Kəlbəcər - Zəngin təbii resurslar və turizm potensialı

10:37 / 25.11.2020

İşğaldan azad olunan Kəlbəcər rayonu Azərbaycan Respublikasında inzibati-ərazi vahididir və inzibati mərkəzi Kəlbəcər şəhəridir. Kəlbəcər 1930-cu ildə inzibati rayon statusu alıb, Azərbaycanın ən yüksək dağ rayonudur.

Kəlbəcər rayonu faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngindir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir.

Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları onlardan istismar olunan qızıl yataqları, sənaye əhəmiyyətli ehtiyatları 200 tondan çox olan civə yataqları, mişar daşı istehsalına yararlı tuf yatağı, kərpic istehsalına yararlı gil yatağı, yüngül beton doldurucusu kimi istifadə olunan perlit yatağı, üzlük daş yatağı, qum-çınqıl qarışığı yatağı, gözəl dekorativliyə malik 4 mərmər oniksi nefroid (ehtiyatları 801 ton) yatağı; 1 obsidian (dəvə gözü) yatağı, 1 listvenit yatağı vardır. Sənaye ehtiyatları dövlət balansında qeydə alınan civə yatağı Kəlbəcər filiz rayonunda yerləşən Levçay yatağıdır. Həmin rayonda yerləşən digər civə yatağının ehtiyatları istismar nəticəsində tükənib.

Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun sənaye hissəsinin mədənçıxarma səhəsində metalların, xüsusən də nəcib metalların hasilatı önəmli yer tutur. Kəlbəcərdə olan qızıl yataqları ölkədə bu sahədə yeni inkişaf templərinə səbəb olacaq. Ölkənin yeni qızıl yataqlarının istismara verilməsi gələcəkdə "sarı metal"ın hasilatını nəzərə alsaq, dünya bazarında qızılın qiymətinin qalxması, Azərbaycan üçün müsbət tendensiya olacaqdır. Qızılın etibarlı maliyyə aktivinə çevrilməsi prosesi dünyanın siyasi qeyri-sabitliyi dövründə və ya qlobal iqtisadi böhranın fonunda baş verir və son illərdə dünya ölkələrinin hökümətləri valyuta ehtiyatlarında dollar aktivlərinin payını azaldaraq qızılın payını sürətlə artırırlar. Qeyri-neft sektorunda üç lider məhsuldan biri hesab olunan qızılın ixracı Zəngilan və Kəlbəcər rayonlarının potensialından səmərəli istifadə etdikdən sonra daha da artacaqdır.

Kəlbəcərin turizm sahəsinin inkişafi üçün gözəl təbiəti, əlverişli relyefi, zəngin mineral sulari dövlət iqtisadiyyatı üçün böyük əhəmiyyət daşiyir. Yuxarı İstisu, Aşağı İstisu, kimi çox böyük müalicəvi təsirə malik mineral su yataqları da var. Alagöllər, Qaragöl, Zalxa gölü və s. gölləri var. zirvələri Gamış dağı (3724 m) və Dəlidağdır (3616 m). Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkündür. İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilib. Həmin zavod sutkada 800 min litr su istehsal edirdi. Rayonun İstisu qəsəbəsində İstisu sanatoriyaları fəaliyyət göstərirdi. Orada hər il 50 mindən artıq insan müalicə olunur, eyni zamanda istirahət edirdi. Bu sanatoriyaların yenidən bərpası və fəaliyyət göstərməsi bura olan turist marağının sayını artıracaq.

 
Kəlbəcər rayonu bir çox turistlərdə də maraq yaradacaq tarixi abidələrlə zəngindir. Burada alban dövrünə aid xeyli tarixi abidələr var. Kəlbəcərin Ağdaban kəndinin də qədim alban tayfasının adını daşıdığı güman edilir. Erməni vandallığı tarıxı abidələrimizə zərər vurmaqla öz vəhşiliklərini dünyaya göstərmiş oldular. Sübut etdilər ki, bu tarixi abidələr, bu torpaqlar hec zaman onların olmayıb. Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər Qobustandakı yazılı və şəkilli daşların oxşarı - "əkiz"lərdir.

Kənd təsərrüfatında əsasən heyvandarlıq və əkinçilik inkişaf edib. Torpaq örtüyünün əmələ gəlməsində relyef və iqlim mühüm rol oynayır, Kəlbəcər rayonunun relyefi də daha çox heyvandarlıq sahəsinin inkişafı üçün əlverişlidir. Yay otlaqları kimi istifadə edilən dağ çəmənlikləri geniş sahə tutur. Rayonda əsasən çimli dağ-çəmən və qonur dağ-meşə torpaqları yayılıb. Kəlbəcərin orta dağlıq və dağ ətəyi ərazilərində iqlim şəraitinə uyğun olaraq dəmyə əkinçiliyi, bağçiliq, üzümçülük, tərəvəzçilik və tütünçülüyü inkişaf etdirmək olar. Yüksək dağlıq ərazilərin əhəmiyyəti ondan ibarətdir ki, iqlim şəraiti və dağ çəmən torpağından yaylaq kimi istifadə oluna bilər. Meşələrin ümumi sahəsi 30 min hektara yaxındır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi


Etiket:

Strategiya.az

Xəbərlər
27.01.2021

Ermənistan silahlı qüvvələrinin minaladığı ərazilər Dövlət Sərhəd Xidmətinin mühəndis-istehkam bölmələri tərəfindən təmizlənilir

27.01.2021

İşğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması üçün investorlarla müzakirələr aparılır

27.01.2021

AŞPA Ermənistanın qətnaməyə düzəlişlərini rədd etdi

27.01.2021

Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır

27.01.2021

Xarici muzdluların Qarabağda Azərbaycan tərəfdən iştirakına dair heç bir dəlil yoxdur - Almaniya XİN

26.01.2021

Rusiyanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırılıb

26.01.2021

Ramin Quluzadə yeni vəzifəyə təyin olundu - SƏRƏNCAM

26.01.2021

Azərbaycan Prezidenti: Müharibə bir çoxlarına Azərbaycanın potensialının nədən ibarət olduğunu göstərmişdir

26.01.2021

Prezident: Biz texnoloji inkişaf sahəsində daim qabağa hədəflənməli, hərbi sahədə yenilikləri Azərbaycana gətirməliyik

26.01.2021

Prezident: Həm müharibə dövründə, həm müharibədən sonrakı dövrdə peyklərdən istifadə bizə çox böyük üstünlük təmin etdi

26.01.2021

Yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edildi - SƏRƏNCAM

26.01.2021

Ramin Quluzadə vəzifəsindən azad edildi

26.01.2021

Hikmət Hacıyev: Qarabağda yaşayan ermənilər Azərbaycan Konstitusiyasının aliliyini qəbul etməyə borcludurlar

26.01.2021

Dövlət Xidmətindən sahibkarlara XƏBƏRDARLIQ

26.01.2021

Neft ucuzlaşıb

26.01.2021

Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 100 milyon nəfəri ötüb

26.01.2021

Prezidentin köməkçisi: ABŞ Azərbaycan və Ermənistan arasında sülh quruculuğu prosesinə töhfə verə bilər

26.01.2021

Yer kürəsi iqlim dəyişiklikləri nəticəsində 28 trilyon ton buz itirib

25.01.2021

Nazirlər Kabineti Prezidentin tapşırıqları əsasında 2021-ci il üçün prioritetləri müəyyənləşdirib

25.01.2021

Birinci vitse-prezident Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

25.01.2021

Ceyhun Bayramov İranın xarici işlər naziri ilə görüşüb

25.01.2021

Prezident İlham Əliyev müharibə əlilləri və şəhid ailələrinin evlə təmin olunması ilə bağlı sərəncam imzalayıb

25.01.2021

Prezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib - YENİLƏNİB

25.01.2021

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 105-ci kitabı çapdan çıxıb

25.01.2021

Baş Prokurorluqda 62 cinayət işi üzrə 21 şəxs barəsində axtarış elan edilib

25.01.2021

Xəzərdə suyun enməsi prosesi daha da intensivləşib

25.01.2021

Ombudsman Ermənistanın əsir və girovlarla rəftarı ilə bağlı beynəlxalq təşkilatlara hesabat göndərib

25.01.2021

Türkiyə Prezidenti girov götürülən dənizçilərin xilası üçün səylərin davam etdiyini bildirib

25.01.2021

Bu gündən bərbərxana və gözəllik salonları açılır

25.01.2021

5 şəhər və 12 rayona giriş-çıxış bərpa olunub

24.01.2021

DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi

24.01.2021

Almaniyalı alim Ermənistan cəmiyyətinə qisas barədə fikirlərdən əl çəkməyi məsləhət görür

24.01.2021

Dəniz quldurları basqına məruz qalan gəminin kabel və texniki hissəsinə ciddi zərər vurublar

24.01.2021

Ceyhun Bayramov Türkiyə gəmisinə edilən hücumla bağlı Mövlud Çavuşoğlu ilə telefon danışığı aparıb

23.01.2021

Azərbaycan nefti 56 dollardan baha satılır

23.01.2021

“Keşikçidağ”da tunc dövrünə aid insan qalıqları aşkar edilib

23.01.2021

Ostinin Pentaqon rəhbəri vəzifəsinə namizədliyi təsdiqlənib

23.01.2021

AMEA-da direktor və direktor müavini nöqsanlara görə işdən azad edilib

23.01.2021

Azərbaycanda bu şəxslərə də hərbi xidmətdən möhlət veriləcək

22.01.2021

500 manatlıq əskinasla bağlı RƏSMİ AÇIQLAMA

22.01.2021

İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılır - Fərman

22.01.2021

Bütün təhsil müəssisələrində əyani tədris mərhələli şəkildə bərpa olunacaq - Nazir

22.01.2021

Nazirlər kabineti təhsil müəssisələri ilə bağlı qərar verdi

22.01.2021

Şuşada yeni yarimstansiya tikilir 

22.01.2021

Xəzərin səviyyəsinin aşağı düşəcəyi barədə proqnozlara rəsmi aydınlıq gətirilib

22.01.2021

Bakıda yol buz bağladı, hər iki istiqamətdə zəncirvari qəza oldu 

22.01.2021

İşğaldan azad edilmiş ərazilər minalardan təmizlənir

21.01.2021

XƏZƏR DƏNİZİNDƏKİ MÜBAHİSƏ “DOSTLUQLA” ARADAN QALXDI

21.01.2021

Xarici İşlər naziri Ceyhun Bayramov Türkmənistan Prezidenti tərəfindən qəbul olunub

21.01.2021

Ötən il Azərbaycan tarixinə qızıl hərflərlə yazılmışdır - Xanlar Vəliyev