Elşad Abdullayevin qardaşı oğluna 10 il həbs verildi

11:53 / 09.10.2014

Şirvan Apelyasiya Məhkəməsində Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevə hədə-qorxu gəlməkdə ittiham olunan qardaşı oğlu Mübariz Abdullayevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Məlumata görə, Mübariz Abdullayev 2003-cü ilin noyabr ayında əmisi Mahir Abdullayevin itkin düşməsi barədə xəbəri eşidib və Elşad Abdullayevə hədə-qorxu onun külli miqdarda əmlakını ələ keçirmək qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, Mübariz Abdullayev bu məqsədlə tanışı Ziya Səmədova müraciət edib və Elşad Abdullayevlə əlaqə saxlaması üçün mobil telefon tapmasını xahiş edib. Ziya Səmədov Mübariz Abdullayevin qanunsuz hərəkətlər etməsindən şübhələnərək bu barədə Kürdəmir rayon Polis Şöbəsinə məlumat verib. Cinayətin qarşısının alınması üçün polis əməkdaşları tərəfindən əməliyyat qrupu yaradılıb. Əməliyyat tədbirlərinin keçirilməsi üçün Ziya Səmədova içərisində 050384-33-08 nömrəsi olan “Ericsson 1018" markalı mobil telefon verilib. Ziya Səmədov isə öz növbəsində həmin telefonu Mübariz Abdullayevə çatdırıb.

Mübariz Abdullayev həmin telefondan istifadə edərək 16 noyabr 2003-cü il tarixdə yaşadığı Kürdəmir rayonundan Elşad Abdullayevin istifadəsində olan telefon nömrəsinə zəng edib. Mübariz səsini dəyişərək Mahir Abdullayevin onun əlində olduğunu deyib və Mahiri qaytarmaq üçün 50 min ABŞ dolları tələb edib. O, Elşad Abdullayevə tələb etdiyi pulu Zaqatala rayonunun ərazisinə gətirməsini tapşırıb. Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri nəticəsində Elşad Abdullayevin Zaqatala rayonuna getməsinin və nəticədə Mübariz Abdullayevin ondan pul almasının qarşısı alınıb.

Mübariz Abdullayevin barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. İş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Mübariz Abdullayev 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Mübariz Abdullayevin vəkilləri apelyasiya şikayəti veriblər. Onların şikayətinə Şirvan Apelyasiya Məhkəməsində baxılıb.

Hakim Saleh Süleymanovun sədrliyi ilə keçirilən prosesdə Mübariz Abdullayevin vəkili Nəvaid Abbasov çıxış edib. O, bildirib ki, zərərçəkmiş şəxsin ifadəsinə əsasən cinayət əməlini Daxili İşlər Nazirliyinin idarə rəisi Zakir Nəsirov, Kürdəmir rayon Polis şöbəsinin rəisi olmuş Mirəli Şıxəliyev, rəis müavini Qabil Tağıyev, Ziya Səmədov və digər polis əməkdaşları törədiblər: “Adıçəkilən şəxslərin heç biri cinayət məsuliyyətinə cəlb edilməyib. Məhkəmə Zakir Nəsirovu heç şahid qismində də dindirməyib.

Ümumiyyətlə, şahidlərin və proses iştirakçılarının ifadələri arasında kəskin ziddiyyətlər olsa da, məhkəmə bu ziddiyyətlərin aradan qaldırılmasına hec bir cəhd göstərməyib”.

Vəkilin sözlərinə görə, cinayət hadisəsindən dərhal sonra Mübariz Abdullayev tutularaq üç gün qanunsuz olaraq Kürdəmir rayon Polis Şöbəsində saxlanılıb: “Elşad Abdullayev polis rəisinin müavini Qabil Tağıyevi həmin cinayətin törədilməsində ittiham etdiyi üçün Mübariz Abdullayev azad edilib. Elşad Abdullayev qardaşının oğurlanmasında yüksək rütbəli məmurları ittiham edib. Bundan 10 il keçdikdən sonra Mübariz Abdullayevin məhkəmə məsuliyyətinə verilməsinə heç bədii ədəbiyyatda da rast gəlmək olmaz”.

Vəkil çıxışının sonunda birinci məhkəmə instansiyası hökmünün ləğv edilməsini və Mübariz Abdullayevin barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Dövlət ittihamçısı Səyavuş Sadıqov müdafiə tərəfinin apelyasiya şikayətinin təmin edilməsini tələb edib.

Təqsirləndirilən Mübariz Abdullayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, deyib ki, keçmiş polis əməkdaşı Ziya Səmədov ona tələ qurub: “Ziya Səmədov mənim yaxın qonşumdur. Onunla hərdən rastlaşmışıq. Mahir Abdullayev itkin düşəndən sonra Ziya Səmədov mənimlə tez-tez görüşməyə başladı. Hər dəfə məndən əmimin tapılıb-tapılmadığını soruşurdu. Bir gün ot almağa gedəndə Ziya məni çardağın yanında gördü. O, çayçıya getməyi təklif etdi. Onunla bir yerdə çayçıya getdik. Çay gələn kimi 2 nəfər polis əməkdaşı içəri girdi və mənim polis şöbəsinə getməli oduğumu bildirdilər. Şöbədə polis rəisinin müavini QalibTağıyevin otağında məndən kimə zəng etdiyimi soruşdular. Heç kimə zəng etmədiyimi bildirdim. Elşad Abdullayevdən 50 min dollar tələb etməyim barədə soruşdular. Belə bir şeydən xəbərim olmadığını bildirdim. Bundan sonra stolun üstünə narkotik maddə qoydular. Dedilər ki, ya Elşad Abdullayevdən pul tələb etməyimi, ya da narkotik istifadəçisi olduğumu boynuma götürüm. Telefon söhbətini qəbul edəcəyim təqdirdə, narkotiklə bağlı cinayət işi açılmayacağını bildirdilər. Narkotikdən yaxa qurtarmaq üçün Elşad Abdullayevi telefonda hədələdiyimi etiraf etmişəm”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 3 gün polis şöbəsinin yeməkxanasında saxlanılıb: “Əmilərimin işə müdaxiləsindən sonra azad olunmuşam. Hadisənin üstündən 10 il keçib və məni heç kəs dindirməyib. 10 il keçəndən sonra sahə müvəkkili Respublika Baş Prokurorluğuna çağrıldığımı bildirib. Mən də Baş Prokurorluqda Elmar Camalovun qəbulunda oldum. Elmar Camalov məni 8 ildən 12 ilədək cəza gözlədiyini bildirdi. O, izahatımı dəyişməyəcəyim təqdirdə həbs olunmayacağımı söylədi. Sonra məni müstəntiqlər dindirdilər. İşi aparan müstəntiq tərəfindən mənə heç bir fiziki və psixi təsir göstərilməyib. Mənə dövlət hesabına vəkil təyin edilmədi, boş kağıza imza atmışam. Elmar Camalov mənə narahatlığa əsas olmadığını bildirdi. Sonra iş Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib və mənə 10 il cəza verilib”.

Mübariz Abdullayev ifadəsinin sonunda heç bir günahı olmadığını deyib. Tərəfləri dinləyən hakim heyəti sonda qərar elan edib. Qərara görə, Mübariz Abdullayevin vəkillərinin apelyasiya şikayəti təmin edilməyib.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM