Fərid Şəfiyev: Torpaq iddialarından əl çəkməklə Ermənistan təcrid olunmasını başa çatdıra bilər

12:42 / 12.01.2021

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin məqaləsi “Diplomatic World” dərgisində dərc olunub

 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin “Diplomatic World” dərgisində “Ermənistanla Azərbaycan arasında sülh və müharibə perspektivləri” başlıqlı məqaləsi dərc olunub.

Mərkəzdən  bildiriblər ki, məqalədə ötən ilin noyabrında Rusiyanın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış bəyanata toxunulur və bildirilir ki, 10 noyabr bəyanatında geniş təsirə malik bir sıra maddələr var və onlar tam icra edilərsə, regionda davamlı sülhə nail olmaq mümkündür. Fərid Şəfiyev qeyd edib ki, sözügedən müddəalar yerinə yetirilmədiyi təqdirdə regionda proseslər başqa məcrada inkişaf edə bilər. Müəllif bəyanatda vacib nəqliyyat və kommunikasiya xətlərinin qurulmasına dair bəndə diqqət çəkir və bildirir ki, Azərbaycan artıq rusiyalı sülhməramlıların monitorinqi altında insanlar və məhsulların Ermənistanla Qarabağ erməniləri arasında əlaqə yaradan Laçın dəhlizi vasitəsi ilə daşınmasına icazə verib. Onun sözlərinə görə, eyni zamanda, Ermənistan Mehri rayonundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında torpaq yolunun açılmasını təmin edəcəyinə söz verib: “Nəqliyyat xətlərinin açılması potensialı regional əməkdaşlıq və daha yaxşı əlaqələr üçün imkanlar aça bilər. Azərbaycana Avropa ilə Asiya arasında böyük əlaqəyə töhfə vermək üçün Bakı-Tbilisi-Qars dəmiryol xətti, Trans-Xəzər fiberoptik xətti kimi bir sıra nəqliyyat layihələri irəli sürüb və maliyyələşdirib. Bunun fonunda Azərbaycanın torpaqlarının işğalını uzun illər davam etdirən Ermənistan bu kimi layihələrdən, həmçinin neft və qaz layihələrdən təcrid olunub. Torpaq iddialarından əl çəkməklə Ermənistan bu təcrid olunmanı başa çatdıra bilər”.

Fərid Şəfiyev qeyd edir ki, 10 noyabr bəyanatının vacib müddəalarından biri hələ də yerinə yetirilməyib. Belə ki, 4-cü paraqrafa əsasən, Ermənistan silahlı qüvvələri tamamilə Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmalıdır. Lakin Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə Ermənistan qüvvələri sərbəst hərəkət edir və Azərbaycan mövqelərinə hücumlar təşkil edir.

Müəllif bildirir ki, əslində uzun illər davam edən ədavətdən sonra region ölkələri arasında problemin belə asanlıqla həll olunmasını gözləmək sadəlövhlük olardı. Onun sözlərinə görə, Azərbaycan və erməni xalqları uzun müddətdir davam edən zorakılıq xəttini qırmalı və özlərini tarixi nifrət kursundan azad etməlidirlər. Bu baxımdan o, Rusiyanın da regional sülh və əməkdaşlıqdan faydalana biləcəyini vurğulayıb.

“2021-ci il region üçün sülh, yoxsa yenidən alovlanan münaqişə baxımından həlledici il olacaq. Bir şey dəqiqdir ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərində nəzarəti həyata keçirmək üçün strateji səbir və qətiyyət nümayiş etdirdi və bunu gələcəkdə də davam etdirəcək”,- deyə müəllif sonda vurğulayır.


Etiket:

Strategiya.az

Xəbərlər
26.01.2021

Neft ucuzlaşıb

26.01.2021

Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 100 milyon nəfəri ötüb

26.01.2021

Prezidentin köməkçisi: ABŞ Azərbaycan və Ermənistan arasında sülh quruculuğu prosesinə töhfə verə bilər

26.01.2021

Yer kürəsi iqlim dəyişiklikləri nəticəsində 28 trilyon ton buz itirib

25.01.2021

Nazirlər Kabineti Prezidentin tapşırıqları əsasında 2021-ci il üçün prioritetləri müəyyənləşdirib

25.01.2021

Birinci vitse-prezident Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

25.01.2021

Ceyhun Bayramov İranın xarici işlər naziri ilə görüşüb

25.01.2021

Prezident İlham Əliyev müharibə əlilləri və şəhid ailələrinin evlə təmin olunması ilə bağlı sərəncam imzalayıb

25.01.2021

Prezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib - YENİLƏNİB

25.01.2021

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 105-ci kitabı çapdan çıxıb

25.01.2021

Baş Prokurorluqda 62 cinayət işi üzrə 21 şəxs barəsində axtarış elan edilib

25.01.2021

Xəzərdə suyun enməsi prosesi daha da intensivləşib

25.01.2021

Ombudsman Ermənistanın əsir və girovlarla rəftarı ilə bağlı beynəlxalq təşkilatlara hesabat göndərib

25.01.2021

Türkiyə Prezidenti girov götürülən dənizçilərin xilası üçün səylərin davam etdiyini bildirib

25.01.2021

Bu gündən bərbərxana və gözəllik salonları açılır

25.01.2021

5 şəhər və 12 rayona giriş-çıxış bərpa olunub

24.01.2021

DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi

24.01.2021

Almaniyalı alim Ermənistan cəmiyyətinə qisas barədə fikirlərdən əl çəkməyi məsləhət görür

24.01.2021

Dəniz quldurları basqına məruz qalan gəminin kabel və texniki hissəsinə ciddi zərər vurublar

24.01.2021

Ceyhun Bayramov Türkiyə gəmisinə edilən hücumla bağlı Mövlud Çavuşoğlu ilə telefon danışığı aparıb

23.01.2021

Azərbaycan nefti 56 dollardan baha satılır

23.01.2021

“Keşikçidağ”da tunc dövrünə aid insan qalıqları aşkar edilib

23.01.2021

Ostinin Pentaqon rəhbəri vəzifəsinə namizədliyi təsdiqlənib

23.01.2021

AMEA-da direktor və direktor müavini nöqsanlara görə işdən azad edilib

23.01.2021

Azərbaycanda bu şəxslərə də hərbi xidmətdən möhlət veriləcək

22.01.2021

500 manatlıq əskinasla bağlı RƏSMİ AÇIQLAMA

22.01.2021

İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılır - Fərman

22.01.2021

Bütün təhsil müəssisələrində əyani tədris mərhələli şəkildə bərpa olunacaq - Nazir

22.01.2021

Nazirlər kabineti təhsil müəssisələri ilə bağlı qərar verdi

22.01.2021

Şuşada yeni yarimstansiya tikilir 

22.01.2021

Xəzərin səviyyəsinin aşağı düşəcəyi barədə proqnozlara rəsmi aydınlıq gətirilib

22.01.2021

Bakıda yol buz bağladı, hər iki istiqamətdə zəncirvari qəza oldu 

22.01.2021

İşğaldan azad edilmiş ərazilər minalardan təmizlənir

21.01.2021

XƏZƏR DƏNİZİNDƏKİ MÜBAHİSƏ “DOSTLUQLA” ARADAN QALXDI

21.01.2021

Xarici İşlər naziri Ceyhun Bayramov Türkmənistan Prezidenti tərəfindən qəbul olunub

21.01.2021

Ötən il Azərbaycan tarixinə qızıl hərflərlə yazılmışdır - Xanlar Vəliyev

21.01.2021

Prezident İlham Əliyev: Anlaşma Memorandumunun imzalanması çoxillik gərgin fəaliyyətinin nəticəsidir

21.01.2021

Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağının birgə işlənməsinə dair Memorandum imzalanıb

21.01.2021

Azad olunmuş ərazilərimizdə dronlarla monitorinq aparılacaq

21.01.2021

Kaspi Təhsil Şirkətindən növbəti xoş addım

21.01.2021

Sabahın hava proqnozu açıqlanıb

21.01.2021

Azərbaycan və Türkmənistan prezidentləri arasında videokonfrans formatında görüş keçirilib

21.01.2021

DİN saxta profillərlə bağlı xəbərdarlıq etdi

21.01.2021

Şagirdlərin məktəbdaxili qiymətləndirilməsinə başlanılıb

21.01.2021

BNA sürücülərə xəbərdarlıq etdi

21.01.2021

Bu yollar buz bağlayıb - SİYAHI

20.01.2021

Vətən sevgisinin təntənəsi

20.01.2021

Azərbaycanda 897 nəfər COVID-19-dan sağalıb, 332 nəfər yoluxub, 12 nəfər vəfat edib

20.01.2021

Üçrəngli bayrağınla məsud yaşa Can Azərbaycan - Mövlud Çavuşoğlu

20.01.2021

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər