Dünyanı çalxalayan İslam Dövləti Yaxın Şərqin ən güclü ordusudur?

12:35 / 26.09.2014

 

“Region” Beynəlxalq Analitik Mərkəzin (RBAM) İslam Dövləti ilə bağlı analitik araşdırması

 

Bu gün bütün dünyanın nəzəri iki nöqtəyə zillənib: bir Ukrayna, bir də İraq və Suriyada güclənməkdə davam edən İslam Dövləti (İD), əvvəlki adı ilə tanıyanlar üçün İraq və Şam İslam Dövləti (İŞİD).

Araşdırmalar apararkən, Al-Arabiya televiziyasının baş meneceri Abdulrahman Al-Rashedin bir sıra açıqlamalrı ilə tanış olduqdan sonra ciddi düşünməyə vadar eolduq. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) hesablamalarına görə iki il öncə İD-in sıralarında bir neçə yüz döyüşçü olub. Bir neçə ay öncə isə onların sayı 10,000 yaxınlaşıb. Amma, sentyabr ayı üçün MKİ etiraf etdi ki, İD döyüşçülərinin sayı üç dəfə artaraq 30,000 çatıb.

Bu, təbii ki, həyacanlandırıcı məlumatdır. Məhz, bu kəşfiyyat məlumatlarından sonra ABŞ Terrorla Mübarizə əleyhinə Koalisiya formalaşdırmağa başlayıb. Məsələnin qorxulu tərəfi bundadır ki, məhz ABŞ və İngiltərə əsrilərinin başını kəsərək internetə yerləşdirən və bu dövlətlərə müharibə elan edən kəslər elə ABŞ və İngiltərə vətəndaşlarıdır. Onların biri təmiz Amerika ləhcəsində, o biri isə təmiz Şərqi London ləhcəsində danışır.

Düşündürücü fakt nədən ibarətdir? Demək olmaz ki, ABŞ və İngiltərədən Suriyaya döyüşməyə gedən bu döyüşçülər pis həyat, ədalət axtarışı və daha yaxşı yaşamaq üçün ora gediblər. Verilən məlumatlar onu deyir ki, Avropa və ABŞ-ı tərk edib gedənlərin maliyyə durumları çox yaxşı olub. Əgər bu gün yaxşı və dinc həyatı atıb gedərək ölümlə üzbəüz qalmağı göz önünə alanlar varsa, onlarla vuruşmaq çox çətindir. Onlar inandıqları dini ideologiya uğrunda savaşır və bu yolda ölməyi şəhidlik zirvəsi qəbul edirlər. Bu baxımdan onlar üzərində tam qələbə çalmaq gün-gündən çətinləşməkdədir.

Ən böyük İslam hərb təşkilatı?

Hazırda İD dünyada hərbə söykənən ən böyük islam təşkilatıdır. Onun hərbi potensialı Kuveyt ordusundan iki dəfə böyükdür. İD maliyyə cəhətdən, gizlənmə yerlərinin çoxluğuna və silahlarının müasirliyinə və sayına görə də regionun ən böyük terror gücüdür. Bu ordu həm də döyüş səhnəsində ölməyi şəhidlik kimi qəbul etdiyinə və bundan sonra da birbaşa cənnətə düşdüyünə inandığına görə dünyanın ən təhlükəli ordusuna çevrilib. İD-nin hər bir döyüşçüsü ölməyi arzulayır. Amma, ölmədən öncə daha çox kafiri öldürməyi Allah qarşısında müqəddəs borc bilir. Məlumatlar var ki, bir neçə yüz döyüşçü hazır vəziyyətdə özünü partlatmaq üçün zamanını gözləməkdədir. Kəşfiyyat məlumatları təsdiqləyir ki, bir İD döyüşçüsü 10 sıravi əsgərə bərabərdir. Hətta, təsdiq olunmamış məlumatlar da yayılır ki, İD-nin bu günkü gücünü müqayisə etmək üçün onu yaxşı silahlanmış və müasir silahlara malik ABŞ ordusu ilə müqayisə etmək lazımdır. Bu faktın özü onu təsdiqləyir ki, İD-nə qarşı aparılan müharibə heç də asan olmayacaq.

Bu yazdıqlarımızdan əlavə, “Associated Press” agentliynin yaydığı hesabat da reallığı ortaya qoyub. Hesabatda bildirilir ki, qanunsuz neft gəlirləri sayəsində İŞİD tarixin ən varlı terror təşkilatına çevrilib. Hazırda “İslam Dövləti” qruplaşması Suriya və İraq ərazisində 11 neft yatağına nəzarət edir. Bu yataqlardan hasil olunan neft avtosisternlərlə İordaniya, Türkiyə və İraqın qara bazarlarında satılır. “İslam Dövləti”nin satdığı neftin qiyməti bir barrel üçün 25 dollardan 60 dollara qədər dəyişir. Lakin, dünya bazarlarında neftin bir barrelinin qiyməti 100 dollara yaxındır. Biznes müharibə zamanlarında da öz şəxsi mənafeyini daha üstün tutub. Bu gün ABŞ onların maliyyə imkanlarını kəsmək istəsədə, həm Türkiyədə, İraqın özündə, Suriya, İordaniyada və digər region ölkələrində İD ilə hərbi və neft üzrə əməkdaşlığı edən hökumət və biznes strukturları olacaq. İstisna etmək olmaz ki, elə ABŞ və İngiltərə şirkətləri arasında da varlanmaq istəyənlər mövcuddur.

 

Bununla bərabər, İD işğal etdiyi ərazilərdə də kifayət qədər pul vəsaiti ələ keçirib. İyun ayının 10-da Mosul işğal olunan zaman İD şəhərin Mərkəzi Bankından 500 milyard İraq dinarı (429 milyon ABŞ dolları) ələ keçirmişdi. Əlavə olaraq, qiyməti milyonlarla ölçülən qızıl külçələr də götürülmüşdü. Hələ o zaman, İD-nin dünyanın ən varlı terrorist təşkilatı olması vurğulanmışdı.

 

Bu deyilənlərə əlavə olaraq “İslam Dövləti” həmçinin soyğunçuluqdan, oğurladıqları insanların əvəzinə aldığı puldan və qul alverindən də milyonlar qazanır.

Hava yoxsa Quru müharibəsi

Artıq Vaşinqtonda çox gözəl başa düşülür ki, hava zərbələri ilə İD-ni məğlubiyyətə uğratmaq mümkün deyil. ABŞ ordusu Koalisiya qüvvələri ilə quru savaşına başladıqda isə verdiyi qurbanların sayı birinci və ikinci İraq müharibəsində verdiyi qurbanlardan daha çox ola bilər. Bunun üçün də, Koalisiya daha çox Kürdləri və Şiələri silahlandırmaqda və onlara dəqiq koordinatlar verməkdə maraqlıdır. Çünki, Qərbin canlı itgilər verməsi onlara qarşı daxili müxalifəti daha da gücləndirə bilər. Digər yandan, ABŞ üçün 3-cü İraq müharibəsi başlamaq və bunu ictimaiyyətə qəbul etdirmək çox çətindir. Elə buna görə də İranın İraq şiələrini silahlandırması və İD-nə qarşı döyüşlərdə iştirak etməsi ABŞ üçün qəbulediləndir. Digər zaman olsaydı, İranın bu addımı beynəlxalq güclər tərəfindən İraqın daxili işinə qarışmaq kimi dəyərləndirilə bilərdi. İran prezidenti və Böyük Britaniya baş naziri arasında keçirilən görüş də İranın Koalisiyaya qoşulması və mümkünsə quru əməliyyatlarında iştirakını mümkün edə bilər. Yuxarıda qeyd etdiyimiz kimi, NATO qüvvələri canlı itgilər vermək niyyətində deyillər. Amma, İran buna hazıdır. O, bunu etməklə İranın beynəlxalq gücünü nümayiş etdirmək niyyətindədir.

İD-ə qarşı bəzi Ərəb ölkələri İraqa quru qoşunları göndərməyi də təklif edir. Bunu Yaxın Şərqə səfərinin yekunları ilə əlaqədar ABŞ dövlət katibi  Con Kerri də dilə gətirmişdi. Belə görünür ki, yalnız hava zərbələri ilə İD-i məğlubiyyətə uğratmaq mümkün görünmür. Digər tərəfdən isə, ABŞ öz əsgərlərinin İraq səhralarında ölməsini də istəmir. Bunun üçün də Kürdlər və şiələrlə bərabər, İD-i ilə vuruşmaq istəyən istənilən ölkəni də silahlandırmağa və hərbi yardım göstərməyə hazırdır.  

Suriya barədə

ABŞ-ın Suriya ərazisində İD-nə hava zərbələri endirməsi Bəşər Əsəd rejiminin maraqlarına uyğun varıantdır. Amerika prezidenti Barak Obamanın İD ilə bağlı bütün açıqlamalarında Suriya müxalifətinə də yardım göstəriləcəyini vurğulayır. Azad Suriya Ordusunun (ASO) 3000 üzvünün hərbi təlimlərə cəlb olunması və silahlandırılması nəzərdə tutulur. Hərbi təlimlərə və silahlara ABŞ 500 milyon dollar pul ayırıb. Bu proses isə bir il yarım–iki il civarında davam edən məsələdir. Belə görünür ki, Bəşər Əsədin bir il hakimiyyətdə qalması mümkündür. ASO-nun silahlandırılması Bəşər rejimini qane etməsədə, İD-nin Suriyadan qovulması fonunda ona vaxt qazandırır. Bu zaman ərzində Bəşər Qərblə münasibətlərini normal hala gətirməyə çalışmaqla bərabər, Rusiyanın da onu daha ciddi səylə müdafiə edəcəyi düşüncəsindədir. Əlavə olaraq, İran Bəşər Əsəd rejiminə və Bəşəri müdafiə edən Livanın Hezbollah təşkilatına ciddi hərbi və maliyyə yardımı göstərməkdədir.

Digər bir maraqlı təzad da var. ASO-nun 3000 döyüşçüsü təlimlərdə iştirak edəcək, amma yalnız Hezbollah təşkilatının Suriyada olan döyüşçülərini sayı 6 minə qədərdir. Onlar yaxşı silahlanmış və yaxşı hərbi təlim görmüş, döyüş təcrübəsinə malik hərbiçilərdir. 

.

Nələr ola bilər?

Belə görünür ki, Suriyada vəziyyət İraqdakından daha çətin olacaq. Çünki, Kürd Pəşmərgə qüvvələri, bir sıra potensial Ərəb dövlətlərinin qoşunları və hətta İran quru əməliyyatlarında İraq ordusuna İD-nin ölkədən tam qovulmasına qədər tam dəstək verəcəyi kimi görünür. Amma, Suriyada Koalisiya qüvvələrinin quru qoşunlarının əməliyyat aparması hələ ki, real görünmür. Bunun üçün də İD-nin Suriyada Bəşər Əsəd qədər ömrünün olacağı mümkündür.

Qərb başqa bir yolu da sınaqdan keçirə bilər. Çünki, ABŞ prezidenti bəyan edib ki, İD heç bir yerdə təhlükəsiz yaşaya bilməyəcək və onlar bütün dünyada ovlanacaq. Suriyada ABŞ-ın yalnız hava zərbələri ilə İD-ni məğlub etməsi mümkün deyil, Bəşər Əsədin qüvvələrinin quru əməliyyatlarına dəstək də verilməsi qəbuledilməzdir və bu Bəşər rejiminin ömrünü uzadardı. Koalisiya qüvvələrinə isə Rusiya və Çin Suriya ərazisinə girməyə imkan tanımır.

Belə olan halda, ABŞ və müttəfiqləri nə barədə razılığa gələ bilərlər? Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılması və yeni hökümətin ABŞ və müttəfiqlərini ölkəyə dəvət etməsi. Bu zaman Rusiya və Çinin edəcəyi bir imkan qalmamaqdadır. Vacib olan məsələ İranın Bəşər Əsədin arxasından geri çəkilməsinə nail olmaqdır. Bəlkə də 1979-cu ildən bəri ilk dəfə Böyük Britaniyanın baş naziri David Kameron və İran prezidenti Həsən Ruhani arasında Nyu Yorkda baş tutan tarixi görüş də buna hesablanıb... 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM