Prezident İlham Əliyev müharibə əlilləri və şəhid ailələrinin evlə təmin olunması ilə bağlı sərəncam imzalayıb

14:39 / 25.01.2021

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirəcək:

1.1. 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;

1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri.

2. Yerli icra hakimiyyəti orqanlarına tapşırılır ki, bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsinlər; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin etsinlər və hər il görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən tədbirlər planının həyata keçirilməsi üçün tələb olunan vəsaitin 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) bölgüsünün layihəsində, 2022–2025-ci illərdə isə hər il dövlət büdcəsinin tərtibi prosesində dövlət əsaslı vəsait qoyuluşunda (investisiya xərclərində) nəzərdə tutulmasını təmin edəcək.

Nazirlər Kabinetinə tapşırılır ki, bu Sərəncamın icrası ilə bağlı görülmüş işlər barədə hər növbəti ilin birinci ayında Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.


Etiket:

Strategiya.az

Xəbərlər
27.02.2021

Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində yerləşdirilməsinə son qoymağı tələb olunur - XİN

27.02.2021

İşğaldan azad edilən ərazilərdə əlvan metal ehtiyatlarının potensialı dağ-mədən sənayesinin inkişafında böyük rol oynayacaq

27.02.2021

“Notariat haqqında” qanunda dəyişikliklə bağlı hökumətə tapşırıq verildi - SƏRƏNCAM

27.02.2021

ABŞ konqresmeni Xocalı soyqırımı ilə əlaqədar bəyanat verib

26.02.2021

Bütün ölkədə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub

26.02.2021

 Prezident İlham Əliyev - Hadisələr onu göstərdi ki, mən tam haqlı idim

26.02.2021

Levon Aronyan Ermənistan adından yarışmaqdan imtina etdi

26.02.2021

Rəcəb Tayyib Ərdoğan: Xocalı qətliamının acısını unutmayacağıq, kədərini təkrar-təkrar yaşayacağıq

26.02.2021

Prezident İlham Əliyev: İndi bütün dünya bilir ki, Azərbaycan xalqı XX əsrin sonunda soyqırımına məruz qalıb

26.02.2021

Təhsil naziri: Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin hörmətlə anırıq

26.02.2021

“Azeri Light” neftinin qiyməti 67 dollara çatır

26.02.2021

Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz (FOTO)

26.02.2021

XİN Xocalı soyqırımının ildönümü ilə əlaqədar bəyanat yayıb

26.02.2021

Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Xocalı faciəsinin ildönümü ilə bağlı paylaşım edilib (FOTO)

25.02.2021

Azərbaycan Prezidenti: Biz hər bir şəhərin yenidən qurulması üçün baş plan hazırlayırıq

25.02.2021

“Dostluq” yatağına dair İşçi Qrup yaradıldı - SƏRƏNCAM

25.02.2021

Azərbaycanda 126 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb, 3 nəfər vəfat edib

25.02.2021

Prezident İlham Əliyev Ramanada şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib

25.02.2021

Firad Əliyev: "Azərbaycan tarixi barədə dünya əhalisini məlumatlandırmaq hər bir azərbaycanlının müqəddəs borcudur"

25.02.2021

Fevralın 26-da “Ana harayı” abidəsini ziyarət əvvəlki illərdən fərqli təşkil ediləcək - DİN

25.02.2021

Prokurorluq Bərdə Peşə Liseyinin direktorunun həbsi ilə bağlı məlumat yayıb

25.02.2021

Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən daha 3 nəfər saxlanıldı

25.02.2021

Xocalı soyqırımı XX əsrin ən ağır cinayətidir - Türkiyə parlamentinin sədri

25.02.2021

Azərbaycan neftinin bir barreli 66,77 dollara satılır

25.02.2021

Bu yolda güclü buzlaşma var - Magistrallarda son vəziyyət (SİYAHI)

25.02.2021

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

25.02.2021

Fevralın 25-də xarici valyutaların manata qarşı məzənnələri

25.02.2021

Boston şəhəri 26 fevral tarixini Xocalı qətliamının 29-cu ildönümü günü elan edib

24.02.2021

Türkiyə, Azərbaycan və Türkmənistan XİN başçıları üçtərəfli görüşə dair birgə bəyanat qəbul edib

24.02.2021

Azərbaycanda son sutkada 145 nəfər COVID-19-dan sağalıb, 220 nəfər yoluxub, 2 nəfər vəfat edib

24.02.2021

Sabah hava necə olacaq? 

24.02.2021

“Azeri Light” neftinin qiyməti 65 dolları ötüb

24.02.2021

Bakıda qarlı havaya görə avtobuslar dayanacaqdan kənar da saxlayacaq

24.02.2021

Ən çox qar bu ərazilərə yağıb

24.02.2021

Qarlı hava nə qədər davam edəcək?

24.02.2021

Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb

23.02.2021

Prezident İlham Əliyev İrakli Qaribaşvilini Gürcüstanın Baş naziri kimi fəaliyyətə başlaması münasibətilə təbrik edib

23.02.2021

Ərdoğan Ceyhun Bayramovu qəbul edib

23.02.2021

Azərbaycanda son sutkada 223 nəfər COVID-19-a yoluxub, 176 nəfər sağalıb, 2 nəfər vəfat edib

23.02.2021

Birinci vitse-prezident Mehriban Əliyeva Yalçın Rzazadənin ailəsinə başsağılığı verib

23.02.2021

“Azərişıq” hava ilə bağlı ərazilərə əlavə maşın-mexanizmlər cəlb edib

23.02.2021

Bu günə qədər 200 mindən artıq vətəndaş vaksinasiya edilib - Nazirlik

23.02.2021

XOCALI SOYQIRIMI: Hərbi Prokurorluğun apardığı peşəkar fəaliyyət öz nəticəsini verməkdədir…

23.02.2021

Azərbaycan neftinin bir barreli 64,57 dollara satılır

23.02.2021

Xəzərdə dalğanın hündürlüyünün 7.5 metrə çatacağı gözlənilir - XƏBƏRDARLIQ

23.02.2021

Bu məktəbdə dərslər dayandırıldı

22.02.2021

Xalq artisti Yalçın Rzazadə dünyasını dəyişib

22.02.2021

Ceyhun Bayramov Fransa Milli Assambleyasının üzvləri ilə görüşüb

22.02.2021

Azərbaycanda 75 nəfər COVID-19-dan sağalıb, 72 nəfər yoluxub, 4 nəfər vəfat edib

22.02.2021

ABŞ-ın Türkiyəyə təzadlı münasibəti – Ankaranın yeni Ağ ev sınağı