Aliyə Əsədova
Mühit ordan başlayır, evdə doğmalaşırsan
Aşot dayının mənzili iş yeriylə-məktəblə üzbəüz binada yerləşirdi. Orda qapıçı idi, elə həmin məktəbdə işləyən Susanna müəllimə ilə xüsusi salam-sağolu vardı. O da erməni idi, Azərbaycan bölməsində şagirdlərə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edirdi, sinif rəhbəri idi. Susanna xanımı məktəbdən kənarda danışarkən görürdüm, dilimizdə çox zəif danışırdı. Azərbaycan dilində fikrini izah etməyə çətinlik çəkirdi . Amma onun əslən Şuşadan olan həyat yoldaşının bacısı isə, eyni fənni çox rahat şəkildə tədris edə bilirdi, mülayim idi və ondan fərqli olaraq azərbaycanlılarla kobud davranmazdı.
1990-cı illərin əvvəlləri idi, bir gün Aşot dayının eyvanının tüstüləndiyini gördük , içəridən közərtilər də sezilirdi. Ətrafdakı balacalar kimi mən də maraqla baxdım, elə bilmişdim ki, ev yanır yiyəsinin də bundan xəbəri yoxdur. Məlum olur ki , heç demə Aşot dayı yola düşməzdən əvvəl gecə saatlarında evini yandırıb və orda yaşamır artıq, başqa yerə köçüb. İşlədiyi məktəbin direktoru Rimma xanım da bundan mütəəssir olub, onun ordan ayrılmağını istəmirdi. Susanna müəllimə isə Bakıdan heç yerə getmədi, adını , kimliyini, milliyyətini də dəyişmədi. İş yerindən də tərpənmədi, öz qaydasınca erməni-budaq cümlələrlə həmin məktəbdə Azərbaycan dilinin tədrisinə davam etdi. Susanna müəllimənin həyat yoldaşının bacısı əslən Şuşalı olan Qismət müəllimə ermənilərlə azərbaycanlıların bir-birinə dəydiyi vaxtlarda dərs saatlarında deyilənə görə , “atan kazaklardır “ ifadəsini tez-tez işlədərdi. Bu qadın elə bil saysız –hesabsız azərbaycanlı qaçqın, köçkün ordusundan xəbərsiz idi. Heç vaxt erməniləri mənfi tərəf kimi görməzdi.
Aşot dayının evinin yanması 1990-cı illərdə olmuşdu , indi isə 2021- ci ildir, ermənilər heç dəyişməyib, yenə də gedərkən, özlərinin olmayan və bahasına satdıqları, ya da təhvil verdikləri evlərə od vurub gedirlər. Əvvəlki kimi indi də eyni qayda ilə tərk edirlər. Yandırırlar, bunu özlərinə təsəlli bilirlər, unudurlar ki, belə vəziyyətlərdə özləri özlərini yandırırlar . Neçə illər ərzində boş qalmış kəndlər, şəhərlər boş adamların sayəsində viran oldu, dağıldı. Ermənistandan, ölkəmizdəki yeddi rayon və Qarabağdan axın-axın insanlar, azərbaycanlılar köç etdi, məcburən evindən qaçdı, qovuldular amma heç vaxt evlərini tərk edərkən yandırmadılar.
