Qafqaz Müsəlmanları İdarəsi toy və yas mərasimlərinin keçirilməsi ilə bağlı növbəti müraciət yayıb

13:38 / 22.10.2014

Yeməyin ifrat çoxluğu Allahın haram buyurduğu israfa səbəb olur

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycanda dəbdəbəli toy və yas mərasimlərinin keçirilməsi ilə bağlı növbəti müraciət yayıb.

QMİ-dən Strategiya.az-a verilən məlumata görə, Qazılar Şurası və Elmi-Dini Şurasının üç il öncə tarixində dəbdəbəli toy-yas mərasimlərinin keçirilməsi ilə bağlı ictimaiyyətə ünvanladığı müraciəti mövzunun aktuallığını nəzərə alaraq yenidən təqdim edib. 

Müraciəti təqdim edirik: 

Son zamanlar cəmiyyətimizdə milli və dini dəyərlərə qayıdış prosesinin güclənməsi Azərbaycan xalqının tarixən formalaşmış həyat fəlsəfəsinə, ictimai fikrinə və adət-ənənələrinə müraciətini zəruri edir. Bu gün milli və dini ənənələrin bərpası zamanı müsbət keyfiyyətlərin aşılanması ilə yanaşı, bir sıra problemlərin yaranması, bəzən ifrata və dinə aidiyyatı olmayan bidət hərəkətlərə yol verilməsi haqlı olaraq ictimaiyyəti narahat edir.

Söhbət son zamanlar kütləvi informasiya vasitələrində geniş ictimai müzakirəyə çıxarılan və dövlət dairələrində debatlara səbəb olan toy və yas mərasimlərinin təşkili və keçirilməsi qaydalarından, vəqf olunmuş qəbiristanlıq ərazilərində məzar yerlərinin satılmasından, dəbdəbəli qəbirüstü abidələrin ucadılmasından və günümüzün reallığına aid olan bir sıra problemlərdən gedir. QMİ-nin Qazılar Şurası və Elmi-Dini Şura ictimaiyyət nümayəndələri ilə birlikdə bu məsələ ilə əlaqədar əvvəlki illərdə bir neçə dəfə öz mövqeyini bildirsə də, çox zaman təklif və tövsiyələrimiz cəmiyyətdə tam tətbiqini tapa bilməyib. 

Əksər hallarda guya bu mərasimlərin milli adət və dini ənənələrə müvafiq olduğunu iddia edənlər, öz şəxsi mənafeləri naminə dinimizin qayda və qanunlarını təhrif edirlər. İslam dininin təməl özəlliklərinə, Peyğəmbərimiz Məhəmməd salavatullahın aləmlərə örnək olan şəxsi nümunəsinə və hədisi-şəriflərə istinad edən hər bir şəxs bu məsələnin islami qanunlarla məntiqi uyğunsuzluğunu yaxşı bilir.

Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, müsəlmanların övladına toy etməsi və ya mərhumları üçün ehsan verməsi dini baxımdan bəyənilən və təqdir olunan əməldir. Qurani-Kərimin Əraf surəsinin 31-ci ayəsində insanlara: "…Gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki Allah israf edənləri sevməz!" - hökmü buyurulmuşdur. Məhz bu ayənin hökmunə əsasən insanların şənlik və ya matəmlərdə iştirakı dini baxımdan münasib sayılır, yalnız istər toy, istərsə də yas mərasimlərində israfın və ifrat dəbdəbənin Allah tərəfindən bəyənilməyən bir əməl olduğu təsbit olunur.

Məlumdur ki, toy nikahın aşkarlığını və qanuniliyini təmin edir. Peyğəmbərin (s) bir hədisində deyildiyi kimi: "Beş halda şənlik mərasimi qurulmalıdır: izdivac (evlənmə) zamanı, uşaq dünyaya gəldikdə, uşağı sünnət etdikdə, ev aldıqda və Həcc ziyarətindən qayıtdıqda". Müsəlmanların şadlıq mərasimləri və toylarında yemək süfrələri açmaq, şənlənmək qədim el adətlərindəndir, lakin bəzi yeni dəblər, özəlliklə son zamanlar vüsət tapmış zənginlik nümayişi bir neçə baxımdan düzgün deyildir. Əvvələn, bu məclislər sosial bərabərsizliyi dərinləşdirməklə cəmiyyətdə təbəqələşmə yaradır. Verilən yemək və başqa məhsul çeşidlərinin ifrat dərəcədə çoxluğu Allahın haram buyurduğu israfa səbəb olur, maddi və mənəvi balansı pozur. Mərasimlərdə imkansızlara, ehtiyacı olanların ailələrinə yardım və ehsan etmək İslama görə məqbul sayılır. Buna görə də mərasimlərin təşkili zamanı israfçılıq hallarının qarşısının alınmasında cəmiyyətimizin birgə səyləri, ictimai qınaq olduqca vacibdir.

Dini nöqteyi-nəzərdən vəfat edən müsəlman üçün vacib olan dörd əməl - qüsl, kəfən, cənazə namazı və dəfndir. Təəssüf ki, müasir dönəmdə müsəlmanlarımız şəriətin bu hökmlərinə önəm vermək əvəzinə bidət hərəkətlərə daha çox meyllənirlər. Mərhumun ailəsinə təsəlli və başsağlığı vermək elimizin qədim adətlərindəndir. Lakin dəfn mərasimlərində təmtəraqlı ehsan verilməsinin dini baxımdan heç bir əsası yoxdur. Ehsan hərfi tərcümədə "yaxşılıq etmək, gözəl iş görmək" mənasını verir. Onun imkansızlara, ehtiyacı olanlara, yetim və kimsəsizlərə verilməsi müstəhəb və bəyənilən əməllərdəndir. 

Mahiyyətinə görə, ehsan bir kəlmə xoş söz, bir stəkan çay da ola bilər. Bəzi hallarda mərhumun ailəsi özünü əziyyətə salıb, maddi və mənəvi təhlükəyə ataraq, süfrəyə növbənöv təamlar, meyvələr, şirniyyat düzüb özünü kimlərəsə göstərmək xatirinə borcla məclis verir. Bir qədər sonra bu məsuliyyətsiz hərəkəti onu bədbəxtliyə sürükləyəndə günahı özündə deyil, ilahi ədalətsizlikdə axtarır və düşünmür ki, Rəbbimizin əmr və qadağalarına asilik bağışlanılmaz günahlardandır. Xüsusilə Ramazan ayında iftardan əvvəl məclislərdə ehsan adı ilə yemək və çay süfrəsi verilməsi qəti qadağandır və haram hesab olunur. Bu mənada, biz Naxçıvan Muxtar Respublikasında son zamanlar yas məclislərindəki israfçılıq əleyhinə təşəbbüsləri dəstəkləyirik və ümid edirik ki, başqa bölgələrimizdə də dövlət və din xadimlərinin birgə səyi ilə toy və yas mərasimlərindəki israfçılıq hallarına son qoyulacaqdır.

Qəbirüstü abidələrin hazırlanmasında ifrat dəbdəbə və təkəbbür nümayişi yas və toy mərasimlərindən geri qalmır. İslam qənaət, sadəlik və mötədillik dinidir, zahiri təmtərağı sevmir, bahalı məzar daşlarının, qəbirüstü abidələrin düzəldilməsi İslam normalarına ziddir. Rəvayətə görə, Həzrət Məhəmməd (s) süd qardaşı Osmanın məzarının üzərinə tanınmaq üçün öz əlləri ilə kiçik bir başdaşı qoymuş, bununla müsəlman məzarlarının sadəliyi öz təsdiqini tapmışdır. Şəriətə görə, önəmli olan qəbrin 30-40 il müddətində tamamən torpağa qarışması və qəbiristan ərazisinin böyüyərək məkanı zəbt etməməsidir. Qəbiristan torpaqları vəqf ərazisi hesab olunur, onların satışı dinimizə görə haramdır. Biz vətəndaşlarımızı belə əməllərdən çəkinməyə çağırırıq.

Bu və digər dini problemlərlə bağlı bir məqamı da yaddan çıxarmaq olmaz ki, İslamın yayıldığı ərazilərdə dini dəyərlər yerli ürfi adət və ənənələrlə təmas edərək qaynayıb-qarışmış, hər yerin özünəməxsus cəhətlərini, etnik xüsusiyyətlərini qoruyub saxlamaqla Allahın yaratdığı bəşəri müxtəlifliyi zənginləşdirmişdir. Bizim xalqımızın mentaliteti əsasən islami dəyərlərdən ayrı deyildir. Bunu nəzərə alaraq, geniş ictimaiyyətin, din xadimlərinin, ziyalıların, dövlət və elm adamlarının birgə səyi ilə müəyyən bir razılaşmaya gəlmək, milli və dini dəyərlərin pozulmaması şərti ilə, dini və dünyəvi prinsiplərə uyğun olan ortaq məxrəc əldə etmək mümkündür. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şura cəmiyyətimizin bütün təbəqələrini illərlə formalaşmış islami qaydaların, milli adət-ənənələrin qorunmasına riayət etməyə, KİV-i bu istiqamətdə fəal yardımçımız olmağa dəvət edir.

Toy və yas mərasimlərinin təşkilinə münasibətiniz, təklif və qeydləriniz gələcəkdə QMİ-nin Qazılar Şurası tərəfindən toplu şəklində təhlil olunaraq müvafiq nəticələr çıxarılacaqdır. Bu məsələ ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin fətva şöbəsinə yazılı olaraq müraciət edə bilərsiniz: (Bakı, M.Fətəli küç. 7, Qafqaz Müsəlmanları İdarəsi fətva şöbəsi.
E-mail: [email protected]).

Vahid dini-mənəvi dəyərlər konsepsiyasının tərtibi və təsdiqi zamanı mülahizələrimizin nəzərə alınacağına, cəmiyyətimizdə fikirlərimizin rəğbətlə qarşılanacağına ümid bəsləyirik. Əminik ki, təlqin etdiyimiz başlıca fikir - toy və yas məclislərində ifrat və israfdan imtina etmək qərarı cəmiyyətimizin mənəvi tərbiyəsində müstəsna rol oynayacaq, müsbət ictimai fikrin formalaşmasına xidmət edəcəkdir, inşallah!
Allah hamımızın köməyi olsun!


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM