Ötən il Azərbaycan tarixinə qızıl hərflərlə yazılmışdır - Xanlar Vəliyev

21:00 / 21.01.2021

Yanvarın 21-də Hərbi Prokurorluqda 2020-ci ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti, bununla əlaqədar Respublika Hərbi Prokurorluğunun struktur qurumlarında və ərazi hərbi prokurorluqlarında keçirilmiş əməliyyat müşavirələrinin nəticələri və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən  bildiriblər ki, əvvəlcə kollegiya iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.

Azərbaycan Respublikası Baş prokurorunun müavini – hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, müasir müstəqil Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin mükəmməl və zamanı qabaqlayan siyasətini dövrün tələbləri ilə uzlaşdıraraq uğurla davam etdirən möhtərəm Prezident İlham Əliyevin müdrik düşüncəsi, sarsılmaz qətiyyəti və yorulmaz fəaliyyəti ilə xalqın əzmkarlığının vəhdəti sayəsində bütün dünyada baş verən neqativ proseslərə, o cümlədən koronavirus (COVID-19) pandemiyasına baxmayaraq, 2020-ci ildə də dövlətimizin hərtərəfli qüdrətlənməsi və əhalinin rifahının daha da yaxşılaşdırılması prosesinin davamlılığı təmin edilib. Eyni zamanda, 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrimizin misilsiz rəşadəti nəticəsində azad edilərək ölkəmizin ərazi bütövlüyü bərpa olunub, bununla da 2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.

Dövlətimizin hərtərəfli inkişaf edərək daha da qüdrətlənməsində və qazanılan ardıcıl uğurlarda, eləcə də ölkəmizin beynəlxalq əlaqələrinin genişləndirilməsində yüksək erudisiyası, iti zəkası, mükəmməl idarəçilik qabiliyyəti, xalqına sədaqəti, milli-mənəvi dəyərlərə sadiqliyi və digər məziyyətləri, eləcə də saysız-hesabsız xeyirxah əməlləri ilə dünya qadınlarına örnək olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyətinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan Xanlar Vəliyev bu nəcib insanın respublikamızda təhsilin, elmin, səhiyyənin, mədəniyyətin, idmanın və digər sahələrin inkişafındakı xidmətlərindən, eləcə də UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi Azərbaycanla adları çəkilən beynəlxalq təşkilatlar arasında qarşılıqlı faydalı əlaqələrin yaranması, milli-mənəvi dəyərlərimizin və mədəniyyətimizin dünyada tanıdılması istiqamətində gördüyü böyük işlərdən danışıb.

Dövlətimizin başçısının rəhbərliyi ilə son illər ölkəmizdə bütün sahələrdə əldə olunmuş böyük uğurlardan bəhs edən hərbi prokuror bütün dünyanı cənginə alan koronavirus pandemiyasına qarşı ölkəmizdə aparılan effektiv mübarizəni xüsusi qeyd edərək, dünyanın bir sıra qüdrətli dövlətlərinin xeyli itkilər verdiyi və ciddi zərərə məruz qaldığı halda, Azərbaycanın pandemiyadan az zərər və minimal itki ilə çıxmasının müdrik rəhbərin mükəmməl siyasətinin, onun rəhbərliyi ilə görülən qabaqlayıcı tədbirlərin, o cümlədən çoxsaylı yeni tibb müəssisələrinin tikilib istifadəyə verilməsinin, tibb işçilərinin sayının və onların təminatının artırılmasının, eləcə də tibb xidməti səviyyəsinin yüksəldilməsinin və xalq-hakimiyyət vəhdətinin nəticəsi olduğunu bildirib. Vurğulanıb ki, ümumbəşəri bəla ilə mübarizədə prokurorluq, o cümlədən hərbi prokurorluq əməkdaşları da üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetiriblər.

Ölkədə demokratik proseslərin prokurorluq orqanlarında da müvafiq islahatların həyata keçirilməsinə zəmin yaratdığını qeyd edən hərbi prokuror diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi bu vəzifəyə təyinat etməsi ilə əlaqədar videoformatda qəbulu zamanı verdiyi dəyərli tapşırıq və tövsiyələrin prokurorluq, o cümlədən hərbi prokurorluq orqanlarında həyata keçirilməsi ilə prokurorluğun yeni, mütərəqqi islahatlar və səmərəli dəyişikliklər dövrü başlayıb. Qısa müddətdə prokurorluqda, eləcə də hərbi prokurorluqda struktur və kadr islahatları həyata keçirilərək, prokurorluq orqanlarının müasir dövlət təsisatı kimi yenidən formalaşdırılması, o cümlədən dövrün tələblərinə adekvat uyğunlaşdırılması, fəaliyyətində şəffaflığın artırılması, işin çevikliyinin və səmərəliliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülüb.

Dövlətimizin sürətli inkişafının Silahlı Qüvvələrin qüdrətlənməsinə də rəvac verdiyini deyən ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, son illər Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, arsenalı ən müasir silah-sursat, hərbi texnika və digər avadanlıqla gücləndirilib, hərbçilərin sosial vəziyyəti davamlı yaxşılaşdırılıb, mənəvi-psixoloji hazırlıq səviyyəsi və döyüş əhval-ruhiyyəsi artırılıb, müasir tələblərə tam cavab verən və istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Azərbaycan Ordusu formalaşdırılıb. Təsadüfi deyil ki, ötən illərdə olduğu kimi, “Global Firepower” hərbi-analitika təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı 2020-ci il hesabatında da Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusu reytinqini qoruyub. Qeyd olunanlar hərbi uğurlarımızı şərtləndirib və nəticədə düşmənin sentyabrın 27-dən başlayan növbəti təxribatlarının qarşısının alınması üçün gedən döyüşlərdə Azərbaycan Ordusu öz gücünü və qüdrətini əyani şəkildə göstərərək Vətən savaşında tarixi Qələbəmizi təmin edib.

Millətinə xidməti həyat amalına çevirmiş dövlətimizin başçısının xalq qarşısında verdiyi vədləri əməlləri ilə doğrultduğunu xüsusi vurğulayan hərbi prokuror bildirib ki, Azərbaycanın son bir neçə əsrlik tarixinə ən uğurlu il kimi düşən ötən il müdrik rəhbər, peşəkar siyasətçi, mahir diplomat və yenilməz sərkərdə Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi və diplomatik-siyasi yolla Azərbaycanın tarixi ərazilərini düşmən tapdağından azad etməklə bu vədini də yerinə yetirdi. Bu möhtəşəm Qələbə Azərbaycan Prezidentinin yürütdüyü siyasətin alternativsiz olmasının növbəti təzahürüdür.

Xanlar Vəliyev Vətən müharibəsi ərəfəsində ön xətdə yerləşən hərbi hissə və bölmələrdə xidmət aparan hərbi qulluqçularla görüşmək məqsədilə Baş prokuror Kamran Əliyevlə birlikdə cəbhə bölgəsinə səfər etdiyini xatırladıb. Qeyd olunub ki, ötən il hərbi prokuror əvvəlki illərdə olduğu kimi, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə birlikdə Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının düşmənlə üz-üzə dayanan hərbi hissə və bölmələrinə, müdafiə nazirinin müavini Kərim Vəliyevlə birlikdə Müdafiə Nazirliyinin tabeliyində olan və cəbhə xəttində yerləşən müvafiq hərbi hissələrə gedərək şəxsi heyətlə, o cümlədən döyüş şəraitində xidmət aparan hərbi qulluqçularla görüşlər keçirib. Hər il olduğu kimi, ötən il də, o cümlədən məlum döyüşlər zamanı Hərbi Prokurorluğun rəhbər işçiləri, o cümlədən hərbi prokurorun müavinləri, böyük köməkçiləri, idarə, şöbə rəisləri, ərazi hərbi prokurorları da ön xətdə xidmət aparan hərbçilərlə görüşmək məqsədilə aidiyyəti dövlət qurumlarının müvafiq yüksək vəzifəli şəxsləri ilə birlikdə cəbhəyanı zonada yerləşən hərbi hissələrə səfərlər ediblər. Bütün görüşlərdə hərbi qulluqçuların milli və döyüş ruhunun daha da yüksəldilməsi, onlara vətənpərvərlik hislərinin aşılanması, hüquqi biliklərin artırılması istiqamətində söhbətlər aparılıb. Verilən suallar ətraflı cavablandırılıb, şəxsi heyətin hərtərəfli maarifləndirilməsi ilə əlaqədar zəruri tədbirlər görülüb, xidməti vəzifələrini nümunəvi icra edənlər mükafatlandırılıb. Səfərlər əsnasında, həmçinin hərbi qulluqçuların qayğı və problemləri, eləcə də yaşayış, məişət və xidmət şəraiti ilə maraqlanılıb.

Ötən ilin prokurorluq, o cümlədən hərbi prokurorluq orqanları üçün də uğurlu il olduğunu vurğulayan Xanlar Vəliyev bildirib ki, əvvəlki illərdə olduğu kimi, Hərbi Prokurorluq orqanlarının fəaliyyəti səmərəli olmaqla Silahlı Qüvvələrdə nizam-intizamın davamlılığının təmin edilməsi, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınması, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması məqsədilə qarşıya qoyulan vəzifələr əməkdaşlar tərəfindən uğurla icra olunub. Cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində qeydə alınmış cinayətlərin 99,5 faizi açılıb.

Qürur dolu 44 gün ərzində də hərbi prokurorluq orqanları əməkdaşlarının istər xidmət yerində, istərsə də ezam olunduqları müvafiq ərazilərdə xidməti vəzifələrinin icrası ilə bağlı üzərlərinə düşənləri layiqincə yerinə yetirdiklərini vurğulayan hərbi prokuror bildirib ki, Vətən müharibəsi başladığı tarixdən işin səmərəliliyini daha da artırmaq və qarşıya çıxan məsələləri operativ həll etmək məqsədilə Respublika Hərbi Prokurorluğunda operativ qərargah yaradılıb, ayrı-ayrı vaxtlarda hərbi prokuror və onun müavinləri də daxil olmaqla Mərkəzi Aparatın rəhbər və digər işçilərindən ibarət qruplar, həmçinin müvafiq ərazi hərbi prokurorluqlarının əməkdaşları döyüş əməliyyatları aparılan bölgələrə ezam olunaraq gündəlik ortaya çıxan məsələlərin, bəzi hallarda Hərbi Prokurorluğun funksiyalarına aid olmayan problemlərin yerindəcə həlli istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini təmin ediblər. Belə ki, əməkdaşlar döyüş bölgələrində xidməti vəzifələrinin icrası ilə bərabər, müşahidələr aparmaqla, hərbi qulluqçuların qayğıları ilə maraqlanaraq, hər hansı nöqsan, çatışmazlıq və çətinlik aşkar edildiyi təqdirdə onların aradan qaldırılması məqsədilə səlahiyyətləri çərçivəsində tədbirlər görmüş, o cümlədən zəruri hallarda aidiyyəti üzrə müvafiq orqanlara müraciət olunmasını təmin ediblər.

Eyni zamanda, hərbi hissələrdə həm səfərbərlik üzrə hərbi xidmətə çağırılmış, həm də müddətli həqiqi hərbi xidmətdə olan şəxslərlə, habelə komandir heyəti ilə fasiləsiz görüşlər keçirilərək, hərbi qulluqçuların əhval-ruhiyyəsi öyrənilib, onlarda vətənpərvərlik hislərinin və döyüş ruhunun yüksəldilməsi istiqamətində zəruri tədbirlər görülüb. Bununla yanaşı, tibb müəssisələrində müalicə alan hərbi qulluqçularla, o cümlədən onların səhhəti və müalicələrinin gedişi ilə mütəmadi olaraq maraqlanılıb, diqqət və qayğı göstərilib.

Həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının köməyindən istifadə edilməklə döyüş əməliyyatlarında həlak olmuş şəxslərin şəxsiyyətlərinin qısa müddətdə müəyyənləşdirilərək aidiyyəti üzrə təhvil verilməsi üçün zəruri tədbirləri görülüb. Hərbi prokurorluq orqanlarının əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq hərəkətləri, çoxsaylı ekspertizalar, zərurət olduqda məhkəmə-genetik ekspertizası keçirilib. İndiyədək həlak olmuş 2858 nəfərin şəxsiyyətinin tam müəyyənləşdirilərək ailələrinə təhvil verilməsi təmin edilib.

Diqqətə çatdırılıb ki, ötən il xidməti vəzifələrini nümunəvi icra edən əməkdaşlar Baş Prokurorluq və Hərbi Prokurorluq üzrə verilmiş əmrlərlə müvafiq qaydada həvəsləndiriliblər. Prokurorluq orqanlarının fəaliyyətinin dövlət səviyyəsində də yüksək qiymətləndirildiyi və xidməti vəzifələrini yerinə yetirərkən fərqlənmiş 38 əməkdaşın, o cümlədən Hərbi Prokurorluğun 9 işçisinin Azərbaycan Prezidentinin 2020-ci il 30 dekabr tarixli Sərəncamı ilə orden və medallarla təltif edilməsinin hər bir prokurorluq əməkdaşının böyük sevincinə səbəb olduğu xüsusi vurğulanıb. Xanlar Vəliyev Hərbi Prokurorluğun əməkdaşları adından dövlətimizin başçısına dərin minnətdarlığını ifadə edərək, bunun həm də kollektivin üzərinə böyük məsuliyyət qoyduğunu və fəaliyyətin səmərəliliyinin bundan sonra da artırılacağını bildirib.

Məlumat verilib ki, fəaliyyət istiqamətləri üzrə görülən işlərlə bərabər, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsinin və bununla əlaqədar həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədilə bir sıra digər işlər də görülüb. Bu istiqamətdə əldə olunan müsbət nəticələrdə Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar, həmçinin qeyri-hökumət təşkilatları arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin də çox böyük əhəmiyyəti olub. Bütün bunların nəticəsində də hesabat dövründə qeydə alınmış cinayətlər əvvəlki illə müqayisədə ümumilikdə 36,1 faiz, hərbi xidmət əleyhinə olan cinayətlər 47,6 faiz, qeyri-hərbi cinayətlər isə 18,6 faiz azalıb.

Eyni zamanda, 2019-cu illə müqayisədə 2020-ci ildə qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 30 faiz, hakimiyyətdən sui-istifadə etmə cinayətləri 71,7 faiz, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə qorxu ilə tələb etmə cinayətləri 53,8 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 69,5 faiz, xuliqanlıq cinayətləri 83,3 faiz, mülkiyyət əleyhinə olan cinayətlər isə 57,5 faiz azalıb.

Bildirilib ki, ötən illərdə olduğu kimi, 2020-ci ildə də ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı kəsərli mübarizə uğurla davam etdirilib. Dövlətimizin başçısının bu sahədə qarşıya qoyduğu vəzifələrin icrası ilə əlaqədar Hərbi Prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirib. Belə cinayətlərin aşkarlanması və qarşısının alınması istiqamətində struktur qurumları tərəfindən bir sıra işlər görülsə də, bu sahədə tədbirlərin səmərəliliyi və intensivliyi daha da artırılmalıdır.

Qeyd edilib ki, hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlər görülüb. Vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin daha da təkmilləşdirilməsi barədə dövlətimizin başçısı İlham Əliyevin dəyərli tövsiyələri bir daha müşavirə iştirakçılarının diqqətinə çatdırılıb, hər bir əməkdaşdan gündəlik fəaliyyətində onlara ciddi əməl edilməsi tələb olunub.

Kollegiya iclasında hesabat dövründə görülmüş müsbət işlərlə yanaşı, “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar da ətraflı təhlil olunub. İbtidai araşdırma və prosessual rəhbərliyin həyata keçirilməsi, dövlət ittihamının müdafiəsi, hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin səmərəliliyinin daim artırılması tələb olunub.

Hərbi prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi də diqqət mərkəzində saxlanılıb, bu sahədə aşkarlanan hər hansı nöqsan və pozuntuya qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq tədbirlərin görülməsi təmin edilib. Belə ki, hesabat dövründə xidməti fəaliyyətində yol verdikləri nöqsanlara və pozuntulara görə 19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub. Onlardan 1-i prokurorluq orqanlarından xaric edilib, 1-i aşağı vəzifəyə keçirilib, 2-si vəzifədən azad olunub, 4-nə “şiddətli töhmət”, 11-nə isə “töhmət” elan edilib.

Məruzə ətrafında çıxışlarda hərbi prokurorun müavinləri və digər işçilər hesabat dövründə görülmüş işlərdən danışıb, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün həyata keçiriləcək tədbirlər barədə ətraflı məlumat veriblər.

Xalqın öz liderinə misilsiz məhəbbətindən bəhs etməklə kollegiya iclasına yekun vuran ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, Hərbi Prokurorluğun kollektivi ulu öndər Heydər Əliyevin millətimizin və dövlətimizin maraqlarına xidmət edən müdrik siyasətinin Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsində, onun rəhbərliyi ilə görülən böyük işlərdə və həyata keçirilən mütərəqqi islahatlarda yaxından iştirak edərək, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunması, qanunun aliliyinin təmin olunması, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, Silahlı Qüvvələrdə nizam-intizamın, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətinin səmərəliliyini daim artıracaq, cinayətkarlığa və digər qanun pozuntularına, eləcə də dövlətimizin qüdrətlənməsinə xələl gətirə biləcək hallara qarşı mübarizədə barışmaz mövqe tutaraq üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirəcək.


Etiket:

Strategiya.az

Xəbərlər
07.03.2021

Azərbaycanda koronavirusa yoluxma sayı 400-ü keçdi

07.03.2021

Paytaxtda güclü külək məktəbin dam örtüyünü uçurub

07.03.2021

Azərbaycanda peyvənd olunanların sayı 407 mini ötüb

07.03.2021

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ilə bütün ölkələrin COVİD-19 peyvəndi ilə təmin olunması barədə sənəd qəbul olunub - XİN

06.03.2021

“Oba” marketdə biabırçılıq (FOTOLAR)

06.03.2021

Qubadlıda DSX-nin Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzi fəaliyyətə başlayıb

06.03.2021

Azərbaycan nefti 69 dollardan baha satılır

06.03.2021

Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

06.03.2021

Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

06.03.2021

“Brent” neftinin qiyməti 69 dolları ötüb

06.03.2021

Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin Qubadlı və Laçın rayonlarına səfəri təşkil edilib

05.03.2021

Prezident İlham Əliyev: Yol çəkirik, asfalt bizim, çınqıl bizim, niyə biz xarici kredit götürməliyik?

05.03.2021

Yeni Azərbaycan Partiyasına sədr müavinləri təyin edildi

05.03.2021

Prezident İlham Əliyev: Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilirdi

05.03.2021

YAP-ın Siyasi Şurası ləğv edilib

05.03.2021

Prezident İlham Əliyev YAP-ın qurultayında çıxış edib

05.03.2021

YAP-ın növbədənkənar qurultayı başlayır

04.03.2021

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

04.03.2021

Prezident: Azərbaycan Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib

04.03.2021

Əli Əsədovun sədrliyi ilə iclas keçirilib

04.03.2021

Hər mərkəz üzrə gündə təxminən 120 nəfərin peyvənd olunması nəzərdə tutulur

04.03.2021

Türkiyə dünya bazarlarına müdafiə sənayesi məhsullarının ixracını artırıb

04.03.2021

Son sutka ərzində koronavirusa yoluxanların sayı 348 mindən çox artıb

03.03.2021

General Nadim Raza: Azərbaycanın Zəfəri Pakistanda da eyni istəklə qeyd olundu

03.03.2021

Prezident İlham Əliyev: Pakistanla hərbi sahədə əməkdaşlığımız dünyada sülhün bərqərar olunmasına töhfə verəcək

03.03.2021

Koronavirus (COVID-19) infeksiyasına 319 yeni yoluxma faktı qeydə alınıb

03.03.2021

Bu məktəbdə ənənəvi dərslər bərpa olunur

03.03.2021

SİNQAPUR MÖCÜZƏSİ VƏ SİNQAPURUN "MİLLƏT ATASI"

03.03.2021

“Azeri Light” neftinin bir barreli 64,25 dollara satılır

03.03.2021

Pakistanın Baş qərargah rəisi Azərbaycanda səfərdədir

03.03.2021

İtaliya Parlamenti tərəfindən qəbul edilmiş qətnamədə Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin verilməsi tələb olunub

03.03.2021

Türkiyə və Fransa prezidentləri arasında telefon danışığı olub

02.03.2021

Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması barədə sərəncam verildi

02.03.2021

Hərbi qulluqçuların maaşları artırıldı - RƏSMİ

02.03.2021

Azərbaycanda koronavirusa yoluxanların sayı 300-ü keçdi

02.03.2021

Ermənistanda siyasi böhranın yeni dalğası müşahidə olunur

02.03.2021

Şuşanın dağları: tədqiqatçı sorağında

02.03.2021

Bir ay ərzində “YAŞAT” fondu tərəfindən 23 qazi xaricə müalicəyə göndərilib

02.03.2021

Azərbaycan neftinin bir barreli 65,66 dollara satılır

02.03.2021

Paşinyan Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsinə hazır olduğunu deyib

02.03.2021

İran və Azərbaycan arasında yeni körpünün təməli qoyulacaq - Səfir

02.03.2021

2 MART MÜZƏFFƏR KOMANDAN NURU PAŞANIN HAQQ DÜNYASINA QOVUŞDUĞU GÜNDÜR

01.03.2021

Valentina Matviyenko: Rusiya Ermənistanın Dağlıq Qarabağla bağlı üçtərəfli Bəyanata əməl etməsinə ümid edir

01.03.2021

Zakir Həsənov Belarusun səfiri ilə hərbi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib

01.03.2021

Fransanın sabiq prezidenti Nikola Sarkozi üç il həbs cəzasına məhkum olunub

01.03.2021

Baş Prokurorluq: “BMS AQRO” MMC-nin vəzifəli şəxsi barəsində cinayət işi məhkəməyə göndərilib

01.03.2021

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Suraxanı” gəmi-muzeyinin açılışında iştirak ediblər

01.03.2021

Qubadlıda postlar qurulub, təhlükəsizliyə nəzarət edilir - DİN

01.03.2021

Xocavənddə Ermənistan ordusunun atıb qaçdığı silah-sursat aşkarlandı

01.03.2021

Mədəniyyət naziri Türkiyədə səfərdədir