Azərbaycan Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli üçün göstərdiyi səyləri yüksək qiymətləndirir - XİN

16:43 / 18.11.2020

Azərbaycan Rusiya tərəfinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün göstərdiyi səyləri yüksək qiymətləndirir. Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və ATƏT-in Minsk qrupunun üç həmsədr dövləti arasından bölgəmizə birbaşa həmsərhəd olan və onunla çoxillik tarixi əlaqələri olan yeganə ölkədir. Bu, Rusiyanın Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin və sülhün möhkəmləndirilməsində birbaşa marağını izah edir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin 17 noyabr 2020-ci il tarixində Rusiya Federasiyası Prezidentinin verdiyi müsahibə ilə əlaqədar KİV-in sualına cavabında deyilir.

Açıqlamada bildirilir: "Müsahibədə, Rusiya dövləti başçısının vasitəçiliyi ilə bu il 9 noyabr tarixli razılaşmanın əldə olunmasında oynadığı mühüm rol haqqında kifayət qədər ətraflı məlumat verilmişdir. Rusiya Prezidentinin şəxsi rolu, bu il 9 Noyabr tarixli üçtərəfli bəyanatı altındakı imzası onun sülh prosesinə son dərəcə əhəmiyyətli töhfəsini və bu prosesin geri dönməzliyinə bir zəmanətdir.

Rusiya dövlətinin Prezidentinin üçtərəfli bəyanatın mühüm bir nailiyyəti kimi qan tökülməsinin dayandırılması olduğuna dair qiymətləndirməsini tamamilə bölüşürük. Azərbaycan tərəfi müharibənin ilk dəqiqələrindən bəri beynəlxalq birliyin atəşkəs çağırışlarını həmişə və tamamilə dəstəkləmişdir.

Rusiya Prezidenti öz müsahibəsində həll prosesi tarixinə də toxunub.

Rusiya Prezidentinin beynəlxalq hüquq nöqteyi-nəzərindən həm Dağlıq Qarabağın, həm də onun ətrafında olan bütün bölgələrin Azərbaycan ərazisinin ayrılmaz hissəsi olduğu barədə sözlər xüsusi əhəmiyyət kəsb edir. Rusiyanın bu mövqeyi BMT Təhlükəsizlik Şurasının qətnamələri, ATƏT-in və digər beynəlxalq təşkilatların qərarlarının möhkəm təməlinə söykənir.

Rusiya Prezidentinin verdiyi müsahibədə səsləndirilən ölkəmizin işğal olunmuş ərazilərinin Ermənistanın nəzarəti altında olması barədə açıqlaması son dərəcə mühüm xarakter daşıyır. Bu açıqlama erməni tərəfinin dünya ictimaiyyətini aldatmaqla Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın yaratdığı qanunsuz rejimini ön plana gətirmək cəhdlərinin tamamilə uğursuz olduğunu təsdiq edir.

Eyni şəkildə, Ermənistan rəhbərliyinin münaqişə çərçivəsinin genişləndirilməsi və münaqişəyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını cəlb etmək cəhdləri əsassız oldu. Rusiya Prezidenti müsahibəsində bir daha açıq və aydın şəkildə heç kimin Ermənistan ərazisinə təcavüz etmədiyini bəyan etdi. Beləliklə, bütün döyüş əməliyyatlarının 1990-cı illərdə Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş yalnız ölkəmizin ərazisində baş verdiyi barədə Azərbaycanın mövqeyi təsdiqləndi.

Xüsusilə qeyd olunmalıdır ki, Rusiya Prezidenti Ermənistan tərəfinin cari ilin 9 noyabr tarixli razılaşmaların şərtlərinin yerinə yetirməkdən ehtimal edilən imtinanı "böyük səhv" və hətta "intihar" kimi xarakterizə etdi. Bu qiymətləndirməyə tamamilə şərik oluruq. Rusiya Prezidentinin müdrikcəsinə qeyd etdiyi kimi, Rusiyanın fəal dəstəyi ilə əldə olunan üçtərəfli bəyanat münasibətlərinin uzun müddətə normallaşdırılması üçün yaxşı zəmin yaradır".


Etiket:

Strategiya.az

Xəbərlər
22.06.2021

Kəlbəcərdə sərhəd mühafizəsi və müdafiəsinin təşkilinin elektrik enerjisi ilə təchizatı üçün 24.5 milyon manat ayrıldı - SƏRƏNCAM

22.06.2021

Şuşada tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi “Təmiz Şəhər” ASC-yə tapşırılıb - SƏRƏNCAM

22.06.2021

NATO Azərbaycanı etibarlı tərəfdaş hesab edir - Qərargah rəisi

22.06.2021

“Azeri Light” neftinin qiyməti 75 dolları ötüb

22.06.2021

1 iyul tarixindən toy, nişan, ad günləri vəs keçirilməsinə icazə verilir

22.06.2021

Ruslan Rüstəmov Gevorqyana qalib gələrək yarımfinala yüksəlib

22.06.2021

BMT-nin və nüfuzlu media qurumlarının Nyu-Yorkdakı binaları önündə azərbaycanlı şəhid jurnalistlər yad edilib

22.06.2021

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması şansı yaranıb - Nazir

21.06.2021

DSX 106 ədəd nərə cinsli balığı qanunsuz ovlayan dəstəni saxladı

21.06.2021

Prezident İlham Əliyev Pakistanın Quru Qoşunlarının komandanını qəbul edib

21.06.2021

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın meşələrini qəsdən məhv etməsi faktı ilə bağlı cinayət işi başlanıb

21.06.2021

Saxta əlilliklə bağlı 266 şəxs üzrə sənədlər Baş Prokurorluğa göndərilib

21.06.2021

Azərbaycana yay gəlib

21.06.2021

Avropa çempionatında boksçumuz dörddəbir finala yüksəlib

19.06.2021

İbrahim Rəisi İranın yeni prezidenti seçilib

19.06.2021

Ceyhun Bayramov İraqın Xarici İşlər naziri ilə görüşüb

19.06.2021

Türkiyədə genişmiqyaslı əməliyyat keçirilib

18.06.2021

Dövlət Komissiyası Ermənistanın təcavüzü nəticəsində mülki obyektlərə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı məsələləri müzakirə edib

18.06.2021

İlin sonunda müəllimlərin sertifikatlaşdırılması aparılacaq

18.06.2021

Kəlbəcərdə göldə batan hərbçinin meyiti tapılıb

18.06.2021

XİN: Beynəlxalq hüquqa istinad edən Ermənistan, ilk növbədə, ona hörmət etməyi öyrənməlidir

18.06.2021

Qarabağa qanunsuz silah daşıyan erməni şirkətlərinin rəhbərləri beynəlxalq axtarışa verilib

18.06.2021

Bakı şəhəri və Abşeron rayonunda “kənddən şəhərə” yarmarkaları təşkil olunacaq

18.06.2021

Kəlbəcərdə göldə batan hərbçinin axtarışlarına başlanılıb

18.06.2021

İyunun 18-də xarici valyutaların manata qarşı məzənnələri

17.06.2021

Rusiya XİN Azərbaycan və Ermənistan sərhədində delimitasiya işlərinə başlamağın vacibliyini bildirib

17.06.2021

Ceyhun Bayramov Türkiyəyə yola düşüb

17.06.2021

Laçında DSX-nın 2 hərbçisinin ölümü ilə bağlı cinayət işi başlanıb

17.06.2021

Prezident İlham Əliyev hərbi xidmətə çağırış və ehtiyata buraxılma ilə bağlı sərəncam imzalayıb

17.06.2021

“Azeri Light” neftinin qiyməti 76,5 dolları ötüb

17.06.2021

Neft qiymətləri ucuzlaşıb

17.06.2021

Ağdamda itkin düşən şəxsin minaya düşüb ölməsilə bağlı cinayət işi açılıb

17.06.2021

İyunun 17-də xarici valyutaların manata qarşı məzənnələri

17.06.2021

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb

16.06.2021

Rəcəb Tayyib Ərdoğan - Azərbaycanın aydınlığı aydınlığımız, sevinci sevincimiz, azadlığı azadlığımız, taleyi taleyimiz, kədəri kədərimizdir

16.06.2021

Prezident Ərdoğan: Qarabağda yaşanan çətin dövrdə kimlərin qazandığı, kimlərin itirdiyi çox yaxşı bilinir

16.06.2021

Azərbaycan nefti 75 dollardan baha satılır

16.06.2021

Azərbaycan əhalisinin sayı 10 milyon 133 min 78 nəfərə çatıb

16.06.2021

"Azərkosmos"a yeni sədr təyin edilib

16.06.2021

Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Milli Məclisin xüsusi iclası keçiriləcək

16.06.2021

Ölkə ərazisində terror-təxribat törədən erməni silahlı dəstələrinin üzvlərinin cinayət işi üzrə məhkəmə iclası keçiriləcək

15.06.2021

Prezident İlham Əliyev: Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir

15.06.2021

Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanıb

15.06.2021

Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub - Tarixi GÖRÜŞ 

15.06.2021

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Füzuli rayonunda qarşılayıb

15.06.2021

“Azeri Light” neftinin qiyməti 74 dolları ötüb

15.06.2021

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinə yeni müavin təyin edilib

15.06.2021

Prezident İlham Əliyevin Tvitterdəki səhifəsində Milli Qurtuluş Günü ilə bağlı paylaşım edilib

15.06.2021

Güləşçimiz Musa Verdiyev Avropa çempionatının finalına yüksəlib

15.06.2021

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib