər rəngləri yer almışdı. Gəbərən ilan məxluqların yarasından qan yox, sarı, narıncı zəhər axırdı.
 Ağrı dağın ətəyindən başlanan döyüşdə az qala göy üzünü tutacaq qədər üçrəngli bayraq Göyçə gölünün üstünə kölgə salaraq bir ucu Şuşaya toxunub qayıdırdı... Bu nə idi, İlahi! Ağrı dağ, Göyçə gölü Şuşaya nə qədər yaxın imiş. Şuşa ovuc içi kimi yaxın görünürdü. Əsgərlərimiz göm-göy atların belində quş kimi şığıyaraq, döyüş tarixi yazırdılar. Yaralananların yarasını günəşdən uzanan əllər sığalladıqca şəfa tapırdı. Göylərdən gələn İlahi dəstəklə əsgərlərin yaralanması ilə sağalması üç, beş dəqiqədə baş verirdi. Dəmir caynaqlı, heybətli varlıqlar ilan ordusunun başına od yağdırırdı. İlan leşlərini sayıb bitirmək mümkünsüz idi. Yorulmaq hissini yurd həsrəti hissi elə üstələmişdi ki, tezliklə qələbə müjdəsini verməyə tələsən oğulların gücü birə min artmışdı. Haqq davasının nurunu geyinən oğullar parçalanmış, əsir torpağı daha tez azad etmək, bütövləşdirmək əzmilə vuruşurdular. Əsgərlərimizə atılan güllələr bumeranq kimi özlərinə qayıdırdı, leş leşə qarışırdı.
 Bizimkilər ilan ordusunu ot kimi biçirdilər. Yerdə sağ qalan düşmən döyüşçülər isə ilan dilini çıxararaq yalvarırdılar. Elə ilan dilində də söyürdülər onları bura göndərənə, ilanların padşahına. Amma aman verilən kimi sancmaqlarından da qalmırdılar. Əsgərlərimizin ayıq-sayıqlığı ilə başları yenidən vurulurdu. Yerə düşən ilan başları dərhal erməni sifəti alırdı. Əsgərlər, eləcə də ətrafdakı adamlar onların kim olduğunu aydınlaşdırmağa çalışırdılar: "Bu qara ilan Xocalı soyqırımının rəhbəridir. Bu dili qoparılan boz ilan tarixi torpaqlarımızın erməni torpağı olduğunu iddia edən saxtakar erməni alimidir. Digər biri qışqırırdı ki, gəlin baxın, bu da ilan ordusunun dövlət rəhbəridir, bax, bu isə ağzı üstə düşüb boğaza qədər torpaq udub gəbərən, ilan ordusunun generalıdır. Digər biri təəccüblə, ölən ilanın başını ayağı ilə çevirərək, bu da, bizim məhəllədə pinəçi işləyən Gevork kişidir. Sumqayıt hadisələrində qonşu erməni qadınını eyvandan ataraq, "azərbaycanlılar bizi burda qırır” – harayı salmışdı. Onun kiçik pinəçi daxması məlumatların ötürülməsində kəşfiyyat mərkəzi rolunu oynayırmış, amma heç birimizin xəbəri olmamışdı...” – deyə araşdırmalar təəccüb doğururdu.
 Ölən ilanların üzü erməni üzünə çevrildikcə, əsgərlər onların kimliyini dəqiqləşdirirdilər. Şuşada qondarma respublikanın andiçməsində iştirak edənlərin əksəriyyəti gəbərmişdilər. Xocalı soyqırımının təşkilatçısı olduğundan qürur duyan iki ilanabənzər məxluq can üstəydi, ilan dili çıxararaq imdad diləyirdilər. 
Əsgərlərdən biri ölməkdə olan ilanın yanından keçib getmək istəyərkən arxadan ayağına ağız atan ilanın başına dostlarından biri güllə çaxdı. Dərhal ilanabənzər məxluqun başı tanış düşmən üzünə çevrildi. İlan erməni xisləti ilə birlikdə məhv edilirdi. İyrənc üzlü ilanı tanıyanlardan biri – "Gəncəni vurmaq əmrini verən komandiri də cəhənnəmə  vasil etmişik!” – deyə sevinclə qışqırırdı.
 Hər tərəf mavi, qırmızı, yaşıl çiçəklərə bürünmüşdü... Torpağın bütövləşmək diləyi çiçəklənmişdi payız günündə. Yurdun azadlığı qayıdanda  payızın baharı belə olurmuş, demə... Yuxumda payızda bol su içən ağacların vaxtsız çiçəkləməsi kimi qələbə əhvalı torpağı cana gətirmişdi. Zəfər sevinci ilə yellədiyim bayrağın  öz əlimdə deyil, dünyasını dəyişən anamın əlində olduğuna təəccüblənəndə: "Mənim Əshabi-Kəhfə dediyim qurbanlar qəbul olunub, 27 il əvvəl dediyim qurbanım qəbul edilib”, - deyə sevinc gözyaşı ilə anam cavab verdi.
Anam: "Göy atlı oğullar torpağı ilan məxluqlardan azad etdikcə, gor evimiz də abad olacaq. İlan məxluqların leşini tez yığışdırın, ağusu zəhəri torpağa çökməsin. Bunlar ilandan betərdir, İlahidən torpaq hərisliyi, torpaq tamahı ilə cəzalanmış məxluqlardır. İlanla birgə yaşamaq olmaz. Şükür, təmizləndi torpağımız, bəla başımızdan sovuşur. İlahinin yaratdığı ilan, insanı yatarkən vurmaz, bu ilanabənzər, ilan xislətlilər bizim bacı-qardaşlarımızı yatdığı yerdə şəhid etdilər. Allahdan isə bəlalarını indi belə buldular. İlanın ağına da  qarasına da, sarısına da lənət. Unutmayın, sarı ilan daha zəhərli olur” – deyə bizi bundan sonra daha ehtiyatlı olmağa çağırırdı. Yuxudan ayılanda beş-on dəqiqə mürgülədiyimi anladım. Elə bu an Cəbrayılın, Füzulinin, Zəngilanın kəndləri işğaldan azad edildiyi üçün ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyev televiziya vasitəsilə xalqımızı təbrik edirdi. Eyni zamanda ordumuzun yalnız erməni faşist rejiminin cəlladlarına qarşı vuruşduğunu, heç bir dinc əhaliyə qarşı silah işlədilmədiyini çatdırırdı. Bu bizik, dinc əhaliyə qarşı həmişə rəhmli və mərhəmətli davranan Azərbaycan ordusu! Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli, iradəli çıxışını dinləyən xalq yumruq kimi birləşirdi.
 Anamın yuxuma gəlməsinin öz anlamı vardı. Demək, yurd həsrətilə dünyasını dəyişən nə qədər doğmalarımız vardırsa, onların ruhu bu gün şad idi.
 Anam, Qarabağ yeni işğal olunanda Murovdağda, Ağdərədə şəhid olan əsgərlərin xəbərini xəstəxanada xəstə yatarkən eşitmişdi. Ağır xəstəliyi olduğunu unutmuşdu, elə hey ağlayırdı. Bir gün yanına gəldiyimdə mərkəzi xəstəxananın həyətində üzü Şəhidlər Xiyabanına dayanıb, çox asta səslə ağı dediyini gördüm. Elə bu vaxtlar idi... Payızın xınalı vaxtlarında anam 20 Yanvar şəhidləri ilə  ilan məxluqların əsir aldığı torpaqlar uğrunda şəhid olanlarını oxşayıb ağlayırdı. Hətta xəstəlik tarixçəsini yazan tibb bacısı doğum tarixini soruşanda – "Vallah, nə bilim, ay qızım, bu şəhid gedən oğullardan sonra neçə il yaşamağımızın və ya neçə yaşda olmağın özü günahdır. Analar qalır, oğullar ölür, çox günahdır” – demişdi. Elə bil anam yaşamağından utanırdı. Əslən Ərdəbildən olan anamın fərqli irfan əxlaqı, Vətənə, yurda fərqli sevgi duyğuları vardı.  Bu gün yuxumda əlimdən üçrəngli bayrağı alıb özü yelləyirdi. Elə bil cavanlaşmışdı, gözəlləşmişdi. Ətrafı göy qurşağına bənzər işıq haləsi ilə bəzənmişdi. Demək, ruhu şad idi. Zəfər gününü ruh halı ilə izləyən bütün dünyasını dəyişənlərimiz kimi...
Gözün aydın, Vətən! Gözün aydın, dünyasını dəyişənlər, ruhu yurdumuza duaçı olanlar! Gözün aydın, şəhid oğullarla birgə ruhu zəfərimizi izləyən anam! İlan məxluqlardan torpağımızı azad edirik. Əziz anam, sən demişkən, ilanın ağına da lənət, qarasına da! Sarısına isə min lənət! Şükür, ilan məxluqlar torpaqlarımızdan birdəfəlik rədd oldular!
 
 


Müjdə, Şuşam, biz gəlirik!
 
Eşit ay elim, ərənim,
Qalam, bürcüm, səngərim.
Gözü yol çəkənlərim,
Müjdə, Şuşam, biz gəlirik!
 
Yenəmi o dağa qar yağır?
Bilirmi İsa bulağı?
Yox olsun göz yaşı, ağı,
Müjdə, Şuşam, biz gəlirik!
 
Ay dağlar, ay meşələr,
Ay intizar bənövşələr,
Ruhu yaşayan kişilər,
Müjdə, Şuşam, biz gəlirik!
 
Düşmən haqdan cəza bulur,
Yetməyə yollar durulur,
Turan birliyi qurulur,
Müjdə, Şuşam, biz gəlirik!
 
Bu gün axşama yetərik,
Zəfər bayrağın dikərik,
Yurda qəhrəman dönərik,
Müjdə, Şuşam, biz gəlirik!


Etiket:

Strategiya.az

Xəbərlər
02.12.2020

Azərbaycan və Rusiya xarici işlər nazirlərinin telefon danışığı olub

02.12.2020

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tikintisi aparılır - Hulusi Akar

02.12.2020

Noyabrın 10-da Azərbaycanda Zəfər Günü qeyd ediləcək

02.12.2020

Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək - SƏRƏNCAM

02.12.2020

Qarabağda Türkiyə ilə müştərək ilk Yüksək Texnologiyalar Parkı yaradılacaq

02.12.2020

MMC rəisinə cinayət işi başlandı

02.12.2020

Müdafiə Nazirliyi hərbi xidmətdən tərxislə bağlı vətəndaşlara müraciət edib

02.12.2020

Azad olunmuş ərazilərdə nəqliyyat strukturu necə qurulacaq? - DANX-dan AÇIQLAMA

02.12.2020

Polis ötən gün yaşayış yerini tərk edən daha 28 koronavirus xəstəsi aşkarladı

01.12.2020

Dəniz piyadaları daimi dislokasiya məntəqəsinə geri qayıdıb - MN (FOTO)

01.12.2020

“Qarabağ” ordeninin statutu müəyyənləşib

01.12.2020

Vətən Müharibəsində qələbə münasibətilə orden və medallar təsis edilib - FƏRMAN

01.12.2020

Azərbaycanda 4 426 nəfər COVID-19-a yoluxub, 1 995 nəfər sağalıb, 41nəfər vəfat edib

01.12.2020

Bir qrup hərbi qulluqçu səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilir - SƏRƏNCAM

01.12.2020

Ordudan ilk bu şəxslər tərxis ediləcək - SİYAHI

01.12.2020

Prezident İlham Əliyev: Meşə sahələrimizin böyük hissəsi toxunulmaz qalıb, çünki düşmən o meşələrə dırmaşa bilməyib

01.12.2020

Azərbaycan Prezidenti: Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib

01.12.2020

Prezident İlham Əliyev Laçının işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib

01.12.2020

AZƏRBAYCAN ORDUSU LAÇINDA!

01.12.2020

Laçında komendant postlarının yaradılması ilə bağlı işlərə başlanıldı

01.12.2020

Laçında Azərbaycan bayrağı qaldırıldı - VİDEO

01.12.2020

Bir gündə 28 koronavirus xəstəsi saxlanıldı, 19 nəfərə cinayət işi başlandı

01.12.2020

Misir portalı Azərbaycan Ordusunun Laçına daxil olmasından yazıb

01.12.2020

Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub (VİDEO)

30.11.2020

Rusiya ilə Dağlıq Qarabağ üzrə Monitorinq Mərkəzinin detalları müzakirə olunur - Hulusi Akar

30.11.2020

Azərbaycanda 2 981 nəfər COVID-19-a yoluxub, 1 226 nəfər sağalıb, 31 nəfər vəfat edib

30.11.2020

Karxanaların Kürə təsiri açıqlandı

30.11.2020

İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələr necə təşkil ediləcək?

30.11.2020

Fransanın təxribatları cavabsız qalmayacaq

30.11.2020

Xınalıq kəndində 16 santimetr qar yağıb

30.11.2020

Oğuzda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanılıb

30.11.2020

"Ağyoxuş" qızıl yatağı istismara verildi (FOTO)

29.11.2020

Vətəni Xudayarın səsindən tanıyın (VİDEO)

29.11.2020

Rusiya Federasiyasının sülhməramlı kontingentinin təminatı ilə bağlı fəaliyyətlər həyata keçirilir (VİDEO)

29.11.2020

Ceyhun Bayramovun iranlı həmkarı ilə telefon danışığı olub

29.11.2020

Azərbaycanda COVID-19-a 4 170 yeni yoluxma qeydə alınıb, 1 985 nəfər sağalıb, 38 nəfər vəfat edib

29.11.2020

Ağdamın Şahbulaq kəndi - VİDEO

29.11.2020

Gələn ilin əvvəlindən övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq

29.11.2020

İsmayıllı ağ örpəyə büründü - FOTO

29.11.2020

Kəlbəcər rayonunun kəndlərinin videogötüntüləri - VİDEO

28.11.2020

Azərbaycanda COVID-19-a 4 212 yeni yoluxma qeydə alınıb, 1 760 nəfər sağalıb, 32 nəfər vəfat edib

28.11.2020

Füzulidə 5 mülki şəxs minaya düşərək həlak olub - Baş Prokurorluq

28.11.2020

İqtisadi Şuranın növbəti iclası keçirilib

28.11.2020

Türk əsgərləri tezliklə Azərbaycanda vəzifələrinin icrasına başlayacaq - Fuat Oktay

28.11.2020

Diplomatik korpusun nümayəndələri Tərtərdədir

28.11.2020

Oğuz meşələrində qiymətli ağac növlərini qanunsuz kəsən dəstə üzvlərinə qarşı əməliyyat keçirilib

28.11.2020

İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb

28.11.2020

Bakı küçələrində növbəti dəfə dezinfeksiya işləri aparılıb

28.11.2020

Pakistan Respublikasının səfiri Bakı Şəhər İcra Hakimiyyətində qəbul edilib

28.11.2020

Bu həkimlər yanvaradək əlavə maaş alacaqlar