Ermənistan Azərbaycanın mülki əhalisinə, mədəni irsinə və infrastrukturuna qarşı ağır cinayətlər silsiləsi törədib - Ceyhun Bayramov

18:34 / 22.02.2021

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 46-cı sessiyasının Yüksək Səviyyəli Seqmentində çıxış edib.

Xarici İşlər Nazirliyindən  verilən məlumata görə, çıxışda deyilir:

"Xanım Prezident,

Zati Aliləri,

Xanımlar və cənablar,

İlk öncə Səfir Najat Şamim Xanı İnsan Hüquqları Şurasının prezidenti seçilməsi münasibətilə təbrik etmək və ona bu vəzifəsinin icrasında uğurlar arzu etmək istərdim.

Sessiyamız COVİD-19 virusunun bəşəriyyət üçün böyük təhdid törətməyə davam etdiyi bir vaxtda baş tutur. Azərbaycan pandemiyaya dərhal cavab vermiş və meydana çıxan sosial-iqtisadi problemlərlə bağlı insan hüquqlarına əsaslanan yanaşma tətbiq edərək COVİD-19 virusunun yayılmasının qarşısını almaq üçün səmərəli tədbirlər həyata keçirmişdir.

Azərbaycan öz səylərini ölkədaxili nailiyyətlərlə məhdudlaşdırmamışdır. Qlobal səyləri dəstəkləmək məqsədilə Azərbaycan Hökuməti Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon ABŞ dolları, habelə, Qoşulmamama Hərəkatının virusdan daha çox əziyyət çəkmiş üzv ölkələrinə Hərəkatın sədri qismində əlavə 5 milyon dollar məbləğində yardım etmişdir. Azərbaycan həmçinin 30-dan çox ölkəyə ikitərəfli əsasda təcili humanitar yardım göstərmişdir.

Qoşulmama Hərəkatının hazırki sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının dekabrın 3-4-də COVİD-19 mövzusunda çağırılmış xüsusi sessiyası birlik, çoxtərəfli əməkdaşlıq, həmrəylik və insan hüquqlarına hörmətə əsaslanan əlaqələndirilmiş qlobal cavab verilməsi zərurətini bir daha təsdiq etmişdir.

İndi beynəlxalq ictimaiyyət nəinki davam edən sağlamlıq böhranına cavab vermək, habelə ədalətli və davamlı gələcək qurmaq üçün birgə fəaliyyət göstərməlidir. Bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti COVİD-19 virusuna qarşı peyvəndin inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında qeyri-bərabər və ədalətsiz bölgüsü ilə bağlı ciddi narahatlığını ifadə etmişdir. Fürsətdən istifadə edərək bütün dövlətləri, beynəlxalq təşkilatları, beynəlxalq donor ictimaiyyətini, peyvənd istehsalçılarını və digər aidiyyəti tərəfləri bütün ölkələri COVİD-19-a qarşı peyvəndlə əlçatan, maneəsiz, vaxtında və ədalətli formada təmin etməyə çağırırıq.

Xanım Prezident,

Demokratiyanın möhkəmləndirilməsi və insan hüquqlarının müdafiəsi Azərbaycan Respublikasının əsas prioritetləri sırasındadır. Ölkədə davam edən islahatlar siyasi partiyalarla əsası qoyulmuş dialoq, mətbuatın inkişafına dəstək, əlilliyi olan şəxslər üçün daha yaxşı şəraitin yaradılması, qadınların və gənclərin təşviq olunması, şəffaf və səmərəli ictimai xidmətlərin miqyasının artırılması kimi geniş sahələri əhatə edir.

Azərbaycan BMT-nin insan hüquqları mexanizmləri ilə səmərəli əməkdaşlıq edir. İnsan Hüquqları üzrə Ali Komissarın Ofisinin mühüm işini dəstəkləmək məqsədilə Azərbaycan mütəmadi qaydada Ofisə könüllü maliyyə töhfələri ayırır və bunu etməkdə davam edəcəkdir. Biz üzv dövlətlərlə əməkdaşlıq və dialoq vasitəsilə insan hüquqlarının təşviqində İnsan Hüquqları Şurasının xüsusi mandat daşıyıcılarının mühüm rolunu yüksək qiymətləndiririk. Bu baxımdan ölkəmiz bütün mandat daşıyıcılara daimi dəvət ünvanlamışdır.

Xanım Prezident,

BMT Baş Assambleyasının müvafiq qətnaməsinə əsasən 2021-ci il Beynəlxalq Sülh və Etimad İli elan edilmişdir. Bu il Azərbaycan üçün əlamətdar olacaqdır, belə ki, ölkəmiz ərazilərinin təxminən 30 il davam edən işğaldan azad olunmasından sonra münaqişə-sonrası bərpa və reabilitasiya mərhələsinə qədəm qoyur.

30 ilə yaxın dövr ərzində münaqişənin siyasi yolla tənzimlənməsi prosesindən, habelə Azərbaycanın bu prosesə sadiqliyindən öz məqsədləri üçün istifadə edən Ermənistan Azərbaycan torpaqlarını ilhaq etmək məqsədilə onların işğalının nəticələrinin möhkəmləndirilməsi istiqamətində davamlı tədbirlər görmüşdür. Bu xüsusda Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə məskunlaşdırma aparılmış, tarixi və mədəni irs dağıdılmış və soyğuna məruz qoyulmuş, təbii ehtiyatlar qeyri-qanuni istismar edilmiş, ictimai və özəl mülkiyyət mənimsənilmişdir. İşğalın davam etdiyi illər ərzində Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə, habelə, mədəni irsinə və infrastrukturuna qarşı ağır cinayətlər silsiləsi törədilmişdir.

Ermənistan tərəfindən Azərbaycana qarşı 27 sentyabr 2020-ci il tarixində başlamış son təcavüz istisna olmamışdır. Həmin təcavüz Azərbaycanın mülki əhalisini təşvişə salmaq məqsədilə müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlərə bərabər ciddi beynəlxalq humanitar hüquq pozuntuları ilə müşayiət olunmuşdur. Bu məqsədlə Ermənistan məqsədli şəkildə Azərbaycanın münaqişə bölgəsindən uzaqda yerləşən mülki əhalinin sıx məskunlaşdığı ərazilərinə hücum törətmiş, nəticədə 101 mülki şəxs həlak olmuş, 400-dən çox insan ağır yaralanmışdır. Bundan əlavə, Ermənistan hərbçilərinin Azərbaycanlı əsirlərin hüquqlarını pozduğu, o cümlədən alçaltma və nalayiq rəftar, onlara qarşı fiziki zor tətbiqi, söyüş, başlarının kəsilməsi, cəsədlərlə pis rəftar tətbiq etdikləri barədə çoxsaylı təkzibedilməz faktlar mövcuddur. Azərbaycan müvafiq ikitərəfli və çoxtərəfli mexanizmlər çərçivəsində öz hüquqlarından istifadə edərək bu cinayətləri törədənləri ədalət mühakiməsi qarşısına çıxarmaq üçün bütün tədbirləri görməyə qərarlıdır.

Yuxarıda göstərilən əməllərini ört-basdır etməyə cəhd edən Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq üçün Azərbaycanı eyni cinayətlərdə ittiham edir və bu məqsədlə yalan xəbərlərlə dolu kütləvi kampaniya həyata keçirir. BMT-nin insan hüquqları mexanizmləri, o cümlədən İnsan Hüquqları üzrə Ali Komissarın Ofisi, müqavilə qurumları və mandat daşıyıcıları da Ermənistanın bu saxta təbliğatına məruz qalmışdır.

Azərbaycan torpaqlarının işğaldan azad olunması yüz minlərlə köçkünün öz yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtma hüququnun icrasına şərait yaradır. Bununla yanaşı, münaqişədən zərər çəkmiş ərazilərdə ictimai və özəl mülkiyyətin, zəruri mülki infrastukturun, o cümlədən təhsil və tibb müəssisələrinin, habelə, tarixi və mədəni irsin və ətraf mühitin məruz qaldığı ziyan və dağıntıların görünməmiş miqyası bu ərazilərin bərpası və yenidən qurulması üçün Azərbaycan Hökuməti qarşısında böyük vəzifə qoyur. Hökumət artıq köçkün əhalinin təhlükəsiz və ləyaqətli qayıdışını və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində dinc birgəyaşayışı təmin etmək üçün praktiki tədbirlərə başlamışdır.

Azərbaycan münaqişə bölgəsində yaşayan erməni əsilli vətəndaşlarını öz siyasi, sosial və iqtisadi mühitinə yenidən inteqrasiya etməyə və onlara Azərbaycanın etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşları ilə eyni hüquq və azadlıqları təmin etməyə qərarlıdır. Azərbaycan Respublikasının Konstitusiyası bununla bağlı etibarlı hüquqi çərçivəni təmin edir.

Sülhün bərqərar olması, bərpa və yenidənqurma işləri, ehtiyacı olanlara humanitar yardımın göstərilməsi, o cümlədən məcburi köçkün və qaçqınların qayıtması əsas prioritet olmalıdır. Bu məqsədlə Azərbaycan BMT-nin humanitar yardım üzrə 1991-ci ildə qəbul edilmiş prinsiplərinə tam uyğun olaraq müvafiq beynəlxalq tərəfdaşlarla, o cümlədən BQXK, BMTQAK və digər BMT qurumları ilə, habelə regionda sülh və stabilliyə töhfə vermək istəyən fərdi dövlətlərlə işləməyə hazırdır.

Bu yanaşma beynəlxalq hüquqa, eləcə də BMT-nin humanitar yardım, münaqişə-sonrası bərpa və yenidənqurma sahəsində işlərini tənzimləyən qətnamə və sənədlərinə əsaslanır və münaqişənin yaralarını sağaltmağa yönəlmış etimad quruculuğu tədbirləri kimi çıxış edəcəkdir.

Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat Ermənistan və Azərbaycan üzərinə bütün hərbi fəaliyyətləri dayandırmaq və onilliklərlə davam edən münaqişənin aradan qaldırılması üçün tədbirlər görməklə bağlı öhdəlik qoyur. Azərbaycan bu sənədin tam əməli icrasına və Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması əsasında bu qanlı münaqişənin yaralarının sağaldılmasına böyük əhəmiyyət verir.

İnanırıq ki, BMT başda olmaqla beynəlxalq ictimaiyyət bölgədə xoş qonşuluq münaibətlərinin bərpasına yönəlmiş Üçtərəfli Bəyanatın həyata keçirilməsinin dəstəklənməsində mühüm rol oynaya bilər.

Təşəkkür edirəm.


Etiket:

Strategiya.az

Xəbərlər
02.03.2021

Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması barədə sərəncam verildi

02.03.2021

Hərbi qulluqçuların maaşları artırıldı - RƏSMİ

02.03.2021

Azərbaycanda koronavirusa yoluxanların sayı 300-ü keçdi

02.03.2021

Ermənistanda siyasi böhranın yeni dalğası müşahidə olunur

02.03.2021

Şuşanın dağları: tədqiqatçı sorağında

02.03.2021

Bir ay ərzində “YAŞAT” fondu tərəfindən 23 qazi xaricə müalicəyə göndərilib

02.03.2021

Azərbaycan neftinin bir barreli 65,66 dollara satılır

02.03.2021

Paşinyan Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsinə hazır olduğunu da deyib

02.03.2021

İran və Azərbaycan arasında yeni körpünün təməli qoyulacaq - Səfir

02.03.2021

2 MART MÜZƏFFƏR KOMANDAN NURU PAŞANIN HAQQ DÜNYASINA QOVUŞDUĞU GÜNDÜR

01.03.2021

Valentina Matviyenko: Rusiya Ermənistanın Dağlıq Qarabağla bağlı üçtərəfli Bəyanata əməl etməsinə ümid edir

01.03.2021

Zakir Həsənov Belarusun səfiri ilə hərbi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib

01.03.2021

Fransanın sabiq prezidenti Nikola Sarkozi üç il həbs cəzasına məhkum olunub

01.03.2021

Baş Prokurorluq: “BMS AQRO” MMC-nin vəzifəli şəxsi barəsində cinayət işi məhkəməyə göndərilib