Ev qaladır, evdə bir doğmalıq var. Hər evin sakini heç yerdə görmədiyi münasibəti, istiliyi , doğmalığı evlərində görür. Tərbiyə, mədəniyyət evdən başlayır. Evin qoxusu dəyişməz, hara getsən belə, o qoxunu xatırlayırsan, evinlə doğmalaşırsan. Buna görə də , azərbaycanlılar heç zaman evlərini yandırmadılar. Sürgünə göndəriləndə, qaçqın- köçkün olanda , əsir düşəndə bir də çevrilib evlərinə baxıblar, evin yoluna boylanıblar. Fikri , ürəyi evdə qalan adamlar hara getsələr qoyub getdiklərini xatırlayıblar. Halbuki, evləri viran qalıb dağıdılmışdı, ya da mənimsənilmişdi. Amma ümidsiz olmadılar . Əsirlikdə işgəncədən üzülüb gedəndə belə, evinin yerini, o evdən nəyisə və kimisə xatırlayıblar. Azərbaycanlılar bu cür böyüyüb yetişdilər, özləri qazanıb özləri tikdilər, qurub-yaratdılar. Amma başqasının olanları yandıran, talayan, daşıyıb aparanlar təəssüf ki hərdən başqa yerlərdə hörmətli oldular .
Qapıçı Aşot dayı və Susanna müəllimə kimi olmayanların ədalət qapısı var. Neçə əsrdir ki, yandıra-yandıra gəlib-gedənlərin əziyyətində qalmışıq və yenə də özümüz özümüzdə bir yol, güc tapırıq. İndiki yanğınları hamı görə bildi -dünyanın gözü qarşısında alovlandı . Kimlərsə gəlib gedir, bu yanğınlara, viran qalmış yerlərə baxır, müşahidə edir, hərə bir cür görür. Bəziləri də görməzlikdən gəlir –bu da bizi yandırır. Evlər təkrar qurulacaq, şəhərlər yenidən salınacaq , həyat yenidən başlayacaq, amma bu olanlar heç vaxt unudulmayacaq. Ev qaladır, mədəniyyət evdən başlayır, evdə doğmalaşırsan, ev üçün darıxırsan, evə tələsirsən. Dalaşanda, küsəndə belə, harda olsan da yenə evini xatırlayırsan.
Xəbərləri izləyirəm, ekrandan yanan evlər görünür , ermənilər başqasının evlərini yandırırlar , qəsb etdikləri , mənimsədikləri özgə evlərini bu cür tərk edirlər .
Evdə doğmalıq var, mühit evdən doğulur. Evin havası kimi qoxusu da dəyişməz, tərbiyə evdən başlayır . Hara getsən həmin havada qalırsan, o havanı daşıyırsan . Evdənkənar ya da ki evində bir ömür yaşayırsan... xatırlayırsan...
Mühit evdən başlayır - evin havası dəyişməz.
Evdə doğmalaşırsan ... Ev üçün darıxırsan ...
Strategiya.az
BU GÜN AZƏRBAYCAN BAYRAĞI İŞĞAL EDİLMİŞ TORPAQLARIMIZDA DALĞALANIR!
Azərbaycan Qarabağ qələbələri ilə öz həqiqətini çağdaş tarixə yazır
2 MART MÜZƏFFƏR KOMANDAN NURU PAŞANIN HAQQ DÜNYASINA QOVUŞDUĞU GÜNDÜR
Sumqayıt hadisələri SSRİ və Ermənistan xüsusi xidmət orqanlarının hazırladıqları planın tərkib hissəsi idi
ABŞ-ın Türkiyəyə təzadlı münasibəti – Ankaranın yeni Ağ ev sınağı
SOYQIRIMINI DÜNYAYA TANITMAQDA DAVAM ETMƏLİYİK...
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması barədə sərəncam verildi
Hərbi qulluqçuların maaşları artırıldı - RƏSMİ
Azərbaycanda koronavirusa yoluxanların sayı 300-ü keçdi
Ermənistanda siyasi böhranın yeni dalğası müşahidə olunur
Şuşanın dağları: tədqiqatçı sorağında
Bir ay ərzində “YAŞAT” fondu tərəfindən 23 qazi xaricə müalicəyə göndərilib
Azərbaycan neftinin bir barreli 65,66 dollara satılır
Paşinyan Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsinə hazır olduğunu da deyib
İran və Azərbaycan arasında yeni körpünün təməli qoyulacaq - Səfir
2 MART MÜZƏFFƏR KOMANDAN NURU PAŞANIN HAQQ DÜNYASINA QOVUŞDUĞU GÜNDÜR
Valentina Matviyenko: Rusiya Ermənistanın Dağlıq Qarabağla bağlı üçtərəfli Bəyanata əməl etməsinə ümid edir
Zakir Həsənov Belarusun səfiri ilə hərbi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib
Fransanın sabiq prezidenti Nikola Sarkozi üç il həbs cəzasına məhkum olunub
Baş Prokurorluq: “BMS AQRO” MMC-nin vəzifəli şəxsi barəsində cinayət işi məhkəməyə göndərilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Suraxanı” gəmi-muzeyinin açılışında iştirak ediblər
Qubadlıda postlar qurulub, təhlükəsizliyə nəzarət edilir - DİN
Xocavənddə Ermənistan ordusunun atıb qaçdığı silah-sursat aşkarlandı
Mədəniyyət naziri Türkiyədə səfərdədir
Dəyərlər mövzusunda beynəlxalq konfrans keçirilib
Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub
Azərbaycanda 270 nəfər COVID-19-a yoluxub, 117 nəfər sağalıb, 2 nəfər vəfat edib
Hərbi qulluqçumuz təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub - MN
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda 273 mindən çox vətəndaşa koronavirus əleyhinə peyvənd vurulub
Sumqayıt hadisələri SSRİ və Ermənistan xüsusi xidmət orqanlarının hazırladıqları planın tərkib hissəsi idi
Bu gün magistraturalara qəbul imtahanı keçiriləcək
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində yerləşdirilməsinə son qoymağı tələb olunur - XİN
İşğaldan azad edilən ərazilərdə əlvan metal ehtiyatlarının potensialı dağ-mədən sənayesinin inkişafında böyük rol oynayacaq
“Notariat haqqında” qanunda dəyişikliklə bağlı hökumətə tapşırıq verildi - SƏRƏNCAM
ABŞ konqresmeni Xocalı soyqırımı ilə əlaqədar bəyanat verib
Bütün ölkədə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub
Prezident İlham Əliyev - Hadisələr onu göstərdi ki, mən tam haqlı idim
Levon Aronyan Ermənistan adından yarışmaqdan imtina etdi
Rəcəb Tayyib Ərdoğan: Xocalı qətliamının acısını unutmayacağıq, kədərini təkrar-təkrar yaşayacağıq
Prezident İlham Əliyev: İndi bütün dünya bilir ki, Azərbaycan xalqı XX əsrin sonunda soyqırımına məruz qalıb
Təhsil naziri: Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin hörmətlə anırıq
“Azeri Light” neftinin qiyməti 67 dollara çatır
Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz (FOTO)
XİN Xocalı soyqırımının ildönümü ilə əlaqədar bəyanat yayıb
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Xocalı faciəsinin ildönümü ilə bağlı paylaşım edilib (FOTO)
Azərbaycan Prezidenti: Biz hər bir şəhərin yenidən qurulması üçün baş plan hazırlayırıq
“Dostluq” yatağına dair İşçi Qrup yaradıldı - SƏRƏNCAM
Azərbaycanda 126 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb, 3 nəfər vəfat edib
Prezident İlham Əliyev Ramanada şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib
Firad Əliyev: "Azərbaycan tarixi barədə dünya əhalisini məlumatlandırmaq hər bir azərbaycanlının müqəddəs borcudur"
Fevralın 26-da “Ana harayı” abidəsini ziyarət əvvəlki illərdən fərqli təşkil ediləcək - DİN
Prokurorluq Bərdə Peşə Liseyinin direktorunun həbsi ilə bağlı məlumat yayıb
Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən daha 3 nəfər saxlanıldı
Xocalı soyqırımı XX əsrin ən ağır cinayətidir - Türkiyə parlamentinin sədri
Azərbaycan neftinin bir barreli 66,77 dollara satılır