Qondarma “erməni soyqırımı” iddialarının heç bir tarixi,hüquqi əsası yoxdur və Türkiyəyə qarşı siyasi təzyiq vasitəsidir

10:15 / 24.04.2021

Tarixi sənədlər təsdiq edir ki, 1915-ci ildə Türkiyə ərazisində ermənilərə qarşı heç bir soyqırımı olmayıb. Türkiyənin müharibəyə cəlb olunduğu həmin dövrdə ermənilər çoxsaylı silahlı dəstələr yaradaraq arxa cəbhədə üsyan qaldırıb, türk ordusuna hücumlar təşkil edib, ayrı-ayrı şəhər və qəsəbələrdə kütləvi qətllər törədərək əhaliyə qarşı qeyri-insani hərəkətlər ediblər. Təbii ki, türk ordusu da dinc əhalini müdafiə etmək, onları erməni vəhşiliklərindən qorumaq üçün lazımi tədbirlər görüb və ermənilərin digər ərazilərə köçürülməsi zamanı da heç bir soyqırımı baş verməyib.

Buna baxmayaraq, son illərdə uydurma “erməni soyqırımı” iddialarının dünya gündəmində yer almasının səbəbkarları, sadəcə, Ermənistan və erməni lobbisi deyil, eyni zamanda, regionla bağlı imperialist maraqları olan güclərdir. O güclər ki, vaxtilə Anadoluya və Cənubi Qafqaza dair maraqlarını reallaşdırmaq üçün milli münaqişələrin alovlanmasına və kütləvi köçlərə səbəb olub, erməniləri Osmanlı Türkiyəsinə qarşı təşkilatlanmağa, silahlanmağa, terror və qətliamlar törətməyə təşviq ediblər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov Türkiyəyə qarşı uzun illərdir davam edən uydurma “erməni soyqırımı” iddialarına münasibət bildirərkən söyləyib.

Son 40 ilin tarixinə nəzər salsaq, XX əsrin 80-ci illərinin ikinci yarısında Sovet İttifaqında yenidənqurma adı altında bir sıra dəyişikliklər baş verdi. Belə bir şəraitdə ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməyi ilə “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün aşkarlıq və demokratiyadan istifadə edərək Türkiyəyə və Azərbaycana qarşı genişmiqyaslı kampaniyaya başladılar. Bu dövrdə - 1985-ci il fevralın 21-də Ermənistan KP MK-nın sovet rəhbərliyinə 24 aprel gününün “soyqırımı qurbanlarının xatirə günü” kimi qeyd edilməsi haqqında müraciəti Sov.İKP MK Siyasi Bürosunun iclasının gündəliyinə daxil edilmişdi. Eyni zamanda, ermənilərin Türkiyəyə qarşı saxta iddiaları da Qərbin bəzi dairələri tərəfindən müdafiə olunurdu. Bunun davamı olaraq, 1987-ci il iyulun 18-də Avropa Parlamenti uydurma “erməni soyqırımı” iddialarını tanıdı və “soyqırımı qurbanları”na xatirə günü təsis etdi.

Bununla yanaşı, 1988-ci ildə Dağlıq Qarabağı Ermənistana birləşdirmək tələbi ilə Azərbaycana qarşı ərazi iddiaları irəli sürən ermənilər o dövrdə təkcə SSRİ hakim dairələrinin deyil, Qərb ölkələrinin dövlət və hökumət orqanlarının himayədarlığına da arxalanırdılar. Bu məsələdə Qərb ölkələrinin hakimiyyət orqanlarına müəyyən təsir gücünə malik xaricdəki erməni lobbisinin də əsas rolu olmuşdur. Faktlar göstərir ki, hadisələrin inkişafının əvvəlində də, sonrakı mərhələlərində də bu amillər güclü rol oynamışdır. Xaricdəki erməni lobbisi bunu SSRİ-nin rəhbər orqanlarına kobudcasına müdaxilə və zorakılıqla təzyiq göstərmək mövqeyindən edirdilər. Erməni lobbisinin təzyiqi və yardımı ilə dünyanın bir sıra ölkələrində SSRİ-nin rəsmi nümayəndəlikləri və beynəlxalq təşkilatlar qarşısında keçirilən saysız-hesabsız nümayiş, yığıncaq və mitinqlər təşkil edilirdi.

Qərb dövlətlərinin hakimiyyət orqanlarında ermənilərin təmsil olunmaları və onların dövlətin yüksək vəzifəli şəxslərinə müəyyən təsiri, ilk növbədə, ABŞ-da özünü daha qabarıq şəkildə göstərirdi. 1988-1991-ci illərdə Dağlıq Qarabağ problemi ilə əlaqədar ABŞ-da bir sıra sənədlərin qəbul edilməsində erməni icması tərəfindən 1971-ci ildə yaradılan Amerika Ermənilərinin Milli Komitəsinin (ANCA) böyük rolu olmuşdur. Bununla yanaşı, Amerikanın erməni icmasına rəhbərlik edən komitə erməni millətinin mənafeyini tam təmsil etmək məqsədilə ABŞ-ın hökumət dairələri, senatorları, konqresmenləri ilə sıx əlaqə saxlayırdı. 1989-cu il oktyabrın sonunda ABŞ Senatı Hüquq Komitəsinin qəbul etdiyi qərar layihəsində aprelin 24-ü saxta “erməni soyqırımının” 75 illiyinin qeyd edilməsi göstərilirdi. Bu layihəyə Respublikaçılar Partiyasının Senatdakı lideri, ermənipərəst senator Robert Doul rəhbərlik etmiş və qərarı 54 senator imzalamışdı.

Son illərdə Ermənistanın və Qərbdəki bəzi qurumların saxta “erməni soyqırımı” haqqında uydurmalarına gəldikdə isə, bu iddia subyektiv mülahizələrə söykənməklə yanaşı, islamofob, anti-Azərbaycan və antitürk meyillərin son vaxtlar güclənməsinin təzahürüdür. Uydurma “erməni soyqırımı” iddialarının 100 illiyi ərəfəsində, yəni 2015-ci il martın 12-də Avropa Parlamenti “Dünyada insan haqları və demokratiya” adlı sənəddə Avropa İttifaqına daxil olan 28 ölkəyə qondarma “erməni soyqırımının” tanınması ilə əlaqədar müraciət edib. Həmin il aprelin 15-də isə Avropa Parlamenti bunun davamı olaraq 12 maddəlik “erməni soyqırımı” qətnaməsini qəbul etdi. Bununla da Avropa Parlamenti növbəti addımı atmaqla anti-Azərbaycan və antitürk mövqeyini bir daha ortaya qoydu. Həmin sənədin mahiyyəti ondan ibarət idi ki, Avropa İttifaqına daxil olan ölkələr 24 aprel tarixini “erməni soyqırımı günü” kimi qeyd etsinlər.

Qeyd edək ki, Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan 2015-ci il aprelin 24-də Çanaqqala şəhərində türk ordusunun qəhrəmancasına qələbə qazanmasının 100 illiyini qeyd etdilər. Türkiyədə Çanaqqala zəfərinin 100 illiyinin qeyd edilməsinə dair qəbul olunmuş qərar qardaş ölkənin ərazilərinin düşmən əsarətindən qurtuluşunda həlledici rol oynamış tarixi hadisənin, böyük dönüş məqamının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir.

Həmçinin qeyd etmək yerinə düşər ki, ermənilərin uzun illərdir hazırlıq gördükləri uydurma “erməni soyqırımı”nın 2015-ci ildə “100-cü ildönümü” tədbirlərində yalnız dörd dövlətin prezidentinin iştirak etməsi Ermənistan üçün ağır zərbə idi. Halbuki qısa vaxt ərzində elan edilməsinə baxmayaraq, həmin il Çanaqqala döyüşlərinin 100-cü ildönümü ilə bağlı keçirilən tədbirlərdə 20-dən çox dövlətin prezidenti, 4 dövlətin Baş naziri və bir sıra beynəlxalq təşkilatın rəhbərləri, parlament sədrləri və nazirlər iştirak ediblər.

Azərbaycan və Türkiyənin dövlət başçılarının bu istiqamətdə ictimai-siyasi fəaliyyətləri ilə hər zaman vahid platformadan çıxış etməsi mühüm əhəmiyyət kəsb edir. Xüsusilə, biz bunun Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı, xüsusilə sentyabrın 27-dən başlayan hərbi təcavüzünə cavab olaraq Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları zamanı, xüsusilə 44 günlük Vətən müharibəsinin getdiyi günlərdə Azərbaycan və Türkiyənin dövlət başçılarının qətiyyətli və prinsipial mövqeyi, eləcə də Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyətlərində, həmçinin vahid media platformasından çıxış edərək dünya informasiya məkanına operativ və obyektiv məlumatların çatdırılmasında da şahidi olduq.

Qarabağ məsələsinin hər zaman Türkiyə üçün də eyni dərəcədə ağrılı problem olduğunu bildirən Rəcəb Tayyib Ərdoğan Azərbaycanın sevinci, bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir, Azərbaycan kədərlənərsə, biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik sözlərini diqqətə çatdırmış və ölkəmizin haqlı mübarizəsini qətiyyətlə müdafiə edərək demişdir: “Həqiqətən 44 günlük bir müharibədən sonra ortaya çıxan nəticə Azərbaycandakı qardaşlarımı necə sevindirdisə, eyni dərəcədə Türkiyədəki qardaşlarını da sevindirmişdir”.

Azərbaycan Prezidenti İlham Əliyev hər iki dost, qardaş dövlətin bütün zamanlarda bir-birinin yanında olduğunu diqqətə çatdıraraq bildirmişdir: “Biz uzun illər sürən işğala son qoyduq. Türkiyə kimi qardaşımızın yanımızda olması bizi daha da ruhlandırırdı, bizə əlavə güc verirdi. Biz gücdən istifadə edərək öz tarixi torpaqlarımızı işğalçılardan azad etdik”.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, uydurma “erməni soyqırımı” iddiaları ilə bağlı səylərin yaxın vaxtlarda tam bitəcəyi inandırıcı deyil. Çünki bu məsələdə təkcə Ermənistan tərəfi maraqlı deyil, işin içində erməni lobbisi, regionda maraqları olan güclər də var. Həmin güclər artıq siyasiləşmiş bir problemə çevrilən qondarma “soyqırımı” silahından hər zaman Türkiyəyə qarşı istifadə etməyə çalışacaqlar. Çünki, qondarma “erməni soyqırımı” iddialarının heç bir tarixi, siyasi və hüquqi əsası yoxdur Türkiyəyə qarşı siyasi təzyiq vasitəsidir.

Baş verməyən bir hadisəni siyasiləşdirib Türkiyəyə qarşı təzyiq vasitəsinə çevirən Qərbdəki dairələrə xatırlatmaq lazımdır ki, SSRİ-nin süqutu ərəfəsində Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərə Azərbaycandan ayrılaraq Ermənistanla birləşməyin zəruriliyinə nail olmaq ideyasını süni surətdə qəbul etdirən təcavüzkar dövlət buna nail olmaq üçün Dağlıq Qarabağdan 50 min, Ermənistandan isə 300 mindən çox azərbaycanlını etnik təmizləməyə, soyqırımı və təcavüzə məruz qoyub tarixən yaşadığı torpaqlardan zorakılıqla didərgin salıb.

Nəticədə, XX əsrin sonunda Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun hüdudlarından kənarda yerləşən ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalıb. Ermənistanın bu hərbi təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox əhali öz doğma torpağından məcburən köçkün düşüb. Bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunub, nəticədə 20 min azərbaycanlı həlak olub, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub. 1988-1993-cü illərdə monoetnik dövlət yaratmağa nail olan Ermənistan Respublikası Azərbaycana qarşı açıq-aşkar etnik təmizləmə, soyqırımı, işğalçılıq siyasəti yeritmiş, nəticədə dinc sakinlər qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, talan edilmiş və yandırılmışdır.

Bütün bu hadisələr uydurma deyil və yaxın tariximizdə 30 ildir ki, bütün dünyanın gözü qarşısında baş vermişdir. Bu baxımdan, hələ də yarası sağalmayan Xocalı soyqırımını unudan dairələr 106 ildir ki, uydurma “erməni soyqırımı”nı Türkiyəyə qarşı siyasi təzyiq vasitəsinə çeviriblər.

2021-ci il aprelin 13-də Bakıda müstəqil ekspertlərin, alimlərin, müxtəlif beynəlxalq tədqiqat mərkəzlərinin və akademik qurumların nümayəndələrinin iştirak etdiyi “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransdakı çıxışında Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Biz ailə üzvlərini itirmiş, özlərinin doğma yurdlarında yaşamaqla bağlı fundamental hüquqlardan məhrum edilmiş insanların taleyini bir kənara qoya bilmərik. Biz Ermənistan ordusu tərəfindən törədilmiş vəhşilikləri unuda bilmərik. Biz heç vaxt Ermənistan və qondarma “Dağlıq Qarabağ rejimi”nin rəhbərliyi tərəfindən törədilmiş Xocalı soyqırımını və günahsız qurbanların xatirəsini unutmayacağıq”.

Çox təəssüf ki, son zamanlar həm Qərbdə müsəlman və türk xalqlarına qarşı bir ovqat hökm sürür. Bu siyasətin Qərbə nə verəcəyini zaman özü göstərəcək. Buna görə hazırda tarixi reallığı təhrif edərək heç bir fakta istinad etmədən, o dövrün arxiv materiallarını araşdırmadan bir qrup siyasətçinin, bir sıra qurumların ötən əsrin əvvəlində baş verən hadisələri qiymətləndirməsi tamamilə yanlışdır və uydurma “erməni soyqırımı” haqqında iddialar subyektiv mülahizələrə söykənməklə yanaşı, islamofob, antimüsəlman və antitürk meyillərin güclənməsinin təzahürüdür. Bu, həm də müasir dünyada, xüsusən Qərbdə hökm sürən ikili yanaşmanın nəticəsidir.

Bu gün dünya miqyasında dost və qardaş dövlətin güc mərkəzi olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, nəinki yerləşdiyi bölgədə, dünyada Türkiyənin iştirakı olmadan heç bir məsələ öz həllini tapa bilmir və yaxın tarix bunu göstərdi: “Biz buna çox sevinirik, çünki Türkiyənin gücü bizim gücümüzü artırır. Bizim gücümüzün birləşdirilməsi bizi daha da güclü edir. Əminəm ki, biz bundan sonra da hər zaman bir-birimizin yanında olacağıq, bir-birimizin uğurlarına sevinəcəyik”.


Etiket:

Strategiya.az

Xəbərlər
28.07.2021

Azərbaycan MN: Ermənistan atəşkəs rejiminin tələblərinə əməl etmir

28.07.2021

Mustafa Şentopla Ceyhun Bayramov görüş keçirib

28.07.2021

Tələbə təhsil kreditini 10 ilə qaytara bilər

28.07.2021

Mustafa Şəntop: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələri üçün çox əhəmiyyətlidir

28.07.2021

Ərazi bütövlüyümüzə qarşı atılacaq hər hansı addımlar qətiyyətlə cavablandırılacaq - XİN

28.07.2021

Kəlbəcər istiqamətində gərginlik davam edir - MN

24.07.2021

“Qənərçay” qum-çınqıl yatağı hərrac qaydasında istifadəyə verilib

24.07.2021

Hazırda Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində vəziyyət sabitdir - MN

24.07.2021

Son 24 saatda dünyada koronavirusa 573 mindən çox yoluxma qeydə alınıb

24.07.2021

Bölmələrimiz tərəfindən havaya heç bir PUA qaldırılmayıb 

23.07.2021

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

23.07.2021

“Ltv 7” kanalının direktoru və bir neçə əməkdaşı barəsində cinayət işi başlanılıb

23.07.2021

Jerom Lamber: Qarabağ müharibəsinin əsas səbəblərindən biri Minsk qrupunun diplomatik uğursuzluğudur

23.07.2021

Prezident İlham Əliyev: Bu gün Ermənistanın siyasi gündəliyini müəyyən dərəcədə biz formalaşdırırıq və bu, həqiqətdir

23.07.2021

Prezident İlham Əliyev: Müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır, amma pulu Ermənistana verirlər

22.07.2021

Rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat başa çatır

22.07.2021

22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür

22.07.2021

Prezident İlham Əliyevin adından Kəlbəcərdə şəhid olmuş jurnalistlərin ailələrinə mənzil sənədləri təqdim edildi

20.07.2021

Toya dəvət edilən qonaqlar içərisində koronavirus xəstəsi aşkarlandı 

20.07.2021

Qurban bayramı ilə əlaqədar bayram namazı qılınıb

20.07.2021

“Azeri Light” neftinin bir bareli 69,33 dollara satılır

20.07.2021

Zərdabda karantin qaydalarının pozulduğu toy məclisləri aşkarlanıb

20.07.2021

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

20.07.2021

Ermənistan XİN-in Azərbaycanı tarix və ərazi iddialarında ittiham edən açıqlaması növbəti cəfəngiyyatdır

20.07.2021

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub, hərbi qulluqçumuz yaralanıb

16.07.2021

Ermənistan Naxçıvanda Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

16.07.2021

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinə sədr təyin edilib - SƏRƏNCAM

16.07.2021

Rusiya ilə Azərbaycan arasında sığorta Memorandumu imzalanıb

16.07.2021

Vətən Müharibəsi Qəhrəmanları üçün nəzərdə tutulan güzəştlər məlum olub - SİYAHI

16.07.2021

Ağdamda növbəti yeni hərbi hissənin açılışı olub

15.07.2021

Prezident İlham Əliyev Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinin beşinci ildönümü ilə bağlı Ərdoğana məktub ünvanlayıb

15.07.2021

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

15.07.2021

Səfirlik Azərbaycan vətəndaşlarını qısa zamanda Rusiya ərazisində hüquqi vəziyyətlərini tənzimləməyə çağırıb

15.07.2021

Prezident İlham Əliyevdən Ermənistana xəbərdarlıq: Sonra gec ola bilər

15.07.2021

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun tikintisi davam etdirilir

15.07.2021

Azərbaycan Ordusunun Şuşa ətrafındakı mövqeləri atəşə tutulub

13.07.2021

Leyla Abdullayeva: Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsindəki ərazisinə edilən hər hansı səfər Ermənistan tərəfindən şərh belə oluna bilməz

13.07.2021

İlin ikinci yarısında qlobal neft tələbatı sutkada 4,6 milyon barel artacaq

13.07.2021

Azərbaycana gələn 31 nəfərdə "Delta" ştammı aşkarlanıb

13.07.2021

Prezident İlham Əliyev-Qlobal səhiyyə böhranı fonunda “peyvənd millətçiliyi” narahatlıq doğurur

13.07.2021

COVID-19 sertifikatları artıq “myGov”da

13.07.2021

Prezident İlham Əliyev Rusiya Federasiyasının Baş nazirinin müavinini qəbul edib

13.07.2021

Hərbi qulluqçunun özünü öldürməsi ilə bağlı cinayət işi açıldı

13.07.2021

HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER

11.07.2021

İtkin düşən daha bir hərbi qulluqçunun şəhid olduğu müəyyənləşdi - Hərbi Prokurorluq

10.07.2021

DİN narkotikə qarşı təbliğat üçün vətəndaşlara müraciət edib

10.07.2021

Ermənistan Gədəbəy istiqamətində mövqelərimizi atəşə tutub - MN

10.07.2021

Azərbaycan neftinin qiyməti 77 dollara çatır

09.07.2021

Qəbul imtahanlarında bu suallar salınmayacaq 

09.07.2021

Qubadlı və Laçın rayonlarında Dövlət Sərhəd Xidmətinin iki yeni hərbi hissəsi xidməti istifadəyə verilib