01.03.2021

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Suraxanı” gəmi-muzeyinin açılışında iştirak ediblər

01.03.2021

Qubadlıda postlar qurulub, təhlükəsizliyə nəzarət edilir - DİN

01.03.2021

Xocavənddə Ermənistan ordusunun atıb qaçdığı silah-sursat aşkarlandı

01.03.2021

Mədəniyyət naziri Türkiyədə səfərdədir

01.03.2021

Dəyərlər mövzusunda beynəlxalq konfrans keçirilib

01.03.2021

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub

28.02.2021

Azərbaycanda 270 nəfər COVID-19-a yoluxub, 117 nəfər sağalıb, 2 nəfər vəfat edib

28.02.2021

Hərbi qulluqçumuz təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub - MN

28.02.2021

Sabahın hava proqnozu açıqlanıb

28.02.2021

Azərbaycanda 273 mindən çox vətəndaşa koronavirus əleyhinə peyvənd vurulub

28.02.2021

Sumqayıt hadisələri SSRİ və Ermənistan xüsusi xidmət orqanlarının hazırladıqları planın tərkib hissəsi idi

28.02.2021

Bu gün magistraturalara qəbul imtahanı keçiriləcək

27.02.2021

Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində yerləşdirilməsinə son qoymağı tələb olunur - XİN

27.02.2021

İşğaldan azad edilən ərazilərdə əlvan metal ehtiyatlarının potensialı dağ-mədən sənayesinin inkişafında böyük rol oynayacaq

27.02.2021

“Notariat haqqında” qanunda dəyişikliklə bağlı hökumətə tapşırıq verildi - SƏRƏNCAM

27.02.2021

ABŞ konqresmeni Xocalı soyqırımı ilə əlaqədar bəyanat verib

26.02.2021

Bütün ölkədə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub

26.02.2021

 Prezident İlham Əliyev - Hadisələr onu göstərdi ki, mən tam haqlı idim

26.02.2021

Levon Aronyan Ermənistan adından yarışmaqdan imtina etdi

26.02.2021

Rəcəb Tayyib Ərdoğan: Xocalı qətliamının acısını unutmayacağıq, kədərini təkrar-təkrar yaşayacağıq

26.02.2021

Prezident İlham Əliyev: İndi bütün dünya bilir ki, Azərbaycan xalqı XX əsrin sonunda soyqırımına məruz qalıb

26.02.2021

Təhsil naziri: Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin hörmətlə anırıq

26.02.2021

“Azeri Light” neftinin qiyməti 67 dollara çatır

26.02.2021

Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz (FOTO)

26.02.2021

XİN Xocalı soyqırımının ildönümü ilə əlaqədar bəyanat yayıb

26.02.2021

Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Xocalı faciəsinin ildönümü ilə bağlı paylaşım edilib (FOTO)

25.02.2021

Azərbaycan Prezidenti: Biz hər bir şəhərin yenidən qurulması üçün baş plan hazırlayırıq

25.02.2021

“Dostluq” yatağına dair İşçi Qrup yaradıldı - SƏRƏNCAM

25.02.2021

Azərbaycanda 126 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb, 3 nəfər vəfat edib

25.02.2021

Prezident İlham Əliyev Ramanada şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib

25.02.2021

Firad Əliyev: "Azərbaycan tarixi barədə dünya əhalisini məlumatlandırmaq hər bir azərbaycanlının müqəddəs borcudur"

25.02.2021

Fevralın 26-da “Ana harayı” abidəsini ziyarət əvvəlki illərdən fərqli təşkil ediləcək - DİN

25.02.2021

Prokurorluq Bərdə Peşə Liseyinin direktorunun həbsi ilə bağlı məlumat yayıb

25.02.2021

Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən daha 3 nəfər saxlanıldı

25.02.2021

Xocalı soyqırımı XX əsrin ən ağır cinayətidir - Türkiyə parlamentinin sədri

25.02.2021

Azərbaycan neftinin bir barreli 66,77 dollara satılır