Bu maşın kimindir? – Fotolar - Video

13:37 / 24.10.2014

Bir neçə gün əvvəl 90 MP 090 dövlət nömrə nişanı, "İnfiniti" markalı avtomobilin Mərdəkan qəsəbəsində avtoxuliqanlıq etməsi barədə məlumat yayılmışdı.

 Strategiya.az-ın avtosfer.az saytına istinadən verdiyi məlumata görə, həmin nömrəli avtomobil Rauf adlı şəxsə məxsusdur və bu nömrənin olduğu avtomobillərlə "avtoş"luq edir. Youtube sosial şəbəkəsində aparılan axtarışlar zamanı isə daha maraqlı məqamlar ortaya çıxıb. Məlum olub ki, 90 MP 090 dövlət nömrə nişanı bəzən eyni vaxtda, bəzən isə ayrı-ayrı vaxtlarda müxtəlif modeldən olan avtomobillərin üzərində olub. Həmin modellərin siyahısı:
 
"İnfiniti", "Porcshe", "Mersedes Bens - Galendewagen", "Mersedes S class".
 
Bu avtomobillərin hər biri ilə ayrı-ayrı vaxtlarda videolar çəkdirən nömrənin sahibi görüntüləri sosial şəbəkələrdə paylaşıb. Bu işə hobbi kimi yanaşan sürücü "ardı var" yazaraq, sanki serial çəkir. Onun "İnfiniti" və "Mersedes S class"la etdiyi təhlükəli hərəkətlər göz qabağandadır. Aaeroport yolunda avtomobili 220 km/saat sürətlə idarə edən sürücü bunu da sosial şəbəkələrdə yayıb. Bundan başqa, sürücü həmin avtomobili sərt döngədə təhlükəli manevrlər edərək «qəhrəmanlıq» nümayiş etdirib. Avtosfer.az-ın məlumatına görə, bu nömrəli avtomobil tez-tez Yasamal rayon Prokurorluğunun qarşısında olur.
 
Sayt bu "qəhrəman"ın kimliyini, daha doğrusu, bu nömrənin və avtomobilin kimə məxsus olması ilə bağlı kiçik bir araşdırma aparıb. Məlum oldu ki, 90 MP 090 dövlət nömrə nişanı Dövlət Yol Polisinin Mərkəzi Məlumat Xidməti (MMX) sistemində mövcud deyil. DYP avtomobillərinin birindəki bort-komputer vasitəsilə həmin nömrə yoxlanılıb və ekranda «bu nömrə mövcud deyil» yazılıb. Belə olduğu halda, bu o deməkdir ki, bu nömrə ya saxtadır, ya da DYP-nin sistemində gizlədiblər. DYP-nin sistemində nömrə gizlətmək isə hər adama nəsib olmur və bunu «qara münasibətlər» əsasında DYP-nin özü edə bilər. Yəni, həmin nömrənin sahibi DYP ilə «aylıq sövdələşmə» əsasında nömrəni yol polisinin sistemində gizlədir. Bununla da, o, hər hansı qayda pozuntusu törədərkən DYP-nin kameralarına və radara düşmür. Kamera və ya radar bu maşını çəksə belə, sistemdə nömrə barəsində heç bir məlumat olmadığı üçün cərimə protokolu yazılmır və sürücünün ünvanına da heç bir məktub göndərilmir.
 
Hər halda, nömrəni DYP sistemində gizlədən və ya saxta nömrə ilə maşın sürən şəxs sıradan biri deyil. Belə hərəkətlərə yol verən şəxslərlə bağlı isə Prezident İlham Əliyev dəfələrlə xəbərdarlıq edib və onların cəzalandırılması barədə göstəriş verib. Təcrübə göstərir ki, artıq Prezidertin tapşırığından sonra cəzalanan məmur övladları olub. Elədirsə, bu nömrənin sahibinin də tapılıb cəzalandırılması DYP üçün çətin olmaz və bu qədər fakt qarşısında susmağa dəyməz. İlk növbədə nömrənin saxta olub-olmaması araşdırılmalıdır. Saxtadırsa, DYP hara baxır. Saxta deyilsə, bir nömrə 4 maşının üstünə necə və hansı tarixlərdə taxılıb? Üstəlik, saxta olmayan nömrə DYP-nin sistemində niyə görsənmir? Bu qədər kobud qayda pozuntularına görə həmin sürücüyə qarşı hansı tədbirlər görülüb? Güman edirik ki, DYP bu suallara cavab verdikdən sonra məsələ tam aydınlaşacaq.
 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM