Paris Azərbaycandakı mövqelərini itirə bilər
Cənubi Qafqazda cərəyan edən hadisələr iki aya yaxındır dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Bu da səbəbsiz deyil. Keçmiş SSRİ-nin süqutundan sonra bu həssas regionda meydana çıxmış ilk münaqişənin - Ermənistan-Azərbaycan münaqişəsinin hərtərəfli tənzimlənməsi üçün şərait yaranmışdır.
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 9-da əldə etdikləri razılaşmaya uyğun olaraq, Azərbaycan Ordusu sentyabrın 27-də başlatdığı əks-hücum əməliyyatını problemin siyasi vasitələrlə həlli naminə dayandırmış, Ermənistan işğal etdiyi torpaqlardan çəkilməyə başlamışdır. Artıq Ağdam və Kəlbəcər rayonları boşaldılmış, gələn ayın 1-dək isə Ermənistan silahlı qüvvələri və qanunsuz məskunlaşmış mülki əhali Laçın rayonundan çıxmalıdır.
Eyni zamanda üçtərəfli razılaşmaya əsasən, bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi, eləcə də Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması nəzərdə tutulur. Artıq bu istiqamətdə də işlər görülür, ardıcıl addımlar atılır.
Belə bir təəssürat yaranır ki, "Dağlıq Qarabağ münaqişəsi” ifadəsi tezliklə işlək olmayacaq və siyasi leksikadan çıxacaq.
Bununla belə, Cənubi Qafqazın, ümumiyyətlə, postsovet məkanının ən qədim münaqişəsinin nizamlanmasını bu və ya digər şəkildə əngəlləməyə çalışan dövlətlər var. Bu istiqamətdə canfəşanlıq edənlərdən biri də Fransadır. Paris münaqişə tərəflərindəndən birinə - təcavüzkar Ermənistana çoxdandır tərəf çıxır. Fransa Ermənistanı özünün "bacı”sı elan edərək münaqişənin dondurulmuş vəziyyətdə saxlanması, başqa sözlə, Azərbaycan ərazisinin 20 faizinin erməni işğalı altında qalması üçün əlindən gələni əsirgəmir. Odur ki, Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistana qarşı apardığı əks-hücum əməliyyatının nəticələri təcavüzkarın böyük "bacı”sını əməlli-başlı narahat edir.
Təbii ki, Azərbaycan hərbi əməliyyatı öz ərazisində keçirdiyindən və BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini icra etdiyindən Paris Bakının qarşısını kəsmək üçün elə bir əsaslı bəhanə tapa bilməmişdi. Ona görə də başqa yola əl atmışdı: Fransa Prezidenti Emmanuel Makron çətin vəziyyətə düşmüş "bacı”sını xilas etmək üçün əvvəlcə atəşi dayandırmağa çalışmış, bu baş tutmayanda isə Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdəki xristian dini irsinin gələcəyindən narahatlığını ifadə etməyə başlamışdı. Hərçənd bu "narahatlıq” heç bir çərçivəyə sığmırdı. Belə ki, Azərbaycan multikultural, çoxmillətli və çoxkonfessiyalı ölkə olaraq bütün dinlərə eyni münasibət sərgiləməklə dünyada başqalarına nümunə kimi özünü təsdiqləmişdir. Ona görə də Fransa siyasi rəhbərliyinin, ilk növbədə Prezident Makronun Azərbaycana qarşı irəli sürdüyü cəfəng iddia özünü doğrultmamış və sabun köpüyü kimi partlamışdır. Başqa bir iddia - guya Azərbaycanın əks-hücum əməliyyatına Türkiyənin köməyi ilə Suriyadan muzdlu döyüşçülər cəlb etməsi də heç bir tənqidə duruş gətirməmişdir. Prezident İlham Əliyev bu iddianı irəli sürənlərdən birindən - Fransa lideri Makrondan dəlil-sübut tələb etmiş, amma indiyədək cavab ala bilməmişdir.
Fransa siyasi dairələrinin ermənipərəstliyi yeni fakt deyil. Bu ölkənin siyasətçiləri xüsusilə müxtəlif səviyyəli seçkilər zamanı imkanlı erməni icmasının cibinə göz dikirlər. Seçkidə səsvermə başa çatan kimi isə erməni seçicilərinə verilmiş vədlər yaddan çıxır və bir də növbəti seçki ərəfəsində yada düşür. Amma belə bir məqamı da nəzərə almaq lazımdır ki, fransız cəmiyyəti islamofobluğu ilə seçilir. Bu baxımdan ölkənin indiki Prezidenti xüsusilə fərqlənir. Ona görə də Parisin müsəlman ölkələrinə, o cümlədən Azərbaycana münasibətindəki qərəzi az qala hər addımda sezmək mümkündür.
Fransanın yerli idarəetmə orqanlarının Azərbaycanın Dağlıq Qarabağ bölgəsində səngərlənmiş erməni separatçı-terrorçuları ilə məhrəm əlaqələri də təzə deyil. İki il əvvəl Farnsanın bir çox bələdiyyələri Dağlıq Qarabağdakı "bələdiyyə”lərlə "dostluq xartiya”ları imzalamışdı. Sirr deyil ki, Qarabağdakı separatçı-terrorçularla belə "dostluq əlaqələri”nin qurulmasında Fransadakı erməni icması və lobbisi həlledici rol oynamışdır. Lakin o vaxt Azərbaycan tərəfi Fransa məhkəmələri vasitəsilə həmin üzdəniraq xartiyaları ləğv etdirməyə nail olmuşdur. Bu yaxınlarda Paris meriyası yenidən Qarabağ ermənilərini yada salmış, separatçı-terrorçu qurumu tanımaq təşəbbüsü irəli sürmüşdür.
Amma bu da hələ hamısı deyil. Xəbər verildiyi kimi, Fransa Senatı hökuməti Dağlıq Qarabağdakı separatçı-terrorçu qurumu tanımağa çağıran qətnamə qəbul etmişdir. Özü də qətnamədə sağlam təfəkkürdən çox-çox uzaq, birtərəfli və həqiqətə uyğun olmayan bir sıra məqamlar, o cümlədən Azərbaycanı bu il sentyabrın 27-dən bəri işğaldan azad etdiyi ərazilərdən geri çəkilmək kimi gülünc çağırış yer almışdır. Belə çıxır ki, Fransa senatorları ermənidən böyük ermənidirlər. Onlar nəzərə almaq istəməmişlər ki, Azərbaycan Ordusunun öz torpaqlarını işgaldan azad etməsinin zəruriliyi beynəlxalq təşkilatların sənədlərində, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrində əksini tapmışdır.
Beləliklə, Fransa siyasi elitası erməni "bacı”nın yedəyində getməyi qərarlaşdırmışdır. Fransız siyasətçilər özlərini ölkədəki imkanlı erməni icmasının və lobbisinin girovu olmağa razılaşmışlar, eləcə də islamofobiya xəstəliyindən qurtulmaqdan boyun qaçırmışlar.
Fransa Senatının məlum qətnaməsi növbəti təxribat olaraq hüquqi qüvvəyə malik olmasa da, siyasi məna kəsb edir. Paris münaqişənin tənzimlənməsində ATƏT-in Minsk qrupunun həmsədri kimi neytral vasitəçi rolu oynamaq əvəzinə, təcavüzkar, işğalçı Ermənistanı dəstəkləməyi davam etdirməkdən çəkinmir. Belə olan halda Fransanın ədalətli vasitəçiliyi sual altına düşür. Özü də Fransa Respublikasının Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar rəsmi mövqeyi dövlətin yüksəksəviyyəli nümayəndələri, o cümlədən ölkə Prezidenti və xarici işlər naziri tərəfindən səsləndirilmişdir. Fransa Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləmiş və bu mövqe istər ikitərəfli çərçivədə, istərsə də Avropa İttifaqı ilə imzalanmış sənədlərdə öz əksini tapmışdır. Sözügedən münaqişənin nizamlanmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə Fransa da səs vermişdir. Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi Senatda keçirilmiş müzakirələrdə çıxış edərkən dövlətin rəsmi mövqeyini bir daha ifadə etmişdir. Amma nə fayda, senatorlar istədiklərindən əl çəkməmişlər.
Bütün bunlar göstərir ki, Fransa Ermənistan-Azərbaycan münaqişəsinin həllinə münasibətdə sözdə bir, əməldə isə başqa cür hərəkət edir. Amma Paris başa düşməlidir ki, bu davranışla özü-özünü ifşa edir. Bundan sonra heç kim Fransanın həm beynəlxalq vasitəçi, həm də tərəfdaş kimi səmimiliyinə inanmaz.
Fransanın maskası artıq yırtılmışdır. Qaradan o tərəfə rəng yoxdur. Sözü ilə əməli üst-üstə düşməyən bir dövlətlə yol yoldaşı olmağa dəyməz. Müstəqil, suveren dövlətin ərazini parçalamağı özünə rəva bilən, separatçılığı, terrorçuluğu dəstəkləyən bir dövlətlə yalnız başa düşdüyü dildə danışmaq lazımdır. Rəsmi Bakı artıq xəbərdarlıq etmişdir ki, Azərbaycanın ərazi bütövlüyünə qəsd edən, onu parçalamaq niyyətinə düşən hər hansı ölkə lazımi cavabı alacaqdır. Ermənistan kimi saysız-hesabsız müharibə cinayətləri törətmiş dövlətə dəstək verənlərlə Azərbaycan bir sırada dura bilməz.
Paris belə bir siyasi xətt götürübsə, şübhəsiz, onun fəsadları ilə qarşılaşmalı olacaq. Fransa postsovet məkanında, o cümlədən Azərbaycanda yetərli mövqelər qazanmışdır. Bakı Parislə qarşılıqlı münasibətlərə xüsusi əhəmiyyət vermişdir. Təsadüfi deyil ki, hazırda ölkəmizdə 50-dən çox fransız şirkəti fəaliyyət göstərir. Lakin Fransa öz hərəkətləri ilə Azərbaycan iqtisadiyyatında qazandığı yeri itirə bilər. Fransa Azərbaycanla düşmənçiliyi davam etdirsə, məsələn, "Total” şirkəti nefti indiki kimi Xəzər dənizində yox, Sevan gölündə axtarmalı olacaq.
Allahverdi Mehdiyev
Strategiya.az
2021-ci il Azərbaycanda sosial-iqtisadi inkişaf ili olacaqdır
Fərid Şəfiyev: Torpaq iddialarından əl çəkməklə Ermənistan təcrid olunmasını başa çatdıra bilər
2021-ci il Ermənistan üçün dərin sosial-iqtisadi problemlərlə başlayıb
2021-ci il Azərbaycanda sosial-iqtisadi inkişaf ili olacaqdır
Türkiyə əsl qiymətini aldı və NATO-nun ən mühüm qurumunun komandanı təyin olundu
Azərbaycanda 494 nəfər COVID-19-dan sağalıb, 349 nəfər yoluxub, 12 nəfər vəfat edib
Prezident İlham Əliyev: Böyük qayıdış başlayır, bütün işlərə start verildi
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cıdır düzündə olublar (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa məscidini ziyarət ediblər (FOTO)
Prezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoyub, Şuşa şəhərində səfərdə olub
Hirkan Milli Parkında yanğının söndürülməsinə təyyarə cəlb olunub
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şuşa şəhərinə səfər ediblər - VİDEO
Ceyhun Bayramov Pakistanın Baş naziri ilə görüşüb
XİN: Ermənistanın dövlət rəsmilərinin Azərbaycanın ərazilərinə qanunsuz səfərləri qəbuledilməzdir
Azərbaycanda 1159 nəfər COVID-19-dan sağalıb, 380 nəfər yoluxub, 14 nəfər vəfat edib
Dəymiş ziyanın məbləği məlum oldu - - RƏSMİ AÇIQLAMA
Qobustanda vulkan püskürüb
Mövlud Çavuşoğlu: Ermənistan macəralardan uzaq olmalıdır
Azərbaycanın xarici işlər naziri Pakistan Prezidenti ilə görüşüb
Vüqar Səfərli həbs edilib
Suqovuşanda düşmənin atıb qaçdığı silah-sursat aşkar edilərək götürülüb
Fransa Güləş Federasiyası Azərbaycan Güləş Federasiyasından üzr istəyib
Polis əməliyyat keçirib, tutulanlar var
Şuşada hərbçilərin qəzaya düşməsi ilə bağlı cinayət işi başlandı
Səfərbərlikdən tərxis olunan şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyada növbəti müraciətlərə baxılıb
Azərbaycan neftinin bir barreli 56,57 dollara satılır
Bu proseslərdən sonra koronavirus idarə ediləcək səviyyədə olacaq - Baş infeksionist
Tərtərdə yol çəkən traktor minaya düşüb, sürücü yaralanıb
Şah Mahmud Qureşi Azırbaycan torpaqlarının işğaldan azad olunması münasibətilə təbriklərini çatdırıb
Azərbaycan, Pakistan və Türkiyə XİN rəhbərlərinin İslamabad bəyannaməsi qəbul edilib
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan XİN-in əsassız ittihamlarını rədd edib
Azərbaycanda 1322 nəfər COVID-19-dan sağalıb, 474 nəfər yoluxub, 16 nəfər vəfat edib
Prezident İlham Əliyev: Torpaqlarımızı işğal altında saxlayan ölkə Azərbaycan xalqının irsini məhv etmək istəyirdi
Tərxis edilmiş şəxslərlə bağlı komissiya iki gündə 532 müraciətə baxıb
Şamaxı rayonunda zəlzələ olub
Keçən il dövlət büdcəsinin gəlirlәri 24,6 milyard manat, xərclәri isə 26,4 milyard manat olub
“Azeri Light” neftinin bir barreli 56,82 dollara satılır
Azərbaycanda əhalinin sayı açıqlanıb
Pandemiya ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə 20 milyon manat müddətli əlavə ödənilib
Əhməd İsmayılov Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edildi
Media sahəsində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycanda koronavirus infeksiyasından 1276 nəfər sağalıb, 519 yeni yoluxma faktı qeydə alınıb
ICESCO-nun Baş direktoru: Bizim bu yerlərdə gördüyümüz mənzərə əsl faciədir
İmişlidə bütün karxanaların fəaliyyətində pozuntular aşkarlanıb
Fərid Şəfiyev: Torpaq iddialarından əl çəkməklə Ermənistan təcrid olunmasını başa çatdıra bilər
ICESCO nümayəndə heyətinin azad edilmiş ərazilərə səfəri başlayıb
FAO: son otuz ildə 420 milyon hektar meşə sahəsi itirilib
Neft qiymətləri bahalaşıb
“Azərenerji” Suqovuşandakı kiçik su elektrik stansiyalarının təmirinə başlayıb
Şagirdlərin qış tətili olacaqmı? - Nazirlikdən açıqlama
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin ikitərəfli görüşü olub
Azərbaycan Prezidenti: 10 noyabr tarixli birgə Bəyanat uğurla həyata keçirilir
Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə düşünməliyik
Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin bəyanatı
Pakistan HHQ-nin nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir