Ətir adıyla satılan sular - ARAŞDIRMA

17:35 / 16.01.2014

   Bakı sakini İlkin Ənvərovun üzünə çıxan sızanaqlar artıq bir neçə ildir ki, onun rahatlığını əlindən alıb. Əvvəllər belə bir problemi olmasa da, sonradan istifadə etdiyi odekalon onun üzündə qaşınmaya səbəb olub. Əvvəllər buna fikir verməsə də, sonradan qaşınma şiddətlənib və artıq dözülməz ağrılara səbəb olub. İlkin Ənvərov dermatoloqa müraciət edəndə isə, məlum olub ki, istifadə etdiyi ətirin tərkibindəki kimyəvi maddə onun dərisinə ziyan vurub. Elə bundan sonra onun üzündə sızanaqlar yaranıb. İndi müalicə alan İlkinin dərisi hələ də əvvəlki vəziyyətinə qayıtmayıb.

ANS PRESS-in verdiyi məlumata görə, əslində saxta ətir və keyfiyyətsiz parfümeriyadan ziyan görən təkcə İlkin Ənvərov deyil. Onun kimi bir çoxu saxta malların qurbanı olub.

Ümumiyyətlə ətir - müxtəlif ətirli maddələrin spirtdə həll edilmiş qarışığıdır. Əvvəlcədən resept üzrə qarışıq hazırlanır. Daha sonra bu qarışıq keyfiyyətli, az miqdarda su əlavə olunmuş spirtlə qarışdırılır. Ətir ona qarışdırılan spirtin miqdarına uyğun dəyərləndirilir. Spirt nə qədər az olarsa, ətir o qədər keyfiyyətli hesab olunur. Bundan başqa, ətirlərə qoxusunu uzun müddət saxlaması üçün də müəyyən maddələr, alındığı maddənin təbii çalarına uyğun rənglər qatılır.

Ətriyyat kosmetik mallara, həm də parfümer mayelər, ətir, tualet suyu, odekalonlar aiddir. Parfümer mayelərin tərkibinin 20 faizi təbii ətirli maddələrdən, 80 faizi sistetik maddələrdən və müəyyən rəng vermək üçün rəngləyicilərdən ibarətdir. Mütəxəssislər bildirirlər ki, həmin mayelər dəridə və paltarda heç bir iz buraxmamalıdır.

Lakin ölkəyə Çin, Dubay və Türkiyədən gətirilən keyfiyyətsiz mallar çox ucuz olsa da, həddindən artıq təhlükəlidir. Bu barədə satıcıların özləri belə etiraf edirlər. “Əhmədli” metrostansiyası yaxınlığında ətir satışı ilə məşğul olan Cavid adlı şəxs ölkəyə gətirdiyi məhsulların keyfiyyətinə fikir vermədiyini bildirir.
“Çalışırıq ki, ucuz ətirlər gətirək. Keyfiyyəti deyəndə ki, hamısı eyni şeydir. Sadəcə ümumi sertifikat alırıq ki, əlimizdə sənəd olsun. Bu dəqiqə alıcılar ən çox ətirlərin iyinə və qiymətinin ucuzluğuna fikir verirlər. Çox nadir halda məhsulun orijinal olub-olmadığını yoxlayırlar”, - deyə satıcı vurğulayıb.

Ətirlərin qiymətinə gəlincə, ən ucuz ətirlər 3 manatdan başlayır və 30 manata qədər yüksəlir. Belə məhsulları metro keçidlərindən almaq olar. Lakin qramla satılan ətirlərin qiyməti isə daha ucuzdur. Satış məntəqəsindən asılı olaraq ətirlərin qramı 50 qəpikdən başlayıb, 1 manata qədər təşkil edir. Alıcıların əksəriyyəti isə ətirlərin qoxuları və qiymətləri ilə daha çox maraqlanırlar.

“Yoldaşımın ad günüdür. Ona “duxu” alıram. Firma dükanlarında ətirlərin ən ucuzu 70 manatdır. Amma “Əhmədli” metrostansiyasındakı keçiddən yaxşı ətir tapmışam. 5 manat verib aldım”, - deyə alıcı Samir Abdullayev bildirib.

Samir Abdullayev “Aldığınız məhsulun sertifikatı varmı?” sualına isə ““duxu”nun da sertifikatı olar?”, - deyə cavab verib.

Həkimlər isə sertifikatı olmayan və keyfiyyətsiz ətirlərin insan orqanizmi üçün təhlükəli olduğunu bildirirlər. Həkim, tibb elmləri doktoru Qələndar Məmmədovun ANS PRESS-ə açıqlamasında bildirib ki, belə kosmetik məhsulların tərkibində hətta zərərli qazlara rast gəlinir. Belə kosmetik məhsullar allergiyadan tutmuş sağalmaz xoralara qədər çox şeyə səbəb ola bilər. Dubay və Türkiyə mallarında isə tərkibin düzgün olmaması ilə yanaşı formalinin çoxluğu da müşahidə edilir. Formalin bu məhsulların tez xarab olmaması üçün vurulur. Onun çoxluğu da xərçəng xəstəliyinə səbəb olur. Formalin bədənlə təmasda ona nüfuz edə bilər, bədəndə yığılaraq yad cismə çevrilə bilir.

“Ətriyyat mayelərin ən əsas keyfiyyət göstəriciləri, onların iyinin uzun müddət qorunub saxlanmasıdır, çünki ətir iyi dərhal deyil, ondan istifadə edən insanın dərisi arasında təxminən 30-40 dəqiqə reaksiya getdikdən sonra hiss olunmalıdır”, - deyə Qələndar Məmmədov bildirib.



Həkim sertifikatı olmayan ətir və parfümeriyadan istifadənin təhlükəli olduğunu deyir. Lakin bu zaman da diqqətli olmaq lazımdır.

“Yadda saxlamaq lazımdır ki, bahalı və sevimli markadan olan ətirlər belə xoşagəlməz qoxuya malik ola bilər və allergiyaya meyilli insanlarda əks reaksiya verər. Yerində yoxlamaq baxımından ətri flakonsuz da almaq olar”, - deyə həkim bildirib.



Məsələ ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən ANS PRESS-ə verilən məlumata görə, ətir və digər parfümeriya məhsulları alarkən istehlakçılar çox diqqətli olmalıdırlar. Belə məhsulları alarkən bilmək lazımdır ki, ətir tutumu 65 ml-dən çox olmayan şüşə, farfor və ya keramik materiallı flakonlara qablaşdırılır. Flakonun ağzı şüşə, polietilen örtüklü şüşə, plastmas və yaxud da metaldan olan vintkəsikli başlıqlarla sıx bağlanır. Qutuların üstündə mütləq məhsulun kodu olmalıdır. Məhsulun üstündə bu göstəricilər olmayanda isə, onu almaq məsləhət deyil.



Qeyd edək ki, ətir alan alıcıya həmin malların iyi ilə tanış olmaq üçün şərait yaradılmalıdır. Bunun üçün ətirli maye hopdurulmuş kağız parçaları və məsaməli materiallardan istifadə olunur. Alıcı öz istəyilə bundan imtina edə bilər.

Məsələ ilə bağlı Standartlaşdırma, Metralogiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı ANS PRESS-ə açıqlamasında daim saxta ətirlərin bazardan çıxarılması istiqamətində mübarizə aparıldığını bildirib. Komitə rəsmisi deyir ki, dövlətlə bağlı vətəndaşlar da bununla mübarizə aparmalıdır.

“Vətəndaşlar bilməlidirlər ki, “Shanel” markalı ətiri 3-4 manata satırlarsa, deməli bu məhsul saxtadır. Ümumiyyətlə istehlakçılar çalışıb ətir və parfümeriya məhsullarını alarkən mütləq sertifikat tələb etməlidirlər. Çünki bu məhsullar birbaşa insan orqanizmilə təmasda olur”, deyə Fazil Talıblı bildirib.
Onun sözlərinə görə, ötən ilin son aylarında keçirdikləri reylər nəticəsində “28 may” metro stansiyası yaxınlığındakı mağazalardan çoxlu saxta ətirlər müəyyən edilərək məhv edilib.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM