BDU-da "İşğaldan azad olunmuş ərazilərmizin tarixi-mədəni və arxeoloji abidələri və zəngin faydalı qazıntları” mövzusunda dəyirmi masa keçirilib

20:24 / 23.11.2020


 

Bu gün Bakı Dövlət Universitetinin (BDU) Tarix və Geologiya fakültələrinin birgə təşkilatçılığı ilə "İşğaldan azad olunmuş ərazilərmizin tarixi-mədəni və arxeoloji abidələri və zəngin faydalı qazıntları” mövzusunda onlayn dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan moderator, BDU-nun Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev dəyirmi masa iştirakçılarını salamlayaraq 44 gün davam edən Vətən Müharəbəsində şanlı Ordumuzun qazandığı Qələbə münasibətilə iştirakçıları təbrik edib. Azərbaycanın müstəqilliyinin bərpa olunmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən bəhs edərək, Ulu Öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Vətən müharibəsində qazanılan parlaq qələbənin ölkənin uğurlu inkişafının nəticəsi olduğunu vurğulayaraq Azərbaycanın bu möhtəşəm zəfəri Ali Baş Komandanın müdrik qərarları, rəşadətli ordumuzun gücü və xalqımızın sarsılmaz həmrəyliyi sayəsində qazandığına diqqət çəkib.

Əliş Ağamirzəyev informasiya müharibəsində, haqq səsimizin beynəlxalq aləmə çatdırılmasında, sağlam, bilikli və vətənpərvər gənclərin yetişdirilməsində daim öz töhfəsini verən Bakı Dövlət Universitetində məcburi köçkünlərin pozulmuş hüquqlarına dair, Vətən müharibəsində medianın fəaliyyətinə həsr olunmuş layihələr, eyni zamanda işğaldan azad edilmiş ərazilərmizin ekoloji problemlərin öyrənilməsi, faydalı qazıntı yataqlarının, qiymətli metal mədənlərinin talanması və s. aktual mövzularda akademik layihələrin işlənilib hazırlanması üzərində iş aparıldığı haqqında məlumat verib.

Daha sonra akademik Vasif Babazadə Ali Baş Komandanımızın rəhbərliyi və ordumuzun rəşadəti sayəsində əldə olunan qələbə və əzəli torpaqlarımızın işğaldan azad olunması münasibətilə iştirakçıları təbrik edərək ölkəmizin haqq savaşının Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq mərhələ kimi qiymətləndirib. Bu gün Ağdamda dalğalanan şanlı bayrağımızın hər birimizə qürur hissi yaşatdığını qeyd edərək "Azərbaycanın işğaldan azad olunmuş rayonlarının yüksək texnoloji strateji növ mineral xammal resursları, onların hazırkı durumu və proqnoz qiymətləndirilməsi" mövzusunda təqdimatla çıxış edib. Çıxışda işğaldan azad olunan ərazilərin iqtisadi inkişaf imkanları, Qarabağın mineral resurs ehtiyatları, təbii sərvətləri, təbii-coğrafi baxımdan respublikamızın ən zəngin bölgələrindən olan Qarabağın qızıl, gümüş, mis, dəmir, sink, qranit, mərmər, qiymətli daşlar, odadavamlı gil və digər faydalı qazıntıları, Qızıl bulaq mis-qızıl kolçedan yatağı, Vejnəli qızıl yatağı, Narzanlı civə yatağı, Levçay civə yatağı, Turşsu mineral bulağı kimi problemlərə aydınlıq gətirilib. Akademik onu da vurğulayıb ki, Qarabağın işğaldan azad olunması ölkəmizin iqtisadi inkişafını da öz töhfəsini verəcəkdir.

Dəyirmi masa professor İbrahim Zeynalovun "Qarabağın tarixi-mədəni abidələri", professor Nazim İmamverdiyevin "Laçın və Kəlbəcər rayonunun geologiyası", professor Qüdrət İsmayılzadənin "Qarabağın arxeoloji abidələri" mövzularında məruzələri ilə davam edib. Çıxışlarda Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalmış ərazilərində məhv edilmiş maddi-mədəniyyət abidələri, qədim tarixə malik çoxsaylı memarlıq və incəsənət abidləri, Ağdam şəhərində Üzərlik təpə abidəsi, Şuşa qalası, Xaçındərbənd kəndindəki Qutlu Sarı Musaoğlu günbəzi (1314-cü il), Kəngərlidəki (XIV əsrin yadigarı) türbə və daş abidələr, Papravənddəki XVII əsrdən qalan Xanoğlu türbəsi, XVIII əsrə aid məscid və digər türbələr, Xan qızı Natəvanın və oğlunun şərəfinə tikilmiş XIX yüzilliyin türbəsi, Şahbulaq qalası kimi abidələri, Laçın və Kəlbəcər iqtisadi rayonunun ərazisində qızıl, civə, xromit, mərmər, üzlük tikinti daşları koral, perlit və s. kimi faydalı qazıntı ehtiyatları, İstisu, Minkənd, Tutqunçay mineral bulaqları haqqında ətraflı məlumat verilib.

“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş dəyirmi masaya 270-dən çox iştirakçı qatılıb.

Fotolar


Etiket:

Strategiya.az

Xəbərlər
20.01.2021

Vətən sevgisinin təntənəsi

20.01.2021

Azərbaycanda 897 nəfər COVID-19-dan sağalıb, 332 nəfər yoluxub, 12 nəfər vəfat edib

20.01.2021

Üçrəngli bayrağınla məsud yaşa Can Azərbaycan - Mövlud Çavuşoğlu

20.01.2021

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər

20.01.2021

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub

20.01.2021

Məktəbdaxili qiymətləndirmə zamanı qiymətlər necə müəyyənləşəcək?

20.01.2021

XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı

20.01.2021

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edilib (FOTO)

19.01.2021

Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edilib (FOTO)

19.01.2021

YAP 2020-ci ilə dair gəlir və xərclərini açıqlayıb

19.01.2021

Azərbaycanda 949 nəfər COVID-19-dan sağalıb, 305 nəfər yoluxub, 10 nəfər vəfat edib

19.01.2021

Şəhidlər Xiyabanına vətəndaşların ziyarəti əvvəlki illərdən fərqli təşkil ediləcək - DİN

19.01.2021

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

19.01.2021

Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

19.01.2021

Nazir: Sumqayıt Kimya Sənaye Parkında açılan zavodlar xaricə valyuta axınını azaldacaq

19.01.2021

Azərbaycan Qarabağda yaşıl enerji zonalarının yaradılması üçün beynəlxalq şirkətlərlə əməkdaşlıq edəcək - Nazir

19.01.2021

AAYDA hava şəraiti ilə bağlı gücləndirilmiş rejimə keçdi, 800 ton qum-duz yığıldı

19.01.2021

Bakı-Naxçıvan dəmir yolunun yenidən qurulması beş ölkəyə fayda verəcək

19.01.2021

"Brent" nefti bahalaşıb

19.01.2021

AMEA institutlarında yeni rəhbər vəzifələr yaradılıb

18.01.2021

Dənizdə dalğanın hündürlüyü 2,8 mətrə çatıb

18.01.2021

Yeni türk və qırğız kanalları “Azerspace-1” peyki üzərindən yayıma başladı

18.01.2021

Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar - Əli Həsənov

18.01.2021

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib 

18.01.2021

20 YANVAR – TARİXİMİZİN QANLI VƏ ŞANLI SƏHİFƏSİ

18.01.2021

“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib

18.01.2021

Çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

18.01.2021

Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib - FOTO

18.01.2021

Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

18.01.2021

Oqtay Şirəliyev və Ramin Bayramlı peyvənd olundu

18.01.2021

Prokurorluğa işə qəbulla əlaqədar müsabiqə ilə bağlı sənəd qəbulu fevralın 1-də başa çatdırılacaq

18.01.2021

Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayır

18.01.2021

Dünyada koronavirusa yoluxanların sayı 95 milyon nəfəri ötüb

17.01.2021

Azərbaycanda 845 nəfər COVID-19-dan sağalıb, 322 nəfər yoluxub, 11 nəfər vəfat edib

17.01.2021

TDƏŞ, TÜRKSOY və Türk Mədəniyyət və İrsi Fondunun nümayəndə heyəti Füzulidə

17.01.2021

Türkiyədə 4,1 bal gücündə zəlzələ olub

17.01.2021

MN: Komissiyanın “veteran adı”nın verilməsi səlahiyyəti yoxdur

17.01.2021

Səfərbərlikdən tərxis edilmiş 1953 nəfərin müraciətinə baxılıb

17.01.2021

Diqqət! Onlayn ödənişlər zamanı kart məlumatları ələ keçirilə bilər - XƏBƏRDARLIQ

17.01.2021

Ermənistanda daha 351 nəfərdə COVID-19 aşkarlanıb, 5 nəfər ölüb

17.01.2021

Azərbaycanda COVID-19 əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası təsdiq edilib

16.01.2021

Prezidentin Mətbuat Xidmətinin məlumatı

16.01.2021

Azərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilib

16.01.2021

Azərbaycanda koronavirus infeksiyasından 650 nəfər sağalıb, 402 yeni yoluxma faktı qeydə alınıb

16.01.2021

Bakıda qar yağacaq

16.01.2021

Prezidentin Şuşa səfərinin tarixi və siyasi əhəmiyyəti

16.01.2021

İlkin mərhələdə səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks epidemik tədbirlərə cəlb olunan heyət peyvənd olunacaq

16.01.2021

Həftəsonları ictimai nəqliyyat işləməyəcək

16.01.2021

Operativ Qərargah beynəlxalq və ölkədaxili uçuşlar bağlı məlumat yayıb

16.01.2021

Yaxın qohumların dəfnində iştirakla bağlı qərar açıqlanıb