Bir əl qarışdırır qoca dünyanı - Tənzilə Rüstəmxanlı yazır

16:52 / 28.05.2022

Əslində insan üçün doğum günü tarixi nisbi bir anlayışdır, bu gün cismin dünyada mövcudluq başlanğıcıdır. Ruhumuzun yaranışı isə bundan o yana, uca bir məqama – heç kəsdən və heç nədən asılı olmayan sevgiyə, İlahi Sevgiyə gedib çıxır…

Əslində bu gün insanlığın yaşadığı ən dərdli, yanğılı məsələ odur ki,bu həyatda nəyə görə yaşadığımızı, ali məqsədlərimizin nədən ibarət olduğunu belə unutmuşuk.Bu unutqanlığa görə bəzən istifadə edilmiş, kimliyi və şəxsiyyəti,şəxsiyyət vəsiqəsindən o tərəfə keçməyən varlığa çevrilirik. Bəzən körpə hıçqırtısını zülm hayqırtısı ilə səhv salıb dünya varının parıltısına günəş işığı tək baxıb kor olmaqdan belə zövq alırıq. Sona Vəliyevanın dediyi kimi


Sevgi niyyət, Tanrı zikrim,
Eşq oduna qalanmışam…
prinsipi ilə yaşayıb, Yaradanı və Ruhumuzu sevindirmək də var. Düşündüm ki,bu xanıma sadəcə doğum günü təbriki yazim,Amma Sona xanımın şeirlərini oxuyandan sonra onun mövcudluğunu, başlanığıc anını bir günlə bağlamağın mənasızlığılnı anlayırsan,çünki İlahi aşiqliyini yaşayan insan hər gün doğulur, İnsan cismən hər gün necə qocalırsa, insan həm də hər gün doğulmağı bacarır. Ruhunu itirən insan hər gün necə ölüb dirilirsə, ruhuna, ali məqsədinə və aşiqlik həyatına baş əyən insan da hər gün sadəcə doğulur.
Dünya başdan-başa
sevgi, gözəllik,
Bizsə gözəlliklər divanəsiyik.
Deyən Sona Vəliyeva yazdığı hər şeirində yenidən doğulur və hər şerini Tanrı eşqi ilə yazır.
Duaların Tanrıya ən yaxın yeri
Kilsəmi,
Məscidmi?-
Sordun,dost!
Ən müqəddəs Dua evi,
Allahın ruhuyla
qurulan,
Imanla bəzədilən
qəlb evi,
vicdan evidir,
Hər işin məntiqi sonucu vicdana dayanır. Hakdan yana olmak, haklının yanında durmak, hakkı savunmak, zalimin zülmünə qarşı durmak, bunlar hamısı Vicdan məsələsidir.
Sona Vəliyeva içimizdəki Vicdan tərəzisindən söz açır. Onun
ədəbi yaradıcılığını ən yaxından izləyənlərdən biri də mənəm. Şeirlərini sevə-sevə oxumuşam və mən onun əsərlərində, özəlliklə şeirlərindəki səmimiyyəti sevmişəm. Hər şeiri Vətən və Torpaq ətirlidir. Bəzən də bir əsgər misali cəbhədə söz savaşındadlr. Silahı ilə onunla birgə yol gələn İlahi Eşq:
Məsələn,
Ən böyük ağrı
doğmaların,
dostların itkisindən
açılan yaranın ağrısıdır.
Unutmağın dərmanı
olmadığı üçün sağalmır,
ölüncə ağrıyır.
Ən böyük qorxu
çörək verdiklərinin,
dost dediklərinin,
doğma bildiklərinin
xəyanət qorxusudur.
Çox qorxduğun üçün
Bir gün başına gəlir,
Ömür-günü zəhərləyir.
Hər şey əzab gətirir…
bu naqisliklər içində
Yaxşı ki, ən gözəl,
ən keçilməz olan eşq var.
Anadan, atadan başlayıb
Allaha ucalan,
Sonsuza qədər
Işığa,
nura
yol açan,
yasəmən,
qızılgül ətri saçan,
hər şeydən ən ucada duran,
bizi də ora çağıran
ən böyük,
Ən Böyük İlahi Eşq var!

 


Hər kəsin anlayacağı bir dildə,ürəyinin ən səmimi duyğuları ilə yazılmış bir şeir, bizim yaşadıklarımızdan bir şeylər bu misralarda gizli. Mən bu şeirdə illərlə yaşadıqlarımı gördüm və düşündüm, Sona xanım məni yazmış, hansımız yaşam boyunca bu acılardan keçmədi ki? Bu şeir sadəcə onun yaşadıkları deyil, bizim də yaşadıklarımızdır, ona görə də qiymətli əsərdir.

Söz sahibi hakkında bir yazı yazanda,hələ bu səxs şair ola,onu öz şeirləri ilə anlatmak lazımdır. Göz ürəyin aynasıdır, söz də ruhun aynasıdır, hər kəs öz ruhuna və mənəviyyatına görə sözə can verər. Söz hər kəsin düşüncə və yaşam tərzinin ifadəsidir. Biz insanların iç dünyasını görə bilmırik, ya onların yaşam tərzinə baxarıq, ya da düşüncəsinin məhsulu olan sözünə baxarıq. Mənim üçün sözü və özü çox dəyərli bir qələm sahibi, ziyalıdır Sona Vəliyeva. Hər zaman, harda və hansı məqamda olmasından asılı olmayarak dostumdur. Onu tanıdığımdan bu yana həmişə haqqa tapınan, haqqa sığınan, haqq sözü danışan, haqqın yanında olan bir insan kimi görmüşəm.
Hər dəfə onunla dərdləşəndən, ünsiyyətdə olandan sonra, yaxşı ilə pisin sərhəddində qərar tutanda öz – özümə sual vermişəm: “Görəsən Sona bacımın belə saf qalmasının sirri nədədir?” Və cavab da öz içimdən gəlib: “Bəlkə də onun belə saf qalması Tanrının könlünə yaxın olmasındandır?” Bu mənada onu Tanrının şanslı bəndələrindən sayıram. Sona xanım yüksək keyfiyyətlərə malik olan insanlardandır.
Sona Vəliyeva şeirlərində Allahla özü arasında dolaşır, dialoqlar aparır, hikmətin yeni təriflərini axtarır, bu günümüzdə çox ehtiyac duyduğumuz əxlaq məsələləri üzərində düşünür, fikir dairələri cızır.
Onun poeziyasında o qədər kədərli və təsirli kəlmələrə rast gəlirik ki, bəzən həmin kəlmələr, sanki ilahi bir missiya təsiri bağışlayır. Sona xanım şeirlırində ən əvvəl insan olmağa,daha sonra isə ilahi və milli kimliyə malik olmağımızı dərk etməyə çağırır.
Özünəməxsus deyim tərzi, xalq dilinə və poeziyasına yaradıcılıqla yanaşmaq, Vətənə və insani dəyərlərə olan tükənməz məhəbbətini aydın və şəffaf mövqedən poetik dildə ustalıqla təsvir etmək şairənin ədəbi aləmindəki ona məxsus üslubunu ortaya qoymuşdur. Bəzən qalın-qalın kitabları vərəqləyərək içində ürəyə təsir edən bir misra belə tapa bilmirsən. Sona Vəliyevanın elə şeirləri var ki, tək bircə beytinin qarşısında heyrətlənib düşünmək olur:
Vətən deyib yola varan,
Zülmdə də haqq axtaran,
Şuşaya ilk bayraq asan,
Könlümə qardaş düşübdü.
Zəfər Savaşından on il öncə heyratamiz bir öncəgörü ilə yazılan misralar və … Bu Qalib Qardaşı,Ali Baş Komandanı,Tanrı hamımıza yetirdi, Sona xanım!
Sona xanımın yaradıcılığında müstəsna yer tutan “Arazbarı” kitabındakı şeirlərdə ata ocağı ilə yanaşı, Azərbaycanın darda olan hər bir guşəsi üçün, Arazın o tayı, söndürülməkdə olan Qarabağ ocağı, eləcə də paytaxt Bakıda sökülən evlər üçün eyni hüznlə ağı deyilir. Bu kitab şairənin keçdiyi çətin və şərəfli ömür yoluna əbədi bir nur çiləmişdir. Vətənə, ayrı-ayrı müqəddəs yerlərimizə, ömür-gün yoldaşına, övladlarına həsr etdiyi şeirlərini oxuyanda istər – istəməz Vətəninə, ailəsinə, övladlarına qırılmaz tellərlə bağlı olan, insan düşüncəsində yalnız yaxşı əməl axtaran zərif və mübariz azərbaycanlı qadınının müdrik obrazını görürsən.
Yaradıcılığa orta məktəb yaşlarından başlayan Sona xanımın müsahibələrinin birinə belə bir sərlövhə seçilmişdir: “Şeirimdəki qonşu oğlan da, məktubunu gizli oxumağa yer axtardığım adam da… həyat yoldaşımdır”. Bu təmiz adla yaşamaq, ərənlər kimi mübariz olmaq, Vətən və dövlət naminə çalışmak onun yaşam fəlsəfəsidir.
Sona Vəliyevanın şeirlərindəki fikir və düşüncələri təbiidir. Heç bir bəzəyi, qondarma gözəlliyi yoxdur. Həyat həqiqətlərinin bədii həlli olduğu kimidir. Gənclik illərindən üzü bəri yaşam tərzini boyasız, təbii verir. “İlləri əl-ələ verib gəlmişik” şeiri Sona Vəliyevanın və həyat yoldaşının gənclikdən üzü bəri yaşadıqları sevgi dolu yaşam günlərini gözlərimiz önündə canlandırır. Ailə həyatının mənəviyyatda görən müəllif bu günkü ailə həyatının hansı təməl üzərində qurulduğunu, necə ağır imtahanlardan şərəflə keçdiyini oxucuya çatdırmaq, ağrı-acılarla dolu ailə təməlinin müqəddəsliyini bildirmək istəyir.

Şeir o zaman şeirdir ki, oxucu ürəyinə yol tapa bilsin, dərdini, qəmini əks edə bilsin, daha doğrusu, o şeirdə özünü, həyatının bir parçasını görə bilsin.
Onunla hər görüşümüzdə,ən gözəl söhbətimiz- Azərbaycan və Türk dünyasındakı hədəflərimiz olar,Ortaq dərdimiz itirilmiş torpakların həsrəti, ikiyə bölünmüş Azərbaycan ağrısı və 25 ilə dayanan bir dostluğun acılı, şirinli, kövrək xatirələri olardı. Söhbətindən yorulmadığım sayılı insanlardan biridir. Nədənsə onu Səfiqə Kaspralıya çox bənzədirəm. Bəlkə də millətə olan sevgisini marifləndirmə yolunu seçərək ifadə etməsindəndir. Azərbaycanın mənəviyyatını yaradan insanlara verdiyi dəyər H.Cavidin şeir kitabının Türkiyədə nəşr edilməsi sadəcə bir örnək, H. Zərdabinin bütün yaradıcılığını elmi işinə mövzu etmək, ”Işığa Doğru” romanı milli mətbuatımızın qurucusu olan Zərdabiyə vəfa borcu hesab eden bir elm adamıdır Sona xanım. Dünyanın bir çox ölkəsində kitabları çap olunub, sözlərinə çox sayda musiqilər bəstələnib, yaradıcılığı haqqında rəylər,elmi məqalələr yazılıb. Bir çox yaradıcı insanlar da vardı ki, Sona xanım kitabına rəy yazsın deyə qapısının önündə nöbə tutardı. Bunlar hamısı çox yaxın tariximizdə yaşananlardı. Bir müddət sonra yenə həmin adamlar bu xanıma min türlü iftiralar atmakda idilər. Sırf ömür gün yoldaşı vəzifədə olduğu üçün ən çox çörək verib adam etdikləridir ki, namərd çıxdılar.Hətta Allahın verdiyi istedadına, yazdığı şeirlərə kölgə salmağa çalışdılar. Allahım bizi Şeytan xislətli insanların şərindən qorusun. Nə yazık ki, indi çox zor zamanlardan keçirik. Cəmiyyətimiz çox dəyişib. Adamlar münasibətlərini, insanların tutduqları məqamlara görə qururlar. Dünən bəy dediyinə vəzifədən getdikdən sonra “gədə” deyən insanların oluşdurduğu bir ortamdan keçirik. Alışması zor bir cəmiyyət… alışdık və yanıb kül olmaktayıq. Bütün bunlara şairə bacımın cavabı da yerindədədir:

Hər şeyin bazarda öz dəyəri var,
Bu çörək qiyməti, bu qənd qiyməti.
Kasıbın, varlının üzünə baxan,
Bu ət qiymətidir, bu dərd qiyməti.

Bir şeytan çiynində böhtan xurcunu,
Ləyaqət soraqlar, alıb, satmağa
Ünvanı cəhənnəm asi iblisin,
Görəvi görəvdi, qara yaxmağa.

Satıla-satıla ruhu, şərəfi,
Ayaq altı kimi sürtülər üzü,
Dünən kitabına rəy istəyənin
Böhtan fürsətində görünər üzü.

Güya yazdıqlarım mənim deyilmiş,
Güya kimsə yazıb mənim yerimə.
Bir hissiz, duyğusuz, bir namərd, xain,
Qeybət qıra-qıra deyinir yenə.

O hardan bilsin, haqq savaşında,
Şeirin dağ gücü var, söz pəhləvandır.
Onun kimilərsə boşqab əlində,
Qapıdan-qapıya yal hayındadır.

Şeir həqiqətin haqq bayrağıdır.
Min çamur atılsa, geriyə dönər,
Ruhuma atılan böhtan üzündən
“Qələm” surəsindən cavab göyərər.

Ay namərd, sən necə şər bazarında,
Duyğuma məzənnə uydurdun belə,
Allahla aramda olub keçəni
Tək mən bölə billəm, kağız-qələmlə.

Şeir qonaqlıqda qonşu libası,
Və ya şöhrət üçün bər-bəzək deyil
Şeir göydən gələn nur övladıdır,
Qəlbdə doğulmursa, heç gərək deyil.

Mənim şeirlərim yurdun qayası,
Yel əsər, qayadan de nə aparar?
Mənim misralarım çinar sırası,
Rişəsi torpaqdan güc alar, durar.

Gah sultan, gah şahdı, gah da sərkərdə
Yol alıb Altaydan Ağrıya şeirim
Atın nal nəğməsi, qoşmam, bayatım,
Şəhid ucaltdığı bayraqdı şeirim.

Mənim uğurumda onun kədəri,
Ürək tutmaları, insultu hazır
Nəğməm çalınanda, şeirim dinəndə
Göz yaşı sellənir: “bu hələ yazır”…

Cahilə baş qoşsa arzu yelkənim,
Xəyal üfüqündən nur ələnərmi?
Mənim şeirlərim Vətən ünvanlı,
Sərhəddi Dərbənddən Zəncans kimi.

İlahi, həddini bildir iblisə,
Bilsin ki, söz ruhdur, satıla bilməz.
Sənin pay verdiyin söz gülzarına
İblis şər ayaqla qatıla bilməz.

Sona xanım şerində bu ortamın onun ürəyində açdığı yaralardan danışır. Bu acıları zamanla bütün yaradıcı adamlar və milləti üçün mücadilə edən Aydınlar yaşamişlar. Bəlkə yüz il bundan öncə də beləydi, bəlkə yüz il sonra da belə olacaq. Nə qədər ki, dünyada şər üzlü və şər sözlü insanlar var, nə qədər ki, insanların sevincinə zəhər qatmakdan zövq alan simasizlar var, bu acılar da bitməyəcək. Onlar zülməti sevər, çünki, şərin üzü qaradır. Yarasa kimi qaranlığı sevərlər, amma hər qaranlıq gecənin sonu işıqdır. Şairlərin sözlərinin nuru bu millətin yolunu aydınlığa çıxaracaqdır. Millətimin aydın üzlərindən biri də mənim ürək dostum əziz Sona xanımdır. Ürəyini Allah ocağına çevirmiş bir şair, torpaq sevgisindən ilhamlanan Vətən ətirli bir yazar…
Sona xanımın poeziyasında hissə, duyğuya, lirik epitetlərə geniş meydan varsa, publisistikasında dərin düşüncə, fakta, hadisəyə ədəbi baxış, şəxsiyyətin xarakterinə sərrast yanaşma müşahidə olunur. Müəllif mövzu ətrafında topladığı fikirlərini sıra-sıra cilalayaraq, bitkin bir portret yaradıb. Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə kimi üç böyük fikir adamımız haqda fundamental əsərlərin müəllifi olan Sona xanım Yaxşı anadır, güclü qadın və həyat yoldaşıdır, qayğıkeş nənədir, mehriban qayınanadır, alimdir, yazardır. Ən ümdəsi isə milli-mənəvi dəyərlərə sadiq vətənpərvərdir. Elmi araşdırmalarınız, şeirlər kitabınız bol olsun, həyatınızda, könlünüzdə və ruhunuzda – Azərbaycanımızda bütövlük olsun, Sona xanım.
Mənim gözümdəki obrazının bir qismi, yəni bunlar yaza bildiklərim, könlümdəki yerin bir başqadır gözəl bacım. Yeni yaşın (30+30) mübarək olsun. Qələmin heç susmasın.
Doğum Günün Kutlu Olsun Əziz Dostum.

Tənzilə Rüstəmxanlı 


Etiket:

Strategiya.az

Xəbərlər
06.07.2022

Bakıda reabilitasiya mərkəzində narkoman işgəncə nəticəsində ölüb

06.07.2022

Vilayət Eyvazov Türkiyə nümayəndə heyətini qəbul edib

06.07.2022

Bu gündən etibarən DİM-də imtahan protokollarının emalına başlanılır

06.07.2022

Nəqliyyat vasitəsində gizlədilən külli miqdarda dərman vasitələri aşkarlandı

06.07.2022

Prezident İlham Əliyev Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub

06.07.2022

 “Demokratik.az” saytının baş redaktoru Osman Rzayev tutulub

06.07.2022

Azərbaycan atleti Fransada qızıl medal qazanıb

06.07.2022

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-25 dərəcə olacaq

06.07.2022

Təhsil Nazirliyi müəllimlərin sertifikasiyası ilə bağlı açıqlama yayıb

05.07.2022

İtaliyada koronavirusa gündəlik yoluxma sayı 100 mini ötüb

05.07.2022

Qızıl filiz yataqları barədə xarici şirkətlərlə bağlanmış Sazişdə Dəyişiklik sənədi təsdiqləndi

05.07.2022

Azərbaycan və Türkiyə arasında Əlavə Prosedur Müqavilə təsdiqləndi

05.07.2022

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə növbəti tanıtım səfəri təşkil olunub

05.07.2022

Binəqədi rayonunda narkotik vasitə satan və quldurluq edən şəxslərə qarşı əməliyyatlar keçirilib

05.07.2022

Azərbaycan Ordusunun Ermənistanla sərhəddə atəş açması barədə məlumatlar yalandır - MN

05.07.2022

Baş Prokurorluq: “Çağrı Mərkəzi” və “Qaynar xətt” barədə yayılan məlumatlar həqiqətəuyğun deyil

05.07.2022

Marketdə son istifadə müddəti bitmiş məhsullar aşkar edilib

05.07.2022

Akademik: Xəzəri Aral dənizinin aqibəti gözləyə bilər

05.07.2022

Azərbaycan nefti bahalaşıb

05.07.2022

Azərbaycana gətirilən meymunçiçəyi testləri Səhiyyə Nazirliyinə təhvil verilib

05.07.2022

Baş Prokurorluq Bakıda qırılan liftlə bağlı MƏLUMAT YAYDI

05.07.2022

Neft bahalaşıb

05.07.2022

Pensiyalar bu tarixdə ödəniləcək

05.07.2022

Kür çayından qanunsuz qum-çınqıl daşıyan şəxsin işi məhkəməyə göndərildi

05.07.2022

DİM abituriyentlərə müraciət edib

05.07.2022

Azərbaycan və Yaponiya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib

05.07.2022

1930-cu illərdə Şuşada toxunan xalça Milli Xalça Muzeyinə hədiyyə olunub

05.07.2022

Ağdamın "Qarabağ" klubu bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq

04.07.2022

Müdafiə Nazirliyi adıçəkilən şirkətlə hər hansı alqı-satqı müqaviləsi bağlamayıb

04.07.2022

Ceyhun Bayramov İran İslam Şurası Məclisinin sədri ilə görüşüb

04.07.2022

Mədəniyyət Nazirliyi tərəfindən son bir ildə aparılmış yoxlama və xidməti araşdırmaların nəticələri açıqlanıb

04.07.2022

DİM məlumat yaydı

04.07.2022

Prezident İlham Əliyev Cozef Baydenə təbrik məktubu göndərib

04.07.2022

Azərbaycanda 17 nəfər COVID-19-a yoluxub, ölən yoxdur

04.07.2022

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları təltif edildi - SƏRƏNCAM

04.07.2022

Hazırda Zaqatala rayonunun ərazisindən axan bir neçə çaydan sel keçir

04.07.2022

Daşkənddə Türk Dövlətləri Aqrobiznes Forumu keçirilib

04.07.2022

Motosikletlə narkokuryerlik edənlər şəxslər tutuldu

04.07.2022

ANAMA Qarabağda fəaliyyət göstərən minaaxtaran itlərin sayını artırır

04.07.2022

Şarl Mişel Prezident İlham Əliyevə zəng edib

04.07.2022

Geologiya və Geofizika İnstitutunda ADNSU-nun kafedrasının filialı fəaliyyət göstərəcək

04.07.2022

Bakı–Şamaxı–Yevlax–Aşağı Güzdək yolunun tikintisinə 1,4 milyon manat ayrıldı

04.07.2022

Azad olunmuş ərazilərin bərpası üçün əlavə 470 milyon manat ayrılıb

04.07.2022

“Nəşr məhsullarının satınalınması” müsabiqəsinin nəticələri açıqlanıb

04.07.2022

Təbiətə 40 min manat məbləğində ziyan vurulub

04.07.2022

Rəşad Babayev və Şükür Səfərov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib

04.07.2022

Marketdə kütləvi zəhərlənmənin səbəbi məlum oldu - SİYAHI

04.07.2022

Uyğunlaşma tədbirlərinin işlənib hazırlanması bütün Xəzəryanı ölkələr və region üçün həyati əhəmiyyətli məsələdir

04.07.2022

Rusiya quru sərhədlərini açır

04.07.2022

Prezident büdcəyə dəyişiklikləri təsdiqlədi