Nadir Qocabəyli
Vaqif Mustafayev qabiliyyətli adam, istedadlı rejissordur, hətta dahidir. Onun çəkdiyi bütün filmlər sarkastik-simvolik parodiya janrındadır. O hamını və hər şeyi lağa qoyur... Amma günlərin birində anladı ki, onun matahı üçün bu ölkədə bazar yoxdur. Odur ki, başqa bir adam roluna girdi. Onun "Yaramaz" filmini xatırlayırsınz da. Bax, Vaqif həmin o yaramazın rolunu həyatda oynamağa başladı. Çünki yaşamaq, ailəni saxlamaq, övladları bir yerə çıxartmaq lazım idi. Bunu isə yaramazlıq etmədən reallaşdırmaq çox çətindir.
Yadınızdadır, bir ara hamı onun Heydər Əliyevin məzarı qarşısında ikiqat bükülmüş şəklini paylaşır, bu hərəkəti yaltaqlığın pik nöqtəsi adlandırırdı. Feysbuk qəhrəmanları burada əməlli-başlı şadyanalıq qurmuşdular. O zaman düşündüm ki, axı bunu Vaqifdən tələb edən yoxdur, əksəriyyət kimi yüngülvarı təzim edə bilərdi. Və dərhal ağlıma gəldi ki, bu sadəcə parodiyadır. Vaqif bununla nəsə demək istəyir və deyir...
Bu gün onu işdən çıxarıblar. Kanalın sahibi Sevil xanım Əliyeva bildirib ki, son zamanlar ondan çoxlu şikayət vardı, camaat "Space"dən narazılıq edirdi. Odur ki, getməliydi. Sevil xanım onu da bildirib ki, kanalı ancaq Azərbaycanda olanda bir neçə dəfə izləyib. Odur ki, sadəcə ictimai rəyi nəzərə alaraq bu addımı atıb. Məncə, ictimai rəyə görə bu ölkədə fərli-başlı televiziya yerli-dibli yoxdur. Hərçənd, Sevil xanımdan fərqli olaraq, mən daim Bakıda yaşayıram, bununla belə televizora baxmıram... Nə speysə, nə də digərlərinə...
Vaqifi ancaq filmlərindən tanıyıram, həyatda necə adam olduğunu bilmirəm. Bəlkə də, heç mənim standartlarımca "yaxşı oğlan" deyil. Lap çoxdan bircə dəfə televiziya müsahibəsinə baxmışam. Maraqlı insan təsiri bağışlayıb...
Ondan yaxşı televiziya rəhbəri olardımı? Məncə, hə. Bəs niyə olmadı? Çünki Vaqif bu ölkədə yaxşı mütəxəssisin, müəllimin, həkimin, rejissorun, məmurun, rəhbərin, hətta nazirin heç kəsə lazım olmadığını çoxdan anlamışdı. Odur ki, özünü qoymuşdu "yaramazlığa". Efiri tapşırmışdı istedadsız, piyada adamlara. Onlar da vaxtı doldurmaq üçün hind kinosundan-zaddan fırladırdılar. Özü də, Allah bilir, nəylə məşğul imiş. Hamı kimi puldan-paradan qapazlayıb yaşayır, özünə, ailəsinə gün ağlayır, gələcək ssenariləri üçün material və resurs toplayırmış. Bir də görəcəksiniz, bir şedevr çəkib, Oskardan-zaddan aldı. Onda hamınız onu lağa qoyduğunuza görə peşman olacaqsınız. Çünki Azərbaycanın adını dünyaya duyuracaq, bayrağımızı dalğalandıracaq və eyni zamanda, şöhrətin zirvəsindən bizlərə baxıb deyəcək: "ay sizi, yaramazlar..."
Strategiya.az
BU GÜN AZƏRBAYCAN BAYRAĞI İŞĞAL EDİLMİŞ TORPAQLARIMIZDA DALĞALANIR!
Azərbaycan Qarabağ qələbələri ilə öz həqiqətini çağdaş tarixə yazır
2 MART MÜZƏFFƏR KOMANDAN NURU PAŞANIN HAQQ DÜNYASINA QOVUŞDUĞU GÜNDÜR
Sumqayıt hadisələri SSRİ və Ermənistan xüsusi xidmət orqanlarının hazırladıqları planın tərkib hissəsi idi
ABŞ-ın Türkiyəyə təzadlı münasibəti – Ankaranın yeni Ağ ev sınağı
SOYQIRIMINI DÜNYAYA TANITMAQDA DAVAM ETMƏLİYİK...
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması barədə sərəncam verildi
Hərbi qulluqçuların maaşları artırıldı - RƏSMİ
Azərbaycanda koronavirusa yoluxanların sayı 300-ü keçdi
Ermənistanda siyasi böhranın yeni dalğası müşahidə olunur
Şuşanın dağları: tədqiqatçı sorağında
Bir ay ərzində “YAŞAT” fondu tərəfindən 23 qazi xaricə müalicəyə göndərilib
Azərbaycan neftinin bir barreli 65,66 dollara satılır
Paşinyan Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsinə hazır olduğunu da deyib
İran və Azərbaycan arasında yeni körpünün təməli qoyulacaq - Səfir
2 MART MÜZƏFFƏR KOMANDAN NURU PAŞANIN HAQQ DÜNYASINA QOVUŞDUĞU GÜNDÜR
Valentina Matviyenko: Rusiya Ermənistanın Dağlıq Qarabağla bağlı üçtərəfli Bəyanata əməl etməsinə ümid edir
Zakir Həsənov Belarusun səfiri ilə hərbi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib
Fransanın sabiq prezidenti Nikola Sarkozi üç il həbs cəzasına məhkum olunub
Baş Prokurorluq: “BMS AQRO” MMC-nin vəzifəli şəxsi barəsində cinayət işi məhkəməyə göndərilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Suraxanı” gəmi-muzeyinin açılışında iştirak ediblər
Qubadlıda postlar qurulub, təhlükəsizliyə nəzarət edilir - DİN
Xocavənddə Ermənistan ordusunun atıb qaçdığı silah-sursat aşkarlandı
Mədəniyyət naziri Türkiyədə səfərdədir
Dəyərlər mövzusunda beynəlxalq konfrans keçirilib
Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub
Azərbaycanda 270 nəfər COVID-19-a yoluxub, 117 nəfər sağalıb, 2 nəfər vəfat edib
Hərbi qulluqçumuz təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub - MN
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda 273 mindən çox vətəndaşa koronavirus əleyhinə peyvənd vurulub
Sumqayıt hadisələri SSRİ və Ermənistan xüsusi xidmət orqanlarının hazırladıqları planın tərkib hissəsi idi
Bu gün magistraturalara qəbul imtahanı keçiriləcək
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində yerləşdirilməsinə son qoymağı tələb olunur - XİN
İşğaldan azad edilən ərazilərdə əlvan metal ehtiyatlarının potensialı dağ-mədən sənayesinin inkişafında böyük rol oynayacaq
“Notariat haqqında” qanunda dəyişikliklə bağlı hökumətə tapşırıq verildi - SƏRƏNCAM
ABŞ konqresmeni Xocalı soyqırımı ilə əlaqədar bəyanat verib
Bütün ölkədə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub
Prezident İlham Əliyev - Hadisələr onu göstərdi ki, mən tam haqlı idim
Levon Aronyan Ermənistan adından yarışmaqdan imtina etdi
Rəcəb Tayyib Ərdoğan: Xocalı qətliamının acısını unutmayacağıq, kədərini təkrar-təkrar yaşayacağıq
Prezident İlham Əliyev: İndi bütün dünya bilir ki, Azərbaycan xalqı XX əsrin sonunda soyqırımına məruz qalıb
Təhsil naziri: Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin hörmətlə anırıq
“Azeri Light” neftinin qiyməti 67 dollara çatır
Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz (FOTO)
XİN Xocalı soyqırımının ildönümü ilə əlaqədar bəyanat yayıb
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Xocalı faciəsinin ildönümü ilə bağlı paylaşım edilib (FOTO)
Azərbaycan Prezidenti: Biz hər bir şəhərin yenidən qurulması üçün baş plan hazırlayırıq
“Dostluq” yatağına dair İşçi Qrup yaradıldı - SƏRƏNCAM
Azərbaycanda 126 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb, 3 nəfər vəfat edib
Prezident İlham Əliyev Ramanada şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib
Firad Əliyev: "Azərbaycan tarixi barədə dünya əhalisini məlumatlandırmaq hər bir azərbaycanlının müqəddəs borcudur"
Fevralın 26-da “Ana harayı” abidəsini ziyarət əvvəlki illərdən fərqli təşkil ediləcək - DİN
Prokurorluq Bərdə Peşə Liseyinin direktorunun həbsi ilə bağlı məlumat yayıb
Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən daha 3 nəfər saxlanıldı
Xocalı soyqırımı XX əsrin ən ağır cinayətidir - Türkiyə parlamentinin sədri
Azərbaycan neftinin bir barreli 66,77 dollara satılır