Prezident İlham Əliyev İsmayıllı və Qəbələdə olub

08:51 / 23.09.2014

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 22-də İsmayıllı və Qəbələ rayonlarında səfərdə olub.

Dövlət başçısı əvvəlcə İsmayıllı şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəyi qoyub. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov abidənin yerləşdiyi ərazidə - rayonun mərkəzi meydanında görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.

İsmayıllıya səfəri çərçivəsində prezident İlham Əliyev rayon mərkəzi xəstəxanasında əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub. Səhiyyə naziri Oqtay Şirəliyev dövlət başçısına xəstəxanada aparılan əsaslı təmir işləri barədə məlumat verib.

Əsaslı təmir və yenidənqurma işləri ilə tanışlıqdan sonra prezident İlham Əliyev xəstəxananın kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Həkim Gülər Babayeva səhiyyə ocağında yaradılan şəraitə və bütövlükdə İsmayıllının inkişafına göstərdiyi diqqət və qayğıya görə prezident İlham Əliyevə rayon ictimaiyyətinin minnətdarlığını çatdırıb. 

Dövlət başçısı bu günlərdə 20 illiyi qeyd edilən “Əsrin müqaviləsi”ndən başlayan inkişaf tempinin ölkənin bütün regionları kimi, İsmayıllının tərəqqisində də həlledici rolundan danışıb. Prezident İlham Əliyev səhiyyə xidmətinin yüksək səviyyədə təşkili üçün gözəl imkanlar yaradıldığını vurğulayıb və bu imkanlardan səmərəli istifadə edilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Daha sonra prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. Prezident İsmayıllıya səfəri çərçivəsində rayon icra hakimiyyətinin inzibati binasında aparılan əsaslı yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub. Dövlət başçısına rayonda aparılan abadlıq və quruculuq işləri, həmçinin icrası nəzərdə tutulan layihələr barədə məlumat verilib.

Prezident İsmayıllı Rayon Mədəniyyət Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə də tanış olub. Dövlətimizin başçısı Yeni Azərbaycan Partiyasının İsmayıllı rayon təşkilatı üçün yeni inşa olunmuş inzibati binanın açılışında iştirak edib. Daha sonra İlham Əliyev İsmayıllıda ümumi ərazisi 2 hektar olan uşaq istirahət və əyləncə parkında yaradılan şəraitlə tanış olub. 

İsmayıllı rayonuna səfərini başa çatdıran İlham Əliyev Qəbələyə gedib.Dövlət başçısı Qəbələdə bir sıra iqtisadi və sosial təyinatlı obyektlərin açılışında iştirak edib. Əvvəlcə prezident İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev son vaxtlar Qəbələdə görülən işlər barədə məlumat verib. 

Sonra İlham Əliyev “Qafqaz Yengicə Termal Hotel və SPA” otel kompleksinin açılışında iştirak edib. Otellə tanışlıqdan sonra prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Rayon ictimaiyyəti adından çıxış edən Ağsaqqallar Şurasının üzvü Qüdrət Səmədov prezident İlham Əliyevə Qəbələnin inkişafına göstərdiyi diqqət və qayğıya görə təşəkkür edib.

Qəbələyə səfəri çərçivəsində prezident İlham Əliyev Gilan-Qida şəhərciyinə gedib. Dövlət başçısına məlumat verilibi ki, Gilan-Qida şəhərciyində 2 yeni emal müəssisəsi inşa olunub. Sonra İlham Əliyev “Gilan Holdinq”ə məxsus müəssisələrdə istehsal olunan qida məhsullarının sərgisinə baxıb.

Prezident İlham Əliyev Daxili Qoşunların Qəbələdəki N saylı hərbi hissəsində inşa olunan yeni şəhərciyin açılışında da iştirak edib. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib. Dövlət başçısı hərbi hissənin qərargahında və əsgər yeməkxanasında yaradılan şəraitlə də tanış olub. Sonda Ali Baş Komandan Daxili Qoşunların silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində istifadə etdikləri silah və texnika növlərinə baxıb.

Prezident İlham Əliyev Mirzəbəyli-Çuxur Qəbələ-Dizaxlı- Çarxana avtomobil yolunun əsaslı təmirdən sonra açılışında da iştirak edib. Daha sonra dövlət başçısı Qəbələ Arxeoloji Mərkəzinin açılışında iştirak edib. AMEA-nın müxbir üzvü və Qəbələ Arxeoloji Ekspedisiyasının rəhbəri İlyas Babayev prezident İlham Əliyevə mərkəzdə görülən işlərlə bağlı ətraflı məlumat verib.


Etiket:

Strategiya.az

Xəbərlər
21.04.2019

Azərbaycan komandası AGF Junior Trophy beynəlxalq turnirində beş halqa ilə qrup hərəkətlərində qızıl medal qazanıb

21.04.2019

Sabahın hava proqnozu

21.04.2019

Çaylarda sululuq səviyyəsi dəyişib

21.04.2019

Şri-Lankada törədilən partlayışlarda 25 nəfər ölüb

21.04.2019

Ermənistan silahlı qüvvələri atəşkəsi 22 dəfə pozub

21.04.2019

Ukraynada prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb

21.04.2019

Sabahdan Formula 1 ilə əlaqədar avtomobillərin hərəkəti məhdudlaşdırılacaq yolların SİYAHISI

21.04.2019

PSJ klubu "Monako" ilə oyuna 500 yanğınsöndürən dəvət edib

21.04.2019

Bu gün 29 şəhər və rayonda 22 min 748 şagird imtahan verəcək

21.04.2019

Türkiyədə son 117 ildə 210 güclü zəlzələ baş verib

21.04.2019

"Yuventus" vaxtından əvvəl İtaliya çempionu olub

21.04.2019

Sumoçumuz Avropa çempionatında qızıl medal qazanıb

20.04.2019

Qar 60-dan çox kəndin yolunu bağladı

20.04.2019

İndi də İsfəndiyar Axundovun qardaşı oğlu... 

20.04.2019

Azərbaycana qış geri döndü – Bakıya yağış, bölgələrə qar, dolu YAĞDI - VİDEO

20.04.2019

Yaxın Şərqdə iki təhlükəli proses: dağıdıcı trendlərin güclənməsi

20.04.2019

Sosial şəbəkə "bəyənmə"ləri yığışdırır - SƏBƏB

20.04.2019

3 alpinist İTKİN DÜŞDÜ: əşyaları tapıldı, özləri isə...

20.04.2019

Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib

20.04.2019

Elxan Ələsgərov: Ermənistan XİN rəhbəri işlətdiyi iki cümlədə azı yeddi səhvə yol verib

20.04.2019

DİQQƏT! Qaz sayğacınızda bu yazılar çıxırsa deməli...

20.04.2019

Makron Türkiyəni qəzəbləndirdi

20.04.2019

Yeni tikililərin işıq problemi daha tez həll olunacaq - QƏRAR

20.04.2019

Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb

20.04.2019

Elçin Əhmədov: Anti-Azərbaycan qüvvələrin ölkəmizə təzyiq göstərmək, onu öz yolundan döndərmək cəhdləri əbəsdir

20.04.2019

Türkiyədə yenə zəlzələ oldu

20.04.2019

“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib

20.04.2019

İsrail Qəzza zolağına zərbələr endirib

20.04.2019

Poroşenko rəqibindən Vaşinqtona şikayət etdi

20.04.2019

"İdeal olmaq mümkün deyil" -Qvardiola

20.04.2019

Şimal bölgəsinin dağlıq ərazilərində temperatur mənfi 8 dərəcəyədək aşağı düşüb

20.04.2019

Bəzi geyimlər sağalmaz xəstəliklər yarada bilər - XƏBƏRDARLIQ - VİDEO

20.04.2019

İranın təhlükəsizlik naziri: ABŞ-ın casus şəbəkəsi aşkar edilib

20.04.2019

Ermənistan silahlı qüvvələri atəşkəsi 21 dəfə pozub

20.04.2019

Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı sükut günüdür

20.04.2019

Dolların aprelin 22-nə olan məzənnəsi 

20.04.2019

Yaponiya Olimpiya Oyunları zamanı ABŞ aviabazasından istifadə etmək istəyir

20.04.2019

Superliqada 29-cu tur başladı

20.04.2019

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı

19.04.2019

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin sərgisi ilə tanış olub

19.04.2019

Mixail Qorbaçov İndoneziyada keçirilən seçkilərdə məğlub olub

19.04.2019

Göyərtəsində 5 ton narkotik maddə aşkarlanan gəmi İzmir limanına gətirilib

19.04.2019

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

19.04.2019

DİN: Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

19.04.2019

Azərbaycan Ordusunun nümayəndələri NATO-nun təlimində iştirak edib

19.04.2019

Aprelin 22-dən problemli krediti olan şəxslərə kompensasiya ödənişlərinin verilməsinə başlanacaq

19.04.2019

Müğənni Rüfət Axundov və Rəşad İlyasov məhkəməyə gəlmədi

19.04.2019

ABŞ Çavuşoğlunun təklifinə müsbət cavab verməyib

19.04.2019

Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən şəxsə ağır cəza

19.04.2019

Diqqət! Bu yollarda xətlənmə işləri aparılacaq